Şənbə günü, 24 may 2025
     

Qondarma “Arsax” “mədəni irs mərkəzi” Azərbaycana böhtan atdı...

Image

Qasım Hacıyev: "Qarabağdakı xristian abidələri elə alban abidələridir, bütün qədim kilsələr, monastırlar alban irsinə məxsusdur"

Birinci Qarabağ müharibəsindən sonra, yəni ərazilərimiz işğal altında olduğu dövrdə Eçimədzin kisəsinin fitvası ilə  Erməni Qriqoryan Kilsəsinin "Qarabağ yeparxiyası" ortaya çıxdı. 

Qarabağda qədim dövrə aid erməni kilsəsi olmadığı halda onlar kilsə iddiasına düşdülər və qədim alban kilsələrini kütləvi olaraq "erməni kilsəsi" kimi qələmə verməyə başladılar, hətta bunu "sübut etmək" üçün işğal dövründə kilsələrin binasına saxta xaçkarlar vurmağa başladılar, kilsələrin memarlıq quruluşuna əl gəzdirdilər...İşğal dövründə alban kilsələrini mənimsəmələri az imiş kimi, 44 günlük Vətən  müharibəsi nəticəsində öz torpaqlarını işğaldan azad edən Azərbaycanı "işğalçı" adlandırmaqdan da çəkinmirlər. Azərbaycan təkcə torpaqlarını yox, həm də salamat qalan abidələrini, kilsələrini, məscidlərinin qalıqlarını  və sair azad etdi. 44 günlük müharibədən sonra ermənilər haray salmağa başlayıb ki, Azərbaycan Qarabağdakı guya "erməni kilsələr"ini albanlaşdırır. "Ermənistanın səsi" iddia edir ki, guya Hadrutda "Müqəddəs dirilmə" "erməni kilsəsi"ni Azərbaycan albanlaşdırır. Guya Azərbaycanın "erməni kilsələr"ini albanlaşdırmaq planları var. Bunlar azad ərazilərimizdə alban abidələrinin, kilsələrinin bərpasını, ora ziyarətlərin təşkil edilməsini, habelə ölkəmizdə alban xristian kilsəsinin statusunun özünə qaytarılması, bu kilsəsinin Erməni Qriqoryan Kilsəsinin əsarətindən xilas edilməsi barədə ictimai müzakirələri "erməni kilsələrinin" albanlaşdırılması planı hesab edirlər. O kilsələr zatən alban kilsələridir, bunun sübuta ehtiyacı yoxdur. Məsələ burasındadır ki, bu kilsələrin ermənilərə aid olduğunu heç bir mənbə təsdiqləmir. Digər tərəfdən də, Hadrutdakı kilsələr erməni kilsələri olsaydılar oraları zibilliyə, heyvan saxlanan yerə çevirməzdilər...    

Kor tutduğunu buraxmayan kimi, bu ermənilər də artıq mövcud olmayan "Arsax"dan, onun olmayan qurumlarından yapışırlar. Guya "Arsaxın Mədəni İrsin Mühafizəsi üzrə Dövlət Şurası" var və Azərbaycanın da bu "planı" barədə bu "qurum"  məlumat verib.  Erməni mediası yazır ki, Azərbaycan dövlətinin Azərbaycan mütəxəssislərinin iştirakı ilə Qarabağ İqtisadi rayonu ərazisində arxeoloji qazıntılar təşkil etmək  və Qarabağda Alban mədəniyyəti muzeyi yaratmaq niyyəti var. Belə bir plan varsa, ondan ermənilərin niyə narahat oduğu sual doğurur. Bu torpaqlarda qədim xristian albanlar da yaşayıb və burada öz mədəniyyətini yaradıblar. Azərbaycan Respublikası guya Qarabağ ermənilərinin "qədim mədəni və mənəvi irsini kobud şəkildə təhrif etməkdə və mənimsəməkdə davam edir". 

Guya 2000-dən çox "erməni abidəsinin" taleyi "ciddi təhlükə altdadır", "onların arasında 13 monastır kompleksi, 122 kilsə, 52 qala və 523 xaçkar var". İddia edirlər ki, guya "erməni irsi" albanlaşdırılır, udiləşdirilir.  

Bu rəqəmləri haradan çıxardıqları məlum deyil, amma cəfəng danışdıqları məlumdur. 

"Hazırda onların əndişəsi odur ki, nə vaxtsa Azərbaycanda alban xristian kilsəsinin müstəqilliyi bərpa oluna və oğurladıqları irs əllərindən çıxa bilər"

AMEA-nın Qafqaz Tarixi İnstitutunun  Qafqazşünaslıq şöbəsinin müdiri, "Qarabağ tarixi" dərsliyinin müəllifi,   professor Qasım Hacıyev "Bakı-Xəbər"ə şərhində bildirdi ki, haylar xristian həmrəyliyindən sui-istifadə edib öz yalançı niyyətlərini təbliğ etməkdən, özlərini Qarabağın "yerli əhalisi" kimi qələmə verməkdən əl çəkmirlər.  Q.Hacıyevin sözlərinə görə, indiyə qədər qurduqları səhnəciklərin, yaratdıqları şouların onlara nə qədər baha başa gəldiyini gördükləri, bildikləri halda yenə də avantüralarından əl çəkmirlər. "Erməni mediasının bu iddia ilə bağlı yazıya qoyduğu fotoya baxıram, gənclərin əlinə plakat verib onları indidən yalana, şərə öyrədirlər. Hazırda  sülhdən danışılır, amma bu vəziyyətdə də onlar türk düşmənçiliyindən, antiazərbaycan mövqeyindən əl çəkmək istəmirlər. Bir qrup revanşist, daşnak ortaya düşüb gəncləri qızışdırır ki, antiazərbaycan şüarları səsləndirsinlər, guya Azərbaycan  "erməni kilsələri"ni albanlaşdırır və sair. Bu absurd yanaşmadır. Revanşizm, daşnakizm, düşmənçilik və nifrət Ermənistan dövlətinin özünə imkan vermir ki, düşdüyü çuxurdan çıxsın. Məsələ burasındadır ki, Qarabağda heç bir qədim "erməni irsi", "kilsəsi" yoxdur. Onlara dəfələrlə başa salınıb ki, Qarabağ erməni torpağı deyil, orada erməni irsi yoxdur, oradakı xristian abidələri də, müsəlman abidələri də Azərbaycana məxsusdur. Nə Hadrutda, nə Şuşada, nə də Qarabağın başqa yerində qədim "erməni kilsəsi" var. Onlar bunu bilə-bilə əgər Hadrutdakı, Şuşadakı kilsələrin dərdini çəkirlərsə, buna ehtiyac yoxdur. O kilsələr Azərbaycan-türk xalqının abidəsidir. Haylar indiyə qədər arqumentlə, faktla heç nəyi sübut edə bilməyiblər, sadəcə cəfəng fikirlər söyləməyi davam edirlər. Guya Azərbaycan xalqı dünyaya müsəman kimi gəliblər, oradakı xristian mədəniyyətinin onlara aidiyyatı yoxdur. Belə absurd iddialar ortaya qoyurlar. Hay alimləri və ideoloqları gənclərin beynini zəhərləyirlər. Uydurmalar əsasında yazdıqları saxta tarix çox zərərlidir". 

Q.Hacıyev əlavə etdi ki, Azərbaycan dövləti Qarabağdakı bütün abidələrin, islam və xristian irsinin sahibidir və onların bərpası ilə də dövlət məşğul olur. Azərbaycan ərazisindəki alban irsinin erməniləşdirilməsinin faydasız olacağını deyən Q.Hacıyevin sözlərinə görə, ölkəmizdə rəsmən Alban-Udi Xristian icması fəaliyyət göstərir və onlar alban dövrü monastrları, abidələri ziyarət edirlər, bu da erməniləri narahat edir: "Qarabağdakı xristian abidələri elə alban abidələridir, bütün qədim kilsələr, monastırlar alban irsinə məxsusdur. Bu abiədlərin statusu, adı, ünvanı özlərinə qaytarılıb və onlar bizim tariximizin bir parçasıdır. Qarabağda Alban mərkəzi yaradılarsa bundan haylara nə? Onlara bu işin nə aidiyyatı var? Alban mədəniyyətinin, tarixinin düşməni isə haylardır. Hazırda onların əndişəsi odur ki, nə vaxtsa Azərbaycanda alban xristian kilsəsinin müstəqilliyi bərpa oluna və oğurladıqları irs əllərindən çıxa bilər. Bütün alban irsinə sahib olublar, alban kilsəsinin nəyi olubsa hamısını mənimsəyiblər. Amma bu uzun sürməyəcək və hay kilsəsi gec-tez oğurladıqlarını qaytaracaq. İndi qabaqdangəlmişlik edib yalan dolu saxta siyahı yayırlar. Amma bu siyahının heç bir təsiri yoxdur. Saxta sənəd saxta pul kimidir, dəyəri yoxdur. 

Yadınıza gəlir, Şahbulaq ətrafında "Tiqranakert" "tapmışdılar", bundan başqa Qarabağın başqa yerlərində, o cümlədən də Şuşa ətrafında qanunsuz qazıntılar aparıb ortaya "yeni arxeoloji nümunələr, tapıntılar" çıxarmışdılar. Bu isə gülüncdür. Azərbaycana iftira atmaqla özlərini gülünc vəziyyətə salırlar".

Q.Hacıyev qeyd etdi ki, Sovet dövründə bizim arxeoloqlar Qarabağda, Qarabağ ətrafında saysız arxeoloji qazıntılar aparıblar. O vurğuladı ki, Rəşid Göyüşov, Məmmədəli Hüseynov və başqa arxeoloqlar, tarixçilər arxeoloji tədqiqat aparıb oranın abidələrini də, tarixini   də öyrəniblər. "30 ildə ermənilər oranı dağıdıblar, arxeoloji, tarix-mədəniyyət abidələrinə divan tutublar. Qanunsuz qazıntılar apardılar və hər yeri dağıtdılar. Bunlar qəbirləri, memarlıq abidələrini sökən yırtıcı bir tayfadır. İndi də durub yalan danışmaqla məşğul olurlar. Bu irs heç zaman onların olmayıb, haylar son 30 ildə onlara sahib durmuşdular, indi də o irs yenidən əsl sahibinə qayıdıb"-deyə Q.Hacıyev qeyd etdi.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

24.05.2025 / 11:24
Qobustanda 2 avtomobil toqquşub

24.05.2025 / 11:15
"Azərbaycanda 2600-dən artıq vəkil fəaliyyət göstərir" - Anar Bağırov

24.05.2025 / 11:04
Tunar Cahangirov – Rənglərlə danışan gənc İstedad

24.05.2025 / 10:25
“Şamaxı” “Qarabağ”a, “Sabah” “Neftçi”yə qarşı

24.05.2025 / 10:15
"Çin mallarına yeni tariflər tətbiq edin" - Trampdan Avropa İttifaqına TƏLƏB

24.05.2025 / 10:08
BAAU-da “Türk dövlətləri gənclərinin həmrəyliyinin gücləndirilməsinə ideoloji dəstək” adlı tədbir keçirilib

24.05.2025 / 09:27
Səsi yayılan direktorun məsələsini kim araşdırmalıdır - Bakı Təhsil, ya kriminalistlər?...

24.05.2025 / 08:42
92 benzinin qiyməti iyunun 1-dən dəyişə bilər...

23.05.2025 / 23:23
"Beş il əvvəl Ağdamdan Bakıya sürət qatarı ilə gedəcəyimiz xəyal kimi qəbul oluna bilərdi" - Hikmət Hacıyev

23.05.2025 / 22:14
Ermənistan baş qərargah rəisinin Azərbaycan ərazilərinin işğalında iştirakını sübut edən yeni material məhkəmədə tədqiq edilib - FOTO

23.05.2025 / 21:37
“Lavrov Ağrıdağın fonunda - Türkiyəyə siqnal, İrəvana sual ünvanladı”

23.05.2025 / 21:34
Tramp 175 milyard dollarlıq “Qızıl gümbəz”lə kimə qarşı müharibəyə hazırlaşır...

23.05.2025 / 21:20
ABŞ-a görə, 907-ci düzəlişin taleyi Bakı-İrəvan sazişindən asılıdır...

23.05.2025 / 21:07
Fransa türmələri ağzınadək dolub, Makron Avropa ölkələrində icarəyə türmə axtarır - biabırçılıq...

23.05.2025 / 20:56
Erməni katalikosu Allahşükür Paşazadəyə həyasızcasına cavab verdi

23.05.2025 / 20:53
Rusiya və Ermənistan yeni təhlükəli Qarabağ oyununa başlamaq istəyirlər...

23.05.2025 / 20:39
“İbrahim razılaşmaları”, ya ABŞ-İsrail-Azərbaycan üçtərəfli sazişi - 907-nin ləğvi haradan keçir...

23.05.2025 / 20:26
Zəngəzur dəhlizi Ermənistandan çox İranı qıcıqlandırır... Səfirin aşırı bəyanatı...

23.05.2025 / 20:24
Lukaşenko Prezident İlham Əliyevi təbrik etdi

23.05.2025 / 20:17
İznikdə Birinci Nikea Şurasının 1700 illiyi qeyd olunub

23.05.2025 / 20:14
"Azərbaycan və Gürcüstan arasında münasibətlər Cənubi Qafqazda sabitləşdirici rol oynayır" - Sahibə Qafarova

23.05.2025 / 20:09
Azərbaycanın üzərinə birbaşa hərbi müdaxilə öhdəliyi götürmüşdü - Ter-Petrosyanın boğazında qaldı...

23.05.2025 / 20:02
Prezident Administrasiyasının nümayəndəsi ADUPDK yanında İctimai Şuranın üzvləri ilə görüşüb

23.05.2025 / 19:55
AMİP kimi bu nümunəni daha hansı partiyalar göstərib?..

23.05.2025 / 19:52
Bakıda TDT daxili işlər nazirlərinin ikinci görüşü keçirildi - FOTO

23.05.2025 / 19:42
Harutyunyan Azərbaycanın vaxtilə işğal edilmiş ərazilərində qəbiristanlıqların dağıdılmasını barbarlıq adlandırdı

23.05.2025 / 19:41
Ermənistanla Azərbaycan qarşılıqlı olaraq bir-birinin namizədliyini dəstəklədi

23.05.2025 / 19:40
Bakı "İlin şəhəri" seçildi

23.05.2025 / 19:37
Sosial şəbəkələrdə şəkər, psarioz və xərçəngin müalicəsi “tapılıb” - əsl həkimlər nə deyir?..

23.05.2025 / 19:24
İsrail nüvə müharibəsinə başlayır - İran isə onu məhv edəcəyini bildirdi...

23.05.2025 / 19:11
"Avropa Siyasi Birliyinin Zirvə toplantısının 2028-ci ildə Azərbaycanda keçirilməsi qərarını alqışlayıram" - Paşinyan

23.05.2025 / 19:05
Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdamda keçirildi - FOTO

23.05.2025 / 18:58
Töhmət almış iki məktəb direktorunun günahı nə idi...

23.05.2025 / 18:44
Şərurlu İsfəndiyar məhkəmələrdə "savadsız adamam" ifadəsini tez-tez səbəbsiz işlətmir, onun hədəfi var...

23.05.2025 / 18:29
Netanyahu Makron və Starmeri HƏMAS-ı dəstəkləməkdə ittiham etdi

23.05.2025 / 18:27
Putin Vatikanı yox, İstanbulu seçdi

23.05.2025 / 18:27
“Keç bizim tərəfə Avropanı birgə ələ keçirək”

23.05.2025 / 18:26
Lavrov İrəvan Üniversitetində qızlara söz atdı

23.05.2025 / 18:24
ABŞ senatoru İmamoğlunun müdafiəsinə qalxdı

23.05.2025 / 18:17
Gürcüstanı həm boğur, həm də onun üstündən Orta Asiyaya yol axtarır - Avropanın istedadsız siyasəti...

23.05.2025 / 18:04
Tramp azərbaycanlı tələbələri də Harvarddan qovacaq - cəmi 6800 tələbə...

23.05.2025 / 17:56
Avropa Siyasi Birliyinin Zirvə toplantısı 2028-ci ildə Azərbaycanda keçiriləcək

23.05.2025 / 17:50
Ali Məhkəmənin "əsassız varlanma" qərarı yeni mübahisələrə əsas verdi...

23.05.2025 / 17:37
Rusiya-NATO müharibəsinin vaxtı açıqlandı - Azərbaycan kimin(sə) tərəfində olacaq...

23.05.2025 / 17:24
Qarmonçu Stepanyan şedevr Azərbaycan musiqilərini oğurlaya bilmədi...

23.05.2025 / 17:11
Azad rayonlarda “yaşıl enerji” mənbələri...

23.05.2025 / 16:54
İstanbul Böyükşəhər Bələdiyyəsində 4-cü dalğa həbs əməliyyatına start verildi

23.05.2025 / 16:54
Halit Ergenç və Rıza Kocaoğlu həbs edildi!

23.05.2025 / 16:51
Tramp Cənubi Afrikadakı “ağ soyqırımı” əsaslandırmaq üçün Konqo fotosundan istifadə etdi

23.05.2025 / 16:49
Şirvanda əhalinin su təchizatı belə həyata keçirilir

23.05.2025 / 16:37
Ermənistanın dağ-mədən sənayesinin ekoloji fəsadlarına dair interaktiv xəritənin təqdimatı olub - FOTO

23.05.2025 / 16:26
Həştərxan vilayətinin qubernatoru Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.05.2025 / 16:12
Rusiya ələ keçirdiyi Ukraynanın Zaporojye atom stansiyasını işə salmağa hazırlaşır…

23.05.2025 / 15:50
Lənkəran Polis Şöbəsi maarifləndirici tədbir keçirdi - FOTO

23.05.2025 / 15:22
Məhkəmədə Levon Mnatsakanyan Azərbaycanın suveren ərazilərinin işğalında iştirak etdiyini təsdiqlədi

23.05.2025 / 15:19
Deputat Milli Məclisdə Elgündən DANIŞDI

23.05.2025 / 15:18
Dosent Faiq Ələkbərli Türkiyədə beynəlxalq simpoziumda məruzə edib

23.05.2025 / 14:43
Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Mehriban Əliyevanı təbrik etdi

23.05.2025 / 14:32
Tatarıstan lideri Prezident İlham Əliyevi təbrik edib

23.05.2025 / 14:20
Prezident Vergi Məcəlləsində dəyişikliyi təsdiqlədi

23.05.2025 / 14:12
Külli miqdarda narkotiki Bakıya gətirmək istəyən narkokuryerlər Yardımlıda yaxalandı

23.05.2025 / 13:55
Gürcüstan Aİ nümayəndəsini Tbilisi Aeroportundan geri qaytardı...

23.05.2025 / 13:48
Məleykə Abbaszadə bəzi təhsil ekspertlərini yıxıb sürüdü - pul qazanmaq xatrinə...

23.05.2025 / 13:20
Qazaxıstandan vurulan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama - tədqiqat mərhələsindəyik...

23.05.2025 / 13:08
Почему армяне не любят Пашиняна? - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

23.05.2025 / 12:55
"Erməni millətçiliyi və “bizimkilər” - yeni kitabı...

23.05.2025 / 12:47
Ali təhsil müəssisələrinə qəbul üçün müsabiqə şərtlərinin balı açıqlandı

23.05.2025 / 12:39
"Bəziləri Apelyasiyaya yazır ki, mənim səhvimi düz hesab edin" - Məleykə Abbaszadə

23.05.2025 / 12:25
Hikmət Hacıyev Aİ-nin Xarici Fəaliyyət Xidmətinin baş katibi ilə görüşdü

23.05.2025 / 12:12
Tramp məşhur Harvard Universitetini Çinə casusluqda ittiham etdi və qadağalar qoydu...

23.05.2025 / 12:08
Pezeşkian Prezident İlham Əliyevi təbrik edib

23.05.2025 / 11:57
Kaya Kallas Belqradda Vuçiçi küncə sıxdı - "inana bilmirəm ki, belə bir adamla"...

23.05.2025 / 11:50
Prezident: "Gələcək illərdə TDT daha böyük zirvələrə qalxa bilər"

23.05.2025 / 11:44
Ukraynanın XİN başçısı Putini sərrast vurdu...

23.05.2025 / 11:38
"Ölkələrimizdə daxili sabitlik olsa da təhdidlər var, çağırışlar var, xaricdən müdaxilə cəhdləri var" - Prezident

23.05.2025 / 11:26
DİN ötən gün bank kartlarından oğurlanan vəsaitin məbləğini açıqladı

23.05.2025 / 11:11
Bu günkü ABŞ - İran danışıqları: müharibə yoxsa sövdələşmə? - CANLI

23.05.2025 / 11:02
Prezident İlham Əliyev TDT-nin DİN rəbərlərini qəbul etdi - FOTO

23.05.2025 / 11:01
Türkiyəli müğənni onu təhqir edən izləyicisini həbs etdirdi....

23.05.2025 / 10:50
Putin düyməyə basdı, ordu hərəkətə keçdi - Rusiya Ukrayna ilə sərhəddə bufer zona yaradır…

23.05.2025 / 10:23
"2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılacaq

Azad rayonlarda “yaşıl enerji” mənbələri...

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678