Cümə axşamı günü, 13 mart 2025
     

“Jurnalist taleyim elə gətirib ki, dövlət başçısı ilə çox səfərlərdə olmuşam” - Qulu Məhərrəmli

Image

"Bənəzir Buhutto yaddaşımda çox parlaq şəkildə qalıb"

Tanınmış telejurnalist, tənqidçi, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmlinin 70 illik yubileyi münasibətilə ondan götürdüyümüz müsahibəni təqdim edirik.

- Qulu müəllim, Sizin 70 yaşınızın tamam olduğunu eşidən insanların əksəriyyəti çox təəccüblənir ki, bu ola bilməz, Qulu müəllim hələ də gəncdir. Gənclik ruhunu saxlamağın sirri nədir?

- Çoxları belə deyir. Amma inanın ki, gənclik ruhunu saxlamağımın xüsusi bir resepti də yoxdur. Təbiətim belədir ki, özümü həmişə əhvalda saxlaya bilirəm. Adamlar var ki, qanı qara olanda əhvalı bütün kollektivə sirayət edir, amma mən belə deyiləm. Düzdür, problemlər də olur. Amma belə hesab edirəm ki, insan özünü xoş, pozitiv enerji ilə kökləməlidir. Bir də ki, insan özünü hansı yaşda hiss edirsə elə o yaşdadır.

- Tələbələriniz sizin haqqınızda öz dostları barədə danışırmışlar kimi danışırlar. Tələbələrlə bu dostluq necə yaranır?

- Bu dostluq mən onlara dərs deyib qurtarandan sonra başlayır. Yəni dərs müddətində tələbələrlə təbii ki, pərdəli dolanırıq. Amma onlar kursu keçirlər, başqa mərhələləri adlayırlar, başqa müəllimləri görürlər və özləri müqayisə aparırlar ki, hansı müəllim onları öyrətməyə çalışır, hansı müəllim onlara necə yanaşır. Əslində tələbələr də şahiddir ki, onlara bir az sərt və tələbkar yanaşıram, bəzən çox danladığım tələbələr olur.  Mən həmişə tələbələrə müraciətimdə deyirəm  ki, siz mənim gələcək həmkarlarımsınız. Ona görə də biz bir-birimizi çox düzgün başa düşməliyik, yoxsa başqa cür mümkün deyil.

- Eşitdiyimə görə, Sizin özünüz də müəllimlərinizlə dostluq etmisiniz. Müəllimlərlə dostluq etmək sizə nə qazandırdı?

- Orta məktəbdən mənə dərs deyən və hafizəmdə yaxşı qalan müəllimlərin hamısı ilə münasibətlərim yaxşı olub. Şuşada internatda oxumuşam. Şuşalılar qaçqın düşəndə gedib Yasamalda müəllimlərimi axtarıb tapmışam. Mənə birinci sinifdə dərs deyən Mahirə müəlliməni, yuxarı siniflərdə riyaziyyat müəllimimiz olan İslam müəllimi, idman müəllimimiz, güləş üzrə Respublika çempionu Bəhlul müəllimi tapdım. Bəhlul müəllimlə münasibətimiz yaxşı idi. Yəni imkanım daxlində onlarla ünsiyyət qurmağa çalışırdım. Demirəm ki, onların problemlərini həll edirdim, amma dar məqamlarında yanlarında olmağa çalışırdım.

Eləcə də universitet müəllimlərimə belə yanaşmışam. Məsələn, ömrünün son gününə qədər Şirməmməd müəllimlə yaxşı münasibətimiz vardı, bir növ ona yoldaşlıq, dostluq, həm də sürücülük edirdim. Şirməmməd müəllim bir dərya idi. Mən həmişə oxuya bilmədiyim və oxuya bilməyəcəyim kitablar haqqında ondan soruşurdum və öyrənməyə çalışırdım. 

Jurnalistika fakültəsinin dekanı və kafedra müdiri olmuş Yalçın Əlizadə çox dəyərli, ləyaqətli bir şəxs, mənəviyyat adamı, çox prinsipial və vicdanlı idi. O müəllimlər həm də bizim üçün bir yol göstərən mayak idi. Digər müəllimlərimiz də olub, onlardan həmişə öyrənməyə çalışmışıq. Famil Mehdi, Qulu Xəlilov, Nurəddin Babayev, Əliş Nəbili və başqa müəllimlərimizin adlarını qeyd edə bilərəm. İxtisas müəllimləri ilə yanaşı kənardan gələn müəllimlərimiz də vardı. Məsələn, fəlsəfə, məntiq, iqtisadiyyat  müəllimləri ilə də ünsiyyətim həmişə yaxşı olub. Estetika müəlliminiz vardı, Tariyel müəllim, sonra "Təfəkkür" Universitetində çalışdı və çox faciləi həyatı oldu. Biz estetika dərsini keçəndə Tariyel müəllim  məndən  düz bir saat imtahan götürdü. O biri tələbələrə bənd olmurdu, imtahanı mənimlə polemikaya çevirmişdi. O imtahandan sonra həmişə mənə diqqət yetirirdi. 

Bu cür müəllimlərin bizim həyatımızda çox böyük rolu olub. Onları unutmaq olmur.

- İllər keçir, ətrafınızdakı insanlar seyrəlir, bəzən yaxın saydıqlarınız birdən-birə geri çəkilir. Dostluq etdiyiniz adamları sabah yanınızda görməyəndə hansı hisslər keçirirsiz?

- Dostluq, yoldaşlıq məsələsinin özündə də bir az intimlik var. Mən vaxtilə internatda oxuduğum dövrdə dostluq etdiyim uşaqlarla indi də dostluğum davam edir. Hamısı babadır, biri Laçında, biri Ağcabədidə, biri başqa yerdə yaşayır, amma davamlı olaraq əlaqələrimiz var, görüşürük. Onlardan başqa geniş mənada dostluq etdiyim adamlar var ki, onlar məslək adamlarıdır. Arif Əliyev, Elçin Şıxlı, Ramiz Rövşən, Rafiq Əliyev dostlarımdır. Universitetdə çox yaxın dostum var - İsmayıl Məmmədov. Azərbaycan dili mütəxəssisidir, ona Qara İsmayıl deyirlər. O sırada heç bir itki yoxdur. Çünki onlar da mənimlə münasibəti qiymətləndirir, mən də o münasibəti dəyərləndirirəm. Bəzən dostlarla bir yerdə çox çətin situasiyalardan keçirsən, orda bir-birinin yanında olursan, onları yanında dayaq kimi hiss edirsən, onlar da sənə dayaq kimi baxır. Bəzən o cür dostluq kənardan kimlərisə qıcıqlandırır. Mən elə bilirəm ki, o cür dostluq kollektiv müqavimət üçün çox ciddi stimuldur. Bəzən sənə qarşı olan hücumlara qarşı yanında dostlarını görəndə çox ürəkli olursan. Bu baxımdan, dost cəhətdən özümü xoşbəxt, yarımış adam sayıram. 

- Televizyada işlədiyiniz dövrdə həyatınızdan minlərlə müsahib keçib, onlar arsında dünyanın tanınmış siyasət adamları, dövlət xadimləri də olub. Heç yadınızdan çıxmayan, hafizənizdə dərin izlər buraxan şəxsiyyətlər oldumu?

- Bu baxımdan, hafizəmdə çox zəngin bir qalereya var. Çünki çox görkəmli insanlarla görüşmüşük, geniş müsahibələr olmasa da, sual verdiyim, cavab aldığım siyasi xadimlər olub. Məsələn, 4-cü kursda oxuyanda AzTV-də praktikada idim. Şənbə günü olanda adətən əməkdaşlar işə gəlmirdi və müsahibələrə praktikantları göndərirdilər. 1977-1978-ci illər olardı, Tur Heyerdal Bakıda idi, onunla müsahibəyə məni göndərdilər. Qərib Əhmədli getməli idi, nəsə o gedə bilmədi, amma mənə sualları verdi ki, ona bu sualları verərsən. Mən də sualları götürdüm və təbii ki, bir-iki sual da özüm əlavə etdim, ona verdim. Dördüncü kursda oxuyanda Tur Heyerdaldan müsahibə almışam. O məşhur səyyah  çox parlaq şəkildə yadımda qalıb, hətta onun sualıma verdiyi bir cavab da indiyə qədər yadımdadır. Mən ona sual verəndə ki, Bakı haqqında təəssüratlarınız necədir? O şəhərimizi təriflədi, "çox gözəl şəhərdi, amma burda piyadalar elə gəzirlər ki, elə bil heç avtomobil icad olunmayıb" dedi. O, piyadaların nizamsız keçidinə işarə vururdu. Sonra jurnalist taleyim elə gətirib ki, dövlət başçısı ilə çox səfərlərdə olmuşam, çox görkəmli insanlardan müsahibə almışam, çoxları ilə ünsiyyətim olub. 

- Kimlərin adını qeyd edərdiniz?

- Məsələn, Marqaret Tetçerdən həm Bakıda müsahibə almışam, həm də BMT-nin 50 illik yubleyində  Nyu-Yorkda ona sual vermişəm. Boris Yeltsinə, Bənəzir Buhuttoya da suallar vermişəm.  Süleyman Dəmrəldən geniş müsahibə almışam, o vaxt "Yeddi gün" proqramında efirə vermişəm. Dünyanın bir çox siyasi liderlərini yaxından görmüşəm. Məsələn, İslam Konfransı Təşkilatının İslamabadda keçirilən toplantısında Əfqanıstanın, eləcə də bir çox müsəlman ölkələrinin rəhbərlərini, yenə İslam Konfransı Təşkilatının Əlcəzairdəki toplantısında çox tanınmış şəxsləri görmüşəm. Əlbəttə ki, o təmaslar, sual-cavablar insanın beynində qalır. Düşünürəm ki, sual verdiyim adamlarla bağlı bir epik kitab hazırlamaq olar. Çünki onlar epizodik görüşlərdi. Heydər Əliyevin özündən dəfələrlə müsahibələr almışam. 

- Ən maraqlı müsahibləriniz kimlər olub?

- Süleyman Dəmrəllə müsahibə mənim üçün çox maraqlı olub. Hesab edirəm ki, Abdulla Güllə müsahibəm maraqlıdır. Amerikanın Dövlət kativi vardı, Madlen Orbrayt. BMT-nin 50 illiyində ölkə prezidenti ilə görüşdən çıxandan sonra ona sual vermişəm. 

- Sual verə bilmədikləriniz də olubmu? 

- Bəli, sual verə bilmədiyim adamlar da olub. Məsələn, Con Meycora sual verə bilmədim. Bir ara İngiltərənin baş naziri də oldu. O, qəbuldan çıxanda jurnalistlərin yanından keçməli idi, biz də çox həvəslə hazırlaşırdıq ki, Meycora suallar verəcəyik, amma o çıxdı və qarşıdakı ehtiyat keçiddən getdi. Hamı bunu necə etdiyinə mat qaldı, bu əsl ingilis hiyləgərliyi idi. Bu situasiyaların hamısı insanı yetişdirir, dünyagörüşünə, siyasi qavrayışına, siyasi təfəkkürünün formalaşmasına təsir göstərir. Dünyanı tanıyırsan, insanları tanıyırsan, münasibətləri görürsən, ölkələrin siyasətini anlayırsan. Bunlar hamısı çox ciddi məsələlərdir. Xarici səfərlərdə elə şeylər çox olur. Mən Jak Şirakı Nyu-Yorkda axşam gəzintisində görmüşəm, eyni zamanda Heydər Əliyevlə görüşdə də onu yaxından görə billmişəm. Çox maraqlı insan idi. Bənəzir Buhutto yaddaşımda çox parlaq şəkildə qalıb.

- Məsələn, Buhutto hansı məqamlara görə sizi heyrətləndirib?

- Əvvəla çox hazırcavab və yumoru olan adam idi. Buhutto suallara həm məharətlə cavab verə, həm də məharətlə sualdan yayına bilirdi. Çox maraqlı şəxs idi. Amma suallara çox qısa cavablar verirdi.

Türkmənbaşı Saparmurad Niyazovu öz otağında görmüşəm. O vaxt xarici işlər naziri Həsən Həsənov idi. Türkmənbaşını o situsiyada da görmüşəm, eyni zamanda suallar da vermişəm. Nursultan Nazarbayev çox maraqlı adamdır. Putinin ilk prezidentlik dövründə ona suallar vermişik. Yəni bunlar bir jurnalistin edəcəyi qədər olub. Almaniyanın kansleri olmuş Helmut Kola simpatiyam vardı, o çox maraqlı bir adam kimi yadımda qalıb. Jurnalist həyatında belə hallar olur.

- Qulu müəllim, bayaq internatda oxuduğunuzu dediniz. Hansı səbəbdən internatda oxudunuz? 

- Zəngilanda doğulmuşam. Mən 6 yaşımda olanda atam rəhmətə gedib. Biz dörd qardaş olmuşuq, həm də kasıb ailə idik. Biz dörd uşaq, anam da tək. Ona görə də məni və məndən böyük qardaşımı əmim aparıb Şuşada internat məktəbinə qoydu. Yəni bu kefdən olmayıb, bizi məcburiyyət qarşısında ora apardılar. 

- Bu sizə necə təsir edirdi? 

- Orada oxuduğumuz ilk illərdə böyük qardaşım çox darıxırdı. Onun darıxmağı mənə də sirayət edirdi. Amma 3-4-cü sinifdən sonra alışdıq. Sonradan sevindim ki, nə yaxşı məni gətirib internata  qoyublar. Çünki orda bizə çox gözəl dərs keçirdilər. Məsələn, mən yay tətilində kəndimizə qayıdanda yaşıdlarım ünsiyyətdə görürdüm ki, onlar mənə bənzəməyə çalışırlar. Çünki mən bədii ədəbiyyat oxuyurdum, oxuduqlarımı bunlara danışırdım. Hamısında bir həvəs yaranırdı.

- Zemfira xanımla necə tanış oldunuz?

-Biz tələbə yoldaşıyıq, paralel qruplarda oxumuşuq. Hiss etdim ki, o mənə çox uyğundur. İndi gərək mən də ona uyğun olaydım, ona görə də çox zəhmət sərf etməli oldum. Məlum oldu ki, mən də pis oğlan deyiləm (gülür). Zemfira xanım tələbəlikdən çox aktiv idi. Qəzetlərə yazırdı. "Gənclər" qəzetində" "Molodyoj Azərbaycan"da məqalələri çıxırdı, araşdımaları olurdu, həm də çox yaxşı oxuyurdu. Mən düzü, sevdiyim fənlərə yaxşı hazırlaşırdım, amma o bütün dərslərə yaxşı hazırlaşırdı. Məsələn, o vaxt pariya tarixindən dəftər tuturdular, konspekt yazırdılar. O dəftəri bir gün Zemfira xanım müəllimə göstərirdi, sabah da mən. Paralel qruplarda oxuyurduq, Zemfira xanımın dəftəri mənim çox köməyimə gəlirdi. Dəftəri götürürdüm müəllimə göstərirdim, o da deyirdi ki, görürsüz necə gözəl yazır, o biri qrupda bir qız var onun da dəftəri belə səliqəlidir.  Daha demirdi ki, bu həmin qızın dəftəridir. Sonra elə oldu kimi bizim ikimizə də eyni zamanda Dövlət Televiziya və Radio Komitəsinə təyinat verdilər. Sözün açığı, mənim feodal düşücəm bir az üstün oldu və etiraz etdim ki, bir yerdə işləməyək. Elə oldu ki, Zemfira xanımın təyinatını dəyişib "Bakı" qəzetinə verdilər. 

- Dilimizlə bağlı sizi narahat edən məsələlər var. Sizi qayğılandıran məqamlar nələrdir? 

- Əslində, mənim fəaliyyətimin bir istiqaməti də dilçiliklə, həm nitq mədəniyyəti, həm  televizya, radio dili, həm də lüğətçiliklə bağlıdır. Mənim 10-a yaxın lüğətim var. Humboldtun sözüdür ki, dil millətin ruhunu ifadə edir. O ruhun ifadəsi çox səlis, dəqiq, aydın olmalıdır, ədəbi normaları qorumalıyıq. Çox təəssüf edirəm ki, bəzən jurnalistlərdə də dilə biganəlik göstərildiyini görürsən, futbol şərhçilərinin də, şou aparıcılarının da dilində ciddi nöqsanlar var. Televiziyanın dili şifahi  ədəbi dilin bir qoludur. Bunun öz normaları var, bu normaları qorumaq lazımdır. İndi ayrıca Monitorinq Mərkəzi yaradılıb, onlar televizya və radio ilə bağlı müşahidələr aparırlar. Amma bu məsələ uzun müddət gündəmdə olub və yenə də gündəmdə olacaq. Bəzən insanlar tənqidi düzgün anlamırlar, tənqidə şəxsi qərəz kimi baxırlar. Dil məsələsində hamımızın marağımız, mənafeyimiz birdir. Bu dili bu həddə gətirib çıxaran, onun təmizliyini təmin edən, onun qaydalarını müəyyənləşdirən, sözün həqiqi mənasına üst səviyyəyə qaldıran bizim görkəmli alimlərimiz olub. Dildə təftişçilyə qalxmaq, 2018-ci ildə "dil islahatı" adı altında orfoqrafiyaya toy tutmaq, gülməli qaydalar təklif etmək, bunlar hamısı biabırçılıq idi və biz o məsələlərdə səlayiyyətli şəxslərə kifayət qədər ciddi müqavimət göstərdik. Hesab edirəm ki, dildə dəyişiklik apararkən çox düşünmək lazımdır. Qaydalar qoyulub, onlara əməl edilməlidir. Qaydaları, sözləri tez-tez dəyişmək çox ciddi təhlükədir. Bax, onlara qarşı çıxırdım. İkinci bir tərəfdən, xüsusi olaraq Azərbaycan ədəbi dilinin işlənməsi ilə bağlı dövlət proqramı vardı. Mən Dilçilik İnstitutunda işləyəndə monitorinq şöbəsində bu istiqamətləri aparırdıq ki, küçə və yer adları, reklamların dili, televiziya və radio nitqi buradakı normalar nə dərəcədə gözlənilir. Onunla bağlı bizim ciddi nailiyyətlərimiz olub.  Sonra o proqrama uyğun olaraq qaynar xətt yaratmışdıq. Çox təəssüf edirəm ki, Möhsün Nağısoylunun vaxtında otaq çatışmazlığı bəhanəsillə onu ləğv etdilər.  Dilə çox müqqəddəs baxmaq lazımdır. O həqiqətən də bizim varlığımızı ifadə edir. Dil bu səviyyəyə gəlib çıxması üçün yüz illər, min iilər yol keçib. Ona görə də dillə çox ehtiyatla davranmaq lazımdır.

- Lüğətçiliklə bağlı da işləriniz var...

- 2000-ci ildə "Kino,  televizya,  radio terminləri"ni, daha sonra "Mediada işlənən alınma sözlər"i, "Məktəblinin alınma sözlər lüğəti"ni hazırladım.  İlk dəfə Rafiq İsmayılovla birgə "Azərbaycan dilinin frazeologiya lüğətini" hazırlamışıq. Bu akademik lüğətdir. Dilin obrazlı sistemində frazeologiyanın öz yerui var. Ona görə də o iki dəfə nəşr olunub, üçüncü nəşrə hazırlanır. Tənqidlə iş bitmir, gərək kömək edəsən. Ona görə də bizim "AZLEKS" saytımız var, o lüğətlər toplusudur, orda 20-dən çox lüğət yerləşdirilib. Bir neçə il əvvəl Azərbaycan Tərcümə Mərkəzi mənim alınma sözlər lüğətimi buraxıb, orada biz təxminən 3 mindən çox sözün izahını vermişik.

- Müasir elmimiz haqqında fikriniz nədir?

- Müstəqillik dövründə bəxti gətirməyən sahələrdən biri  elm sahəsi oldu. Biz nə yaxşı, sovet dövründə akademiya sistemini yarada bilmişdik. Müstəqillik dövründə akademiya çox da səmərəli işləyə bilmədi. Yaxşı alimlərimizin çoxu xarici ölkələrə getdi. Tətbiqi elmlərdə bir durğunluq yarandı. Humanitar sahələrdə çoxlu dissertasiyalar yazıldı, amma onların bir çoxunun səmərəsi və praktikası olmadı. Plagiatlıq baş alıb gedir. İstənilən adam müdafiə etməyə, namizədlik və doktorluq diplomuna bir aksesuar kimi baxır. Bu baxımdan, mənə elə gəlir ki, elmə xüsusi yanaşma lazımdır.

Universitetlərin elmi fəaliyyəti gücləndirlməlidi, laboratoriyalar sözün əsl mənasında elm mərkəzlərinə çevrilməlidir. Belə olmasa çətin olacaq. Bir də alimlərin sosial müdafiəsi gücləndirilməlidir. Bizdə güclü alimlər var, amma onların başı ailə-məişət problemlərinə qarışıb. Halbuki, onların problemi həll olunsa o alimlər elmə daha çox fayda verərlər. Bunun qısa yolu bu sahəyə diqqət ayrılması və bu istqiamətdə addımların atılmasındadır.

İradə SARIYEVA



VİDEO

SON XƏBƏRLƏR

13.03.2025 / 21:05
İrəvan Bakının sülh şərtlərini tam qəbul etdi – sazişin harada imzalanacağı müzakirə olunur...

13.03.2025 / 20:50
Avropa Parlamenti Eçmiədzinlə birlikdə Bakıya qarşı gediş edir...

13.03.2025 / 20:35
Ermənistan Azərbaycanla həm sülh deyir, həm də silahlanır...

13.03.2025 / 20:05
Ukrayna döyüşlərində "Rusiya imperiyasının" bayrağı qaldırıldı - mesajlar...

13.03.2025 / 20:01
SOCAR dünya enerji nəhəngləri ilə birgə İsrailin “Tamar” yatağında...

13.03.2025 / 19:51
Avropa İttifaqı Azərbaycanın 20 il əvvəlki siyasətinin düzgünlüyünü qəbul edir...

13.03.2025 / 19:37
"Turan" agentliyinin kreditorları nə tələb edir?

13.03.2025 / 19:24
Ermənistana getmiş türkiyəli jurnalist erməni təsirinə düşdü - ciddi xətalara yol verdi

13.03.2025 / 19:11
Azad rayonlarımızda geniş məktəb, bağça şəbəkəsi yaradılıb - az vaxtda 2 min şagird...

13.03.2025 / 18:57
"Dermovate" məlhəminin qiyməti bəzi apteklərdə birdən-birə 16 manata qaldırılıb...

13.03.2025 / 18:42
Baş nazirin uşaqlarla bağlı qərarında yeni hansı tələblər var?..

13.03.2025 / 18:28
Anarın məhkəməyə verdiyi yazıçı “sonadək mübarizə” deyir...

13.03.2025 / 18:16
Trampla Xamneyinin arasında məktub məsələsi əsl müəmmaya dönüb...

13.03.2025 / 18:11
Makron Rusiyanın dondurulmuş 230 milyardına göz dikdi – Trampın yanında başqa söz demişdi…

13.03.2025 / 18:08
XİN Ermənistanla saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığına dair bəyanat yaydı

13.03.2025 / 18:03
Qukasyan qondarma rejimin “büdcə”sinin Ermənistanın tərəfindən formalaşdırıldığını etiraf etdi

13.03.2025 / 17:58
Fransa 113 peykin casusluq imkanlarını Ermənistana açıb - Bakıya qarşı...

13.03.2025 / 17:45
ABŞ-ın “əvvəlki sərhədlər olmayacaq” şərtində ədalətli Moskva-Kiyev sülhü mümkündür?..

13.03.2025 / 17:39
Ermənistan XİN də təsdiqlədi - sülh sazişinin mətni üzrə danışıqlar yekunlaşıb

13.03.2025 / 17:32
“Azərbaycan qlobal miqyasda sivilizasiyalararası dialoq və əməkdaşlıq mərkəzinə çevrilib” - Vüqar Rəhimzadə

13.03.2025 / 17:29
Ermənilər Türkiyə jurnalistlərini Marqara keçidinə apardılar - “keçid tam hazırdır” mesajı...

13.03.2025 / 17:16
Xristian "liderlər" Bakıda erməni məhkəməsi ilə bağlı Trampı təxribata çəkirlər...

13.03.2025 / 17:10
Milli Məclis hərbi cinayətlər törətməkdə təqsirləndirilən şəxslərlə bağlı beynəlxalq parlament təşkilatlarına məktub göndərdi

13.03.2025 / 17:05
Ermənistan Azərbaycanın qalan iki təklifini də qəbul etdi - Sülh sazişinin mətni ilə bağlı danışıqlar prosesi yekunlaşdı...

13.03.2025 / 16:57
Prezident İlham Əliyev Fatih Birola “Dostluq” ordenini təqdim edib

13.03.2025 / 16:55
Prezident İlham Əliyev BMT-nin Ticarət və İnkişaf Konfransının baş katibini qəbul edib

13.03.2025 / 16:41
Neft Emalı Zavodundakı yanğınla bağlı DTX-də cinayət işi başlandı

13.03.2025 / 16:29
"Dünya mövcud münaqişələri dayandırmalı və danışıqlar masası arxasına əyləşməlidir" - ARTOC direktoru

13.03.2025 / 16:25
"Biz milli maraqlarımızı müdafiə edirik, eyni zamanda, digərlərinin maraqlarına hörmət bəsləyirik" - Ceyhun Bayramov

13.03.2025 / 16:18
Ağdamda insana aid olduğu ehtimal edilən sümüklər tapıldı

13.03.2025 / 16:17
Prezident İlham Əliyev Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunu qəbul edib

13.03.2025 / 15:48
Qlobal Bakı Forumunda “Geosiyasi dəyişmələr: Məsuliyyətli tərəfdaşlıq rəqabətə qarşı” adlı panel keçirilib

13.03.2025 / 15:42
“TÜRK” etnonimi və törələri - YUNUS Oğuz yazır

13.03.2025 / 15:35
Prezident İlham Əliyev Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru qəbul edib - FOTO

13.03.2025 / 15:25
Trampı fələstinli sözünə görə yıxıb sürüdülər...

13.03.2025 / 15:23
HƏMAS İsrailin işğalına müqavimət göstərəcəyini bəyan edib

13.03.2025 / 15:14
Prezident İlham Əliyev Bolqarıstanın xarici işlər nazirini qəbul edib - FOTO

13.03.2025 / 15:12
"Aİ-də bir çox məsələlərdə birlik yoxdur, Avropa ekzistensial böhrandadır" - Sabiq nazir

13.03.2025 / 15:05
Vidadinin ürəyi Vətənlə döyünürdü...

13.03.2025 / 14:57
Masallıda polis əməliyyat keçirdi, 10 kiloqram narkotik aşkarlandı

13.03.2025 / 14:43
“Vaşinqton İsrailin Azərbaycanla əməkdaşlığından dərs almalıdır” - ABŞ beyin mərkəzi

13.03.2025 / 14:37
"Qlobal səviyyədə idarəçilik dəyişməlidir" - Çinin xüsusi nümayəndəsi

13.03.2025 / 14:32
"Parçalanmış dünyada yeni güclər səhnəyə çıxmaqdadır" - Çavuşoğlu

13.03.2025 / 14:25
Jelka Tsviyanoviç: "Xll Bakı Qlobal Forumundakı çağırışlar fürsətə çevrilə bilər"

13.03.2025 / 14:12
"Onların mühakiməsi davam etdiriləcək" - Prezidentin köməkçisi

13.03.2025 / 14:06
Prezidentin köməkçisi: "Avropa İttifaqının bizim regionla bağlı yeni siyasətini görmək istəyirik"

13.03.2025 / 13:54
"Forum geniş fikir müxtəlifliyini təmsil edən insanları bir araya gətirib" - Latviyanın sabiq Prezidenti

13.03.2025 / 13:40
"Azərbaycana qarşı vuruşan "Daşnak" adlandırılan taborda Ermənistan vətəndaşları da var idi" - Ermənistan ordusunun generalı

13.03.2025 / 13:36
"Azərbaycan Cənubi Qafqazda ölkələrin ərazi bütövlüyünə və suverenliyinə əsaslanan yeni status-kvonun əsasını qoyub" - Hikmət Hacıyev

13.03.2025 / 13:32
Prezident İlham Əliyev Albaniya Prezidenti ilə görüşdü - YENİLƏNDİ

13.03.2025 / 13:31
Hikmət Hacıyev: "Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları hələ də davam edir"

13.03.2025 / 13:23
"Minsk qrupuna bu gün heç bir ehtiyac yoxdur, ola da bilməz" - Hikmət Hacıyev

13.03.2025 / 13:20
"Biz çoxqütblü dünyaya hərtərəfli dəstəyimizi göstərməliyik" - Şarl Mişel

13.03.2025 / 13:19
"Bəzi Aİ ölkələri böhranın öhdəsindən təkbaşına gələ biləcəklərini düşünürdülər, lakin..." - Şarl Mişel

13.03.2025 / 13:16
Şimali Makedoniya Prezidenti Prezident İlham Əliyevə təşəkkür etdi

13.03.2025 / 13:12
Fatih Birol: "Bakıdakı COP29 konfransı vacib nailiyyətlər gətirib"

13.03.2025 / 13:08
Трамп взял Путина за горло - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

13.03.2025 / 13:03
"Biz qlobal səylərlə daha effektiv, inklizüv və məsuliyyətli sistem qura bilərik" - Tatyana Valovaya

13.03.2025 / 12:57
Şimali Makedoniya Prezidenti: "Qlobal Bakı Forumunda ən mühüm regional və qlobal problemlər müzakirə edilir"

13.03.2025 / 12:50
"Coğrafi məsafəyə baxmayaraq, dost ölkələrimizi dərin köklü əlaqələr birləşdirir" - Şimali Makedoniya Prezidenti

13.03.2025 / 12:48
"Bərpaolunan enerjiyə çəkilən xərclər 80 %-ə çatdırılmasa, iqlim böhranı davam edəcək" – Kosta-Rikanın sabiq ikinci vitse-prezidenti

13.03.2025 / 12:38
"Problemləri müəyyənləşdirmək və həll etmək üçün addımlar ata bilərik" - Şarl Mişel

13.03.2025 / 12:37
"Biz bir-biri ilə bağlı olan qlobal böhranlar dünyasında yaşayırıq, bunlar birgə həllər tələb edir" - ÜST-nin Baş direktoru

13.03.2025 / 12:30
Əmək ...nazirinin müavini 3 hökumətlərarası komissiyanın tərkibinə daxil edildi

13.03.2025 / 12:16
Albaniya Prezidenti: "Qlobal Bakı Forumu sülh, təhlükəsizlik və inkişafa fokuslanmış dialoq üçün gözəl platformadır"

13.03.2025 / 12:16
"Antoni Blinkenin siyasəti ABŞ-Azərbaycan münasibətlərini heçə endirdi" - Prezident İlham Əliyev

13.03.2025 / 12:11
"Qlobal Bakı Forumu ümid mesajlarını çatdıran bir forumdur" - Albaniya Prezidenti

13.03.2025 / 12:08
Prezident Əliyev erməni diasporunu dəstəkləyən korrupsiyaya uğramış siyasətçilər barədə danışdı

13.03.2025 / 12:04
Turançı alim, Professor Əjdər İsmayılovun ANIM GÜNÜDÜR

13.03.2025 / 12:03
Ruslar ukraynalı hərbi əsirləri edam edirlər - DƏHŞƏT!

13.03.2025 / 12:02
“Onlar gecə-gündüz casus kimi bizim sərhədlərimizdə dayanırlar" - Prezidentdən SƏRT MÖVQE

13.03.2025 / 12:00
Azərbaycanla düşmənçilik edən Fransa Özbəkistana milyardlarla sərmayə qoyur

13.03.2025 / 11:44
"Görürük ki, bu gün Avropa İttifaqı daha güclü hərbi potensial qurmaq üçün siyasətini necə dəyişir" - Prezident

13.03.2025 / 11:40
İlham Əliyev: "Biz Cənubi Qafqazda sülh qurmalıyıq"

13.03.2025 / 11:34
"COVID dövründə 80-dən artıq ölkəyə kömək etdik"

13.03.2025 / 11:33
Prezident İlham Əliyev Roma Papası Fransiski təbrik etdi

13.03.2025 / 11:28
Tramp “atəşkəsə” görə Moskvanı hədələdi

13.03.2025 / 11:27
"Biz işğal illərini yaddan çıxara bilmərik və çıxarmayacağıq" - Prezident

13.03.2025 / 11:23
Prezident İlham Əliyev: "Əfsuslar olsun, COP29 bəzi Qərb medialarında kampaniyalarla müşayiət olundu"

13.03.2025 / 11:20
Sarkisyanın başı dərddədir - qanunsuz torpaq satışına görə cinayət işi açıldı...

13.03.2025 / 11:14
“Qədim insan məskənlərinin mühafizəsi: təhdidlər və müasir yanaşmalar” mövzusunda beynəlxalq konfrans keçiriləcək

Azad rayonlarımızda geniş məktəb, bağça şəbəkəsi yaradılıb - az vaxtda 2 min şagird...

XƏBƏR ARXİVİ

Mart
B.eÇ.aÇC.aCŞB
242526272812345678910111213141516171819202122232425262728293031123456