Bazar ertəsi günü, 7 iyul 2025
     

“Nəbadə, arxamca ağlayasınız” - Qərbi azərbaycanlı Şuşa şəhidi İlqar Ramazanlının anası...

Image

Səbinə Ramazanova: "İlqar şəhid olanda üstündən mənə yazdığı məktub çıxıb, o məktubunda məndən hallıq istəyirdi..."

Şuşanın ülgüc ağızlı sıldırım qayalarından aşıb gedən oğullar Şuşanı qaytardılar, amma özləri qayıtmadılar. Səsləri də, ruhları da əbədiyyən Şuşa dağlarında qaldı...Balaları Şuşa uğrunda gedən döyüşlərdə şəhid olan ata-analar Şuşaya həm də bir oğul kimi baxırlar, oğullarının qanı çilənən torpaqları əziz sayırlar. 

Yollar yordu məni oğul, 

Getdin, gəlmədin-gəlmədin. 

Ayrılığın məşəqqətdi-

İtdin, gəlmədin-gəlmədin

Zəfərimizin simvolu olan Şuşa döyüşlərində qəhrəmanlıqla döyüşərək şəhidlik zirvəsinə ucalan  İlqar Etibar oğlu Ramazanlının anası Səbinə Aydın qızı Ramazanova dörd ildir ki, oğul həsrətilə bu gen dünyada özünə yer tapa bilmir. İlqarın torpaqlarımızın azadlığı uğrunda şəhid olması ananı qürürlandırsa da, oğul itkisi ürəyində sağalmayan yara açıb, o yara da heç qaysaq tutmaz.  

"Anası ölmüş canını elə millətinə, torpağına  qurban etdi"

Şəhid İlqar Ramazanlının anası Səbinə xanımla oktyabrın 31-də Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının böyük bir zəhmətlə, fədakarlıqla, məsuliyyətlə ərsəyə gətirdiyi "44 gün – Tarixi zəfər" adlı kitabın III cildinin Şuşa şəhərində təqdimat tədbiri  çərçivəsində yaradıcılıq ezamiyyətində olarkən həmsöhbət olduq. 

Şəhid İlqar Etibar oğlu Ramazanlı 2 noyabr 1994-cü ildə Bakı şəhərində anadan olub.  2001-ci ildə Bakı şəhəri Nəsimi rayonu, Saleh Poladi adına 159 №-li tam orta məktəbinə daxil olub, 2012-ci ildə həmin məktəbin məzunu olub. "İlqar çox mehriban, şən, mülayim idi. Müəllimlərinə, sinif yoldaşlarına səmimi münasibət bəsləyirdi, dərslərini də pis oxumurdu. İlqar tarix, coğrafiya, riyaziyyat fənlərinə xüsusi sevgisi vardı və o fənlər üzrə savadlı idi. Ali məktəbə hazırlaşdı, amma daxil ola bilmədi. 2013-cü ilin iyul ayında həqiqi hərbi xidmətə yollandı, Bərdə və Goranboyda yerləşən N saylı hərbi hissələrdə xidmət etdi. 2015-ci ilin yanvar ayında həqiqi hərbi xidmətini başa vurub evə gəldi. İlqar əsgərlikdə olanda yoldaşlarına tələbkar, komandanlığın hər bir tapşırığını məsuliyyətlə yerinə yetirib. Əsgərlikdə olanda onun barəsində heç bir narazılıq eşitmədim, əksinə, evə fəxri fərmanlarla, təşəkkür məktubları ilə gəldi. Mənə İlqarın komandirləri təşəkkür məktubu yazmışdılar ki, çox sağ olun, belə vətənpərvər, Vətəninə, xalqına layiq bir övlad böyütdüyünüz üçün. Əsgərlikdə olanda 9 aydan sonra özü-öz xahişi ilə ərizə yazıb bildirmişdi ki, məni ya snayper, ya tank üzrə kursa göndərin. Tank üzrə kursa getmişdi. İlqarı hərbidə saxlamaq istəyirdilər, amma mən qoymadım, orada qalmasına mane oldum. İlqara demişdilər ki, səni Türkiyəyə göndərərik gedib orda oxuyarsan. Çünki çox qorxurdum. Ürəyimə dammışdı ki, nə vaxtsa müharibə başlayacaq, ona görə də hərbidən uzaq olmağını istəyirdim. Deyirdim ki, ana qurban, yox, hərbidə qalma, sən tək oğulsan, sonra nə olar nə olmaz...Elə bil Allah-Təala məni danışdırırdı. Deyirdim ki, gec-tez müharibə olacaq, çünki 200 il əvvəlki, yaxud keçən əsrdəki gücsüz, qüvvətsiz dövlət deyilik, güclüyük, nə vaxtsa Azərbaycan dövləti torpaqlarımızı işğaldan azad edəcək. Ona görə də, həmişə istəyirdim ki, İlqar hərbidən uzaq olsun. İlqarı hərbidən uzaqlaşdırmağımı heç cür özümə bağışlaya bilmirəm. Deyirəm ki, anan qurban, bilsəydim günlərin birində şəhidlik zirvəsinə ucalacaqsan, mən səni hərbidən heç ayırmazdım, ən azından səni öz arzuna çatmağa qoyardım.  İlqarın ən böyük arzusu hərbiçi olmaq idi".        

Əsgərlikdən qayıtdıqdan sonra usta olaraq çalışmağa başlayan İlqar əslində heç bu sənət üçün deyildi, onun uşaqlıqdan hərbi xidmətə marağı vardı. 

Əslən Qərbi Azərbaycanın Pəmpək mahalı, Qursalı kəndindən olan İlqar Ramzanlı 12 yaşında olarkən atasını itirib. Anası Səbinə Ramazanovanın və bacısı Sevinc Ramazanlının isti nəfəsindən, məhəbbətindən güc alaraq böyüyən İlqarın könlündə böyük bir Vətən eşqi olub.   

Səbinə xanım oğlunun Vətən müharibəsinə qatıldığı günü belə xatırlayır: "İlqar 2020-ci ilin sentyabr ayının 25-də könüllü şəkildə hərbi xidmətdə iştirak etmək üçün müraciət etdi. General Polad Həşimov şəhid olandan sonra İlqar çox stress keçirdi, heç özünə gələ bilmirdi. Çünki Goranboyda o, həqiqi hərbi xidmətdə olarkən Polad Həşimov orada olmuşdu. 2020-ci ilin yayında dedi ki, ana, nə vaxt səfərbərlik elan olunsa mən könüllü yazılacağam. Elə də oldu. Sentyabrın 25-də gedib könüllü yazıldı. Məndən muştuluq istədi, "ana, muştuluğumu ver, sənə şad xəbərim var, mən könüllü səfərbərliyə yazılmışam"-dedi. Heç nə deyə bilmədim. Sentyabrın 29-da cəbhəyə yola düşdü. Döyüş yolu Füzulidən başladı. İlqar  Füzulinin, Xocavənd və Hadrutun azad olunması uğrunda döyüşlərdə iştirak etdi. Oğlum Şuşanın ilk şəhidlərindəndir". 

İlqar Ramazanlı Şuşa uğrunda gedən döyüşlərdə doğum günündən bir gün sonra, noyabrın 3-də qəhrəmancasına şəhid olub. O, İkinci Şəhidlər Xiyabanında dəfn olunub. 

"44 günlük Vətən müharibəsinin 37 gününü İlqar öndə vuruşub. Çünki İlqar qumbaraatan olub, ona görə də həmişə onların taboru qabaqda gedib. 

Sizinlə danışa-danışa yenidən o hissləri yaşayıram. Deyirlər ki, vaxt, zaman hər bir dərdin dərmanıdır, yox, elə deyilmiş, illər keçdikcə adam lap dəhşətli vəziyyətə düşür". 

Ana deyir ki, oğlu özünün şəhid olacağını bilirdi və bu yolu özü könüllü seçmişdi, bu yol əbədiyyətə gedən yol idi.  

İlqarın orden və medallarla təltif olunduğunu deyən Ana bildirdi ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən İlqar Ramazanlı ölümündən sonra "Vətən uğrunda""Xocəvəndin azad olunmasına görə"  "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib. "Bu günlərdə getmişdim, dedilər ki, bir orden də veriləcək. II dərəcəli "Vətənə xidmətə görə" ordeni də almalıdır. Müdafiə Nazirliyində dəqiqləşdirmişik.

İlqar 12 yaşında atasını itirib. Mənim himayəmdə böyüyüb, ona həm ana, həm də ata olmuşam. Bir bacı, bir qardaş olublar. İki övladım olub. Böyük əzab-əziyyətlə saxladım, böyütdüm. Dedim ki, İlqar böyüyüb mənə köməklik edəcək, arxa-dayaq duracaq. İlqar da çox köməklik etdi. İlqar şəhid olanda üstündən mənə yazdığı məktub çıxıb, o məktubunda məndən halallıq istəyirdi. Məktubun üstündə 30 oktyabr 2020-ci il tarixi qeyd olub. Xahiş edib ki, bu məktub kimin əlinə keçsə ailəmə çatdırsın".    

2020-ci ilin 30 oktyabrında İlqar anasına və bacısına məktub yazıb və onları necə sevdiyini, Vətəni də onlardan lap çox sevdiyini deyib.

Şəhid İlqar Etibar oğlu Ramazanlının məktubu: 

 "Canım ailəm, sizi çox-çox, amma çox sevirəm. Siz bu yazdıqlarımı oxuyursunuzsa, deməli, mən sizin yanınızda, sizin aranızda yoxam. Nəbadə, mənim arxamca ağlayasınız. Canım ailəm, Siz fəxr eləyin ki, mən Şəhidlik zirvəsinə çatdım. Ürəyinizi çox sıxmayın. Canım ailəm, bütün sevdiklərimə salam deyərsiniz. Bu yolu mənim üçün əziz Allahım yazıb, nə gözəl yazıb. Allahıma çox şükür ki, belə gözəl bir qismət yazıb mənə.

Anam, bacım, sizi çox sevirəm, həm də çox sevirəm. Mənə nə əziyyətiniz varsa, halal eləyin. Məni yaddan çıxarmayın! Sizi Sevən İlqar!

Canım qurban sizə və bu millətimizə! Sağ olun!"

Ana deyir ki, bu məktub onun üçün oğul yadigarıdır və bu əl boyda məktubu oğul nisgilli ürəyinə sıxır ki, bəlkə təşnə könlünə təsəlli olsun, amma məktub da dadına yetmir, şəkillər də...

"Anası ölmüş canını elə millətinə, torpağına  qurban etdi. İlqar çox mehriban, çox ürəyiaçıq, çox sadəlövh bir oğlan idi. Ana kimi ona nə deyə bilərəm? Fəxr edirəm ki, İlqar kimi oğlum olub, belə bir oğulun anasıyam! 

İnanın ki, qonşular İlqardan necə məhəbbətlə danışırlar. Tanıdığımız, bildiyimiz adamlar da eləcə. İlqar 14 ildir ki, məktəbi bitirib. İki il əvvəl məktəbdə İlqar haqda tədbir keçirildi, onun sinif rəhbəri elə danışdı ki...Dedi ki, hər uşaq adamın xəyalında qalmır, amma 12 il keçməsinə baxmayaraq, İlqarın hər addımı, hər hərəkəti yadımda qalıb. Sinif rəhbərini İlqar o qədər çox istəyirdi ki. Çünki Mətanət müəllimə riyaziyyatdan dərs deyirdi. Mətanət müəllimə danışırdı ki, bir dəfə başım ağrıyırdı, İlqar kefsiz olduğumu gördü. Soruşdu ki, Mətanət müəllimə, sizə nə olub? Dedim ki, heç, ay İlqar, başım ağrıyır. Mətanət müəllimə deyir ki, heç bilmədim qapıçının yanından necə keçib gedib mənə "20 yanvardan" başağrısı dərmanı alıb gətirib. Gördüm ki, İlqar uşaqlığı ilə mənim başımın ağrısına dözə bilmədi. Müəlliməsi deyirdi bunları. 

İlqar haqqında saatlarla danışaram, o qədər sözü-söhbəti var, danışsam bəlkə də dastan olar. İlqarın gözəl xasiyyətindən, əxlaqından, nümunəvi davranışından  danışmaqla qurtarmaz. Elə bil ki, bu uşaqlar bir mələk olublar. Şəhid anaları öz balalarından danışanda elə bilirəm İlqardan danışırlar. Qonşular, tanış-bilişlər, sinif yoldaşları danışır, elə bilirəm heç mənim uşağımdan danışmırlar, qeyri-adi bir adamdan danışırlar...Deyiləsi çox söz var...Ürək də partlayır".

Şuşanın yollarında

Qalan izinə qurban. 

Ürəyimdə alışan

Qanlı közünə qurban. 

 

Harayladım ay İlqar,

Ürəyimdə qəm-qubar.

Anan hər zaman ağlar-

Balam, sözünə qurban...

İçində köz-köz olan yarasını sarıya bilmir ana.  Həsrətdən qırışan ürəyinə dərman tapa bilmir. Səsinin sorağında gəzib dolaşır elə hey. Sənin izinlə Şuşaya qədər gedib çıxdı anan, İlqar, amma səni tapa bilmədi, çox can atdı səni görməyə, özünü göstərmədin heç.

Səbinə ana qəhrəman İlqarın anasıdır. O İlqarın ki, canını könüllü şəkildə Vətənə qurban demişdi, Şuşaya açılan Zəfər qapısından ilk girənlərdən olmuşdu. İndi cənnət evindədir qəhrəman şəhidimiz...

İradə SARIYEVA
Şuşa-Bakı




VİDEO

SON XƏBƏRLƏR

07.07.2025 / 23:45
Qazaxıstan Azərbaycan üzərindən neft ixracını nəzərdən keçirir - Bakı-Supsa kəməri...

07.07.2025 / 23:29
Ermənistan parlamenti Ohanyanın deputat toxunulmazlığını ləğv etdi

07.07.2025 / 22:31
"Nəticə budur - faktlar bir-bir artır..." - Aydın Quliyev yazır

07.07.2025 / 21:29
Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini işğal etməsi nəticəsində zərər çəkmiş şəxslər məhkəmədə ifadə verdi - FOTO

07.07.2025 / 21:18
Rusiyada Azərbaycan diaspor rəhbərlərinin “ovuna çıxıblar”... Faktlar çoxalır...

07.07.2025 / 21:03
Quba-Xaçmaz bölgə sakinləri "fındıq elanlarından" qəzəbləniblər...

07.07.2025 / 20:48
Zəngəzur dəhlizi ABŞ və Rusiyanı üz-üzə qoyub...

07.07.2025 / 20:34
Ermənistan konstitusiyanı dəyişməkdən birdəfəlik imtina etdi, lakin Bakının tələbini icra edəcək...

07.07.2025 / 20:19
Neft bazarında vəziyyət qarışır, Azərbaycan preventiv tədbirlər görməyə məcburdur

07.07.2025 / 20:05
Xəzərdə Özbəkistanın öz “paromları” işləyəcək - Azərbaycanın “70 faiz güzəşt”i böyük iş görür...

07.07.2025 / 19:50
ECO-nun Qarabağ sammiti Əfqanıstandan Rusiyaya “yol açdı”...

07.07.2025 / 19:36
Rusiya Ukraynada kimyəvi silah tətbiq etdi - ağır ittiham, dünya şokda...

07.07.2025 / 19:22
Qlobal demoqrafiya problemləri Azərbaycanda da özünü göstərməyə başlayır...

07.07.2025 / 19:10
İrandan Azərbaycana 42 kq narkotik keçirilməsi cəhdinin qarşısı alındı - DTX və DSX-dən birgə əməliyyat...

07.07.2025 / 19:02
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı

07.07.2025 / 18:51
Rusiya Əfqanıstanı “İslam əmirliyi” kimi tanıyan ilk ölkə oldu...

07.07.2025 / 18:37
İranda türk dili problemi - Xankəndi sammiti tarixi mərhələ açdı...

07.07.2025 / 18:23
Kənd yerlərimizdə nikahsız doğulanların sayı sürətlə artır...

07.07.2025 / 18:09
ECO-nun Xankəndi sammiti - regional əməkdaşlıqda yenilik üçün yeni şərtlər var...

07.07.2025 / 17:56
Trampın Putinə ümidləri Ukraynada tam dağıldı...

07.07.2025 / 17:43
Aşuranı İranla eyni gündə və saatda keçirməyə məcburuq?..

07.07.2025 / 17:31
Pezeşkian ona qarşı sui-qəsd planının olduğunu iddia etdi - arxasında ABŞ deyil, onlar dayanırdı...

07.07.2025 / 17:26
Rusiyada daha bir müəmmalı ölüm - Putinin bu gün səhər işdən çıxardığı nazir Starovoyt evində ölü tapıldı...

07.07.2025 / 17:15
Bakıda oğurluq edən 2 şəxs saxlandı

07.07.2025 / 17:08
Rusiya hava limanlarındakı xaos Putini qəzəbləndirdi - 300-ə yaxın uçuşun dayandırılması nazirin başında çatladı…

07.07.2025 / 16:52
Filmlərin istehsalı üçün çəkilmiş xərclər qismən geri ödəniləcək...

07.07.2025 / 16:48
Ersin Tatar Azərbaycan və Şimali Kiprin biznes icmalarını daha fəal əməkdaşlığa çağırdı

07.07.2025 / 16:33
Azərbaycan Avropa İttifaqına boru kəməri ilə ən çox qaz ixrac edən ölkələrin ilk beşliyində...

07.07.2025 / 16:25
Fransa daha bir zərbəni Belçika və Perudan aldı - “Rafale” qırıcılarından imtina etdilər...

07.07.2025 / 16:10
Arpaçay İdman Birliyinin prezidenti Əli Əsgərov V Dan qara kəmər dərəcəsinin fəxri diplomuna layiq görülüb

07.07.2025 / 16:06
Ərdoğan Özgür Özələ qarşı 500 min TL-lik iddia qaldırdı

07.07.2025 / 15:26
Diplomatik xidmət orqanlarının rəhbərlərinin IX müşavirəsinin açılışı oldu - FOTO

07.07.2025 / 15:19
BMU məzunu tam təqaüdlə Çin universitetinə qəbul olub

07.07.2025 / 15:10
Sabunçuda soyğunçuluq edənlər saxlandı

07.07.2025 / 14:54
Qanı bahasına torpağı Vətən edən daha bir igidimiz – Murad Bədirov...

07.07.2025 / 14:48
Nəsimidə iki nəfəri hədələyərək soyan şəxs yaxalandı...

07.07.2025 / 14:37
Bölgələrimizdə dağılmaqda olan tarixi hamamlar yada düşmür...

07.07.2025 / 14:30
"Moskva ilə Bakı arasında fikir ayrılıqları konstruktiv şəkildə həll edilməlidir" - Peskov

07.07.2025 / 14:25
Vərəsəliklə bağlı qanunvericiliyə yeniliklər edildi

07.07.2025 / 14:17
Çinlə imzalanmış cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında müqavilə təsdiq edildi

07.07.2025 / 14:16
Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin edildi - SƏRƏNCAM

07.07.2025 / 14:08
"İşğaldan əvvəl zəng vurub deyirdilər çıxın gedin, Qarabağ Ermənistana birləşdirilməlidir, burada ancaq ermənilər yaşamalıdır" - Kərkicahan sakini

07.07.2025 / 13:50
Paşinyan Qaregini dövlət çevrilişini dəstəkləməkdə və zina etməkdə günahlandırdı

07.07.2025 / 13:45
Telefon manyaklığı PİK HƏDDƏ - oğul ana qatili oldu...

07.07.2025 / 13:22
DİN süni intellekt və İT sahələri üzrə təqaüd proqramına start verdi

07.07.2025 / 13:05
Армения опустилась ниже плинтуса - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

07.07.2025 / 12:42
Türkiyə ordusunda şəhid sayı 12-yə yüksəldi...

07.07.2025 / 12:30
Tramp BRİKS ölkələrini hədələdi- "heç bir istisna olmayacaq".

07.07.2025 / 12:10
İran mətbuatı ECO -nun 17-ci Zirvə görüşünü geniş işıqlandırıb

07.07.2025 / 12:01
Kərim Vəliyev Səudiyyə Ərəbistanına gedib

07.07.2025 / 11:23
Prezident İlham Əliyev Pakistan Milli Assambleyası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

07.07.2025 / 11:21
Uşaqlar üçün art-terapiya seansları davam edir

07.07.2025 / 11:13
Ərdoğan xərçəngə tutulan müşavirini xəstəxanada ziyarət edib

07.07.2025 / 11:05
Şübhəli bilinən 52 nəfər saxlanılıb - Polis məlumat yaydı

07.07.2025 / 11:03
Baxın Rusiya münasibətlərin pozulmasını kimin üstünə yıxır - CANLI

07.07.2025 / 11:00
Baş prokuror bu tarixdə vətəndaşları qəbul edəcək

07.07.2025 / 10:41
Azərbaycan və Özbəkistan dünya çempionatını birgə keçirmək istəyirlər

07.07.2025 / 10:32
Əməkdar artist Kiprdə dincəlir

07.07.2025 / 10:23
Bakı Limanına yeni baş direktor təyin edildi - DOSYE

07.07.2025 / 10:19
İngiltərədə ailələrə dəstək - yarım milyon uşaq üçün 500 milyon funt-sterlinqlik!

07.07.2025 / 10:12
"İlham Əliyev ən etibarlı tərəfdaşlarımızdan biridir" - Leonid Slutski

07.07.2025 / 10:06
Bu gün Ursula Fon der Leyenə etimadsızlıq müzakirə olunacaq - korrupsiyaya görə...

07.07.2025 / 10:01
"Əlavə rüsumlar tətbiq edəcəm" - Tramp bu dəfə BRICS ölkələrini hədələdi

07.07.2025 / 09:38
Türkiyədən açıqlama - şəhid hərbçilərin sayı 8-ə çatıb

07.07.2025 / 09:32
İdmançılarımızdan 1 gümüş, 2 bürünc medal

07.07.2025 / 09:28
CHP lideri barədə araşdırma başlanıldı - Ərdoğana təhdid və təhqirə görə..

07.07.2025 / 09:27
Yol qəzası “20 Yanvar” metro stansiyası ətrafında güclü tıxac yaradıb - TƏCİLİ

07.07.2025 / 09:20
Türkiyəli jurnalist azadlığa çıxdı - ölkədən çıxışına qadağa qoyuldu

07.07.2025 / 09:12
Sabirabadda 3 otaqlı ev və tövlə yanıb

07.07.2025 / 09:06
Tramp Mask barədə danışdı - "bu gülünc işdir"

07.07.2025 / 09:01
Hakan Fidan və Abbas Arakçı Braziliyada görüşüblər

07.07.2025 / 00:17
İraqda terrorçuların mağarasına girən 19 türk əsgəri qazdan zəhərləndi, 5-i şəhid oldu

06.07.2025 / 23:40
Cüdoçumuz Avropa Kubokunda gümüş medal qazanıb

06.07.2025 / 22:34
Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevə təşəkkür etdi

06.07.2025 / 21:30
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi - qardaş Türkiyənin yanındayıq...

06.07.2025 / 20:53
İƏT-in 17-ci Zirvə görüşü nəticəsində Xankəndi Kommunikesi qəbul edildi

06.07.2025 / 18:25
Rusiyanın kubalıları iş elanları ilə aldadıb Ukraynaya müharibəyə göndərdiyi ortaya çıxdı – “hər gün çoxlu əsgər itirirlər”

06.07.2025 / 17:32
Rusiya Gümrüyə əlavə hərbi qüvvə yığır - Ermənistanda təhlükəli hərəkətlilik… Moskva nəyə hazırlaşır…

06.07.2025 / 17:09
Azərbaycan ABŞ-a başsağlığı verdi...

06.07.2025 / 15:26
Mask Trampa qarşı yeni partiya qurdu - Amerika Partiyası…

06.07.2025 / 13:36
"Sülh prosesi müstəsna olaraq Azərbaycan və Ermənistanın rəhbərliyi altında həyata keçirilməlidir" - Elçin Əmirbəyov

Qlobal demoqrafiya problemləri Azərbaycanda da özünü göstərməyə başlayır...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910