Cümə günü, 18 iyul 2025
     

Fransa və Hindistan yararsız silahları Ermənistana sırıyır...

Image

Fransa və Hindistan Ermənistanı silahlandırmaqla, necə deyərlər, tonqala yanacaq tökürlər və Ermənistanda qeyri-real fikir formalaşdırırlar. Bu sözləri Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər" Forumunda bildirib.

Dövlət başçısının sözlərinə görə, Ermənistan fikirləşə bilər ki, həmin silahları istifadə etməklə yenidən Qarabağı işğal edə bilər: "Mən hələ o silahların keyfiyyəti haqqında danışmıram. Ən müasir silahları olsa belə, bu mümkün deyil. Çünki müharibənin nəticəsi insanlar və onların ruhu sayəsində həll edilir. Hətta İkinci Qarabağ müharibəsindən sonra Ermənistan özü bəyan etdi ki, müharibə zamanı onların 12 min dizertiri, fərarisi olub. Yəni onlar Azərbaycan qarşısında tab gətirə bilməzlər". Beləliklə, Azərbaycan Ermənistana ən yüksək səviyyədə xəbərdarlıq edir. Burada  Prezident İlham Əliyevin diqqətə çatdırdığı mühüm nüanslardan biri də Ermənistana verilən silahların, əslində keyfiyyət baxımından aşağı səviyyədə olmasıdır. Bu məsələ Rusiya tərəfindən də xüsusi olaraq vurğulanır. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanın Qərblə hərbi-texniki sahədə əməkdaşlığına, Fransanın İrəvana "Bastion" zirehli texnikası tədarük etməsinə münasibət bildirərkən deyib ki, Qərb aldatmağı bacarır: "İstəməzdik ki, erməni xalqını qərbli dostları yenə aldatsınlar".

Zaxarova artıq bu haqda danışdıqlarını xatırladıb və əlavə edib ki, Fransanın Ermənistana verdiyi "Bastion"lar qeyri-likvid hərbi texnikadır: "Bu məlumdur. Xüsusi hərbi əməliyyat kontekstində bu məlum olub. Mən bunu 22 noyabr tarixli brifinqimdə demişdim. Əgər Ermənistanda indiki hakimiyyətə bağlı olan KİV bu məlumatı təhrif etməsəydi, anti-jurnalistika fəaliyyəti ilə məşğul olmasaydılar, öz ölkələrinin xalqına sitatlarla və birbaşa nitqlə tanış olmağa imkan versəydilər, yəqin ki, Qərb ölkələri tərəfindən erməni xalqına saxta texnikaların sırındığı anlaşılardı. Nəyə görə saxta? Ona görə ki, müxtəlif ölkələrin istehsalı olan bu qarmaqarışıq hərbi texnika heç vaxt müdafiə qabiliyyətini artırmağa kömək etməyib". Bundan əvvəl də Mariya Zaxarova bildirib ki, Fransa Ermənistana likvid olmayan və digər ölkələrə sırıya bilmədiyi bir texnikanı satıb: "Bu alınan texnikanın Ermənistan ərazisinin suverenliyini necə qoruyacağı qaranlıq olaraq qalır". Qeyd edək ki, "Bastion" zirehli avtomobillərinin tədarükü ilə bağlı razılaşmalar 2023-cü ilin oktyabrında Parisdə Fransa hərbi departamentinin rəhbəri Sebastyan Lekornu ilə Ermənistanın müdafiə naziri Suren Papikyan arasında keçirilən görüşdə əldə olunub. 24 "Bastion" maşını 12 noyabrda Ermənistana gətirilib. Gələn il daha 26 belə maşın Ermənistana veriləcək.

Xatırladaq ki, Fransanın Ermənistana göndərdiyi "Bastion" çoxməqsədli hücum zirehli vasitələri əvvəlcə Ukrayna üçün nəzərdə tutulub, lakin Kiyev onlardan imtina edib. "Ouest France" nəşrinin məlumatına görə, Ukrayna hakimiyyəti 12,5 tonluq maşınları artilleriya atəşindən və tank əleyhinə raketlərdən zəif qorunmuş hesab edib. 

Hindistanın da Ermənistana verdiyi müxtəlif silahlar haqqında ekspertlər yüksək fikirdə deyillər. Xatırladaq ki, 2022-ci ildə Hindistan Ermənistanla "Pinaka" reaktiv sistemi, tank əleyhinə və digər döyüş sursatlarının tədarükünə dair 250 milyon dollarlıq müqavilə imzalayıb. Hindistan mətbuatının yazdığına görə, yaxın üç ildə Ermənistana dəyəri təxminən 150 milyon ABŞ dolları olan "ATAGS" haubitsaları da tədarük ediləcək.  Bu haubitsaların istehsalı o qədər ürəkaçan olmasa da, özünə düşmən hesab etdiyi Pakistanın inkişaf edən müdafiə sənayesinin qarşısında Hindistan dövlətinin daha da aciz duruma düşməməsi üçün planladığı bir layihədir. Hindistanın Ermənistana silah sistemlərinin ixracı bundan əvvəl də olub. 2020-ci ildə Hindistan Ermənistana təxminən 40 milyon dollara dörd "Svati" əks-artilleriya radarı tədarük edib. 2017-ci ildən Hindistan ordusunda tətbiq edilən bu əks-artilleriya sistemi Cammu və Kəşmir bölgələrində Pakistanın artilleriya atəşlərinin qarşısını almaqda aciz olub.  Rusiyalı hərbi ekspert Ruslan Puxov Ermənistanın Hindistandan silah tədarükü haqda danışarkən qeyd edib: "Təbii ki, Hindistan hərbi texnologiya sahəsində son zamanlar kəskin sıçrayış edən bir ölkədir, lakin yadda saxlamaq lazımdır ki, ilk ixrac müştərisi olmaq risqlidir". O bildirib ki, Ermənistan üçün bu qərar ciddi risklər daşıyır: "Ümid etmək istərdim ki, hindistanlı tərəfdaşlar Ermənistan belə bir risqi qəbul etdiyi üçün qiymətdə endirim ediblər". Mütəxəssisin fikrincə, sülh və müharibə dövründə silah almaq başqa-başqa məsələlərdir: "Sülh dövründə Hindistan silahlarını almaq yaxşı addımdır, çünki silahlarla yanaşı, beynəlxalq təşkilatlarda sizə dəstək verə biləcək Hindistanın səsini də alırsınız və sair. Ona görə də Ermənistanın Hindistandan silah alması daha çox siyasi qərardır. Ancaq hansısa anda "xam" silahdan istifadə etməlisinizsə, Rusiya onu təmin edə bilmirsə, işlənmiş Amerika ekvivalentini almaq daha yaxşıdır. Ermənistan antidronlarla yanaşı, tamam başqa kalibrli haubitsalar və reaktiv yaylım atəşi sistemləri də alır. Bütün bu sistemlərin uyğunlaşdırılması çətin olacaq. Ancaq məndə belə bir təəssürat yaranır ki, Ermənistan müharibə üçün silah almır, Fransa və Hindistana siyasi təşəkkür edir".

Tahir TAĞIYEV



VİDEO

SON XƏBƏRLƏR

18.07.2025 / 09:30
Trampdan ŞOK ADDIM - Bu məşhur nəşri məhkəməyə verir!

18.07.2025 / 09:22
Daha bir reper saxlanıldı - bu dəfə söyüşə görə...

18.07.2025 / 09:20
Tələbə təqaüdlərindən adambaşına 3 manat tutqu narazılıq yaradıb...

18.07.2025 / 09:17
11 ölkədən Suriyaya dəstək BƏYANATI

18.07.2025 / 09:09
"Sabah" Avropa Liqası ilə vidalaşdı - hədəf Konfrans Liqasıdır

18.07.2025 / 09:05
Bakının bu əraziləri qazsız qalacaq - XƏBƏRDARLIQ

18.07.2025 / 09:00
Fransada sosial gərginlik - Həmkarlar İttifaqları tətil elan etdi!

18.07.2025 / 08:33
Azərbaycanlıların Rusiyadan vətənə pul göndərişinə məhdudiyyət qoyulacaq...

18.07.2025 / 01:26
Azərbaycanlı döyüşçü Cavid Rzayev Rusiya vətəndaşlığından çıxarıldı...

18.07.2025 / 01:08
Avtomobilinə su qatılmış benzin tökülən İran prezidenti yolda qaldı - Pezeşkian Təbrizə taksi ilə getdi...

18.07.2025 / 00:34
Azərbaycanlı diaspor rəhbəri Rusiyada axtarışa verildi

17.07.2025 / 22:53
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Qurbanqulu Berdiməhəmmədovla görüşündən görüntülər paylaşılıb - VİDEO

17.07.2025 / 22:15
“...65 ilə 650 ilin mirasını sığdırdı...” - Yunus Oğuzdan Aydın Quliyevə yubiley təbriki...

17.07.2025 / 22:06
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Şuşada birgə nahar ediblər - FOTO

17.07.2025 / 21:50
Ermənilər tərəfindən əsir və girov götürülmüş, xəsarətlər almış zərərçəkmişlər məhkəmədə ifadə verdi - FOTO

17.07.2025 / 21:39
Zəngəzur dəhlizi ABŞ-a, Ermənistan dəmiryolu Rusiyaya - Paşinyanın niyyəti...

17.07.2025 / 21:25
20 dövlət “anti-İsrail” sammitinə yığışır - Çin, Qətər, İspaniya...

17.07.2025 / 21:12
Azərbaycan-Türkmənistan əlaqələrində yeni mühüm enerji səhifəsi açılır

17.07.2025 / 20:58
Zəngəzur dəhlizi nəzərdə tutulduğundan da böyük olacaq - inanılmaz...

17.07.2025 / 20:46
Paşinyan Rusiyanın əsas fiquru ilə bağlı bütün planları açdı...

17.07.2025 / 20:33
Azərbaycan-Rusiya-Ermənistan üçtərəfli işçi qrup ləğv edilə bilər...

17.07.2025 / 20:20
Rusiyadan Ermənistana istehza və hədə - münasibətlər daha da gərginləşir

17.07.2025 / 20:07
Uzun durğunluqdan sonra Bakı-Aşqabad münasibətləri yeni mərhələyə çıxdı...

17.07.2025 / 19:53
Rusiyanın Ermənistanda hakimiyyətə əsas namizədi məhv edilir...

17.07.2025 / 19:40
Qarabağ Dirçəliş Fondunun 2024-cü il üzrə maliyyə hesabatları PwC-nin auditindən uğurla keçdi

17.07.2025 / 19:38
Paşinyan Zəngəzur dəhlizi barədə ABŞ-ın son planını dəstəklədi...

17.07.2025 / 19:25
Rusiya Azərbaycan diasporunda daha bir həbs...

17.07.2025 / 19:15
Akif Nağı Aydın Quliyevi təbrik etdi

17.07.2025 / 19:11
DİM-də "imtahan islahatları" bitmir - indi də "esse islahatları" gəlir...

17.07.2025 / 18:57
Çin də Zəngəzur dəhlizinə müştəri çıxdı...

17.07.2025 / 18:44
Paşinyan ABŞ-dan strateji müttəfiqliklə bağlı yeni mesajlar alıb...

17.07.2025 / 18:36
lk dəfə ingilis dilinə tərcümə olunan "Oftalmologiyanın aktual problemləri” kitabı göz xəstəliklərinə dair fundamental əsərdir

17.07.2025 / 18:31
AB-nin 3 ölkəsi Rusiyanın "tərəfinə keçdi"...

17.07.2025 / 18:24
"ADA Universitetində təhsil alan tələbələrin 30 faizi ödənişsiz oxuyur" - Hafiz Paşayev

17.07.2025 / 18:17
İsveçrə deputatı İlham Əliyevə şər atdı - sülhə mane olan kimdir?

17.07.2025 / 18:04
İşğaldan azad rayonlarımızda yaşayanların sayı 50 minə çatdı...

17.07.2025 / 17:55
Azərbaycan mətbuatı 150 illik yol qət edərək tarixi Zəfərimizin, suverenliyimizin tam bərpasının müjdəçisi olmağından qürur duyur

17.07.2025 / 17:46
Çin Azərbaycanla əlaqələrdə Rusiyanı üstələməyə başladı...

17.07.2025 / 17:33
Milli Məclisin Komitə sədri Aydın Quliyevi təbrik etdi

17.07.2025 / 17:21
Dövlət əleyhinə açıq çağırışlara görə DTX-nın saxladığı Mirədalət Talışxanov məhkəmə qarşısında...

17.07.2025 / 17:08
Samir Nuriyevin BƏƏ-nin Hesablama Qurumunun nümayəndə heyəti ilə görüşü olub - FOTO

17.07.2025 / 16:53
NATO Ukraynaya “Patriot” sistemləri göndərməyə başladı...

17.07.2025 / 16:37
Bakıda marketlərə qənim kəsilən iki nəfər yaxalandı

17.07.2025 / 16:34
BMU-İNHA ikili diplom proqramının II məzun buraxılışı keçirilib

17.07.2025 / 16:11
Cəlilabadın qəhrəman şəhidi - Əli Rüstəmov...

17.07.2025 / 16:01
BDU-da şəhid övladları olan abituriyentlər üçün infotur keçirilib

17.07.2025 / 15:54
Suraxanıda 2 nəfər saxlandı, 4 kq-a yaxın narkotik ələ keçirildi

17.07.2025 / 15:26
Prezident İlham Əliyev Berdiməhəmmədova “Dostluq” adlı Qarabağ atı hədiyyə etdi - FOTO

17.07.2025 / 15:05
Nəsimidə silsilə oğurluqlar edən şəxs saxlandı

17.07.2025 / 14:43
Sviridenko Ukraynanın baş naziri təyin edildi

17.07.2025 / 14:42
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Mehmandarovların malikanə kompleksində olublar - FOTO

17.07.2025 / 14:30
Ağcabədidə çətənə bitkilərinin kultivasiyasını təşkil edən şəxslər saxlandı

17.07.2025 / 14:19
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər - FOTO

17.07.2025 / 14:17
"İşgəncələrə məruz qalırdım, döyülürdüm" - Erməni əsirliyində olmuş azərbaycanlı

17.07.2025 / 13:58
Prezident İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Şuşada Bülbülün ev-muzeyində olublar - FOTO

17.07.2025 / 13:45
İsti hava bu avtomobillərdə yanğın ehtimalını dəfələrlə artırır - BDYPİ-dən xəbərdarlıq

17.07.2025 / 13:33
Prezident İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin gülləbaran edilmiş heykəllərinə baxıblar - FOTO

17.07.2025 / 13:24
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Şuşadakı Yaradıcılıq Mərkəzində “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanış olublar - FOTO

17.07.2025 / 13:17
Laçında baş vermiş meşə yanğınına görə 3 nəfər məsuliyyətə cəlb edildi

17.07.2025 / 13:11
Azərbaycan XİN-dən İraqa başsağlığı mesajı...

17.07.2025 / 13:08
Пашинян дал Кремлю очередную пощёчину - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

17.07.2025 / 12:53
Prezident Əliyev və Berdiməhəmmədov Yeni Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar - FOTO

17.07.2025 / 12:34
“Suriya tortu” bölüşülmür...

17.07.2025 / 12:26
Prezident İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Şuşada inşa edilmiş birinci yaşayış kompleksində olublar - FOTO

17.07.2025 / 12:15
Azərbaycanla Vyetnam arasında mühüm razılaşma

17.07.2025 / 12:07
Prezident İlham Əliyev və Berdiməhəmmədov Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTO

17.07.2025 / 11:35
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar

17.07.2025 / 11:30
Bu da oldu - Tramp istədi, "Coca-Cola" tərkibini dəyişdi..

17.07.2025 / 11:29
Qurbanqulu Berdiməhəmmədov Füzuli rayonuna gəlib

17.07.2025 / 11:10
Azərbaycan və Qazaxıstanın XTQ mənsubları arasında görüş olub

17.07.2025 / 11:07
BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin 7 şagirdi qızıl və gümüş nişana layiq görülüb

17.07.2025 / 11:03
Trampdan Rusiyaya sərt cavab, müharibə qızışır - CANLI

17.07.2025 / 10:43
Bağdadda matəm elan edilib - yanğında ölən 50 nəfərə görə...

17.07.2025 / 10:30
"İsrail müharibəyə başlaya bilər, lakin onu bitirmək gücündə deyil" - Əhməd əş-Şaraa

17.07.2025 / 10:22
Şamaxıda keçirilən konfrans yekunlaşıb

17.07.2025 / 10:16
"İsrail Suriyanın ərazi bütövlüyünə təcavüz edir" - Türkiyə parlamenti

17.07.2025 / 10:10
Bu ərəb ölkəsi ABŞ iqtisadiyyatına 17 milyard dollar sərmayə qoyacaq

17.07.2025 / 10:04
Sabunçunun bu ərazilərində işıq olmayacaq - XƏBƏRDARLIQ

17.07.2025 / 10:00
"Sabah" bu gün Avroliqada cavab matçına çıxacaq

17.07.2025 / 09:54
Dolların məzənnəsi dəyişmədi, avro bahalaşdı - Mərkəzi Bankdan AÇIQLAMA

17.07.2025 / 09:28
"Yol-nəqliyyat hadisələrinin təsnifatı: səbəb və nəticələrin təhlili” adlı ictimai müzakirə keçirilib

İşğaldan azad rayonlarımızda yaşayanların sayı 50 minə çatdı...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910