Cümə axşamı günü, 5 iyun 2025
     

Dünyanın yeni Karib böhranı - Arktikada Rusiya və NATO-nun toqquşma ehtimalı artır…

Image

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Rusiya ilə NATO arasında toqquşma ehtimalının yüksək olduğunu bildirib. 

O, bununla bağlı teleqram kanalındakı səhifəsində yazıb: "Rusiya ilə NATO arasında birbaşa toqquşma ehtimalı Karib böhranından sonra heç vaxt indiki qədər yüksək olmayıb". Medvedyev bildirib ki, Karib böhranından sonra Üçüncü Dünya müharibəsinə səbəb olacaq birbaşa toqquşma təhlükəsi Rusiya ilə NATO arasında heç vaxt bu qədər real olmayıb. Qeyd edək ki, Karib böhranı və ya Kuba raket böhranı SSRİ ilə ABŞ arasında 1962-ci ilin oktyabrında yaranmış gərginliyə verilən addır. Bu gərginlik 16–28 oktyabrda ABŞ-a məxsus ballistik raketlərin İtaliya və Türkiyədə yerləşdirilməsi, həmçinin buna cavab olaraq sovet raketlərinin Kubada yerləşdirilməsi nəticəsində yaranıb.
 Bu qarşıdurma "Soyuq müharibə" ərzində genişmiqyaslı nüvə müharibəsinin başlamasına yol açacaq ən yaxın münaqişə olaraq da tanınır. SSRİ-də baş verən oktyabr inqilabı ilə eyniləşdirmək məqsədilə kubalılar bu hadisəni "oktyabr böhranı" da adlandırırlar. ABŞ-da "Kuba raket böhranı" terminindən istifadə olunur. Ekspertlər analoji insidentlərin təkrarlanma ehtimalının yüksək olduğunu bildirir. Məhz belə bir vaxtda bəlli olub ki, Finlandiya Rusiyanın dənizdən, qurudan və havadan hücumlarından müdafiə üçün təcili tədbirlər görür. Finlandiyanın "Yle" qəzetinin məlumatına görə, JEF adlanan Birgə Ekspedisiya Qüvvəsi hərbi müdafiə blokunda Finlandiyanın müttəfiqləri olan Böyük Britaniya, Hollandiya, İslandiya, Latviya, Litva, Norveç, İsveç, Danimarka və Estoniya yaxın vaxtlarda regiona hərbçilər göndərəcək. Finlandiya Körfəzi gəmiləri, o cümlədən Kral Dəniz Qüvvələrinin desant gəmisi "HMS Royal Albion" və iki İsveç "Visby" sinif korveti də ərazidə yerləşdiriləcək. JEF ölkələri hərbi gəmilərin köməyi ilə Finlandiya dəniz zonasında kritik sualtı infrastruktura nəzarəti gücləndirmək niyyətindədir. "Yle"nin məlumatına görə, Baltik dənizində JEF hərbi gəmiləri enerji boru kəmərləri və telekommunikasiya kabellərinə nəzarət edəcək. Baltik dənizinin təhlükəsizliyi də hava nəzarətinin gücləndirilməsi ilə təmin ediləcək.

Qeyd edək ki, Birləşmiş Ekspedisiya Qüvvələrinin bütün üzvləri Baltik dənizinin sahilyanı ölkələri və ya Şimali Avropa dövlətləri olsa da, JEF strukturunun özü NATO-nun bir hissəsi deyil. Baxmayaraq ki, bu blokun bütün ölkələri, İsveç istisna olmaqla, Şimali Atlantika Alyansının üzvüdür. Amma yaxın tezlikdə İsveç də quruma üzv olacaq. Finlandiya 2017-ci ilin yayında İsveçlə eyni vaxtda JEF müdafiə əməkdaşlığına qoşulub. Bu müdafiə blokunun məqsədi Şimali Avropa və Baltik dənizi regionunda böhran vəziyyətlərində birgə fəaliyyətdir. Finlandiyanın müdafiə naziri Antti Hakkanen bu yaxınlarda bildirib ki, JEF və NATO tərəfdaşlarının iştirakı ilə quruda, dənizdə və havada təhlükəsizliyi yaxşılaşdırmaq üçün tədbirlər görülür. Baltik dənizində JEF patrulları "Balticconnector" qaz kəmərinin zədələnməsi, "Nord Stream" qaz kəmərinin partlaması və telekommunikasiya kabelinin zədələnməsi kimi hadisələrlə izah olunur. Hakkanenin sözlərinə görə, Rusiyaya açıq siqnal verilib ki, Finlandiyanın özünü müdafiə etmək niyyətində olması və Moskvanın bununla bağlı düşmənçilik hərəkətləri etməməsi lazımdır. Norveç Hərbi Dəniz Qüvvələrinin və Sahil Mühafizəsinin komandiri Rune Andersen Rusiyanın Finlandiya yaxınlığındakı Arktika bölgəsində fəaliyyətini sakitcə gücləndirdiyini və burada Sovet dövründən qalan, demək olar ki, bütün hərbi bazalarını yenidən aktivləşdirdiyini söyləyib. Buna cavab olaraq, NATO Arktika regionunda fəaliyyətini tədricən genişləndirir. Xüsusilə Böyük Britaniya Norveçin şimalında Vikinq Düşərgəsi kimi tanınan hərbi baza qurub və burada minə yaxın hərbçidən ibarət İngilis dəniz hücum qüvvəsi yerləşdirib. Bu yaxınlarda orada NATO-nun "Vikinq" kod adlı böyük birgə təlimi keçirilib. Andersenin sözlərinə görə, Arktika regionu həm Rusiya, həm də NATO üçün strateji baxımdan çox vacibdir:  "Rusiya quru qüvvələrinin Ukraynada böyük problemlərlə üzləşməsi bizi sakitləşdirməməlidir. Anlamaq lazımdır ki, Rusiya Arktika bölgəsində nəhəng "Poseydon" torpedoları ilə təchiz olunmuş əsas hava və dəniz qüvvələrini saxlayır". Qeyd edək ki, regionda Rusiya Hərbi Dəniz Qüvvələrinin ev limanları və nüvə silahı ilə təchiz edilmiş Rusiya hərbi bazaları var. İngilis analitik mərkəzi Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun məlumatına görə, Rusiyanın Arktika bölgəsində Şimali Atlantika Alyansından təxminən üçdə bir qədər çox hərbi bazası var. Bu regionda, həmçinin, hazırda Avropaya ən böyük "mavi yanacaq" tədarükçüsü olan Norveçin neft və qaz yataqları yerləşir. Bir çox ekspertlər indiki halda  Arktika uğrunda Rusiya və NATO arasında gərginliyin artdığını bəyan edirlər. Kreml Finlyandiya və İsveçin NATO üzvlüyünə qəbulunu Arktika üçün təhlükə kimi qiymətləndirir.  Moskva bildirir ki, NATO-nun Arktikada son vaxtlar artan fəallığı narahatlıq doğurur. 

Tahir TAĞIYEV



VİDEO

SON XƏBƏRLƏR

06.06.2025 / 00:29
Merz Trampı Ukraynadakı müharibəni birlikdə bitirməyə çağırdı

06.06.2025 / 00:27
Tramp Elon Maska görə, “çox məyus olduğunu” bildirdi

06.06.2025 / 00:26
Tramp Rusiyaya tətbiq ediləcək sanksiyalarla bağlı sualı cavablandırıb: “Biz çox, çox sərt olacağıq”

06.06.2025 / 00:06
Prezident İlham Əliyev Qurban Bayramı münasibətilə paylaşım edib - FOTO

05.06.2025 / 21:50
Azərbaycanın vaxtilə işğal altında olan ərazilərində “parad” üçün silahlar Ermənistandan gətirilirdi - Məhkəmədə etiraf - FOTO

05.06.2025 / 21:37
İcra hakimiyyətlərində tenderlər MMC-lərin arasında "ötür-ötür" vasitəsinə çevrilib...

05.06.2025 / 21:20
Britaniya Azərbaycanın bu sahəsinə yatırım etsə, böyük tarixi hadisə olacaq…

05.06.2025 / 21:07
Qərbi Azərbaycan İcmasına üzvlük məsələsində nə “problem” yaranıb...

05.06.2025 / 21:00
Tramp Si Cinpinlə telefon danışığının təfərrüatlarını açıqladı

05.06.2025 / 20:58
“Türk” etnonimi və törələri - YUNUS OĞUZ yazır

05.06.2025 / 20:52
Paşinyan “vətənimizin bir hissəsini itirdik” deyir, həm də sülh imzalamaq istəyir - revanş hara, sülh hara?..

05.06.2025 / 20:38
Avropa Azərbaycandan çox qaz istəyir, amma əlini hələ "daşın altına" qoymaq istəmir...

05.06.2025 / 20:24
Ermənistanda dövlət adından ittiham - "kilsə ruslara işləyir"...

05.06.2025 / 20:10
Şəhid baş leytenantı 31 ildir gözləyirik - Ağdərədə 12 əsgərlə itkin düşmüşdü...

05.06.2025 / 20:03
Levon Mnatsakanyan Aprel döyüşləri zamanı Ermənistan silahlı qüvvələrindən aldığı tapşırıqları məhkəmədə açıqladı

05.06.2025 / 19:51
Azərbaycansız İran və Rusiya bunu heç vaxt bacarmazlar...

05.06.2025 / 19:44
Azərbaycan növbəti dəfə BMT-Turizmin İcraiyyə Şurasına üzv seçildi

05.06.2025 / 19:37
Mirzəyev Azərbaycanın çox sayda QHT-sini BMT miqyasında tanıdacaq - iş başladı...

05.06.2025 / 19:23
Paşinyanın sözlərinin üstündə erməni gəncləri təlatümə gəldi…

05.06.2025 / 19:10
Bir ailədən eyni adlı və eyni soyadlı iki şəhid

05.06.2025 / 19:00
Paşinyan Ərdoğana zəng etdi - nələr müzakirə edildi...

05.06.2025 / 18:57
Rusiya aerodromlarının məhv edilməsində yerli vətəndaşlar da Zelenskiyə kömək ediblər...

05.06.2025 / 18:43
Ermənistan itkinlərlə bağlı Azərbaycanla hələ indi razılığa gəlir - səmimi olacaqmı?

05.06.2025 / 18:39
Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Biriyində görüş keçirilib

05.06.2025 / 18:29
ABŞ-ın Ukrayna siyasəti görünməmiş qeyri-müəyyənlik dövrünə girib - 500 faiz sanksiya?

05.06.2025 / 18:15
Türkiyə televiziyaları hələ də hind seriallarını təbliğ edir - ortada bu boyda düşmənçilik...

05.06.2025 / 18:01
Kiber məkanda uşaqları təhlükəli kontentlərdən qorumaq yolları var... və istifadə olunur...

05.06.2025 / 17:56
Paşinyan özündən çıxdı: “Köçəryan və Oskanyan əclaf və quldurdur”

05.06.2025 / 17:47
İlham Əliyev bəzi neft-qaz ölkələrinin böyük səhvini açıqladı - “biz qazı artırırıq, lakin...”

05.06.2025 / 17:34
Tək nəqliyyatda maaşın bir ildə bu qədər artması normal sayıla bilər?..

05.06.2025 / 17:20
Orta məktəb müəllimlərini bu qədər kağız-kuğuzla yükləmək kimin planıdır...

05.06.2025 / 17:08
Səlcuq Bayraktardan Azərbaycanda qurduğu şirkətlə bağlı paylaşım VİDEO

05.06.2025 / 16:53
Çörək avtomobilində narkotik daşıyan şəxs saxlandı - 14 kiloqram...

05.06.2025 / 16:33
Bu il BMU-nun qəbul planı artırılıb

05.06.2025 / 16:27
ABŞ kəşfiyyatından xəbərdarlıq – Rusiya Ukraynaya genişmiqyaslı qisas hücumuna hazırlaşır...

05.06.2025 / 16:19
Hökumət binası qarşısında etiraz aksiyası: “Nikolu cəhənnəmdə gözləyirlər”

05.06.2025 / 16:10
Lerikdə 35 yaşlı kişini güllələyib dağın ətəyinə yuvarladılar

05.06.2025 / 16:02
DİN Qurban bayramı ilə əlaqədar sürücülərə müraciət etdi

05.06.2025 / 15:56
“Şərur” MTK zərərçəkənlərə 30 minlik ziyana görə 50 minlik çeklərə imza çəkdirib" - MƏHKƏMƏ

05.06.2025 / 15:40
Zaqatalada narkotiklərin dövriyyəsini təşkil edən şəxs tutuldu

05.06.2025 / 15:35
"Azərbaycan Ordusu azad olunmuş ərazilərdə öz mövqelərini daha da möhkəmləndirir" - Zakir Həsənov

05.06.2025 / 15:28
Prezident mədəni sərvətlərə vahid qaydada pasport verilməsi ilə bağlı dəyişikliyi təsdiqlədi

05.06.2025 / 15:11
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradıldı

05.06.2025 / 15:02
Süni İntellektin Gündəlik Həyatımıza Təsiri

05.06.2025 / 15:01
Qurban bayramı: ibadət, paylaşma və mənəviyyatın bayramı

05.06.2025 / 14:58
FTB tərəfindən Vaşinqton ştatında həyata keçirilmiş reyd zamanı silah-sursat və nasist simvolları aşkarlanıb

05.06.2025 / 14:57
Bakı şəhərində tıxac yaranmasının səbəbi və bunun həlli yolları

05.06.2025 / 14:31
Məhkəmədə Ermənistan tərəfindən Azərbaycanın ekologiyasına və iqtisadiyyatına qəsdən ziyan vurulması faktları üzrə sənədlərin tədqiqinə başlanılıb

05.06.2025 / 14:16
“Azərbaycanın daxili işlərinə yersiz müdaxiləyə son qoyulmalıdır" - İsveçrə səfirinə açıq məktub...

05.06.2025 / 14:03
Gədəbəydə başına kisə keçirilən qadınla bağlı cinayətin üstü açıldı

05.06.2025 / 13:47
Bank kartlarından 10 minə yaxın pul oğurlandı...

05.06.2025 / 13:26
Kurort və sanatoriya xidmətlərindən ailələrlə birgə istifadə şərtləri açıqlandı

05.06.2025 / 13:12
Давайте, сравним, Азербайджан с Арменией - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

05.06.2025 / 13:06
Paşinyan onu “Qarabağı satmaqda”,” türk çəkmələri” yalamaqda ittiham edənləri görüşə çağırdı

05.06.2025 / 13:05
Paşinyan:-“Rusiya Erməni Apostol Kilsəsinə hakimiyyətlə döyüşmək əmrini verib

05.06.2025 / 13:04
Almaniya kansleri Fridrix Merz Vaşinqtona səfər etdi

05.06.2025 / 13:03
Imamoğludan sonra Özgür Özəlin də həbsinə hazırlıq başladı

05.06.2025 / 12:34
MDB-yə üzv dövlətlərin hökumət başçıları bir sıra sənədlər imzalayıblar

05.06.2025 / 12:24
Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi

05.06.2025 / 12:15
Əli Əsədov Düşənbədə MDB Hökumət Başçıları Şurasının iclasında iştirak edib - FOTO

05.06.2025 / 12:07
“Neftçi” 29 yaşlı futbolçu transfer etdi

05.06.2025 / 12:00
MDB Baş nazirləri sentyabrda Minskdə toplaşacaq

05.06.2025 / 11:41
Yenə İran, yenə narkotika qaçaqmalçılığı...

05.06.2025 / 11:33
Əli Əsədov MDB Hökumət Başçıları Şurasının üzvlərinin Tacikistan Prezidenti ilə görüşündə iştirak edib

05.06.2025 / 11:28
Ukrayna Rusiyanın strateji aviasiyasının 30%-ni məhv etdi - təsdiqləndi

05.06.2025 / 11:19
"Artıq vətəndaşlar ədalətə inanmırlar”

05.06.2025 / 11:16
Putin İran yolçusudur - səfirdən açıqlama

05.06.2025 / 11:15
BDU-nun rektoru Elçin Babayev “EduData Summit - 2025” tədbiri çərçivəsində keçirilən sessiyada çıxış edib

05.06.2025 / 11:06
Babək Rayon Mərkəzi Xəstəxanasına yeni baş həkim təyin olunub

05.06.2025 / 11:03
İran - Azərbaycan danışıqları. Düşmənə daha bir zərbə! - CANLI

05.06.2025 / 11:01
"Azərbaycan yalnız mənim buna olan inamımı gücləndirir" - Nataliya Bayona

05.06.2025 / 10:34
Zelenski: “Rusiya bütün dünyaya orta barmağını göstərir”

05.06.2025 / 10:30
Qazaxda BMW dirvara çırpılıb, 4 nəfər ölüb

05.06.2025 / 10:20
Trampın Harvard düşmənçiliyi - tələbələrə viza verilməsi dayandırıldı!

05.06.2025 / 10:14
Türkiyəli aktrisa bu serialda baş rola çəkiləcək

05.06.2025 / 10:06
Naxçıvanda anasını öldürməkdə şübhəli bilinən şəxs yaxalanıb

05.06.2025 / 10:00
Daha 62 nəqliyyat vasitəsi hərraca çıxarılacaq - dövlət qurumu açıqlama yaydı

05.06.2025 / 09:44
Türkiyə yenə silkələndi

05.06.2025 / 09:28
Qaraçuxurda işıq olmayacaq - sakinlərə XƏBƏRDARLIQ

05.06.2025 / 09:25
Ronaldo qocalmaq bilmir - almanlara qol vurdu, Portuqaliya finala çıxdı!

05.06.2025 / 09:23
QR kodlar da təhlükəlidir - iaşə-xidmət obyektlərində pul ödəyərkən ehtiyatlı olun…

Kiber məkanda uşaqları təhlükəli kontentlərdən qorumaq yolları var... və istifadə olunur...

XƏBƏR ARXİVİ

İyun
B.eÇ.aÇC.aCŞB
262728293031123456789101112131415161718192021222324252627282930123456