DİN Azərbaycana qarşı dezinformasiya yayan İraq kanalını ifşa etdi - FOTO
Daxili İşlər Nazirliyi Azərbaycana qarşı növbəti dezinformasiyanın yayılmasının qarşısını alıb. “X” sosial şəbəkəsində İraqda fəaliyyət göstərən “Rudaw” telekanalının səhifəsində Azərbaycana qarşı növbəti dezinformasiya yayılıb.
Belə ki, telekanalın səhifəsində Bakıda küçədən partlayıcı qurğunun tapıldığı iddia edilib.
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, öz növbəsində, həmin paylaşıma cavab olaraq bildirib ki, bu məlumat həqiqəti əks etdirmir.
“Yolun kənarında aşkarlanan bağlama yemək çatdırılması ilə məşğul olan şirkətlərdən birinə aid olub”, - deyə DİN-dən bildirilib.
ZÜMRÜD