Cümə günü, 14 mart 2025
     

Ermənilər Zəngilanda kilsənin dağıldığını iddia edir - əslində isə belə kilsə olmayıb...

Image

Əli bəy Azəri: "Zəngilan ərazisində hansısa bir kilsənin olduğundan, onun dağıdıldığından danışmaq sadəcə bir uydurmadır"

Ermənilər və özünü "xristian təəssübkeşi" kimi qələmə verən bəzi təşkilatlar saxta erməni irsi oyununu dayandırmaq bilmirlər. Dezinformasiya yaymaqla Azərbaycanı nüfuzdan salmaq məqsədi güdsələr də, sonucda özlərini ifşa etmiş olurlar. 

COP29 tədbirinin Azərbaycanın ev sahibliyi ilə uğurla keçməsi, burada dünyanın qlobal iqlim dəyişiklikləri istiqamətində vahid mübarizəsini gücləndirən qərarların qəbul edilməsi bizi istəməyən qüvvələri elə narahat edib ki, artıq onlar sayıqlamağa başlayıblar. 

Erməni mətbuatı 44 günlük müharibədən və lokal antiterror tədbirlərindən sonra bir qayda olaraq saxta peyk görüntüləri yaymaqda davam edirlər. Növbəti bir düzəltmə peyk görüntüsünü də  "Caucasus Heritage Watch" yayıb. İddia edirlər ki, guya Zəngilan rayonunda XIX əsrə "aid" "Tandzatap kilsəsi" "dağıdılıb". Guya bu peyk şəkilləri 5 oktyabr 2023-cü il - 30 aprel 2024-cü il tarixləri arasında çəkilib (?) . Saxta görüntülər, qondarma ittihamlar irəli sürdükləri bəs deyilmiş kimi, COP29 iştirakçılarının "erməni mədəni irsini" qorumağa çalışmalı olduğunu iddia edirlər. Olmayan bir irsdən danışırlar. 

Ümumiyyətlə, Zəngilanda heç vaxt erməni kilsəsi olmadığı məlumdur. Yəni bu barədə heç bir yerdə kiçik bir informasiya belə yoxdur. Araşdırmamız nəticəsində bu fikir bir daha özünü təsdiq etdi ki, Zəngilan rayonu ərazisində erməni kilsəsi olmayıb, burada cəmi iki kilsə var və o da alban kilsəsidir, xristian Albaniyasına məxsus irsdir. 

"Bu iddianın heç bir əsası yoxdur, ümumiyyətlə, Zəngilan ərazisində "Tandzatap" adlı kilsə olmayıb"

Zəngilan rayonunun Vejnəli kəndində doğulan və hazırda ədəbi fəaliyyətlə məşğul olan yazıçı Əli bəy Azəri "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, Zəngilanda heç zaman ermənilər kütləvi şəkildə yaşamayıb və burada adı qeyd olunan kilsə olmayıb, yoxdur da. "Zəngilan rayonu ərazisində ermənilər yaşamayıb. Sovet dövründə ermənilər tək-tək Mincivan qəsəbəsində və Zəngilan şəhərində olublar. Onlar da qatarda bələdçi, mexanik işləyiblər. Amma kütləvi şəkildə Zəngilan ərazisində ermənilərin yaşaması, kəndlərinin, icmalarının olması kimi hal olmayıb. Mən bunu əsassız demirəm. Bilirsiz ki, iki il Azərbaycan Beynəlxalq Universitetində tarix müəllimi işləmişəm, arxivləri tam dəqiqliyi ilə araşdırmışam. Olub ki, günlərlə arxivlərdə işləmişəm. Ermənilərin Zəngilanla heç bir əlaqəsi yoxdur. Kilsə məsələsinə gəlincə, Zəngilan ərazisində heç vaxt ermənilərin kilsəsi olmayıb, ola da bilməzdi. Zəngilan rayonu ərazisində iki kilsə var - biri Şatarıs kəndinin yuxarısında, biri də Qarababa kəndi ərazisindədir. Onların da hər ikisi qədim alban kilsəsidir. Kilsələrdən birində Sovet dövründə arxeoloqlar arxeoloji tədqiqatlar aparıblar, amma o birində isə aparmayıblar. Bu barədə internet resurslarında da geniş məlumat var. Qarababa ərazisində yerləşən alban kilsəsində aparılan arxeoloji qazıntılar, tədiqiqatlar zamanı Makedoniyalı İsgəndər dövrünə aid pul sikkələri, qılınc qırıqları tapıldı".

Əli bəy Azərinin sözlərinə görə, tarixdən məlumdur ki, Azərbaycan ərazisində xristianlığın yayılması romalıların Şərqə səlib yürüşləri dövründə olub, bu da Makedoniyalı İsgəndərin zamanına düşür, bu baxımdan tapıntılarla hadisə bir-birini tamamlayır.   "O dövrlərdə də bu ərazilərdə hay tayfaları ümumiyyətlə olmayıb. Məsələ burasındadır ki, bizim ərazilərə köçürüldükdən sonra ermənilərin o kilsələri özününküləşdirmək istəyini də eşitməmişəm. Zəngilan ərazisində hansısa bir kilsənin olduğundan, onun dağıdıldığıdan danışmaq sadəcə bir uydurmadır. Bu iddianın heç bir əsası yoxdur, ümumiyyətlə, Zəngilan ərazisində "Tandzatap" adlı kilsə olmayıb. Mən onların təqdim etdiyi peyk çəklişlərinə də baxdım və yenə də deyirəm, Zəngilan ərazisində belə bir kilsə yoxdur, olmayıb. Bu, ara qarışdırmaqdan, keçinin suyu bulandırmasından başqa bir şey deyil. 

Mən Qafan şəhəri haqda da məlumat vermək istəyirəm. Qafan şəhərinin tarixi çox qədim dövrə gedib çıxır, bu şəhər Şumer zamanında salınıb. Zəngəzur bölgəsində ən böyük dağ Xustubdur. Şumer dövründə buna Baş dağ (Qafa) deyiblər. Şəhərin Qafqan adlandırılması da bununla bağlıdır və Qafın o tərəfi mənasını verir.  Şəhərin adı Qafqan qalıb. Ermənilər çox çalışdılar ki, şəhərin adını dəyişib "Qapan" etsinlər. Bilirsiz ki, ermənilər "f" hərfini tələffüz edə bilmirlər. Bu heç cür alına bilməz, Qafqan Qafın o biri üzü olaraq qalır. Burda mis mədənləri var. XIX əsrdə fars tacirləri gəlib işlətmək üçün o mis mədənlərini alıblar və Bakıda neft buruqlarında işləyən həmşəriləri, yəni Cənubi azərbaycanlıları   orada işlədiblər. Yəni XIX əsrdə  Qafanda, Zəngəzurda ermənilərin izi-tozu olmayıb, bu baxımdan onlar hansı kilsədən danışırlar? Hansı haqla bu iddianı ortaya atırlar? Zəngəzur ərazisində doğulub böyüyən, o yerlərin tarixini bilən, tarixi mənbələri araşdıran bir adam kimi deyirəm ki, Zəngilanda "Tandzatap" adlı kilsə olmayıb. Mən bunu ilk dəfədir eşidirəm" - deyə müsahibimiz bildirdi.

İradə SARIYEVA 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Küçə və səkilərə qanunsuz qırmızı lent çəkən mağaza sahibləri cəzalanacaq... - VİDEO

Trampın 44 günlük müharibəsinin nəticələri... - VİDEO

Azərbaycanda siyasi partiyalar niyə bu günə qaldı... - VİDEO

Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib

Azərbaycan qlobal problemlərin həllinə yeni töhfələr verir...

Anarın məhkəməyə verdiyi yazıçı “sonadək mübarizə” deyir...

SON XƏBƏRLƏR

14.03.2025 / 19:02
BMT-nin islah olunmasında Bakı Forumu təsirli rol oynayacaq...

14.03.2025 / 18:48
Ermənistan bu 2 şərti icra etməsə, saziş imzalanmayacaq...

14.03.2025 / 18:41
Tramp Kruskda mühasirəyə düşən minlərlə Ukrayna əsgəri ilə bağlı Putindən xahiş etdi - Bu, ən dəhşətli qırğın ola bilər...

14.03.2025 / 18:37
Bakıda saxta dollar əməliyyatı - 3 nəfər saxlandı, polis digər dəstə üzvlərinin də izinə düşdü + FOTO

14.03.2025 / 18:33
Avroparlament Azərbaycana daha bir düşmənçilik etdi - Vardanyan və digərləri hərbi əsir ola bilməz...

14.03.2025 / 18:22
"Tramp administrasiyası dövründə ABŞ ilə münasibətlərimizin və güclü tərəfdaşlığımızın yenidən qurulmasına çox nikbin baxırıq" - Prezident

14.03.2025 / 18:19
Prezident İlham Əliyev: "Qarabağda olan münaqişə beynəlxalq hüquq, tarixi ədalət əsasında həllini tapmış yeganə münaqişədir"

14.03.2025 / 18:19
Ermənistanla sülh sazişi uğrunda mübarizə dövlətçilik tariximizdə mühüm sənəd kimi...

14.03.2025 / 18:18
"Biz növbəti hərbi qarşıdurmanı istisna edəcək əhatəli təhlükəsizlik mexanizmləri yaratmalıyıq" - Prezident

14.03.2025 / 18:15
Prezident İlham Əliyev: "Milli maraqlarımız məsələsində biz heç kəsə və ya heç bir təsisata arxalanmamışıq"

14.03.2025 / 18:14
"Azərbaycanın gələcəyini daxili resurslar hesabına qurması baxımından böyük təcrübəsi var" - Prezident

14.03.2025 / 18:11
Harutunyan Gəncənin bombalanması barədə məlumatı Ermənistanın baş qərargah rəisindən aldığını bildirdi

14.03.2025 / 18:05
Avroparlament yol pulu və bilet pulu rüşvətindən batır...

14.03.2025 / 18:04
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib

14.03.2025 / 17:52
Ermənistan sülh sazişi mətninə nə qədər sadiq qalacaq...

14.03.2025 / 17:40
Hikmət Hacıyevin bu təklifi elə Paşinyanın özünə də sərfəlidir...

14.03.2025 / 17:27
Azərbaycanın enerji sərvətlərinə məsuliyyətli münasibətin böyük nəticəsi...

14.03.2025 / 17:14
Ərazilərimiz işğal altında olarkən Qarabağda istehsal edilən məhsullar xarici ölkələrə “Ermənistan məhsulları” adı altında satılıb

14.03.2025 / 17:10
NATO da Trampı dəstəklədi - dünyanın gözü qarşısında Qrenlandiyanı ilhaq edəcəklər...

14.03.2025 / 16:57
Sabunçuda əməliyyat - Özünü əcnəbi vətəndaş kimi təqdim edən narkotacir yaxalandı - FOTO/VİDEO

14.03.2025 / 16:50
"Azərbaycanın bunun da öhdəsindən gələcəyinə inamım tamdır" - Volkan Bozkır

14.03.2025 / 16:44
“Yeni dünya düzənində orta güclər” Bakı Forumunda müzakirə edildi

14.03.2025 / 16:31
Milli Məclis Nazirlər Kabinetinin hesabatını qəbul etdi

14.03.2025 / 16:26
Məhkəmə işdən azad edilən məktəb direktorunun Dövlət Agentliyinə qarşı iddiasını rədd etdi...

14.03.2025 / 16:15
Sahakyan: "Azərbaycanın işğal edilmiş ərazilərində “İskəndər M”, “Toçka U” kimi silahlar olmayıb"

14.03.2025 / 16:10
Qəzzalıların başı dərddə - Tramp və Nitanyahu onları Afrika ölkələrinə köçürür

14.03.2025 / 16:07
Bakıda “Qədim insan məskənlərinin mühafizəsi: təhdidlər və müasir yanaşmalar” mövzusunda beynəlxalq elmi konfrans keçirilir

14.03.2025 / 15:56
Korrupsiya... İdarəsi Endokrinoloji Mərkəzdə yoxlamalara başladı... Şok faktlar ortaya çıxdı...

14.03.2025 / 15:50
"Avropa Şurası Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına tam dəstək verir" - Baş katib

14.03.2025 / 15:41
Bako Sahakyan: "Qondarma rejimin “ordusu” Ermənistan Silahlı Qüvvələrinin ən böyük silahlı birləşməsi idi"

14.03.2025 / 15:33
Qlobal Bakı Forumunda sülhə gedən yol mövzusu müzakirə olundu

14.03.2025 / 15:17
"Qarabağa silah-sursat Ermənistandan gətirilirdi" - Bako Sahakyan

14.03.2025 / 15:09
Stiven Vitkoff Moskvadan sonra Bakıya gəlib

14.03.2025 / 15:02
Polis Binəqədidə əməliyyatlar keçirdi - 22 kq narkotik, silah, sursat...

14.03.2025 / 14:56
"Ermənistanda revanşist qüvvələrin mövcudluğunu sülh üçün ciddi risk hesab edirik" - Nazir müavini

14.03.2025 / 14:46
Həqiqi hərbi xidmətin müddətinin azaldılması qəbul edilmədi - Səbəbi də açıqlandı

14.03.2025 / 14:43
"Ermənistanın sürətlə silahlanma siyasətini aparması bölgə üçün ciddi risk təşkil edir" - XİN rəsmisi

14.03.2025 / 14:35
Ukraynanın keçmiş birinci xanımı Nizami Gəncəvi Beynəxalq Mərkəzinə təşəkkür etdi

14.03.2025 / 14:18
Mladen İvaniç: "Orta və kiçik güclər ümumi nöqtədən çıxış etsələr, nəticə ala bilərlər"

14.03.2025 / 13:58
Gürcüstan Bakı ilə İrəvan arasında sülh sazişinin maddələri üzrə danışıqların başa çatmasını alqışlayır

14.03.2025 / 13:51
"Azərbaycan aktiv diplomatik təşəbbüslər nümayiş etdirir" - Nazir müavini

14.03.2025 / 13:44
Ağdama ilin sonunadək 10 minə yaxın əhali köçürüləcək...

14.03.2025 / 13:34
Berbok: "Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi ilə bağlı razılıq xəbəri ümidvericidir"

14.03.2025 / 13:21
"Fransa kimi bəzi dünya dövlətləri müharibələrin qarşısını almaq istəmir" - Bülənt Arınç

14.03.2025 / 12:57
"Davamlı və ədalətli sülh istəyiriksə, bu, beynəlxalq hüquqa əsaslanmalıdır" - Miroslav Layçak

14.03.2025 / 12:34
Ermənsitan və Azərbaycana əlavə dəstək göstərməyə hazırıq - Aİ bəyanat yaydı...

14.03.2025 / 12:23
"Avropa İttifaqı öz müdafiə imkanlarına kifayət qədər investisiya yatırmayıb" - Xorvatiyanın sabiq prezidenti

14.03.2025 / 12:10
Britaniya Azərbaycana ilk dəfə müdafiə attaşesi təyin edib

14.03.2025 / 12:06
Daha 24 ailə Ballıca kəndinə köçürüldü

14.03.2025 / 12:00
"Ötən il əhalinin hər nəfərinə düşən ÜDM 3,6 faiz artıb" - Baş nazirdən açıqlama

14.03.2025 / 11:54
BMT-nin İnsan Hüquqları Ali Komissarlığının yekun rəyi açıqlandı - Vardanyanın iddialarının heç biri öz təsdiqini tapmadı...

14.03.2025 / 11:29
Revanşistlər Ermənistan-Azərbaycan sülh sazişi razılaşmasını həzm edə bilmədilər

14.03.2025 / 11:25
Azərbaycan Ermənistanla birgə bəyanatdan imtina etdi

14.03.2025 / 11:19
Paşinyan sərhədlərdə üçüncü qüvvə barədə fikrini niyə dəyişdi?

14.03.2025 / 11:12
Aprelin 1-dən Səmərqəndə uçuşlar bərpa edilir - AZAL

14.03.2025 / 11:05
"Bu, zəruri və mühüm addımdır” -rəsmi Tehrandan AÇIQLAMA

14.03.2025 / 11:02
DİN və Penitensiar xidmət Bakıda əməliyyat keçirib

14.03.2025 / 10:24
"Ermənistan Türkiyə və Azərbaycana qarşı düşmənçilikdən əl çəkməlidir" - Mustafa Destici

14.03.2025 / 10:15
Zakir Həsənov Haluk Bayraktarı bu medal ilə təltif edib

14.03.2025 / 10:13
Putinin nala- mıxa vurması Trampı da çətin duruma saldı

14.03.2025 / 10:08
Bakıda "Boranı" restoranında yanğın başlayıb - TƏCİLİ

14.03.2025 / 10:07
Bu gün İmişli iki kəndi qazsız qalacaq

14.03.2025 / 10:02
Makron Azərbaycan-Ermənistan sülh sazişi barədə bəyanat verdi

14.03.2025 / 09:47
Bakı Şəhər İcra Hakimiyyəti ağacəkmə kampaniyası keçirəcək

14.03.2025 / 09:30
Nikahdankənar doğuşlar kütləviləşir - kimin günahı, kimin səhvi...

14.03.2025 / 09:22
"Barselona" bu futbolçu ilə müqaviləni yenilədi

14.03.2025 / 09:18
"BMT-nin Vardanyan işi ilə bağlı rəyini alqışlayırıq" - XİN bəyanat yaydı

14.03.2025 / 09:07
Ərəb dövlətləri Qızzanın bərpa planı ilə bağlı ABŞ-a meydan oxudular..

14.03.2025 / 08:38
“Ailələri dağıdan qadınlardır" - Komitəyə ekspertlərdən reaksiyalar...

14.03.2025 / 01:15
Avropa Parlamentində yeni korrupsiyaya qalmaqalı - axtarışlar aparıldı, saxlananlar var...

13.03.2025 / 22:38
Prezident İlham Əliyevin “Instagram” səhifəsində XII Qlobal Bakı Forumunun açılış mərasimindən görüntülər paylaşılıb - VİDEO

13.03.2025 / 22:31
Tramp Putinin bəyanatını natamam adlandırdı və təhdid etdi

13.03.2025 / 22:31
“Qərbi Azərbaycan” ifadəsi ermənilərin qorxulu yuxusuna çevrilib

13.03.2025 / 22:10
Ağstafada dönərdən kütləvi zəhərlənmə - 9 nəfər xəstəxanalıq oldu

13.03.2025 / 21:54
Təqsirləndirilən şəxs: "Qarabağa səfər edən Ermənistan vətəndaşlarının qeydiyyatı aparılmırdı"

13.03.2025 / 21:41
"Əməkhaqları Ermənistan dramı ilə ödənilirdi" - Qukasyandan qondarma rejimlə bağlı etiraf

13.03.2025 / 21:35
Madat Babayan: "Silahlar Xankəndidən və Ermənistandan gətirilirdi"

13.03.2025 / 21:30
Qondarma rejimdə yüksək rütbələri Ermənistanın hərbi-siyasi rəhbərliyi verirmiş – məhkəmədə yeni faktlar açıqlandı

13.03.2025 / 21:22
İsrail ordusu Dəməşqə hücum edib

13.03.2025 / 21:20
“Gələcək üçün BMT paktı: Yeni qlobal konsensusun yaradılması” Bakı Forumunda müzakirə edildi

13.03.2025 / 21:18
Putin yenə nala-mıxa vurdu

Ermənistanla sülh sazişi uğrunda mübarizə dövlətçilik tariximizdə mühüm sənəd kimi...

XƏBƏR ARXİVİ