Cümə günü, 30 may 2025
     

Qarabağ erməniləri bu şanslarını qaçırdılar - o günlər yenidən təhlil olundu...

Image

Abutalıb Səmədov: "Qarabağda yaşayan ermənilər digər vətəndaşlar kimi öz səsvermə hüquqlarından istifadə edəcəklər"

"...Biz bunu bəyan etdik və reinteqrasiya ilə bağlı təklifimizi açıqladıq. Bu məlumat dərc edilib, siz onu tapa bilərsiniz. Hər kəs onunla tanış ola bilər. Biz reinteqrasiyaya dair elektron portal yaratdıq ki, orada Azərbaycan vətəndaşlığını almaq istəyən hər kəs qeydiyyatdan keçə bilər. Onlara təklif etdiyimiz bütün hüquqlarla bağlı əlavə məsləhətləşmələr də aparılacaqdı. Onlara təklif etdiklərimizin hamısı tamamilə qəbuledilən idi və ən yaxşı təcrübəyə əsaslanırdı – milli azlıqlarla bağlı Avropa Konvensiyası, dil ilə bağlı Avropa Konvensiyası, ana dilində təhsil, dini hüquqlar, mədəni hüquqlar, bələdiyyə hüquqları. Onlara bələdiyyə seçkiləri vasitəsilə nümayəndələrini seçmək təklif edildi. Biz onlara mesaj verdik ki, 2024-cü ildə bələdiyyə seçkiləri keçiriləcək və onlar iştirak edə bilərlər. Onlar öz nümayəndələrini seçə bilərlər ki, öz bələdiyyələrinin rəhbərləri olsun..." Bu fikirləri Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər" mövzusuna həsr olunmuş Beynəlxalq Forumda çıxışı zamanı deyib.

Qeyd edək ki, Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilib. Prezident İlham Əliyev dekabrın 7-də bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamda Mərkəzi Seçki Komissiyasına növbədənkənar Prezident seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunması və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.

Növbəti il Prezident seçkiləri ilə paralel olaraq bələdiyyə seçkilərinin keçiriləcəyi də qeyd edilir. Bu, hazırda az sayda Qarabağda yaşayan və Azərbaycan vətəndaşlığını qəbul edən ermənilər üçün bələdiyyə seçkilərində iştirak şansı açırmı?

"...Onların öz bələdiyyələrini formalaşdırmaq və öz hakimiyyət orqanlarını seçmək imkanları təbii ki, məhdud olacaq"

"Alyans" strateji araşdırmalar mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov "Bakı-Xəbər"ə bildirdi ki, Azərbaycan hakimiyyətinin ermənilərə verəcəyi hüquqlar barədə ilk dəfə xarici işlər nazirlərinin Moskvada keçirilən görüşündən sonra danışıldı. "Məlum oldu ki, həmin görüşdə Rusiya "Lavrov təklifləri" deyilən bir sənəd ortaya qoyub. O sənəddə göstərilirdi ki, Qarabağda yaşayan ermənilərə hansı hüquqlar verilə bilər. Söhbət öz dilində təhsil almaq, mədəniyyətini, dinini qoruyub saxlamaq və inkişaf etdirmək, yerli hakimiyyət orqanlarına seçkilərdə iştirak etmək, bələdiyyələri formalaşdırmaq və sair məsələlərdən gedirdi və o sənədi Qarabağ erməniləri mətbuata çıxardılar. Rusiyaya qarşı ilk növbədə çox ciddi çıxışlar, narazılıqlar  başladı. Onlara  təklif edilən hüquqlar Qarabağ erməniləri arasında çox ciddi qəzəb doğurdu. Çünki onlar açıq şəkildə deyirdilər ki, Azərbaycanın tərkibində yaşamayacaqlar  və heç vaxt Azərbaycanın tabeliyində olmayacaqlar.    Deyirdilər ki, Qarabağdakı ermənilər Azərbaycanla yanaşı yaşamağa hazırdırlar, amma birgə yaşamağa heç cür razılıq verməyəcəklər. Hətta sentyabr ayında keçirilən "prezident seçkilərində" "seçilən" Samvel Şahramanyan öz çıxışında açıq şəkildə dedi ki, "bizim əsas hədəfimiz öz müqəddəratını təyin etmə hüququnu  reallaşdırmaqdan ibarətdir". Ermənilərin tutduğu bu barışmaz mövqe  onların hər cür danışıqlardan imtina etməsi, reinteqrasiya barədə təklifləri qətiyyətlə rədd etmələri ona gətirib çıxardı ki, Azərbaycan Prezidenti tərəfindən təyin olunan nümayəndə cəmi bir görüş keçirdə bildi. O görüş də Xocalıda oldu. Növbəti  görüşlər Yevlaxda təklif olundu gəlmədilər. Hətta Bolqarıstanda görüş keçirmək barədə razılıq əldə olunmuşdu, ona da Qarabağda yaşayan ermənilər getmədi. Yolları da açmaqdan qəti şəkildə imtina edirdilər. Uzun dilə tutmalardan sonra yalnız sentyabrın 18-də Ağdam yolu açıldı, həmin yoldan da yalnız Rusiyadan gələn humanitar yardım keçirildi. Onlar qəti şəkildə Azərbaycanın humanitar yardımını da qəbul etməyəcəklərini deyirdilər. Bütün bunlar  ona gətirib çıxardı ki, Azərbaycan sentyabrın 19-da  antiterror tədbirlərni keçirmək məcburiyyətində qaldı"-deyə A.Səmədov vurğuladı.

A.Səmədov qeyd etdi ki, silahlılar tərksilah olundular, Ermənistandan gələn 15 minə yaxın silahlı silahını təhvil verib Ermənistana getdi. "Hazırda Qarabağda yaşayan ermənilərin sayı barədə müxtəlif rəqəmlər səsləndirilir. Qarabağda 50-dən 1000-ə qədər erməninin olduğu və onların vətəndaşlıq barədə müraciətlər etdiyi söylənilir. Təbiidir ki, gələn il ilk növbədə keçirilən Prezident seçkilərində Azərbaycan vətəndaşlığına qəbul edilən ermənilər iştirak edəcəklər və səs verəcəklər. Ondan sonra keçiriləcək bələdiyyə və parlament seçkilərində də Qarabağda yaşayan ermənilər digər vətəndaşlar kimi öz səsvermə hüquqlarından istifadə edəcəklər. Ancaq artıq əvvəlki kimi onların öz bələdiyyələrini formalaşdırmaq və öz hakimiyyət orqanlarını seçmək imkanları təbii ki, məhdud olacaq, çünki Azərbaycan ermənilərin geri qayıtmasını uzun müddət gözləyə bilməz. Müəyyən müddətə qədər ermənilərə vaxt veriləcək ki, istəyənlər vətəndaşlıq barədə müraciət etsinlər. Hadisələrin gedişi göstərir ki, bu cür müraciətlər edən ermənilərin sayı o qədər də çox olmayacaq. Təbiidir ki, o ərazilər boş qala bilməz. Nəzərə alsaq ki, azərbaycanlıların yaşadıqları ərazilərdə çoxsaylı minalar basıdırılıb və hələlik orada yaşamaq  mümkünsüzdür". 

A.Səmədovun sözlərinə görə, tamamilə realdır ki, ev-eşikləri ermənilər tərəfindən dağıdılan azərbaycanlılar Xankəndiyə və ətraf ərazilərə köçürülsün. A.Səmədovun fikrincə, ermənilər onlara edilən təklifləri qəbul etmədikləri üçün ömür boyu bunun peşmançılığını çəkəcəklər. "Hələ 1997-ci ildə Levon Ter-Petrosyanın dediyi sözləri yəqin ki, dəfələrlə xatırlamaq məcburiyyətində qalacaqlar. O deyirdi: "Bu gün bizə təklif olunanı qəbul etmirik, ancaq sabah onu əldə etmək üçün yalvarmaq məcburiyyətində qalacağıq. Ötən illər Levon Ter-Petrosyanın nə qədər uzaqgörən olduğunu hamıya göstərdi. Amma ermənilər onun qədrini nə 90-cı illərdə bildilər, nə də indi bilirlər"-deyə A.Səmədov əlavə etdi.

İradə SARIYEVA



VİDEO

SON XƏBƏRLƏR

30.05.2025 / 21:26
Kreml Qarabağdan İrəvana köçmüş erməniləri hələ də "unuda bilmir"...

30.05.2025 / 21:12
ABŞ-Azərbaycan əlaqələrində böyük imkan - Senator 907-nin ləğvinə eyham vurur?..

30.05.2025 / 20:57
Azərbaycanı iqlim risqləri gözləyir - Xəzər barədə sammit qərarı verildi...

30.05.2025 / 20:43
Rusiya Ukraynaya memorandum təklif etdi, ancaq elə şərt qoydu ki...

30.05.2025 / 20:39
Qərb Rusiyaya neft və qaz üçün Ukraynaya verdiyi yardımdan daha çox pul ödədi

30.05.2025 / 20:30
"Azərbaycanlılar qayıdıb Ermənistanda yaşayacaq" - Paşinyandan şok xəbər... Müxalifət qalxdı...

30.05.2025 / 20:17
Trampın komandası dağılır - həssas Mask iflası öncədən görür?

30.05.2025 / 20:03
Tramp və Putinin "mehriban düşmənçiliyi" davam edir - arada Ukrayna əldən gedir...

30.05.2025 / 19:50
“Azdrama”da aləm yenə bir-birinə dəyib - Nurla Hüseynovun qarşıdurması...

30.05.2025 / 19:37
Gəncədə mülki əhalinin və infrastrukturun bombalanmasını həyata keçirmiş Ermənistan hərbçilərinin adları məhkəmədə elan olundu

30.05.2025 / 19:30
“Trampı Kiyevdən daha çox Rusiya ilə münasibətlər maraqlandırır”

30.05.2025 / 19:24
Prezidentin kinematoqrafiya ilə bağlı son sərəncamının əsas məqsədləri...

30.05.2025 / 19:11
İran Ərdoğanın sözünü eşitsə, Zəngəzur dəhlizi daha tez açıla bilər(?)...

30.05.2025 / 18:48
ABŞ kəşfiyyatının hesabatından sonra Rusiyanın Azərbaycana münasibəti dəyişəcək...

30.05.2025 / 18:35
Trampın bu sözlərindən sonra hamı Qafqazda sülh üçün əməli addımlar gözləyir...

30.05.2025 / 18:21
Dini dözümsüzlüyə qarşı Azərbaycan nümunəsi... Qlobal təhlükəsizlik üçün müstəsna fakt...

30.05.2025 / 18:07
Erməni separatçılarının Xankəndidə tikdiyi saxta qədim mağara kompleksi...

30.05.2025 / 17:53
Tramp qarşıdakı illərdə Azərbaycanla bağlı yeni təşəbbüslər irəli sürə bilər...

30.05.2025 / 17:45
İqtisadi Şuranın növbəti iclası keçirildi - aidiyyəti qurumlara tapşırıqlar verildi

30.05.2025 / 17:39
Azərbaycanda oğlan və qız uşaqlarının say balansı fəlakətli şəkildə pozulur...

30.05.2025 / 17:26
11 sığorta agentinin lisenziyası niyə ləğv edildi...

30.05.2025 / 17:14
DİN-in təşəbbüsü ilə uşaq hüquqlarının müdafiəsilə bağlı konfrans keçirildi - FOTO

30.05.2025 / 17:06
Məleykə Abbaszadə təhsil ekspertlərini yenə "vurdu" - status yazmaq qəhrəmanlıq deyil...

30.05.2025 / 16:52
“Dezinformasiya və “fake news”larla mübarizə” mövzusu Naxçıvanda müzakirə olundu

30.05.2025 / 16:40
BMU rektoru Azərbaycanın Koreyadakı səfirliyində olub

30.05.2025 / 16:36
Kilsə Paşinyanı lənətləməsə, demək bu cütlüklər keşişlərə düz deyiblər - Pedofil....

30.05.2025 / 16:02
Mask Ağ evdə özünü küncə sıxılmış hiss edirmiş

30.05.2025 / 16:00
Müxalifət Paşinyanı çürümüş və üfunətli siyasi cəsədə bənzətdi

30.05.2025 / 15:57
Tramp: ABŞ-Aİ ticarət danışıqlarında irəliləyiş var

30.05.2025 / 15:56
Tramp İsraillə hərbi əməkdaşlığı dondurdu

30.05.2025 / 15:43
İstanbulda Türkiyə, ABŞ, Ukrayna və Rusiya liderlərinin zirvə toplantısına hazırlıq gedir...

30.05.2025 / 15:16
"Ermənistan silahlı qüvvələrinin “Smerç” raketini atması nəticəsində yaralandım" - Zərərçəkmiş şəxs

30.05.2025 / 15:10
Xankəndidə Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin Enerji təminatı məsələləri üzrə İşçi qrupunun iclası keçirilib - FOTO

30.05.2025 / 15:08
Bakıda 30 minlik oğurluq - iki nəfər saxlandı

30.05.2025 / 14:47
Azərbaycan BMT-nin Məskunlaşma Proqramının İcraiyyə Şurasına üzv seçildi

30.05.2025 / 14:32
Paşinyan və arvadı kilsə üzərinə hücuma keçdi - məni rahat buraxın...

30.05.2025 / 14:18
Medianın İnkişafı Agentliyi və “Euronews” telekanalının birgə əməkdaşlığı ilə “Euronews Academy” Azərbaycanda fəaliyyətə başlayır

30.05.2025 / 14:10
Naxçıvanda “Qlobal informasiya mühiti və media trendləri” konfransı – “MEDİAFEST-2025” keçirilir

30.05.2025 / 14:03
Məktəblərdə direktor müavinləri kişilər olsun - Deputatdan təklif...

30.05.2025 / 13:53
Azərbaycan və ABŞ arasında Ermənistanla normallaşma prosesinin cari vəziyyəti müzakirə olunub

30.05.2025 / 13:38
Hərbi vəzifəli şəxslərin qanunsuz əməlləri ifşa olundu - Hərbi Prokurorluq cinayət işi başladı

30.05.2025 / 13:24
Ailə dəyərlərinə zidd verilişlərin dayandırılmasının vaxtı çoxdan çatıb - Ceyhun Məmmədov

30.05.2025 / 13:18
Paytaxt ərazisində iki avtomobil soyuldu, saxlananlar var

30.05.2025 / 13:06
Dəmir yolundan oğurluq edənlər saxlandı

30.05.2025 / 12:55
Azərbaycan Ordusunun bölmələri Xəznəvara atəş açmayıb - Müdafiə Nazirliyi...

30.05.2025 / 12:43
"Naxçıvan Azərbaycanın ümumi informasiya məkanının formalaşmasında mühüm yer tutur" - PA rəsmisi

30.05.2025 / 12:30
Azad edilən ərazilərə Böyük Qayıdışa dair II Dövlət Proqramı hazırlanacaq - SƏRƏNCAM

30.05.2025 / 12:29
"Naxçıvanda keçirilən konfrans Azərbaycan mediası üçün mühüm praktik əhəmiyyət daşıyacaq" - Əhməd İsmayılov

30.05.2025 / 12:16
Suriyadan 7 milyard dollarlıq enerji müqaviləsi

30.05.2025 / 12:08
"Naxçıvanda yerli gəlirlər artıb" - Prezidentin səlahiyyətli nümayəndəsi mühüm faktlar açıqladı

30.05.2025 / 12:03
Daxildə Birlik, Xaricdə Etibar – Azərbaycanın Müstəqillik Formulu

30.05.2025 / 12:00
Azərbaycanda nə qədər Türkiyə şirkəti fəaliyyət göstərir? - səfir açıqladı

30.05.2025 / 11:59
“Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təşviqi” layihəsi çərçivəsində tədbir keçirilib

30.05.2025 / 11:57
“Paşinyanın açıqlaması tərəfdaşlarının belə xoşuna gəlmədi”

30.05.2025 / 11:55
Prezident İlham Əliyev Xorvatiyanın Baş nazirini təbrik etdi

30.05.2025 / 11:51
BMT Bakıda Qlobal Cənub QHT Platformasının yaradılmasını alqışlayıb

30.05.2025 / 11:44
Putin Paşinyanı “verbovka” edib - İrəvanda separatçılar üçün meydan açılır...

30.05.2025 / 11:26
Bir gündə bank kartlarından 5 min manatdan çox pul oğurlanıb

30.05.2025 / 11:23
Serj Sarkisyanın 3 milyon dollar rüşvət almasıyla bağlı iş məhkəməyə göndərildi

30.05.2025 / 11:21
Milli Məclis İlham Əliyev və Mehriban Əliyevanı Müstəqillik Günü münasibətilə təbrik edib

30.05.2025 / 11:18
Katalikos Paşinyanın “şkaf” sözündən bərk qəzəbləndi

30.05.2025 / 11:14
" 92 milyon iş yerləri ləğv olunacaq, 170 milyon yeni iş yeri yaranacaq" -nazir müavini

30.05.2025 / 11:06
Milli Məclis iclas keçirir, 10 məsələ müzakirə olunacaq

30.05.2025 / 11:00
Ayan Məmmədli – Vətənimin musiqilərini dünyada tərənnüm etməkdən qürur duyuram!

30.05.2025 / 10:51
Prezident İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədrini qəbul edib

30.05.2025 / 10:50
ABŞ Departamentinin Avropa və Avrasiya məsələləri üzrə baş məsləhətçisi Azərbaycana gəlib

30.05.2025 / 10:18
Pentaqon ŞOKDA! - məxfi məlumatları xaricə ötürməyə cəhd etdilər

30.05.2025 / 10:14
Mingəçevir sakini Kürdə boğulub

30.05.2025 / 10:06
Tramp paylaşım edib, hakimlərə qəzəbləndi

30.05.2025 / 10:00
Bu gün Sabunçunun bu ərazilərində qaz olmayacaq - XƏBƏRDARLIQ

30.05.2025 / 09:28
Ağsuda “Mercedes" aşıb, sürücü xəstəxanada ölüb

30.05.2025 / 09:25
Təhsil sistemində ömrü bir neçə gün çəkən düşünülməmiş qərarlar necə meydana çıxır? - Liseylər...

30.05.2025 / 09:20
Bu gün Mirzə Ələkbər Sabirin doğum günüdür

30.05.2025 / 09:18
Ceki Çan qara kəmər alıb

30.05.2025 / 09:13
Balakəndə narkotika satan qadın həbs edildi

30.05.2025 / 09:09
Millimiz bu gün yarımfinal oyununa çıxır

30.05.2025 / 09:02
Trampın bu addımı ABŞ-a 50 milyard dollar qazandırıb - Ağ Ev

30.05.2025 / 08:31
Tarix imtahanlarına görə DİM rəhbərinə qarşı sərt ittihamlar var - "tariximizə qarşı əks-təbliğat"?..

29.05.2025 / 22:31
Ceyhun Bayramov amerikalı senator Stiv Deynslə görüşüb

29.05.2025 / 22:18
Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

29.05.2025 / 21:32
Azərbaycan-Türkiyə-Pakistan üçbucağında yeni regional güc mərkəzi formalaşır...

Dini dözümsüzlüyə qarşı Azərbaycan nümunəsi... Qlobal təhlükəsizlik üçün müstəsna fakt...

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678