Putinə Ukraynanın 20 faizi qalacaq, 80 faizi isə... - NATO-nun Avropadakı keçmiş baş komandanından iddia...
Donald Tramp Ukrayna və Rusiyaya təzyiq göstərərək onları danışıqlar masasına oturtacaq, təəssüf ki, Putinə Ukraynanın 20 faizi qalacaq, 80 faizi demokratik və azad Ukrayna olacaq. Bunu NATO-nun Avropadakı Birləşmiş Qüvvələrinin keçmiş baş komandanı Ceyms Stavridis “CNN”ə müsahibəsində bildirib.
Keçmiş yüksək rütbəli NATO rəsmisinin fikrincə, saziş çox güman ki, Koreya ssenarisi kimi davam edəcək və daha sonra 3-5 ildən sonra Ukrayna NATO-ya üzv qəbul olunacaq.
“Bu, ən pis nəticə deyil və bəlkə də Ukrayna böhranı belə başa çatacaq”. – Ceyms Stavridis deyib.
TAHİR