“Hədəfimiz normallaşmaya nail olmaqdır" - Miçotakisdən Türkiyə AÇIQLAMASI
Budapeştdə keçirilən Avropa İttifaqının (Aİ) qeyri-rəsmi zirvə toplantısından sonra keçirdiyi mətbuat konfransında Yunanıstanın Baş naziri Kiryakos Miçotakis bəyan edib ki, Türkiyə ilə Yunanıstan arasında sabitlik qorunmalıdır. O bildirib ki, bu, hər iki ölkə xalqının faydasınadır: “Hədəfimiz iki ölkə arasında münasibətlərin normallaşmasına nail olmaqdır”.
Baş nazir iki ölkənin XİN rəhbərlərinin Afinada baş tutan görüşünün müsbət atmosferdə keçdiyini, ancaq əsas məsələlərdə hələ də uzlaşmanın əldə olunmadığını diqqətə çatdırıb.
Mətləb Salahov