Gürcü spiker Aİ ölkələrinin parlamentarilərinin görüş təklifini rədd etdi - seçkilərə müdaxilə ittiham...
Gürcüstan Parlamentin sədri Şalva Papuaşvili Avropa İttifaqına (Aİ) üzv 8 ölkənin (Almaniya, Finlandiya, İsveç, Fransa, Litva, Latviya, Estoniya, Polşa) parlamentarilərindən ibarət nümayəndə heyəti ilə görüşdən imtina edib.
Şalva Papuaşvili bu barədə özünün “Facebook” səhifəsində yayıb. Papuaşvili deyib ki, “bu qrup” onunla və parlamentin bəzi komitələrinin sədrləri ilə görüş istəyib. O, bundan imtina edib. İmtinanın səbəbini yazılı şəkildə izah edib.
Şalva Papuaşvili onları qeyri-dost münasibətdə və Gürcüstanda keçirilən parlament seçkilərinə müdaxilədə ittiham edir: “Baxmayaraq ki, Gürcüstan hökuməti Avropa İttifaqının bütün müvafiq və maraqlı tərəfləri ilə dialoqun təşviqinə sadiq qalır, ancaq mən bu görüşləri keçirmək niyyətinə müsbət cavab verə bilmərəm”, – deyə Papuaşvili vurğulayıb.
Nümayəndə heyətinin bəzi üzvlərinin son iki il yarım ərzində Gürcüstana və onun hakimiyyətinə qarşı qeyri-dost ritorika və hərəkətləri həm də Gürcüstanda sülhün və demokratik sabitliyin qorunmasına yönəlmiş səylərimizə əngəl olur.
Parlamentin sədri deyib ki, seçkiqabağı təşviqat kampaniyası zamanı nümayəndə heyətinin bəzi üzvləri və digər xarici siyasətçilər Gürcüstanın hakim partiyasına qarşı ictimai kampaniya aparıblar. Onlar müxalifəti dəstəkləməklə Gürcüstan qanunvericiliyini davamlı və məqsədyönlü şəkildə pozub, bununla da vətəndaşların iradəsinə qeyri-qanuni təsir göstərməyə cəhd ediblər.
Papuaşvili yuxarıda qeyd olunanları nəzərə alaraq, nümayəndə heyətindən alınan görüş xahişi ilə razılaşmağı qeyri-mümkün hesab edib.
ZÜMRÜD