Ersin Tatar Qırğızıstan səfərindən məmnun qalıb
Paytaxt Bişkekdə müxtəlif görüşlər keçirən Şimali Kipr Türk Respublikasının (ŞKTC) prezidenti Ersin Tatar fəxri qonağı olduğu Qırğızıstan-Türkiyə Manas Universitetinin (QTMU) ev sahibliyi etdiyi "Qırğızıstanda Enerji İnvestisiyaları və Əməkdaşlıq Konfransı"nda iştirak etdib.
Prezident konfransdan sonra mətbuata açıqlama verib.
Qırğızıstana səfərinin çox mənalı olduğuna diqqət çəkən ŞKTC prezidenti Tatar: "Qırğızıstanla əlaqələr tədricən inkişaf edəcək. Hər şeyin başlanğıcı var. Bu başlanğıc bizi gələcəkdə daha böyük əməkdaşlığa aparacaq", - deyə qeyd edib. Qırğızıstan prezidenti Caparovla görüşündə Kipr məsələsini və adadakı son vəziyyəti bölüşdüyünü ifadə edən prezident Tatar, ilk dəfə Qırğızıstanda Caparovla görüşməkdən məmnun olduğunu dilə gətirib.
Prezident Ersin Tatar, rabitə əsrində Qırğızıstanla əlaqələrdəki bütün maneələrin texnologiya ilə aşıldığını ifadə etdi; O, təhsil, turizm, ticarət və iqtisadi sahələrdə əməkdaşlıq edilə biləcəyini vurğulayıb.
Baki-xeber.com