Cümə axşamı günü, 13 mart 2025
     

Dünyaya ən az neft satan ölkə - "yanan da biz, yaman da biz"...

Image

Şakir Ağayev: "Bütün bunların arxasında Azərbaycana qarşı qərəzli siyasət dayanır"

Bildiyimiz kimi, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanın ev sahibliyi ilə keçirilməsini bəzi Qərb dövlətləri, bəzi mərkəzlər, media qurumları həzm edə bilmir və müxtəlif vasitələrlə, qərəzli informasiyalar yaymaqla ölkəmizin bu vacib işinə kölgə salmağa çalışırlar. 

Azərbaycanı haqsız yerə neft ölkəsi adlandırırlar. Belə iddialar irəli sürənlərin cavabını ölkə başçısı İlham Əliyev dəlillərlə, faktlarla verib. 

"…Sadəcə bir informasiya ilə başlamaq istərdim. Dünyada sənaye üsulu ilə ilk neft quyusu Azərbaycanda, Bakıda 1846-cı ildə qazılıb. O, buradan uzaq yerdə yerləşmir və həmin yerə 10-15 dəqiqəlik yoldur. Dənizdə ilk neft quyusu da Azərbaycan neftçiləri tərəfindən Xəzər dənizində XX əsrin ortalarında qazılmışdır. XIX əsrdə qlobal neft hasilatının yarısı Azərbaycanın payına düşürdü.

Əgər o vaxt bəzi Qərb siyasətçiləri və media bizi neft dövləti adlandırsaydı, bu, bəlkə də anlaşılan olardı. Lakin əgər onlar indi, yəni bu gün də bizi neft dövləti adlandırırlarsa, bu, ədalətsizlikdir və yalnız siyasi mədəniyyət və biliklərin çatışmamasından xəbər verir. Bu gün Azərbaycan qlobal neft hasilatında 0,7 faiz, qlobal qaz hasilatında isə 0,9 faiz paya malikdir. Amma dünyada bir nömrəli neft və qaz hasilatçısı olan, Azərbaycandan 30 qat artıq neft hasil edən ölkənin yalan xəbər mediası bizi neft dövləti adlandırır.

Yaxşı olardı ki, ən azı onlar özlərinə və Azərbaycandan 10 dəfə artıq neft hasil edən özlərinin qonşuluğundakı ölkəyə baxsınlar. Azərbaycanın qlobal qaz atılmalarındakı payı cəmi 0,1 faizdir. Mən bu rəqəmləri auditoriyamızın diqqətinə çatdırmalıyam, çünki Azərbaycan COP29-a ev sahibi seçildikdən dərhal sonra biz əlaqələndirilmiş və yaxşıca təşkil olunmuş qarayaxma və böhtan kampaniyasının hədəfinə çevrildik". Bu fikirləri noyabrın 12-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimində Prezident İlham Əliyev bildirib. 

Dünyanın bəzi dövlətləri, bəzi siyasi mərkəzləri tərəfindən Azərbaycanın neft dövləti kimi qələmə verilməsinin arxasında hansı niyyət dayanır? 

"Azərbaycanı nüfuzdan salmaq üçün həmin ölkələrin mediası…"

"Novoye vremya" qəzetinin baş redaktoru Şakir Ağayev "Bakı-Xəbər"ə bildirdi ki, Azərbaycan  məqsədli şəkildə neft dövləti adlandırılır. "Azərbaycanın  ümumiyyətlə, dünya neft bazarında payı 0,7 faizdir. Bu isə çox kiçik bir rəqəmdir. Qaz istehsalında isə bazarda payı 0,9 faizdir. Bu da həmçinin kiçik rəqəmdir. Düşünülmüş surətdə Azərbaycan belə qələmə verilir. Bu, Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasının bir hissəsidir. Təsəvvür edin ki, bu ölkələrin mediası Azərbaycanı qaralamaq üçün hər cür yalana, saxtakarlığa əl atır, dezinformasiya yaymaqla məşğul olur.

Bilirsiz ki, COP28 Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirildi. Birləşmiş Ərəb Əmirlikləri Azərbaycandan qat-qat çox neft istehsalçısıdır. COP-un 28-i neft ölkələrində olub. Yenə Braziliyada olacaq. COP29 - un Azərbaycanda keçirilməsinə qara yaxmaq, ölkəmizin nüfuzuna xələl gətirmək məqsədilə Azərbaycana qarşı bu cür qərəzli ifadə işlədilir ki, Azərbaycan "neft ölkəsidir". Başda Fransa olmaqla, Avropa İttifaqı dövlətlərinin hamısının apardığı siyasət belə idi ki, COP29 Azərbaycanda keçirilməsin. Məqsədləri COP29-un mahiyyətini, əhəmiyyətini aşağı salmaq, azaltmaq idi. Azərbaycanı nüfuzdan salmaq üçün həmin ölkələrin mediası təkcə ölkəmizi "neft dövləti" adlandırmadı, eyni zamanda başqa qərəzli ittihamlar da irəli sürdülər. Qondarma məsələləri gündəmə gətirdilər. Bütün bunlar hamısı bir məqsədə xidmət edirdi ki, bütün qarayaxma üsullarından istifadə edib Azərbaycanı gözdən salsınlar. Həmişə qeyd etmişəm ki, bu tədbir təkcə Azərbaycanın tədbiri deyil, bu qlobal bir tədbirdir və ölkəmiz böyük uğurla bu tədbirə ev sahibliyi edir". 

Ş.Ağayev qeyd etdi ki, COP neçə gündür davam edir, burada müxtəlif tədbirlər çox yüksək cəviyyədə təşkil olunub, 80-dən artıq ölkənin ali rəhbərləri, prezident və vitse-prezidentləri, baş nazirləri burada iştirak edir, fikir bildirir. 

"Qərb ölkələri və onların mətbuatının həyata keçirdiyi dezinformasiya müharibəsi məğlubiyyətə düçar oldu, onlar istədiklərinə nail ola bilmədilər.

Onların Azərbaycana qarşı qərəzinin səbəbi aydındır. Bunlar antiazərbaycan qüvvələrdir. Təbii ki, bütün bunların arxasında Azərbaycana qarşı qərəzli siyasət dayanır. Amma onlar heç nə əldə edə bilmədilər"-deyə Ş.Ağayev qeyd etdi. 

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

13.03.2025 / 19:11
Azad rayonlarımızda geniş məktəb, bağça şəbəkəsi yaradılıb - az vaxtda 2 min şagird...

13.03.2025 / 18:57
"Dermovate" məlhəminin qiyməti bəzi apteklərdə birdən-birə 16 manata qaldırılıb...

13.03.2025 / 18:42
Baş nazirin uşaqlarla bağlı qərarında yeni hansı tələblər var?..

13.03.2025 / 18:28
Anarın məhkəməyə verdiyi yazıçı “sonadək mübarizə” deyir...

13.03.2025 / 18:16
Trampla Xamneyinin arasında məktub məsələsi əsl müəmmaya dönüb...

13.03.2025 / 18:11
Makron Rusiyanın dondurulmuş 230 milyardına göz dikdi – Trampın yanında başqa söz demişdi…

13.03.2025 / 18:08
XİN Ermənistanla saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığına dair bəyanat yaydı

13.03.2025 / 18:03
Qukasyan qondarma rejimin “büdcə”sinin Ermənistanın tərəfindən formalaşdırıldığını etiraf etdi

13.03.2025 / 17:58
Paşinyan sülh sazişinin 2 əsas maddəsinə qarşı aşkar təxribata əl atdı...

13.03.2025 / 17:45
ABŞ-ın “əvvəlki sərhədlər olmayacaq” şərtində ədalətli Moskva-Kiyev sülhü mümkündür?..

13.03.2025 / 17:39
Ermənistan XİN də təsdiqlədi - sülh sazişinin mətni üzrə danışıqlar yekunlaşıb

13.03.2025 / 17:32
“Azərbaycan qlobal miqyasda sivilizasiyalararası dialoq və əməkdaşlıq mərkəzinə çevrilib” - Vüqar Rəhimzadə

13.03.2025 / 17:29
Ermənilər Türkiyə jurnalistlərini Marqara keçidinə apardılar - “keçid tam hazırdır” mesajı...

13.03.2025 / 17:16
Xristian "liderlər" Bakıda erməni məhkəməsi ilə bağlı Trampı təxribata çəkirlər...

13.03.2025 / 17:10
Milli Məclis hərbi cinayətlər törətməkdə təqsirləndirilən şəxslərlə bağlı beynəlxalq parlament təşkilatlarına məktub göndərdi

13.03.2025 / 17:05
Ermənistan Azərbaycanın qalan iki təklifini də qəbul etdi - Sülh sazişinin mətni ilə bağlı danışıqlar prosesi yekunlaşdı...

13.03.2025 / 16:57
Prezident İlham Əliyev Fatih Birola “Dostluq” ordenini təqdim edib

13.03.2025 / 16:55
Prezident İlham Əliyev BMT-nin Ticarət və İnkişaf Konfransının baş katibini qəbul edib

13.03.2025 / 16:41
Neft Emalı Zavodundakı yanğınla bağlı DTX-də cinayət işi başlandı

13.03.2025 / 16:29
"Dünya mövcud münaqişələri dayandırmalı və danışıqlar masası arxasına əyləşməlidir" - ARTOC direktoru

13.03.2025 / 16:25
"Biz milli maraqlarımızı müdafiə edirik, eyni zamanda, digərlərinin maraqlarına hörmət bəsləyirik" - Ceyhun Bayramov

13.03.2025 / 16:18
Ağdamda insana aid olduğu ehtimal edilən sümüklər tapıldı

13.03.2025 / 16:17
Prezident İlham Əliyev Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunu qəbul edib

13.03.2025 / 15:48
Qlobal Bakı Forumunda “Geosiyasi dəyişmələr: Məsuliyyətli tərəfdaşlıq rəqabətə qarşı” adlı panel keçirilib

13.03.2025 / 15:42
“TÜRK” etnonimi və törələri - YUNUS Oğuz yazır

13.03.2025 / 15:35
Prezident İlham Əliyev Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru qəbul edib - FOTO

13.03.2025 / 15:25
Trampı fələstinli sözünə görə yıxıb sürüdülər...

13.03.2025 / 15:23
HƏMAS İsrailin işğalına müqavimət göstərəcəyini bəyan edib

13.03.2025 / 15:14
Prezident İlham Əliyev Bolqarıstanın xarici işlər nazirini qəbul edib - FOTO

13.03.2025 / 15:12
"Aİ-də bir çox məsələlərdə birlik yoxdur, Avropa ekzistensial böhrandadır" - Sabiq nazir

13.03.2025 / 15:05
Vidadinin ürəyi Vətənlə döyünürdü...

13.03.2025 / 14:57
Masallıda polis əməliyyat keçirdi, 10 kiloqram narkotik aşkarlandı

13.03.2025 / 14:43
“Vaşinqton İsrailin Azərbaycanla əməkdaşlığından dərs almalıdır” - ABŞ beyin mərkəzi

13.03.2025 / 14:37
"Qlobal səviyyədə idarəçilik dəyişməlidir" - Çinin xüsusi nümayəndəsi

13.03.2025 / 14:32
"Parçalanmış dünyada yeni güclər səhnəyə çıxmaqdadır" - Çavuşoğlu

13.03.2025 / 14:25
Jelka Tsviyanoviç: "Xll Bakı Qlobal Forumundakı çağırışlar fürsətə çevrilə bilər"

13.03.2025 / 14:12
"Onların mühakiməsi davam etdiriləcək" - Prezidentin köməkçisi

13.03.2025 / 14:06
Prezidentin köməkçisi: "Avropa İttifaqının bizim regionla bağlı yeni siyasətini görmək istəyirik"

13.03.2025 / 13:54
"Forum geniş fikir müxtəlifliyini təmsil edən insanları bir araya gətirib" - Latviyanın sabiq Prezidenti

13.03.2025 / 13:40
"Azərbaycana qarşı vuruşan "Daşnak" adlandırılan taborda Ermənistan vətəndaşları da var idi" - Ermənistan ordusunun generalı

13.03.2025 / 13:36
"Azərbaycan Cənubi Qafqazda ölkələrin ərazi bütövlüyünə və suverenliyinə əsaslanan yeni status-kvonun əsasını qoyub" - Hikmət Hacıyev

13.03.2025 / 13:32
Prezident İlham Əliyev Albaniya Prezidenti ilə görüşdü - YENİLƏNDİ

13.03.2025 / 13:31
Hikmət Hacıyev: "Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları hələ də davam edir"

13.03.2025 / 13:23
"Minsk qrupuna bu gün heç bir ehtiyac yoxdur, ola da bilməz" - Hikmət Hacıyev

13.03.2025 / 13:20
"Biz çoxqütblü dünyaya hərtərəfli dəstəyimizi göstərməliyik" - Şarl Mişel

13.03.2025 / 13:19
"Bəzi Aİ ölkələri böhranın öhdəsindən təkbaşına gələ biləcəklərini düşünürdülər, lakin..." - Şarl Mişel

13.03.2025 / 13:16
Şimali Makedoniya Prezidenti Prezident İlham Əliyevə təşəkkür etdi

13.03.2025 / 13:12
Fatih Birol: "Bakıdakı COP29 konfransı vacib nailiyyətlər gətirib"

13.03.2025 / 13:08
Трамп взял Путина за горло - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

13.03.2025 / 13:03
"Biz qlobal səylərlə daha effektiv, inklizüv və məsuliyyətli sistem qura bilərik" - Tatyana Valovaya

13.03.2025 / 12:57
Şimali Makedoniya Prezidenti: "Qlobal Bakı Forumunda ən mühüm regional və qlobal problemlər müzakirə edilir"

13.03.2025 / 12:50
"Coğrafi məsafəyə baxmayaraq, dost ölkələrimizi dərin köklü əlaqələr birləşdirir" - Şimali Makedoniya Prezidenti

13.03.2025 / 12:48
"Bərpaolunan enerjiyə çəkilən xərclər 80 %-ə çatdırılmasa, iqlim böhranı davam edəcək" – Kosta-Rikanın sabiq ikinci vitse-prezidenti

13.03.2025 / 12:38
"Problemləri müəyyənləşdirmək və həll etmək üçün addımlar ata bilərik" - Şarl Mişel

13.03.2025 / 12:37
"Biz bir-biri ilə bağlı olan qlobal böhranlar dünyasında yaşayırıq, bunlar birgə həllər tələb edir" - ÜST-nin Baş direktoru

13.03.2025 / 12:30
Əmək ...nazirinin müavini 3 hökumətlərarası komissiyanın tərkibinə daxil edildi

13.03.2025 / 12:16
Albaniya Prezidenti: "Qlobal Bakı Forumu sülh, təhlükəsizlik və inkişafa fokuslanmış dialoq üçün gözəl platformadır"

13.03.2025 / 12:16
"Antoni Blinkenin siyasəti ABŞ-Azərbaycan münasibətlərini heçə endirdi" - Prezident İlham Əliyev

13.03.2025 / 12:11
"Qlobal Bakı Forumu ümid mesajlarını çatdıran bir forumdur" - Albaniya Prezidenti

13.03.2025 / 12:08
Prezident Əliyev erməni diasporunu dəstəkləyən korrupsiyaya uğramış siyasətçilər barədə danışdı

13.03.2025 / 12:04
Turançı alim, Professor Əjdər İsmayılovun ANIM GÜNÜDÜR

13.03.2025 / 12:03
Ruslar ukraynalı hərbi əsirləri edam edirlər - DƏHŞƏT!

13.03.2025 / 12:02
“Onlar gecə-gündüz casus kimi bizim sərhədlərimizdə dayanırlar" - Prezidentdən SƏRT MÖVQE

13.03.2025 / 12:00
Azərbaycanla düşmənçilik edən Fransa Özbəkistana milyardlarla sərmayə qoyur

13.03.2025 / 11:44
"Görürük ki, bu gün Avropa İttifaqı daha güclü hərbi potensial qurmaq üçün siyasətini necə dəyişir" - Prezident

13.03.2025 / 11:40
İlham Əliyev: "Biz Cənubi Qafqazda sülh qurmalıyıq"

13.03.2025 / 11:34
"COVID dövründə 80-dən artıq ölkəyə kömək etdik"

13.03.2025 / 11:33
Prezident İlham Əliyev Roma Papası Fransiski təbrik etdi

13.03.2025 / 11:28
Tramp “atəşkəsə” görə Moskvanı hədələdi

13.03.2025 / 11:27
"Biz işğal illərini yaddan çıxara bilmərik və çıxarmayacağıq" - Prezident

13.03.2025 / 11:23
Prezident İlham Əliyev: "Əfsuslar olsun, COP29 bəzi Qərb medialarında kampaniyalarla müşayiət olundu"

13.03.2025 / 11:20
Sarkisyanın başı dərddədir - qanunsuz torpaq satışına görə cinayət işi açıldı...

13.03.2025 / 11:14
“Qədim insan məskənlərinin mühafizəsi: təhdidlər və müasir yanaşmalar” mövzusunda beynəlxalq konfrans keçiriləcək

13.03.2025 / 11:05
Avropa və Ermənistan Türkiyəyə yalvarır - CANLI

13.03.2025 / 11:05
“Fənərbağça” çətin “Reyncers” səfərində

13.03.2025 / 11:04
"Ölkəmiz Pan-Avropa enerji təchizatçısı kimi tanınır” - Azərbaycan Prezidenti

13.03.2025 / 11:03
"COP29-un Azərbaycanda keçirilməsi qərarı ölkəmizin enerji resurslarına məsuliyyətli yanaşmasından xəbər verdi" - Prezident

13.03.2025 / 11:00
"Qlobal Bakı Forumu hazırda aparıcı beynəlxalq platformalardan biridir" - İlham Əliyev

13.03.2025 / 10:53
Bakıda XII Qlobal Bakı Forumu işə başlayıb

13.03.2025 / 10:47
Putin ön cəbhəyə gəldi və təcili əmr verdi

13.03.2025 / 10:35
Türkiyəli məşhur kriminal avtoritet həbsxanada öldü

Azad rayonlarımızda geniş məktəb, bağça şəbəkəsi yaradılıb - az vaxtda 2 min şagird...

XƏBƏR ARXİVİ

Mart
B.eÇ.aÇC.aCŞB
242526272812345678910111213141516171819202122232425262728293031123456