"Bakı Təşəbbüs Qrupu hər zaman Afrika xalqlarına dəstək göstərib" - Nigeriyalı nümayəndə
“COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edirəm. Təşkilatçılıq gözlədiyimizdən də yüksək oldu. Biz fevral ayından COP29-a öz dəstəyimizi göstəririk. Bu istiqamətdə Afrikada təşkilat yaratmışdıq. Onun məqsədi Afrika dövlətlərinin COP29-da iştirakını təmin etmək idi”.
Bu sözləri müstəmləkəçilikdən əziyyət çəkən Nigeriyanın İqlim Dəyişikliyi və Tərəfdaşlar Konfransı üzrə Qlobal Vətəndaş Cəmiyyəti Konsorsiumunun (GCSCCC) sədri Uzodınma Akujekve Adirieje söyləyib.
O bildirib ki, Bakı Təşəbbüs Qrupu neokolonializm siyasətindən əziyyət çəkən xalqlara dəstəyini daha da artıracaq. Bakı Təşəbbüs Qrupu hər zaman Afrika xalqlarına dəstəyi təkcə sözdə yox, əməldə də göstərib.
ZÜMRÜD