Bu gün MSK-nın iclası keçiriləcək
![Image](/uploads/posts/2023-12/img_b0a52f-ebfd4e-22ee75-95848d-ff52e5-beebfd.webp)
MSK növbədənkənar prezident seçkiləri ilə bağlı qərar qəbul edəcək. Belə ki, növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar bu gün - 8 dekabr saat 16:00-da Mərkəzi Seçki Komissiyasının iclası keçiriləcək. Bu barədə baki-xeber.com-a MSK Katibliyinin Media və kommunikasiya şöbəsindən məlumat verilib.
İradə SARIYEVA