Muxtar Babayev COP29-un Prezidenti seçildi
Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev BMT İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29 sessiyasının Prezidenti seçilib.
Bu barədə bu qərarı COP28-in Prezidenti Sultan Ahmad Al-Jaber elan edib və o, sessiyanın idarəçiliyini Muxtar Babayevə təhvil verib.
Muxtar Babayev çıxış edərək hər kəsi Bakıda görməkdən məmnun olduğunu bildirib.