Qvineya-Bisaunun Prezidenti Azərbaycanda səfərdədir
Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalo noyabrın 10-da BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın səhiyyə naziri Teymur Musayev və digər rəsmi şəxslər qarşılayıblar.