“RTS” kanalı COP29-un ilk gününü geniş işıqlandırıb
Serbiyanın “RTS” radio-televiziya kanalı Bakının ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) birinci günü ilə bağlı reportaj yayımlayıb.
Reportajda Bakı Olimpiya Stadionunun COP29-un əsas məkanı olduğu, 200-dək ölkənin tədbirdə dövlət və hökumət başçıları, ekspertlər və digər nümayəndələrlə təmsil edildiyi bildirilir. Vurğulanır ki, iştirakçılar karbon qazı emissiyalarının məhdudlaşdırılması və qlobal istiləşmə səviyyəsinin azaldılması yollarını müzakirə edəcəklər.
Mətləb