Hüseyn Axundov və Aqşin Bəbirov erməni əsirliyindən xilas edilir - Razılaşma əldə olundu...
Əldə olunan razılığa əsasən Hüseyn Axundov və Aqşin Bəbirov erməni əsirliyindən azad olunacaqlar.
Hər iki əsgərimiz bu ilin aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda əlverişsiz hava şəraiti səbəbindən itkin düşüb.
Sonradan onlar Ermənistan tərəfindən əsir götürülüb və hərbçilərə qarşı saxta ittihamlar irəli sürülüb.
Onu da xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində humanizm prinsipinə sadiqlik ruhunda, xoş niyyət göstəricisi olaraq iki ölkə arasında qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən erməni əsilli 32 şəxsin, Ermənistan tərəfindən isə 2 Azərbaycan hərbçisinin azad edilməsi barədə razılıq əldə edilib.
TAHİR