Astara Pedaqoji Kollecində Zəfər Günü münasibətilə tədbir keçirildi
Astara Pedaqoji Kollecində “8 Noyabr-Zəfər Günü” münasibətilə musiqili bayram tədbiri keçirildi. Tədbirdə əvvəlcə Vətən naminə canını fəda edən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anıldı.
Azərbaycan Respublikasının Dövlət Himnin səslənməsi ilə başlanan tədbirin giriş sözündə kollecin direktoru, professor, şəhid atası K.Kazımov “8 Noyabr-Zəfər Günü” münasibətilə tədbir iştirakçılarının simasında bütün Azərbaycan xalqını təbrik edib və dedi: - 44 gün çəkən, şanlı qələbəmizlə başa çatan Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Xalqımız Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini tam şəkildə göstərdi. Bu reallıqdır ki, bütün müharibələrdə əsas sözü xalq və onun ordusu dediyi kimi uğurlu zəfərlərdə sərkərdənin də çox böyük rolu olur. Bu gün Azərbaycan xalqı hansı səviyyədə uğurlu sərkərdəyə - Ali Baş Komandana sahib olduğunu aşkar gördü. Prezident İlham Əliyev yalnız hərb meydanında müzəffər sərkərdə deyil, həm də diplomatik cəbhədə böyük strateq nümunəsi ortaya qoydu. Daha dəqiq desək, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, bütün təzyiqlərə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi bütün dünyanı heyrətə saldı.
Digər natiqlər - Yeni Azərbaycan Partiyasının Astara Rayon təşkilatının sədri Həbib Cəfərov, Astara şəhər 1 saylı orta məktəbin direktoru, Astara Pedaqoji Kollecinin İctimai Şura üzvü Xədicə Əliyeva möhtəşəm günlə qürurlu olduğunu böyük fəxrlə dillə gətirdilər.
Tədbirdə Zəfər Günü münasibətilə keçirilən voleybol yarışının, rəsm müsabiqəsinin qalibləri diplomlarla, kollecin şəhid ailə üzvləri, eləcə tədbirə qatılan Vətən müharibəsi iştirakçıları fəxri fərmanla təltif olundular. Kollecin direktoru, şəhid atası K.Kazımov isə Yeni Azərbaycan Partiyasının Astara rayon təşkilatının rəhbərliyi tərəfindən fəxri fərman layiq görüldü.
Kollecdə sərgilənən tələbələrin Zəfər Gününə həsr etdikləri rəsm əsərlər də maraqla qarşılandı.
Daha sonra meydan tələbələrin ifasında Vətəni, qəhrəmanlığı tərənnüm edən musiqi nömrələrinə verildi.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü