Danimarkadan QƏRAR: bu ölkədə Quranın yandırılması qadağan edildi
Danimarka parlamenti Quranın və digər müqəddəs kitabların ictimai şəkildə təhqir edilməsini qadağan edən Qanuna dəyişiklik edib. Amma qərardan əvvəl üç saatdan çox davam edən müzakirələr aparılıb. “İndi hesab 1:0 islamçıların xeyrinədir”,- deyə Danimarka demokratları partiyasının lideri İnger Stoyberq bildirib.
O, bir sıra digər müxalif siyasətçilərlə birlikdə, Qanunun dəyişdirilməsi ilə Danimarkanın bu ölkənin dəyərlərini bölüşməyən insanlar və ölkələr tərəfindən təhdid altında fəaliyyət göstərdiyini hesab edir. Müzakirələrdən sonra Qanun 94 lehinə və 77 əleyhinə səslə qəbul edilib.
Mətləb