Ermənistan Qərbdəki havadarlarının dəstəyi ilə sülh müqaviləsini imzalamaqdan çəkinir...
"Cənab prezident reallığı əks etdirən məqamları Beynəlxalq forumda bir daha bütün dünyaya bəyan etmiş oldu. Çünki Azərbaycan bununla bağlı dəfələrlə Ermənistana çağırışlar edib və bütövlükdə söyləyib ki, regionda dayanıqlı inkişaf, ölkələrarası münasibətlərin yaxşılaşdırılmasını istəyiriksə mütləq şəkildə əlaqələri irəliyə aparmaq lazımdır".
Bu fikirləri "Bakı-Xəbər"ə açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov bildirib. O qeyd edib ki, sülh müqaviləsi ilə bağlı ilk olaraq Azərbaycan Ermənistana 5 maddəlik təklif göndərib: "Amma gördük ki, bu müddət ərzində Ermənistan özəlliklə Qərbdəki havadarlarının dəstəyi ilə Azərbaycanın sülhlə bağlı çağırışlarını sistematik şəkildə sabotaj etməyə davam etdi. Və ona görə də Azərbaycan bu məsələdə Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyi istəyir. Baxmayaraq ki, Ermənistan hakimiyyət yetkililərindən bu sülh sənədinin imzalanması ilə bağlı müxtəlif pozitiv mesajlar görüntüdə verilib, amma praktikada görürük ki, özəlliklə Qərbdəki havadarlarının imzası və dəstəyi ilə Ermənistan sülh müqaviləsini imzalamaqdan çəkinir. O baxımdan həlledici məqam var. Artıq mən hesab edirəm ki, cənaq prezidentin bu mesajları da bütün dünyaya növbəti bir ismarıc və mesaj idi".
Politoloqun sözləri ilə desək Ermənistan sülh ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir və bütün çətinliklərə baxmayaraq qısa zamanda sülhün əldə ediləcəyinə inanırıq.
Leyla SƏMƏNDƏR