"NATO ilə toqquşma ehtimalı yüksəkdir" - Medvedev yenə hədələdi..
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Rusiya ilə NATO arasında toqquşma ehtimalının yüksək olduğunu bildirib. Keçmiş Rusiya prezidenti bununla bağlı teleqram kanalındakı səhifəsində yazıb. "Rusiya ilə NATO arasında birbaşa toqquşma ehtimalı heç vaxt Karib böhranından sonra indiki qədər yüksək olmayıb", - D.Medvedev qeyd edib. O daha sonra qeyd edib ki, bu toqquşmada məğlub tərəf Rusiya olmayacaq.
Mətləb