Bazar ertəsi günü, 19 may 2025
     

“Növbədənkənar seçki yaranmış yeni şəraitin tələbidir" - deputat...

Image

Hikmət Babaoğlu: "Biz bunu Zəfər seçkisi kimi də qiymətləndirə bilərik ki, fikrimcə, bu da tamamilə yerində olar"       

Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilib. Prezident İlham Əliyev dekabrın 7-də bununla bağlı Sərəncam imzalayıb. Eyni zamanda da Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistanın Baş nazirinin Aparatı birgə açıqlama yayıb. 

"Yeni şərtlər həm də yeni prezident seçkilərinin keçirilməsini zəruri edir"

Son günlər baş verən bu və digər prosesləri millət vəkili Hikmət Babaoğlu ilə müzakirə etdik. 

- Hikmət müəllim, 2024-cü ilin 7 fevral tarixində növbədənkənar Prezident seçkiləri keçiriləcək. Növbədənkənar prezident seçkilərinin keçirilməsi hansı zərurətdən  irəli gəldi?

- Növbədənkənar prezident seçkilərinin keçirilməsi, hər şeydən əvvəl, əldə etdiyimiz tarixi zəfər və onun yaratdığı yeni reallıqlarla əlaqələndirilməlidir. Çünki üç il bundan əvvəl Azərbaycan tarixi zəfər əldə edərək ərazi bütövlüyünü bərpa etdi. Bu ilin sentyabr ayının 19-20-də həyata keçirilən lokal antiterror tədbirləri ilə Azərbaycanın hər qarış ərazisində onun suveren hüquqlarının bərpa olunması imkanlarını yaratdı.  Bunlar isə, əlbəttə,  xalqımız qarşısında duran yeni milli çağırışlar kontekstində, həm sırf hüquqi baxımdan Azərbaycanın hər qarış ərazisində suveren hüquqlarının təmin olunması baxımından yeni siyasi sifarişlər meydana çıxarır. Belə olan halda artıq siyasi sistemimiz qarşısında duran vəzifələr də dəyşir...

- Hansı vəzifələri nəzərdə tutursunuz? 

- Əgər 2020-ci ilə qədər ölkədaxili siyasi instututların hamısının əsas məqsədlərindən biri ərazi bütövlüyümüzün bərpa olunması idisə, o artıq 2020-ci ildə həll edildi. Əgər 2020-ci ildən sonra  Azərbaycanın suveren hüquqlarının onun hər qarış ərazisində bərpa olunması yenə də daxili siyasi aktorlarımızın əsas hədəflərindən biri idisə, bu gün artıq o problem də həll olunub. Dolayısı ilə yeni şərtlər həm də yeni prezident seçkilərinin keçirilməsini zəruri edir. Çünki yeni mərhələdə yeni hədəflər, o hədəfə çatmanın yolları siyasi liderlər tərəfindən bəyan edilməlidir. Fikrimcə, bu kontekstdə prezident seçkilərinin keçirilməsi sıradan bir hadisə deyil, Azərbaycan dövlətçiliyinin inkişaf tarixinin yeni bir mərhələsidir. 

- Növbədənkənar Prezident seçkiləri müstəqil Azərbaycan tarixində ilk dəfə olaraq bütün ərazidə keçiriləcək. Bunun əhəmiyyətini necə dəyərləndirmək olar?

- Bayaq dediklərim həmin "ilk dəfə olaraq bütün ərazidə keçiriləcək" fikrinin alt komponentləri idi. Ardıcıllıqla izah etdikdə görəcəksiniz ki, bu imkanlar yeni imkanlardır. Ona görə də bu, Azərbaycan dövlətçilik tarixində mühüm bir hadisədir. Eyni zamanda hər bir azərbaycanlının həyatında yeni bir hadisədir ki, müstəqilliyimizi əldə etdikdən sonra ilk dəfədir Azərbaycanın bütün ərazisində bu mühüm hüquqi-siyasi akt baş tutacaqdır. Bu qürurverici bir hadisədir. Əgər bir qədər daha konkret ifadə etməyə çalışsaq, biz bunu Zəfər seçkisi kimi də qiymətləndirə bilərik ki, fikrimcə, bu da tamamilə yerində olar.   

- Sərəncam elan olunduqdan sonra bəzi çevrələrdə mənasız "dedi-qodu" xarakterli müzakirələr də başlayıb. Xaricdən maliyələşən bəzi blogerlər, bəzi şəxslər məntiqsiz iddialar səsləndirirlər ki, guya Prezident İlham Əliyev 2024-cü ildə keçiriləcək növbədənkənar prezident seçkilərində öz namizədliyini verməyəcək, iştirak etməyəcək. Bu absurd iddialara münasibətiniz necədir? 

- Azərbaycanın zəfərini həzm edə bilməyən xaricdən  idarə olunan müxtəlif təxribatçı qruplar var. Onlar mümkün qədər elə bəri başdan keçiriləcək Prezident seçkilərinə kölgə salmağa cəhd göstərirlər, ictimai rəyi çaşdırmağa, onu monipulyasiya etməyə çalışırlar. Əvvəlki sualınızda seçkiləri zəruri edən səbəblərdən danışdıq, onun müxtəlif komponentlərini, əsas pradiqmalarını səsləndirdik. Amma bütün bunları həyata keçirən bir lider var. Bu, Azərbaycanın Prezidentidir. Əgər biz bu gün qürurla tarixi zəfərimizdən danışırıqsa, onun  gətirdiyi dövlətçiliyimizin inkişafının yeni mərhələsindən danışırıqsa Azərbaycan konstitutsiyasının ölkəmizin bütün ərazisində bərpa olunmasından danışırıqsa, şübhəsiz ki, bütün bunları həyata keçirən siyasi liderdən, dövlət xadimindən də danışmalıyıq ki, o da Azərbaycan Respublikasının Prezidenti cənab İlham    Əliyevdir. Belə olan halda heç şübhəsiz ki, bundan sonrakı mərhələdə də bu inkişafın davamının təmin olunması, Azərbaycanın yeni hədəflər uğurunda yeni məqsədlərini reallaşdırması üçün  namizədimiz də bəllidir. Blogerlər hansı fikirlər səsləndirirlərsə, hardan direktiv alırlarsa bu da onların öz işidir. Düşünürəm ki, görülən və görüləcək böyük işlər kontekstində onların səsi eşidilmir. 

- Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistanın Baş nazirinin Aparatı birgə açıqlama yayıb.  Birgə açıqlamada mühüm məqamlar var, o cümlədən də əsirlərin dəyişdirilməsi barədə razılıq ələd olunub. Azərbaycan  32 erməni hərbçini, Ermənistan isə 2 azərbaycanlı hərbçini azad edir. Birgə açıqlamanı və razılığın əldə olunmasını necə dəyərləndirmək olar? 

- Faktın özü özlüyündə yeni bir hadisədir və sülh üçün yeni imkanlar yaradır. Çünki heç müstəqilliyimizi əldə etməmişdən öncə də, yəni 1988-ci ildən sonra ilk dəfədir ki, Ermənistan və Azərbaycan iki ölkə kimi ortaq qərarlar qəbul edirlər və bunu rəsmi şəkildə bəyan edirlər. Bu da, əlbəttə, hər şeydən əvvəl yeni  reallığın Ermənistan tərəfindən artıq qəbul edilməsidir. Bu dialoqda əldə olunan razılıqlardan biri də iki azərbaycanlı hərbiçinin, iki əsgərimizin geri qaytarılmasıdır. Yəni bu qədər mürəkkəb tarixi bir mərhələdə, sülh danışıqlarının belə mürəkkəb mərhələsində Azərbaycan dövlətinin məhz iki əsgərimizin geri qaytarılmasına fokuslanması bir daha Azərbaycan Prezidentinin Azərbaycan vətəndaşlarına olan münasibətini göstərir. Yəni hər bir Azərbaycan vətəndaşının təhlükəsizliyinin təmin olunması, rifahı Azərbaycan dövlətinin siyasətinin əsasında durur. Düşünürəm ki, iki əsgərimizin girovluqdan qaytarılması da  təkcə iki ailənin sevinci yox, bütövlükdə Azərbaycan xalqının sevincinə çevriləcək.     

- Ermənistan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycanın namizədliyini dəstəkləyib. Sizcə, Ermənistan hansı səbəbdən belə bir addım atdı? 

- Bu onun göstəricisidir ki, Azərbaycanla Ermənistan hər şeydən öncə ikitərəfli dialoq aparanda daha tez və daha effektiv nəticələrə nail ola bilirlər. Azərbaycan Prezidenti ona görə hər zaman israr edirdi ki, Azərbaycanla Ermənistan birbaşa dialoq aparmalıdır. Baxın görün, ilk birbaşa dialoqda həm daxili siyasətlə bağlı ikitərəfli münasibətlər də nə qədər irəliləyiş əldə edildi, üstəlik də beynəlxalq münasibətlərdə Azərbaycanla Ermənistanın ilk tərəfdaşlıq nümunəsi yaradıldı. Bu çox mühüm şeydir. 2024-cü ildə keçiriləcək COP29-a Ermənistanın ev sahibliyindən imtina etməsi həm xoş məramdır, həm də bundan daha çox beynəlxalq münasibətlər sistemində Azərbaycanla əməkdaşlıq etmək cəhdidir. Bu da yüksək qiymətləndirilməlidir. Düşünürəm ki, bu da yeni bir hadisədir. Ona görə ümid edirik ki, hər ölkənin maraqları naminə bu əməkdaşlıq daha da dərinləşəcək, ikitərəfli əməkdaşlıq da nəticə etibarı ilə sülhün əldə olunmasına gətirib çıxaracaq. 

- Baş verənlər Azərbaycanın Ermənistana vasitəçisiz danışıqlar təklif etməkdə nə qədər haqlı olduğunu göstərir...

- Şübhəsiz. Azərbaycan Prezidenti əldə etdiyimiz tarixi zəfərdən sonra da, ondan əvvəl də beynəlxalq münasibətlərdə Qafqazın ümumi mənafelərindən çıxış edib. Çünki Azərbaycanı bütün parametlərinə görə Qafqazın lider ölkəsi hesab edirlər. Xatırlayırsınızsa, hətta müharibədən öncə biz deyirdik ki, həm iqtiyyatına, əhalisinə və sairə görə Azərbaycan Qafqazın ən böyük ölkəsidir. Müharibədən sonra da Azərbaycan Prezidenti bu hədəfə sadiq qaldı, Qafqazın mənafelərindən çıxış etməyə başladı.  Həmişə region ölkələrinin birgə təşəbbüsü ilə sülhün əldə olunacağına inandığını söylədi.  Hətta Gürcüstana səfəri zamanı bu platformanın Gürcüstan ola biləcəyini dilə gətirdi. Amma Azərbaycan tərəfinə təzyiqlər artıqca ümumiyyətlə Azərbaycan Prezideneti birabaşa ikitərəfli dialoqun həyata keçirilməsini aktuallaşdırdı. Bu da öz nəticəsini verdi. Yəni zaman sübut etdi ki, Azərbaycan Prezidenti bu təşəbbüsü irəli sürərkən haqlı idi. Ən yaxşı, səmərəli nəticələri də ikitərəfli münasibətlərdə əməkdaşlığın dərinləşməsini əldə etməkdir.

- Sohbətimizin sonunda Qərbi azərbaycanlılar məsələsinə də toxunaq. Azərbaycanla Ermənistanın atdığı birgə ilk addım Qərbi azərbaycanlıların da öz tarixi torpaqlarına, öz evlərinə qayıdışının yollarının açılmasına imkanlar aça bilərmi?

- Əlbəttə, sülh üçün qarşılıqlı etimad məsələsi hər zaman aktual olub. Elə sonuncu iki ölkənin imzaladığı birgə bəyanatda da etimad tədbirlərinin həm də gücləndirilməsindən söhbət gedir. Fikrimcə, bu etimad mühitini gücləndirəcək ən yaxşı faktorlardan biri də Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıtması olar. Ümid edirik ki, sülh danışıqlarının növbəti mərhələlərində bu problem də öz əksini tapar.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

19.05.2025 / 23:27
Tramp Putinə Senatda yeni sanksiyaların hazırlandığı mesajını verdi...

19.05.2025 / 23:10
"Əminə Əliyeva dünya çempionatında əzmkarlıq nümayiş etdirdi" - Kunq-Fu Federasiyasının prezidenti

19.05.2025 / 22:42
Trampla Putinin telefon danışığı iki saatdan çox davam edib

19.05.2025 / 21:43
Məhkəmədə Ermənistanda və vaxtilə Azərbaycanın işğal edilmiş ərazilərində azərbaycanlılara qarşı Ermənistanın sistematik etnik təmizləmə siyasətini ifşa edən videomateriallar nümayiş olunub - FOTO

19.05.2025 / 21:20
Ermənilərin “Yeni Naxçıvan” adlı yeparxiyası bu təxribatçı adı haradan götürüb?..

19.05.2025 / 21:04
Zəngəzur dəhlizi yaxın 3-4 ilə açılacaq - Ermənistan daha dərin geosiyasi dalana yuvarlanır…

19.05.2025 / 20:49
Erməni siyasilər Minskdə "çiçəklənən faşizmdən" danışdılar - İrəvanda faşist heykəlini isə...

19.05.2025 / 20:35
Bakı-İrəvan sülhü yenidən təhdid altına düşdü - İrəvandan 2027-ci il mesajları gəlir...

19.05.2025 / 20:32
Məhkəmədə Davit İşxanyanın vaxtilə işğalda olmuş ərazilərdəki fəaliyyətini, döyüş əməliyyatlarında iştirak etməsini sübut edən videomaterial nümayiş etdirilib

19.05.2025 / 20:21
Fövqəladə halların işçisi Masazırda 7 mərtəbəli qanunsuz tikinti aparır - Fazil Qafarlı nazir Kəmaləddin Heydərova müraciət etdi...

19.05.2025 / 20:18
İran üzərindən Naxçıvana avto və dəmiryolu məsələsi gündəmdə...

19.05.2025 / 20:06
Ermənistan Qafqazda Avropa Birliyinin sağ əli ola bilmədi - Əliyev planı pozdu...

19.05.2025 / 19:51
Ermənilər İsraildən də ərazi iddialarına başladılar - Qüdsdə erməni icmasının 1700 il yaşı var?

19.05.2025 / 19:37
Tramp Rusiya ilə bağlı Konqresdən vaxt istəyib - 2 aylıq iş nəticə vermədi...

19.05.2025 / 19:24
Fransaya casusluqda təqsirləndirilən şəxslər məhkəmədə bir-birlərini ittiham etdi - Mənə əməkdaşlıq təklif etdilər...

19.05.2025 / 19:10
Qarabağ və Şərqi Zəngəzurda həyat yenidən qaynayır...

19.05.2025 / 18:57
Roma Papasının Türkiyədə həll edəcəyi(?) vacib işlər var...

19.05.2025 / 18:43
İran-Azərbaycan hərbi təlimlərinin əsas bir hədəfi var, o da alınsa...

19.05.2025 / 18:29
Ermənistan Müdafiə Nazirliyində faşizmin tərənnümçüləri açıq təbliğata keçiblər - Rusiyadan gecikmiş etiraz...

19.05.2025 / 18:22
Zakir Həsənov İsrailin müdafiə naziri və Baş Qərargah rəisi ilə görüşdü

19.05.2025 / 18:19
“Nar”ın dəstəyi ilə hazırlanan Jest dili tətbiqi tezliklə istifadəyə veriləcək

19.05.2025 / 18:16
Ata veteran, qardaş müharibə iştirakçısı, özü də şəhid - Şəmkirin Könüllü kəndi, Zamanlı Əhməd...

19.05.2025 / 18:02
İsrailin maliyyə naziri: "Dünya bizi dayandıra bilməz"

19.05.2025 / 18:02
Kürd yaraqlılarıyla Suriya Silahlı Qüvvələri arasında şiddətli döyüşlər başladı

19.05.2025 / 17:52
Dünya analitikləri Putinin İstanbuldakı səhvinə xüsusi diqqət yetirirlər...

19.05.2025 / 17:39
Avropadakı antiazərbaycançılar Bakıya qarşı yeni demarşlar edə bilər - sammitdən narahat olanlar...

19.05.2025 / 17:25
Paşinyan 2 şüarla seçki təbliğatına başladı - gənclərə xüsusi tapşırıq verildi...

19.05.2025 / 17:12
Avropa siyasi sammiti Azərbaycana yeni münasibət ştrixlərini ortaya çıxardı...

19.05.2025 / 16:57
Rusiya Finlandiya sərhədinə qoşun yığır – NATO ölkəsi narahatdır...

19.05.2025 / 16:37
Dünyanın neft "nəhəngləri" xam neftin uzunmüddətli ucuzlaşmasına hazırlaşır...

19.05.2025 / 16:33
Sumqayıt Dövlət Dram Teatrında “Sehrli Yaylıq” uşaq tamaşasının premyerası olub

19.05.2025 / 16:18
Polis Cəlilabadda əməliyyat keçirdi - 11 kq narkotik və psixotrop maddə aşkarlandı

19.05.2025 / 16:04
Bako Sahakyan məhkəmədə Azərbaycan ərazilərinin işğalı üçün keçirilən hərbi əməliyyat və döyüş tapşırıqlarının hazırlanmasında iştirakını etiraf edib

19.05.2025 / 15:29
Almaniya səfiri diplomatların Gürcüstanda məhkəmələrə təsir göstərdiyini etiraf etdi...

19.05.2025 / 15:15
Məhkəmədə nümayiş olunan videoda Ermənistanın keçmiş prezidentinin Azərbaycanın suveren ərazilərinin işğalının məqsədi və səbəbləri barədə fikirləri dinlənilib

19.05.2025 / 14:41
“Rusiyanın “Yars” Qitələrarası Raketinin buraxılışı uğursuz oldu”

19.05.2025 / 14:40
Xocalı qatili Köçəryan Sülh müqaviləsini kağız parçasına bənzətdi

19.05.2025 / 14:36
Putin Avropanın gücsüzlüyünü hər gün ortaya qoyur...

19.05.2025 / 14:34
Durov Fransa kəşfiyyatının Rumıniyada prezident seçkilərinə müdaxilə cəhdini ifşa etdi…

19.05.2025 / 14:20
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzaladı

19.05.2025 / 14:09
Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs edildi

19.05.2025 / 13:52
Terrorçu dəstə üzvləri xaricdə yaxalanaraq ölkəyə gətirildi - VİDEO

19.05.2025 / 13:45
ISW: “Kreml müharibəni bitirməyi düşünmür”

19.05.2025 / 13:22
Azərbaycan-İran birgə hərbi təliminin açılış mərasimi keçirildi - FOTO

19.05.2025 / 13:10
Ещё раз о Р. Кочаряне! - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

19.05.2025 / 12:32
“Zəngəzur dəhlizi 3-4 il ərzində...” - Türkiyənin nəqliyyat naziri

19.05.2025 / 12:05
4 Avropa lideri Trampla danışdılar - nəticə?

19.05.2025 / 12:00
Cavanşir Feyziyev: "Xoşbəxtik ki, Bəxtiyar Vahabzadənin ömrü boyu arzuladığı bütün ideyalar artıq həyata keçib"

19.05.2025 / 11:40
Ötən il də 3:0, bu il də 3:0 - "Neftçi"dən rekord

19.05.2025 / 11:35
Azərbaycanda miras və vərəsəliklə bağlı yeni qanun təklif edilir

19.05.2025 / 11:22
Sahibə Qafarova Madridə gedib

19.05.2025 / 11:16
2 gündə 36 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb - Polis

19.05.2025 / 11:10
Yunus Oğuzun "Cengiz han" romanı çapdan çıxdı

19.05.2025 / 11:05
Avstraliya Ukraynaya istifadə olunmuş 49 tank göndərdi

19.05.2025 / 11:03
Rusiya-Ukrayna müharibəsi yalnız bir halda bitəcək - CANLI

19.05.2025 / 10:30
Yenə "prius", yenə qəza...

19.05.2025 / 10:25
İsrail bombaladı, Qəzzada 151 nəfər öldü

19.05.2025 / 10:17
İki gündə bank kartlarından 15 min manatdan çox vəsait oğurlanıb

19.05.2025 / 10:11
İran vətəndaşlarını saxlayan Britaniyaya etiraz etdi

19.05.2025 / 10:04
Qazaxıstanda itkin düşən təyyarə 8 saat sonra tapılıb

19.05.2025 / 09:35
"Agentimə dedim ki..." - Mahir Emreli "Bild"ə danışdı

19.05.2025 / 09:26
İsraildə 18 yaşlı İran cəsusu yaxalandı

19.05.2025 / 09:20
ABŞ Senatı Trampın qənaət tədbirlərini dəstəklədi

19.05.2025 / 09:16
"Toyota" mopedlə toqquşub, 1 nəfər ölüb

19.05.2025 / 09:12
Hikmət Hacıyev Əli Əkbər Əhmədian ilə görüşüb

19.05.2025 / 09:06
"Qalatasaray" 25-ci dəfə Türkiyə çempionu oldu!

19.05.2025 / 09:00
Buxarest meri prezident seçkilərində öndədir

18.05.2025 / 22:23
"Bəzi xarici qüvvələr regiona müdaxilə etməyə, geosiyasi intriqalar aparmağa cəhd edirlər" - Hikmət Hacıyev

18.05.2025 / 22:08
Sahibə Qafarova Roma Papasının taxtaçıxma mərasimində iştirak edib - FOTO

18.05.2025 / 21:50
PKK liderlərinin xəyalları puç oldu

18.05.2025 / 20:05
Şərəfli ömrün ləyaqətli yolçusu - FOTO

18.05.2025 / 19:46
Hacıyev bir daha Ermənistana Konstitusiyasının dəyişdirilməsi zərurətini xatırlatdı

18.05.2025 / 19:33
Rusiya bu gecə Ukrayna ərazisinə qitələrarası raket buraxacaq

18.05.2025 / 17:15
Hikmət Hacıyev Tehranda Dialoq Forumunda iştirak edir...

18.05.2025 / 17:06
ABŞ-dan Rusiyaya sanksiya xəbərdarlığı - Ukrayna danışıqlarında irəliləyiş olmasa…

18.05.2025 / 16:43
SEPAH və Azərbaycan ordusu Qarabağda birgə təlimlər keçirir

18.05.2025 / 16:27
Əminə Əliyeva dünya çempionu oldu - VİDEO

18.05.2025 / 14:38
Papa Leo ilk xarici səfərini Türkiyəyəyə edəcək

18.05.2025 / 14:23
“Euronews” Paşinyan və Əliyevin Tirana görüşünə diqqət çəkdi

18.05.2025 / 14:07
Rusiya və Ukrayna atəşkəslə bağlı sənədlər hazırlayır

18.05.2025 / 13:50
İlk araşdırma - İmamoğluna səs verəcək AKP və MHP-çilərin rəyi...

Qarabağ və Şərqi Zəngəzurda həyat yenidən qaynayır...

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678