Bazar günü, 1 iyun 2025
     

Cənubi Qafqazda inteqrasiya üçün yeni imkanlar açılır

Image

Müasir dünyada inteqrasiya proseslərinin öyrənilməsinə marağın artması İkinci Dünya müharibəsindən sonrakı dövrdə qeydə alınıb.

Tədqiqatçılar inteqrasiya fenomeninə olan bu marağı ilk növbədə regional inteqrasiyanın qeyri-hərbi vasitələrlə aktual beynəlxalq problemlərin həllinə müsbət təsir göstərə bilməsi ilə əlaqələndirirlər. Müharibədən sonrakı beynəlxalq münasibətlər sisteminin qütb xarakteri yerli-regional münaqişə potensialının vəziyyətinə və inkişafına güclü sabitləşdirici təsir göstərdi.

Azərbaycanın "Cənubi Qafqaz Evi" təklifi aktuallaşır

Qeyd edək ki, "Soyuq müharibə" dövründə bir çox regional qeyri-sabitlik və münaqişə mərkəzləri "dondurulmuşdu". Yerli-regional münaqişələrin tənzimlənməsi üzrə fəaliyyətlər dünya güclərinin xarici siyasətində sırf ikinci dərəcəli, periferik mövqe tutmuşdu. Bu fonda SSRİ-nin dağılması Cənubi Qafqaz və Mərkəzi Asiya dövlətlərini milli təhlükəsizliyin təmin edilməsi problemi ilə qarşı-qarşıya qoydu. 1991-ci ildən keçən dövr açıq şəkildə göstərdi ki, region dövlətləri öz təhlükəsizliyinə çoxsaylı təhdidlərin öhdəsindən təkbaşına gələ bilmələri çətindir. Buna ancaq region dövlətləri və onların müttəfiqləri arasında çoxtərəfli əməkdaşlıq əsasında nail olmaq olar. Qeyd edilənlərin ən yaxşı nümunəsi Azərbaycan-Türkiyə mütəffiqlik əlaqələri fonunda özünü büruzə verdi.

Bundan başqa, Azərbaycan dünyada İsrail, İtaliya, Britaniya və digər bu kimi mühüm tərəfdaşlar qazandı. Bütün bunlar ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsinə az rol oynamadı. Onu da xatırladaq ki, Cənubi Qafqazda, Mərkəzi Asiyada postsovet dövründə region dövlətlərinin siyasi, iqtisadi və hərbi zəmində inteqrasiyasına çoxsaylı cəhdlər edilib. Azərbaycan region dövlətlərinin inteqrasiyasında xüsusi fəallıq göstərir. Məsələn, 1996-cı il martın 8-də Azərbaycan prezidenti kimi Heydər Əliyevin Gürcüstana rəsmi səfəri zamanı 2 dövlət başçısının imzaladığı birgə Bəyannamədə "Ümumi Qafqaz Evi" ideyası xüsusi yer tuturdu. Hazırda Azərbaycan, Gürcüstan və Ermənistanın birlikdə "Cənubi Qafqaz Evi" yaratması üçün şərait və şərtlər daha uyğundur. Rəsmi Bakı belə bir təşəbbüslə çıxış edir. Azərbaycan prezidenti İlham Əliyev Gürcüstana son səfərləri zamanı məsələni siyasi gündəmə gətirib. O qeyd edib ki, Bakı ilə İrəvan arasında sülh əldə olunacağı təqdirdə Cənubi Qafqazda sülh bərqərar olacaq və əməkdaşlıq üçün imkanlar yaranacaq. Ölkəmiz bununla regional əməkdaşlıq, Ermənistanla münasibətlərin normallaşması üçün kənar qüvvələrə ehtiyac olmadığına da işarə edib. Yəni rəsmi Bakı, Tiflis və İrəvan öz aralarında olan problemləri birinin vasitəçiliyi ilə həll edə bilərlər. Təəssüflər olsun ki, Ermənistanın subyektiv xarakterli cəhdlərinə görə, "Cənubi Qafqaz Evi" yaradılması hələ gecikir. O da aydındır ki, birlik şəraitində regionda iqtisadi inkişafın təmin edilməsi təhlükəsizliyin təmin olunması ilə ayrılmaz şəkildə bağlıdır. Qloballaşma şəraitində heç bir dövlət öz milli təhlükəsizliyini müstəqil şəkildə təmin edə bilmədiyi üçün regional təhlükəsizlik sisteminin yaradılması mühüm əhəmiyyət kəsb edir. Cənubi Qafqaz böyük güclərlə əlaqəli bir neçə üst-üstə düşən regional təhlükəsizlik vektorlarının olması ilə xarakterizə olunur. Regional təhlükəsizlik komplekslərinin məkanı qlobal güclərin müdaxiləsi ilə pozula bilər, lakin regional dinamika əhəmiyyətli müstəqilliyə malikdir. Həqiqətən də bu məqamda aydın olur ki, Cənubi Qafazın bir hissəsində baş verəcək hadisə bütün regionda sabitliyi poza bilər. Bu mənada Azərbaycan regional birliyi təşviq edir. Ermənistan bunu nəzərə almalıdır.

İqtisadi tərəqqinin sürətlənməsinə dünya iqtisadiyyatına uğurlu inteqrasiya mühüm töhfələr verir

İnteqrasiya Azərbaycanın xarici siyasət strategiyasında ölkənin sabit və davamlı inkişafına, iqtisadi yüksəlişinə, milli və regional səviyyədə təhlükəsizliyin təmin edilməsinə töhfə verən ən mühüm amildir. Dəyişən geosiyasi və geoiqtisadi vəziyyət, yeni inteqrasiya məkanlarının formalaşması şəraitində Azərbaycan iqtisadiyyatının regional və qlobal sistemlərlə münasibətlərin dərinləşdirilməsi suverenliyin möhkəmləndirilməsi, davamlı iqtisadi artımın təmin edilməsi üçün xüsusi əhəmiyyət kəsb edir.

Qeyd edək ki, son bir neçə onillikdə müasir beynəlxalq münasibətlər inteqrasiya proseslərinin intensiv inkişafı ilə səciyyələnir. Bu tendensiya qloballaşmanın təsiri altında inkişaf edir. İqtisadi baxımdan inteqrasiya ilk növbədə xammal, kapital və əmək bazarının birləşməsinin artması deməkdir. Bənzər mənzərə XX əsrin ortalarından bəri müşahidə olunur. İki dağıdıcı dünya müharibəsi başa çatdıqdan sonra iqtisadiyyatın bərpası məsələləri bütün dünya birliyi üçün prioritet məsələyə çevrildi. Bu kontekstdə ciddi struktur dəyişiklikləri tələb olundu. Ölkələrin iqtisadiyyatları getdikcə daha açıq oldu. Bu da öz növbəsində beynəlxalq ticarətin və investisiyaların artmasına kömək etdi. Lakin qeyd etmək lazımdır ki, bu transformasiyanın hərəkətverici qüvvəsi kapitalist bloku ölkələri idi. Məhz bu qrup daxilində bütün o proseslər baş verdi ki, sonradan bütün qlobal iqtisadiyyatın inkişaf trayektoriyasına böyük təsir göstərdi. Müəyyən bir nöqtədə ümumi mənzərə dəyişməyə başladı. Ötən əsrin 1990-cı illərindən qloballaşmanın miqyası xeyli genişlənməyə başladı. Bu prosesə getdikcə daha çox ölkə və regionlar cəlb olunub. Bu, müəyyən dərəcədə SSRİ-nin "dəmir pərdəsi"nin süqutu ilə bağlı idi ki, bu da öz növbəsində dünya siyasətində dramatik dəyişikliklərə səbəb oldu. Sovet dövlətinin dağılması ilə Qərb kapitalist dünyası ilə şərti Şərq sosialist bloku arasında geosiyasi mübarizə başa çatdı. Buna uyğun olaraq iki güc mərkəzi arasında "Soyuq müharibə" də sona yetdi. Yeni şəraitdə müxtəlif növ, o cümlədən sərhəd xarakteri daşıyan maneələrin saxlanmasına qətiyyən ehtiyac yox idi. Əhəmiyyətli bir fakt ideoloji antaqonizmin rədd edilməsi idi. Bunun fonunda keçmiş sosialist düşərgəsinin ölkələri hər yerdə planlı iqtisadiyyatdan daha rəqabətli kapitalist inkişaf modelinə keçirdi. Son nəticədə iqtisadi sistemlərin bu cür birləşməsi qloballaşmanın yayılması üçün bir növ katalizator oldu. Bu baxımdan əsas nəticələrdən biri - əməkdaşlığın kəskin şəkildə intensivləşməsi təkcə Avrasiya məkanında deyil, dünyanın digər yerlərində də müxtəlif inteqrasiya layihələrinin inkişafı kimi dəyərləndirilir. Azərbaycan bütün bunları nəzərə alır. Elə ölkənin iqtisadi tərəqqisinin sürətlənməsi də dünya iqtisadiyyatına uğurlu inteqrasiyadan qaynaqlanır. Cənubi Qafqaz ölkələrinin bu səpkidə inteqrasiyası isə ümumi regionun inkişafına daha böyük töhfələr verə bilər.

Ramil QULİYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

01.06.2025 / 00:07
İlham Əliyev 2004-cü ildəki referenduma uyğun kursu davam etdirir, yunan deputatın əsəbi yersizdir...

31.05.2025 / 22:23
Prezident İlham Əliyev Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib - FOTO/VİDEO

31.05.2025 / 22:06
Səudiyyədən İrana xəbərdarlıq - Ya ABŞ-la razılaşın, ya da İsrailin hücumuna hazır olun...

31.05.2025 / 20:33
Ceyhun Bayramov pakistanlı həmkarı ilə regional məsələləri müzakirə edib

31.05.2025 / 19:04
ABŞ Cənubi Qafqazda yenidən fəallaşır - Tramp siyasəti dəyişir...

31.05.2025 / 18:41
Xorvatiya lideri Aİ-ni yıxıb sürüdü - ölkələrə yalandan üzvlük sözü verib onlardan müəyyən güzəştlər qoparmağa çalışırlar...

31.05.2025 / 18:30
Türkiyə və Gürcüstandan olan din xadimləri Şuşa və Ağdamda olublar

31.05.2025 / 18:18
Bakı-İrəvan sazişinin yeri və zamanı hələ müzakirə edilmir - Qriqoryan məqsədli təhrifə yol verdi... 2 şərt icra olunub ki?...

31.05.2025 / 17:52
İmamoğlu: “16 milyon istanbullunu bir-bir həbsəmi atacaqsan?”

31.05.2025 / 17:35
"Ermənistanın Azərbaycan ərazilərini minalaması səbəbindən 397 nəfər həlak olub və yaralanıb" - XİN

31.05.2025 / 17:20
Ermənistanda kilsə-hakimiyyət qarşıdurması kəskinləşir...

31.05.2025 / 17:07
Elon Maskın niyə gözü göyərib?

31.05.2025 / 16:44
Tramp Ukrayna danışıqlarında Medinskini bu səbəbdən Kremlin adamı kimi görmək istəmir...

31.05.2025 / 16:03
“Belə çıxır ki, bu küfr edənlər heç oruc tutmurlar”: Nikol Paşinyan ruhanilərdən əl çəkmir

31.05.2025 / 16:01
Rusiya Ukraynanın sülh danışıqlarına gəlməməsindən qorxuya düşüb

31.05.2025 / 15:42
Ermənistan iqtisadiyyatında baş verən şişirtmələr kimlərə hesablanıb...

31.05.2025 / 15:06
Goranboyda mülki şəxs minaya düşdü, sol ayağı amputasiya edildi

31.05.2025 / 14:48
Polis əməliyyat keçirdi, 9 kiloqram narkotik aşkarlandı

31.05.2025 / 14:23
Sərhəddə mobil telefon əməliyyatı - təhqiqatçı islah işlərinə məhkum edildi

31.05.2025 / 13:11
Avroparlamentin Kipr deputatı İlham Əliyevin sözlərindən yanıb yaxıldı...

31.05.2025 / 11:29
Paşinyan kilsəni dövlət sistemindən silib atmaq fikrindədir ...

31.05.2025 / 11:28
Katalikos Paşinyana - Məni bu vəzifəyə sən seçə bilməzsən....

31.05.2025 / 11:26
Tramp iyunun 2- də İstanbula ruslarla danışığa nümayəndə göndərməyəcək...

31.05.2025 / 11:20
ABŞ- da 47 milyon dollar COViD pulunu yemiş 14 erməni tutuldu....

31.05.2025 / 10:20
Goranboyda qardaş bacısını bıçaqlayıb

31.05.2025 / 10:13
Paşinyan hökm etdi- Katalikosu dövlət seçməlidir...

31.05.2025 / 10:02
Müstəntiqlər səfirlikdə əməliyyat keçirdilər....Müttəfiqlərin arası dəyir...

31.05.2025 / 09:28
Tik tok-da qadınları şantaj edən 19 yaşlı dələduz saxlanılıb

31.05.2025 / 09:27
Azərbaycandan xaricə kütləvi qızıl axını var...

31.05.2025 / 09:17
Daha 38 ailə Laçına yola salınıb

31.05.2025 / 09:10
Bu axşam Çempionlar Liqasının finalı olacaq

31.05.2025 / 09:03
“Kilsə Paşinyana mane olan yeganə strukturdur”

31.05.2025 / 08:42
Qazaxıstan BRİKS-ə qoşulmaqdan imtina etdi

31.05.2025 / 08:42
Rus turistləri Bakıya gəlməkdən niyə çəkinir - məsələdə siyasi çalar ehtimalı...

30.05.2025 / 22:43
Tərtərdə daha bir mülki şəxs minaya düşdü

30.05.2025 / 22:10
Gəncənin bombalanmasının Ermənistanın siyasi-hərbi rəhbərliyinin bilavasitə nəzarəti və tapşırığı əsasında həyata keçirildiyi məhkəmədə elan edilib - FOTO

30.05.2025 / 21:26
Kreml Qarabağdan İrəvana köçmüş erməniləri hələ də "unuda bilmir"...

30.05.2025 / 21:12
ABŞ-Azərbaycan əlaqələrində böyük imkan - Senator 907-nin ləğvinə eyham vurur?..

30.05.2025 / 20:57
Azərbaycanı iqlim risqləri gözləyir - Xəzər barədə sammit qərarı verildi...

30.05.2025 / 20:43
Rusiya Ukraynaya memorandum təklif etdi, ancaq elə şərt qoydu ki...

30.05.2025 / 20:39
Qərb Rusiyaya neft və qaz üçün Ukraynaya verdiyi yardımdan daha çox pul ödədi

30.05.2025 / 20:30
"Azərbaycanlılar qayıdıb Ermənistanda yaşayacaq" - Paşinyandan şok xəbər... Müxalifət qalxdı...

30.05.2025 / 20:17
Trampın komandası dağılır - həssas Mask iflası öncədən görür?

30.05.2025 / 20:03
Tramp və Putinin "mehriban düşmənçiliyi" davam edir - arada Ukrayna əldən gedir...

30.05.2025 / 19:50
“Azdrama”da aləm yenə bir-birinə dəyib - Nurla Hüseynovun qarşıdurması...

30.05.2025 / 19:37
Gəncədə mülki əhalinin və infrastrukturun bombalanmasını həyata keçirmiş Ermənistan hərbçilərinin adları məhkəmədə elan olundu

30.05.2025 / 19:30
“Trampı Kiyevdən daha çox Rusiya ilə münasibətlər maraqlandırır”

30.05.2025 / 19:24
Prezidentin kinematoqrafiya ilə bağlı son sərəncamının əsas məqsədləri...

30.05.2025 / 19:18
Latviya Prezidenti Prezident İlham Əliyevə təbrik ünvanlayıb

30.05.2025 / 19:16
Azərbaycan və BƏƏ prezidentləri arasında telefon danışığı olub

30.05.2025 / 19:11
İran Ərdoğanın sözünü eşitsə, Zəngəzur dəhlizi daha tez açıla bilər(?)...

30.05.2025 / 18:48
ABŞ kəşfiyyatının hesabatından sonra Rusiyanın Azərbaycana münasibəti dəyişəcək...

30.05.2025 / 18:35
Trampın bu sözlərindən sonra hamı Qafqazda sülh üçün əməli addımlar gözləyir...

30.05.2025 / 18:21
Dini dözümsüzlüyə qarşı Azərbaycan nümunəsi... Qlobal təhlükəsizlik üçün müstəsna fakt...

30.05.2025 / 18:07
Erməni separatçılarının Xankəndidə tikdiyi saxta qədim mağara kompleksi...

30.05.2025 / 17:53
Tramp qarşıdakı illərdə Azərbaycanla bağlı yeni təşəbbüslər irəli sürə bilər...

30.05.2025 / 17:45
İqtisadi Şuranın növbəti iclası keçirildi - aidiyyəti qurumlara tapşırıqlar verildi

30.05.2025 / 17:39
Azərbaycanda oğlan və qız uşaqlarının say balansı fəlakətli şəkildə pozulur...

30.05.2025 / 17:26
11 sığorta agentinin lisenziyası niyə ləğv edildi...

30.05.2025 / 17:14
DİN-in təşəbbüsü ilə uşaq hüquqlarının müdafiəsilə bağlı konfrans keçirildi - FOTO

30.05.2025 / 17:06
Məleykə Abbaszadə təhsil ekspertlərini yenə "vurdu" - status yazmaq qəhrəmanlıq deyil...

30.05.2025 / 16:52
“Dezinformasiya və “fake news”larla mübarizə” mövzusu Naxçıvanda müzakirə olundu

30.05.2025 / 16:40
BMU rektoru Azərbaycanın Koreyadakı səfirliyində olub

30.05.2025 / 16:36
Kilsə Paşinyanı lənətləməsə, demək bu cütlüklər keşişlərə düz deyiblər - Pedofil....

30.05.2025 / 16:02
Mask Ağ evdə özünü küncə sıxılmış hiss edirmiş

30.05.2025 / 16:00
Müxalifət Paşinyanı çürümüş və üfunətli siyasi cəsədə bənzətdi

30.05.2025 / 15:57
Tramp: ABŞ-Aİ ticarət danışıqlarında irəliləyiş var

30.05.2025 / 15:56
Tramp İsraillə hərbi əməkdaşlığı dondurdu

30.05.2025 / 15:43
İstanbulda Türkiyə, ABŞ, Ukrayna və Rusiya liderlərinin zirvə toplantısına hazırlıq gedir...

30.05.2025 / 15:16
"Ermənistan silahlı qüvvələrinin “Smerç” raketini atması nəticəsində yaralandım" - Zərərçəkmiş şəxs

30.05.2025 / 15:10
Xankəndidə Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin Enerji təminatı məsələləri üzrə İşçi qrupunun iclası keçirilib - FOTO

30.05.2025 / 15:08
Bakıda 30 minlik oğurluq - iki nəfər saxlandı

30.05.2025 / 14:47
Azərbaycan BMT-nin Məskunlaşma Proqramının İcraiyyə Şurasına üzv seçildi

30.05.2025 / 14:32
Paşinyan və arvadı kilsə üzərinə hücuma keçdi - məni rahat buraxın...

30.05.2025 / 14:18
Medianın İnkişafı Agentliyi və “Euronews” telekanalının birgə əməkdaşlığı ilə “Euronews Academy” Azərbaycanda fəaliyyətə başlayır

30.05.2025 / 14:10
Naxçıvanda “Qlobal informasiya mühiti və media trendləri” konfransı – “MEDİAFEST-2025” keçirilir

30.05.2025 / 14:03
Məktəblərdə direktor müavinləri kişilər olsun - Deputatdan təklif...

30.05.2025 / 13:53
Azərbaycan və ABŞ arasında Ermənistanla normallaşma prosesinin cari vəziyyəti müzakirə olunub

30.05.2025 / 13:38
Hərbi vəzifəli şəxslərin qanunsuz əməlləri ifşa olundu - Hərbi Prokurorluq cinayət işi başladı

30.05.2025 / 13:24
Ailə dəyərlərinə zidd verilişlərin dayandırılmasının vaxtı çoxdan çatıb - Ceyhun Məmmədov

30.05.2025 / 13:18
Paytaxt ərazisində iki avtomobil soyuldu, saxlananlar var

Dini dözümsüzlüyə qarşı Azərbaycan nümunəsi... Qlobal təhlükəsizlik üçün müstəsna fakt...

XƏBƏR ARXİVİ

İyun
B.eÇ.aÇC.aCŞB
262728293031123456789101112131415161718192021222324252627282930123456