Çərşənbə axşamı günü, 20 may 2025
     

BMU-da ümummilli lider Heydər Əliyevin büstünün açılış mərasimi və konfrans keçirilib

Image

Bakı Mühəndislik Universitetində (BMU) Azərbaycan xalqının böyük oğlu, ümummilli lider Heydər Əliyevin büstünün açılış mərasimi və Ulu Öndərin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev və Azərbaycan təhsilinin inkişaf mərhələləri" mövzusunda konfrans keçirilib.

Konfransdan öncə universitetin kollektivi Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoyub, Ulu Öndərin xatirəsini ehtiramla yad edib. Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılaraq məzarı üzərinə gül dəstələri qoyulub.

Sonra universitetin inzibati binasında Ümummilli Liderin büstünün təntənəli açılış mərasimi olub. Elm və təhsil naziri Emin Əmrullayev, BMU-nun rektoru Yaqub Piriyev, Abşeron rayon İcra Hakimiyyətinin başcısı Abdin Fərzəliyev, rəsmilər, millət vəkilləri, ali təhsil müəssisələrinin rəhbərləri büstün qarşısına əklil və gül dəstələri qoyublar, Ulu Öndərin əziz xatirəsinə dərin hörmət və ehtiramlarını ifadə ediblər.

Büstün müəllifi, tanınmış heykəltəraş, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü, Azərbaycanın Xalq rəssamı professor Natiq Əliyev dəyərli sənət əsəri ilə bağlı məlumat verib və ürək sözlərini çatdırıb.

Ardınca "Heydər Əliyev və Azərbaycan təhsilinin inkişaf mərhələləri" mövzusunda konfrans keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan konfransda tədbir iştirakçıları bir dəqiqlik sükutla Ulu Öndərin əziz xatirəsini yad ediblər və Heydər Əliyevin mənalı ömür yolu, zəngin fəaliyyəti ilə bağlı videoçarx nümayiş etdirilib.

Açılış nitqi ilə çıxış edən rektor Yaqub Piriyev BMU-da Ulu Öndərin büstünün qoyulmasının böyük qürur, şərəf olduğunu vurğulayaraq, bütövlükdə bu dəyərli sənət əsərinin ərsəyə gəlməsində əməyi keçən hər bir şəxsə, xüsusən professor, Xalq rəssamı Natiq Əliyevə dərin minnətdarlığını bildirib. 

Rektor çıxışında müdrik dövlət xadimi Heydər Əliyevin atdığı hər bir siyasi addımın arxasında, gordüyü hər bir işin əsasında güclü və müstəqil Azərbaycanın qurulması, dövlətçiliyin sarsılmazlığı və dünya dövlətləri icərisində özünə layiqli yer tutması prinsipinin dayandığını vurğulayıb. Bildirib ki, Ulu Öndər məhz belə dönməz prinsipləri, misilsiz tarixi xidmətləri ilə öz adını dünyada dövlət quran ən dəyərli dahi şəxsiyyətlərin cərgəsinə daxil edə bilib və siyasi rəhbərlikdən Ümummilli Lider səviyyəsinə yüksəlib. Dahi şəxsiyyətin ölkəmizin tərəqqisinin təmin edilməsi, gələcək inkişaf üçün güclü təməl yaratması istiqamətində gördüyü işləri diqqətə çatdıran rektor Ulu Öndərin azərbaycanlı gənclərin gələcəyin müstəqil ölkəsi üçün gərəkli ixtisaslara yiyələnmələrindən ötrü keçmiş Sovetlər İttifaqının nüfuzlu ali məktəblərinə göndərilməsi kimi vacib təhsil ənənəsinin əsasının qoymasını xüsusu qeyd edib. Rektor Heydər Əliyevin təhsil siyasətində ali məktəblərin fəaliyyətinin daha da yaxşılaşdırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi xüsusi yer tutduğunu söyləyib. 

Yaqub Piriyev Ulu Öndər tərəfindən əsası qoyulmuş xaricdə təhsil ənənəsinin davamı olaraq Prezident cənab İlham Əliyev tərəfindən bu istiqamətdə həyata keçirilən dövlət proqramlarından da bəhs edib. Hazırda ali təhsilin  və insan kapitalının inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil etdiyini deyən rektor ali təhsilin əlçatanlığının artırılması, tələbələrin sosial müdafiəsinin yaxşılaşdırılması, ölkədə yüksəkixtisaslı, peşəkar kadrların hazırlanması, ali təhsildə rəqabət mühitinin formalaşdırılması sahəsində atılan addımları sadalayıb. Eyni zamanda, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun elm, təhsil və gənclər siyasətinin inkişafına, milli-mənəvi dəyərlərimizin, zəngin mədəni irsimizin qorunub saxlanılması və təbliğinə verdiyi böyük töhfələri vurğulayıb.  

Çıxışının sonunda rektor insan kapitalının, güclü vətənpərvərlik hisslərinə malik gənc nəslin formalaşdırılmasının, intellektual potensialın milli maraqların həyata keçirilməsi istiqamətində səfərbər edilməsinin, peşəkar ordu quruculuğunun Ulu Öndərin vəsiyyətinin yerinə yetirilməsinə, Qarabağın azadlığa qovuşmasına gətirib çıxardığını deyib. "Cənab İlham Əliyevin vurğuladığı kimi, bundan sonra Azərbaycan xalqı qürur hissi ilə müzəffər xalq kimi yaşayacaq. Ulu Öndərin gücü, müdrikliyi, siyasəti, bütövlükdə Heydər Əliyev amili Azərbaycanı əbədi qoruyacaq! Nə qədər ki, müstəqil Azərbaycan  mövcuddur, bu dövlətin qurucusu və memarı tariximizdə daim yaşayacaq və əsl vətəndaş, böyük şəxsiyyət,  qüdrətli milli lider örnəyi kimi xatırlanacaq"-,deyə Yaqub Piriyev bildirib. 

Elm və təhsil naziri Emin Əmrullayev Ulu Öndərin ruhuna dərin ehtiramın rəmzi olaraq, BMU-da Heydər Əliyevin büstünün açılışını yüksək dəyərləndirib, bu addımın universitetdə çalışanlar üçün böyük məna kəsb etdiyini vurğulayıb və büstün açılışında əməyi olan şəxslərə təşəkkürünü bildirib.

Konfransın aktual mövzuya həsr olunduğunu deyən nazir bütün sahələrdə olduğu kimi, təhsildə də Heydər Əliyev strategiyalarına sadiq qalındığını, təhsil sahəsinə böyük həssaslıqla yanaşan Ulu Öndərin təhsilin inkişafı istiqamətində misilsiz xidmətləri gerçəkləşdirdiyini vurğulayıb. Ümumilli Liderin elm və təhsil siyasəti konsepsiyası əsasında islahatların uğurla davam etdirildiyini söyləyən nazir Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ali təhsil müəssisələrinin sayının 50-yə, təhsilalanların sayının təxminən 2 dəfədən çox artaraq 120 mindən 220 minə, ali təhsil müəssisələrinə qəbul olanların sayının isə 25 mindən 55 minə çatdığını söyləyib.  

Davam edən islahatların tərkib hissəsi kimi, Azərbaycan Prezidentı cənab İlham Əliyevin "Qarabağ Universitetinin yaradılması haqqında" Sərəncamını xüsusi vurğulayan Emin Əmrullayev Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında qurulacaq yeni təhsil müəssisəsinin regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması məqsədlərinə xidmət etdiyini bildirib. 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbənin təhsildə yeni mərhələnin başlanğıcı olduğunu söyləyən nazir azad olunmuş torpaqlarda istifadəyə verilən məktəblər və nəzərdə tutulan işlər barədə məlumat verib. 

Nazir çıxışında tarixi yol keçən Azərbaycan təhsilinin gələcək inkişafı ilə bağlı fikirlərini paylaşıb, hazırda daha çox insana ali təhsil almaq üçün şərait yaradıldığını qeyd edib. Emin Əmrullayev ali təhsildən kənarda qalan, cəmiyyətimizin bir hissəsi olan insanlarımızı da düşünməyin vacibliyini önə çəkib, bununla bağlı qarşıda duran vəzifələrə toxunub. Müvafiq statistik məlumatları da nəzərə çatdıran nazir çıxışında təhsil müəssisələrinin transformasiyası, təhsildə kəmiyyət və keyfiyyət göstəricilləri arasında fərqlər, fundamental elmlərin tədrisi, elm və alim anlayışlarının təhsilalanlara düzgün təlqini, məzunların işlə təminatı və s. kimi vacib məsələlərə diqqət çəkib. 

Emin Əmrullayev çıxışının sonunda yüksək intellektə malik vətənpərvər gənclərin formalaşmasının bundan sonra da təhsilin əsas məqsədlərindən biri kimi daim diqqətdə saxlanılacağını, Heydər Əliyevin zəngin irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən davamlı olaraq öyrənilməsinin təmin ediləcəyini diqqətə çatdırıb. 

Abşeron rayon İcra Hakimiyyətinin başcısı Abdin Fərzəliyev bu gün təhsil sahəsində görülən irimiqyaslı işlərin və aparılan islahatların təməlinin məhz Ulu Öndərin adı ilə bağlı olduğunu, Heydər Əliyevin elm və təhsilə böyük dəstəyinin hazırda da davam etdirildiyini deyib. Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın təhsilə qayğısını xatırladan İcra Hakimiyyətinin başcısı ölkədə hər il təhsil və tədris ocaqlarının inşa olunmasına, təhsilin maddi-texniki bazası və infrastrukturunun yenilənməsinə diqqətin artırıldığını vurğulayıb, Abşeron rayonunda bu istiqamətdə görülən işləri vurğulayıb.

Milli Məclisin deputatı Hikmət Babaoğlu Ulu Öndərin bütün sahələr kimi, təhsil sahəsində də danılmaz xidmətlərini diqqətə çatdırıb. Müasir Azərbaycan təhsilinin inkişaf meylləri ilə bağlı fikirlərini də paylaşan millət vəkili çıxışında ölkədə həyata keçiirlən təhsil islahatları, təhsilin tədrisi və təşkili, kadr hazırlığı, təhsillə istehsalatın əlaqələndirilməsi kimi məsələlərə toxunub.

Universitet tələbələri adından çıxış edən BMU Tələbə Həmkarlar İttifaqı Komitəsinın sədri Ləman Şərifova isə gənclərin Ümummilli Liderin ideyalarına hər zaman sadiq qalacaqlarını, eyni zamanda Prezident İlham Əliyevin ətrafında getdikcə daha sıx birləşəklərini vurğulayıb.




VİDEO

SON XƏBƏRLƏR

19.05.2025 / 23:27
Tramp Putinə Senatda yeni sanksiyaların hazırlandığı mesajını verdi...

19.05.2025 / 23:10
"Əminə Əliyeva dünya çempionatında əzmkarlıq nümayiş etdirdi" - Kunq-Fu Federasiyasının prezidenti

19.05.2025 / 22:42
Trampla Putinin telefon danışığı iki saatdan çox davam edib

19.05.2025 / 21:43
Məhkəmədə Ermənistanda və vaxtilə Azərbaycanın işğal edilmiş ərazilərində azərbaycanlılara qarşı Ermənistanın sistematik etnik təmizləmə siyasətini ifşa edən videomateriallar nümayiş olunub - FOTO

19.05.2025 / 21:20
Ermənilərin “Yeni Naxçıvan” adlı yeparxiyası bu təxribatçı adı haradan götürüb?..

19.05.2025 / 21:04
Zəngəzur dəhlizi yaxın 3-4 ilə açılacaq - Ermənistan daha dərin geosiyasi dalana yuvarlanır…

19.05.2025 / 20:49
Erməni siyasilər Minskdə "çiçəklənən faşizmdən" danışdılar - İrəvanda faşist heykəlini isə...

19.05.2025 / 20:35
Bakı-İrəvan sülhü yenidən təhdid altına düşdü - İrəvandan 2027-ci il mesajları gəlir...

19.05.2025 / 20:32
Məhkəmədə Davit İşxanyanın vaxtilə işğalda olmuş ərazilərdəki fəaliyyətini, döyüş əməliyyatlarında iştirak etməsini sübut edən videomaterial nümayiş etdirilib

19.05.2025 / 20:21
Fövqəladə halların işçisi Masazırda 7 mərtəbəli qanunsuz tikinti aparır - Fazil Qafarlı nazir Kəmaləddin Heydərova müraciət etdi...

19.05.2025 / 20:18
İran üzərindən Naxçıvana avto və dəmiryolu məsələsi gündəmdə...

19.05.2025 / 20:06
Ermənistan Qafqazda Avropa Birliyinin sağ əli ola bilmədi - Əliyev planı pozdu...

19.05.2025 / 19:51
Ermənilər İsraildən də ərazi iddialarına başladılar - Qüdsdə erməni icmasının 1700 il yaşı var?

19.05.2025 / 19:37
Tramp Rusiya ilə bağlı Konqresdən vaxt istəyib - 2 aylıq iş nəticə vermədi...

19.05.2025 / 19:24
Fransaya casusluqda təqsirləndirilən şəxslər məhkəmədə bir-birlərini ittiham etdi - Mənə əməkdaşlıq təklif etdilər...

19.05.2025 / 19:10
Qarabağ və Şərqi Zəngəzurda həyat yenidən qaynayır...

19.05.2025 / 18:57
Roma Papasının Türkiyədə həll edəcəyi(?) vacib işlər var...

19.05.2025 / 18:43
İran-Azərbaycan hərbi təlimlərinin əsas bir hədəfi var, o da alınsa...

19.05.2025 / 18:29
Ermənistan Müdafiə Nazirliyində faşizmin tərənnümçüləri açıq təbliğata keçiblər - Rusiyadan gecikmiş etiraz...

19.05.2025 / 18:22
Zakir Həsənov İsrailin müdafiə naziri və Baş Qərargah rəisi ilə görüşdü

19.05.2025 / 18:19
“Nar”ın dəstəyi ilə hazırlanan Jest dili tətbiqi tezliklə istifadəyə veriləcək

19.05.2025 / 18:16
Ata veteran, qardaş müharibə iştirakçısı, özü də şəhid - Şəmkirin Könüllü kəndi, Zamanlı Əhməd...

19.05.2025 / 18:02
İsrailin maliyyə naziri: "Dünya bizi dayandıra bilməz"

19.05.2025 / 18:02
Kürd yaraqlılarıyla Suriya Silahlı Qüvvələri arasında şiddətli döyüşlər başladı

19.05.2025 / 17:52
Dünya analitikləri Putinin İstanbuldakı səhvinə xüsusi diqqət yetirirlər...

19.05.2025 / 17:39
Avropadakı antiazərbaycançılar Bakıya qarşı yeni demarşlar edə bilər - sammitdən narahat olanlar...

19.05.2025 / 17:25
Paşinyan 2 şüarla seçki təbliğatına başladı - gənclərə xüsusi tapşırıq verildi...

19.05.2025 / 17:12
Avropa siyasi sammiti Azərbaycana yeni münasibət ştrixlərini ortaya çıxardı...

19.05.2025 / 16:57
Rusiya Finlandiya sərhədinə qoşun yığır – NATO ölkəsi narahatdır...

19.05.2025 / 16:37
Dünyanın neft "nəhəngləri" xam neftin uzunmüddətli ucuzlaşmasına hazırlaşır...

19.05.2025 / 16:33
Sumqayıt Dövlət Dram Teatrında “Sehrli Yaylıq” uşaq tamaşasının premyerası olub

19.05.2025 / 16:18
Polis Cəlilabadda əməliyyat keçirdi - 11 kq narkotik və psixotrop maddə aşkarlandı

19.05.2025 / 16:04
Bako Sahakyan məhkəmədə Azərbaycan ərazilərinin işğalı üçün keçirilən hərbi əməliyyat və döyüş tapşırıqlarının hazırlanmasında iştirakını etiraf edib

19.05.2025 / 15:29
Almaniya səfiri diplomatların Gürcüstanda məhkəmələrə təsir göstərdiyini etiraf etdi...

19.05.2025 / 15:15
Məhkəmədə nümayiş olunan videoda Ermənistanın keçmiş prezidentinin Azərbaycanın suveren ərazilərinin işğalının məqsədi və səbəbləri barədə fikirləri dinlənilib

19.05.2025 / 14:41
“Rusiyanın “Yars” Qitələrarası Raketinin buraxılışı uğursuz oldu”

19.05.2025 / 14:40
Xocalı qatili Köçəryan Sülh müqaviləsini kağız parçasına bənzətdi

19.05.2025 / 14:36
Putin Avropanın gücsüzlüyünü hər gün ortaya qoyur...

19.05.2025 / 14:34
Durov Fransa kəşfiyyatının Rumıniyada prezident seçkilərinə müdaxilə cəhdini ifşa etdi…

19.05.2025 / 14:20
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzaladı

19.05.2025 / 14:09
Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs edildi

19.05.2025 / 13:52
Terrorçu dəstə üzvləri xaricdə yaxalanaraq ölkəyə gətirildi - VİDEO

19.05.2025 / 13:45
ISW: “Kreml müharibəni bitirməyi düşünmür”

19.05.2025 / 13:22
Azərbaycan-İran birgə hərbi təliminin açılış mərasimi keçirildi - FOTO

19.05.2025 / 13:10
Ещё раз о Р. Кочаряне! - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

19.05.2025 / 12:32
“Zəngəzur dəhlizi 3-4 il ərzində...” - Türkiyənin nəqliyyat naziri

19.05.2025 / 12:05
4 Avropa lideri Trampla danışdılar - nəticə?

19.05.2025 / 12:00
Cavanşir Feyziyev: "Xoşbəxtik ki, Bəxtiyar Vahabzadənin ömrü boyu arzuladığı bütün ideyalar artıq həyata keçib"

19.05.2025 / 11:40
Ötən il də 3:0, bu il də 3:0 - "Neftçi"dən rekord

19.05.2025 / 11:35
Azərbaycanda miras və vərəsəliklə bağlı yeni qanun təklif edilir

19.05.2025 / 11:22
Sahibə Qafarova Madridə gedib

19.05.2025 / 11:16
2 gündə 36 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb - Polis

19.05.2025 / 11:10
Yunus Oğuzun "Cengiz han" romanı çapdan çıxdı

19.05.2025 / 11:05
Avstraliya Ukraynaya istifadə olunmuş 49 tank göndərdi

19.05.2025 / 11:03
Rusiya-Ukrayna müharibəsi yalnız bir halda bitəcək - CANLI

19.05.2025 / 10:30
Yenə "prius", yenə qəza...

19.05.2025 / 10:25
İsrail bombaladı, Qəzzada 151 nəfər öldü

19.05.2025 / 10:17
İki gündə bank kartlarından 15 min manatdan çox vəsait oğurlanıb

19.05.2025 / 10:11
İran vətəndaşlarını saxlayan Britaniyaya etiraz etdi

19.05.2025 / 10:04
Qazaxıstanda itkin düşən təyyarə 8 saat sonra tapılıb

19.05.2025 / 09:35
"Agentimə dedim ki..." - Mahir Emreli "Bild"ə danışdı

19.05.2025 / 09:26
İsraildə 18 yaşlı İran cəsusu yaxalandı

19.05.2025 / 09:20
ABŞ Senatı Trampın qənaət tədbirlərini dəstəklədi

19.05.2025 / 09:16
"Toyota" mopedlə toqquşub, 1 nəfər ölüb

19.05.2025 / 09:12
Hikmət Hacıyev Əli Əkbər Əhmədian ilə görüşüb

19.05.2025 / 09:06
"Qalatasaray" 25-ci dəfə Türkiyə çempionu oldu!

19.05.2025 / 09:00
Buxarest meri prezident seçkilərində öndədir

18.05.2025 / 22:23
"Bəzi xarici qüvvələr regiona müdaxilə etməyə, geosiyasi intriqalar aparmağa cəhd edirlər" - Hikmət Hacıyev

18.05.2025 / 22:08
Sahibə Qafarova Roma Papasının taxtaçıxma mərasimində iştirak edib - FOTO

18.05.2025 / 21:50
PKK liderlərinin xəyalları puç oldu

18.05.2025 / 20:05
Şərəfli ömrün ləyaqətli yolçusu - FOTO

18.05.2025 / 19:46
Hacıyev bir daha Ermənistana Konstitusiyasının dəyişdirilməsi zərurətini xatırlatdı

18.05.2025 / 19:33
Rusiya bu gecə Ukrayna ərazisinə qitələrarası raket buraxacaq

18.05.2025 / 17:15
Hikmət Hacıyev Tehranda Dialoq Forumunda iştirak edir...

18.05.2025 / 17:06
ABŞ-dan Rusiyaya sanksiya xəbərdarlığı - Ukrayna danışıqlarında irəliləyiş olmasa…

18.05.2025 / 16:43
SEPAH və Azərbaycan ordusu Qarabağda birgə təlimlər keçirir

18.05.2025 / 16:27
Əminə Əliyeva dünya çempionu oldu - VİDEO

18.05.2025 / 14:38
Papa Leo ilk xarici səfərini Türkiyəyəyə edəcək

18.05.2025 / 14:23
“Euronews” Paşinyan və Əliyevin Tirana görüşünə diqqət çəkdi

18.05.2025 / 14:07
Rusiya və Ukrayna atəşkəslə bağlı sənədlər hazırlayır

18.05.2025 / 13:50
İlk araşdırma - İmamoğluna səs verəcək AKP və MHP-çilərin rəyi...

Qarabağ və Şərqi Zəngəzurda həyat yenidən qaynayır...

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678