KÖHNƏ VERSİYA            

"ABŞ zərbə vursa, Avropa olmayacaq" - qorxunc təhdidlər səngimir...

Image

Bəlli olduğu kimi, ABŞ prezidenti Co Bayden Rusiya ərazisinə ATACMS taktiki ballistik raketləri ilə zərbələr endirməyə icazə verib. Bu isə Rusiya-Ukrayna savaşında yeni mərhələ olmaqla yanaşı, həm də müharibənin eskalasiyasına gətirib çıxarmaq iqtidarındadır.

Kremlin sözçüsü Dmitri Peskov qeyd edir ki, Vaşınqtonun məhdudiyyətin dəyişdirilməsi ilə bağlı qərarı gərginliyin yeni mərhələsinə səbəb olacaq və ABŞ-ın Ukraynadakı müharibəyə daha çox qatılmasını şərtləndirəcək. Rusiya prezidenti Vladimir Putin sentyabrda Qərb dövlətlərini xəbərdar edib ki, adi raket zərblərinə nüvə silahı ilə cavab verə bilər. Rəsmi Moskva nüvə gücünün dəstəyi ilə özünə qarşı gerçəkləşdirilən istənilən hücumu birgə hücum kimi gözdən keçirəcək. Bu arada Dövlət Dumasının Beynəlxalq əlaqələr komitəsinin sədri Leonid Slutski Ağ evin bu addımının daha ciddi fəsadlara yola aca biləcəyini söyləyib. Rusiyalı senator Vladimir Cabarov ABŞ-ın bu qərarını 3-cü dünya müharibəsinə doğru görünməmiş addım olaraq qiymətləndirib. Rusiyalı politoloq Yevgeni Mixaylov isə bildirir: “Zərbə vurularsa, bu, ümumilikdə Trampın Ukraynadakı problemin sülh yolu ilə həlli üçün bütün planlarını məhv edəcək. Onun səlahiyyətinin icrasına başlamasına 2 ay vaxt qalır. Və bu müddət ərzində o qədər çox şey dəyişə bilər ki, nəticədə Tramp heç nəyi düzəldə bilməz. Yenə deyirəm, həqiqətən ümid edirəm ki, qarşılıqlı zərbələr olmayacaq, Bayden zarafat edirdi, baxmayaraq ki, mən buna şübhə edirəm. Amerikalılar zərbə endirmək qərarına gəlsələr, hücuma icazə versələr, o zaman istərdim ki, Avropa liderləri kifayət qədər ehtiyatlı olsunlar. Çünki ehtiyatlı olmasalar, bildiyimiz Avropa artıq olmayacaq. Olmayacaq, bu, dəqiqdir”. Yeni durum Böyük Britaniya və Fransanın Ukrayna ilə bağlı bənzər məhdudiyyəti qaldırmağa da yol açır. Bu da Ukraynaya savaşın həlledici anında düşməninə zərbə etdirməyə imkan verəcək. Ukrayna gələcək sülh danışıqlarında önəmli anlam daşıyacaq Kursk vilayətində nəzarət etdiyi əraziləri hər vəchlə əlində saxlamağa çalışır. Ancaq onu da qeyd edək ki, bu payız cəbhə xəttində Ukraynanın durumu özəlliklə ağırdır. Rusiya Ukraynanın şərqindəki əraziləri son 2 il yarım ərzində olduğundan daha sürətlə işğal edir. Rusiya ilə savaşda Ukraynanın ən böyük dəstəkçisi ABŞ-da yeni prezident seçilən Donald Tramp bu ölkəyə genişmiqyaslı yardımı tənqid edib. Bu, ABŞ-ın Ukraynaya dəstəyinin dayandırılması və sülh müqabilində Kiyevin Rusiyaya ərazi güzəştlərinə getməli olmasına dair qorxuları artırıb. Ukraynanın Avropa tərəfdaşlarının yarana biləcək boşluğu doldurmaq üçün həddən çox parçalanmış olması da təlaşlandırır. Qarşıdan amansız qış və Rusiyanın yeni əkshücumu gözlənilir. Amma yuxarıda qeyd olunduğu kimi Ukrayna özünün ən böyük hərbi istəklərindən birini almış kimi görünür. Bayden administrasiyası, nəhayət, Kiyevin ABŞ istehsalı olan uzunmənzilli silahlarla Rusiya ərazisini vurmasına icazə verib. Avropadakı ABŞ Silahlı Qüvvələrinin komandan olmuş, indi isə istefada olan general-leytenant Ben Hoces qeyd edir: “Bu, Kremlə mesajdır. Yəni biz çadırlarımızı yığıb Trampı gözləmirik və ABŞ bu işdən əl çəkməyib”.  General-leytenant bunu da deyib ki, Ukrayna, böyük ehtimalla, uzaqmənzilli raketlərdən düşmənin Kursk vilayətindəki komanda məntəqələrinə, silah anbarlarına və artilleriya batareyalarına zərbələr endirəcək. O, Ukrayna şəhərlərini atəşə tutmaq üçün istifadə olunan Rusiya aerodromlarının sonrakı hədəf olacağını da söyləyib.

Yuxarıda qeyd edildiyi kimi, ABŞ-ın bu addımı Britaniya və Fransanın da eyni qərarı verməsinə qapı açır. Bu, müharibənin indiki kritik anında Ukraynaya Rusiyaya zərbə endirmək imkanı verə bilər. Ağ Evin Rusiya ərazisinin içərilərinə zərbələr endirilməsinə icazə vermək qərarı Rusiyanın Ukraynaya 210 raket və dron zərbəsi endirməsindən bir gün sonraya təsadüf edir. Bu, Rusiyanın 2022-ci ilin fevralında başlatdığı tammiqyaslı savaşda gerçəkləşdirilən ən böyük hava hücumudur. Üstəlik, Rusiyanın Kursku geri almaq üçün 50 min əsgər gətirdiyi, onların arasında minlərlə şimali koreyalı əsgərin də olduğu bildirilir. Hərbi təhlilçilər Putinin danışıqlarda öz mövqeyini gücləndirmək üçün Trampın vəzifələrinin icrasına başlamasından öncə Kurska tam nəzarəti geri qaytarmaq istədiyini deyirlər. Rusiyanın içərilərinə zərbə icazəsinin döyüş meydanındakı təsirləri Ukraynaya neçə ATACMS və digər uzunmənzilli raketlərin verilməsindən və onların istifadəsi üçün hansı məhdudiyyətlərin qoyulacağından asılı olacaq. ATACMS raketləri maksimum 300 kilometr mənzillidir. Bayden administrasiyasının sözügedən qərarının ardınca, Fransanın gündəlik   “Le Figaro” qəzeti yazıb ki, Britaniya və Fransa da Ukraynanın “Storm Shadow” və SCALP raketlərindən Rusiya ərazisini vurmaq üçün istifadə etməsinə icazəsi verəcəklərini deyib. Beləcə, bu vaxtadək öz “Taurus” raketlərini Ukraynaya verməkdən imtina edən Almaniyanın üzərinə bəlli basqı yaranacaq. ATACMS haqda çox yazan kanadalı müdafiə təhlilçisi Kolbi Badhvar deyir ki, ötən ilin dekabrında ABŞ-ın arsenalında 2 min 400-dək uzunmənzilli raket olub və bunların təxminən yarısının müddəti keçib. O deyir ki, son bir il ərzində anbarlara 500-dən çox ATACMS əlavə edilib. Ancaq Badhvar Pentaqonun bu raketləri çox sayda verməyə tərəddüd etməsinə də diqqət çəkir. General-leytenant Hoces deyir ki, Ukrayna yetərincə raketlə təchiz edilsə, Rusiyanın Kurskdakı mövcud əkshücumunun önü kəsilə bilər. Bu il ABŞ-ın Ukraynaya ATACMS-lardan Rusiya ərazisinə zərbə endirməyə icazə verəcəyinə dair şayiələr yayılarkən, Kreml öz hərbi aktivlərinin bir hissəsini bu raketlərin diapazon dairəsindən uzaqlaşdırmağa başlamışdı. Amma Badhvar bildirib ki, Rusiyanın hələ də bu raketlərin zərbə diapazonunda yerləşən çox sayda hərbi obyekti var. Ancaq hətta uğurlu ATACMS zərbələri belə Ukraynanın döyüş meydanındakı əsas problemini – insan gücü məsələsini çözə bilməyəcək. Çağırış prosesinə gec başlayan Ukrayna indi Rusiya qoşunlarının davamlı hücumlarını dəf etmək üçün yetərincə insan cəlb edib hazırlamaqda çətinlik çəkir. Rusiya gündə Ukraynadan çox - 1500-dək canlı qüvvə itirsə də, Kreml hələ də öz sıralarını yeniləyə bilir.

Tahir TAĞIYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

SON XƏBƏRLƏR

25.12.2024 | 12:00
“Müsəlman Səkkizliyi”nə üzv olduq - bu təşkilatdan qazancımız nə olacaq?

25.12.2024 | 11:25
Bakı-Qroznı reysi ilə uçan təyyarə qəzaya uğrayıb - YENİLƏNİR

25.12.2024 | 11:20
İnsult xəstəliyi üzrə tibbi xidmətlər təkmilləşdirilir

25.12.2024 | 11:16
Dövlət Komitəsinin sədri Sumqayıtda vətəndaşları dinləyəcək

25.12.2024 | 11:10
Şəkidə avtomat gizlədən keçmiş məhkum yaxalandı

25.12.2024 | 11:05
Türkiyədə ƏMƏLİYYAT - İŞİD-ə bağlı 182 nəfər saxlanıldı

25.12.2024 | 11:00
Vladiqafqazda güclü partlayış - ölən və yaralananlar var

25.12.2024 | 10:30
Bu gün Cəhridə işıq olmayacaq -XƏBƏRDARLIQ

25.12.2024 | 10:20
Bələdiyyə seçkiləri ilə əlaqədar səsvermə protokolları hazırlanacaq

25.12.2024 | 10:10
"35 yaşımda artıq məcburi köçkünlük həyatı sona çatır” - Cəbrayıl sakini

25.12.2024 | 10:05
"Məşədi Dadaş" məscidinə bıçaqla hücum edən şəxsə hökm oxunub -18 il həbs cəzası...

25.12.2024 | 10:00
Paşinyan Putinlə məzələnir - MDB iclasına getməmək üçün "virusa yoluxmuşam" dedi...

25.12.2024 | 09:40
Şamaxıda avtomobil aşıb, xəsarət alan var

25.12.2024 | 09:32
Sumqayıtda bu qızı axtarırlar - 13 yaşı var, itkin düşdü

25.12.2024 | 09:23
Alış-verişdə "3 qəpikliklər" nəyəsə yaramırsa... Sikkə kəsiminə izafi xərc...

25.12.2024 | 09:20
Ulduz müğənni “Instagram” səhifəsində 1 milyon dollarlıq nişan üzüyünü paylaşdı...

25.12.2024 | 09:10
Mertensdən "Qalatasaray" açıqlaması - gedir, yoxsa qalır?

25.12.2024 | 09:05
Cəbrayıla daha 49 ailə - 253 nəfər köçürüldü

25.12.2024 | 09:00
Bilgəhdə intihar hadisəsi olub

25.12.2024 | 08:38
Azərbaycanın qızıl əşya və “plitkaları” bazarda necə işləyir... Araşdırdıq...

24.12.2024 | 23:39
Britaniyanın Ədliyə naziri Əsədin arvadına sığınacaq vermək istəmədi....

24.12.2024 | 23:36
DİN reklamlarla bağlı vətəndaşlara xəbərdarlıq etdi - diqqətli olun...

24.12.2024 | 23:35
Taekvondo üzrə Azərbaycan çempionatının ilk günün qalibləri bunlar oldu...

24.12.2024 | 21:19
Tramp 20 yanvarda bu inanılmaz fərmanları verəcək - dünya yeni dönəmə girir...

24.12.2024 | 21:04
Kredit ittifaqları dərin böhran içindədir - sayları 109-dan 36-ya düşdü...

24.12.2024 | 20:50
Qərb Gürcüstanın dövlət adamlarının bütün aktivlərini dondurdu...

24.12.2024 | 20:34
ATƏT-in Minsk qrupunun buraxılmasına hazırlıq başladı - Azərbaycan qalib gəlir

24.12.2024 | 20:19
Ermənistan gələn il Rusiyaya qarşı təsirli planlar hazırlayıb... Hədəf orbitdən tam çıxmaqdır...

24.12.2024 | 20:05
“Sədərək”, “Binə”, digər bazarların qara günləri başlayır - 2 min cərimə...

24.12.2024 | 19:51
Naxçıvanda İES "Yaşıl enerji" proqramına mane olmayacaq...

24.12.2024 | 19:43
İraq Prezidenti Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 19:40
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

24.12.2024 | 19:37
Körpə ölümləri gedərək çox təhlükəli şəkil alır...

24.12.2024 | 19:24
Tramp erməniləri qorxuya saldı, İrəvan Makrondan da əlini üzdü...

24.12.2024 | 19:20
İrakli Kobaxidze Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 19:11
Prezident biznes qanunvericiliyini dəyişdi - sahibkarlar nəyə ümid edə bilər...

24.12.2024 | 19:09
Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 18:57
Bayden hökuməti Bakıda Trampa çox ağır miras qoyub getmək istəyir...

24.12.2024 | 18:43
Ayın 29-dək İvanişvili sarayıma gəlməsə... Prezident hədələdi...

24.12.2024 | 18:28
Manat və dollar əmanətlərinin gəlir faizi yüksəlir - səbəblər...

24.12.2024 | 18:15
"Qarabağı verən nə Paşinyandır, nə əvvəlki 3 prezident" - həqiqət budur...

24.12.2024 | 18:07
Prezident Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun imzaladı

24.12.2024 | 18:02
Avropa qurumları Makronun "müstəmləkə cinayətlərinə" hələ inadla susur...

24.12.2024 | 17:58
Gələn il üçün ehtiyac meyarının həddi təsdiqləndi

24.12.2024 | 17:48
Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

24.12.2024 | 17:41
Naxçıvan MR-in 100 illiyilə bağlı məktəb layihələri davam etdirilir... - FOTO

24.12.2024 | 17:35
Din xadimləri vahid forma geyinməkdən niyə qaçıb?..

24.12.2024 | 17:22
Ərzaq idxalına 2 milyard dollara yaxın pulumuz gedir - artım 10 faizi keçir...

24.12.2024 | 17:17
Rusiyada 9 May Qələbə paradına hazırlıqlar başladı - Şimali Koreya da dəvət olundu

24.12.2024 | 17:14
Prezident İlham Əliyev bir sıra Əsasnamələrdə dəyişiklik edilməsi haqda fərman imzalayıb

24.12.2024 | 17:11
Prezident uşaq hüquqları haqqında qanuna dəyişiklik edilməsi barədə Fərman imzaladı

24.12.2024 | 17:00
Tramp ABŞ əsgərlərini Suriyadan çıxaracaq – müşavirindən diqqət çəkən açıqlama...

24.12.2024 | 16:55
Hərbi təlim toplanışları ilə bağlı yeni qayda müəyyənləşdi

24.12.2024 | 16:50
Prezident Silahlı Qüvvələrin maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqlədi

24.12.2024 | 16:45
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın nizamnamə kapitalı 20 milyon manat artırılır

24.12.2024 | 16:41
Maya Sandu Prezident İlham Əliyevi təbrik etdi

24.12.2024 | 16:32
21 illik Şərəf və Zəfər tariximiz

24.12.2024 | 16:10
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

24.12.2024 | 16:06
Putin-Tramp görüşünə hazırlıq başladı – “Bir neçə ölkədən təkliflər var”...

24.12.2024 | 16:03
Aleksey Miller Prezident İlham Əliyevə məktub göndərib

24.12.2024 | 15:40
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 15:37
Almaniya Gürcüstanda 237 milyonluq layihələri dayandırdı

24.12.2024 | 15:24
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşdü

24.12.2024 | 15:17
Ağdaşda narkotikə görə 4 nəfər həbs edildi - FOTO

24.12.2024 | 15:07
"Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq" - Prezident

24.12.2024 | 15:02
SOCAR-dan yanacaq çatışmazlığı iddialarına cavab verdi...

24.12.2024 | 14:55
Prezident İlham Əliyev: "Gələn ildən başlayaraq Gəncədə çox böyük təmir-bərpa işləri aparılacaq"

24.12.2024 | 14:55
BMT rəsmisi: “BMU-da tanış olduğum istedadlı gənc ixtiraçılar məni heyran etdi”

24.12.2024 | 14:48
"Azərbaycan güclü dövlətdir, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir" - Prezident

24.12.2024 | 14:47
Prezident: "Gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək"

24.12.2024 | 14:41
"Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir" - Prezident

24.12.2024 | 14:15
FHN 63,9 milyonluq gəmi alır

24.12.2024 | 14:07
Orban Ukraynada müharibənin 2025-də bitəcəyinə əmindir - ya sülh, ya da tərəflərdən birinin məhvi ilə...

24.12.2024 | 13:58
Güclü lider, böyük inkişaf, TARİXİ QƏLƏBƏ!

24.12.2024 | 13:56
Ersin Tatar Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 13:51
Zəfər və inkişaf səlnaməsinin müəllifi

24.12.2024 | 13:01
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

24.12.2024 | 12:50
Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 12:47
Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlandı - FOTO

24.12.2024 | 12:15
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031