Çərşənbə axşamı günü, 8 iyul 2025
     

Dezinformasiyalara və ideoloji təxribatlara qarşı mübarizə və gənc nəslin inkişafı...

Image

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı onların yaşadıqları ölkənin, cəmiyyətin, xalqın inkişafının göstəricisidir. Çünki istənilən uşaq hansı mühitdə böyüyürsə, məhz həmin mühitdə öyrəndiklərini gələcəkdə nümayiş etdirir. 

Əlbəttə, hər bir uşağın və gəncin gələcəkdə layiqli vətəndaş kimi yetişməsində onun mənəvi və fiziki tərbiyəsi ilə yanaşı, təhsili də önəmli yer tutur. Bütün bunlar bir-biri ilə mütləq uzlaşmalıdır.

Yetişən gəncliyin şəxsiyyət kimi formalaşdırılması mühüm əhəmiyyət kəsb edir

Azərbaycanda yeniyetmə və gənclərin fiziki və mənəvi cəhətdən inkişafı, hərtərəfli biliyə, geniş dünyagörüşünə, mənəviyyata və mədəni dəyərlərə yiyələnən şəxsiyyət kimi formalaşmaları, cəmiyyətimiz üçün layiqli vətəndaşlar kimi böyümələri daim diqqət mərkəzindədir. Həyat üçün ən vacib şərtlərdən biri olan fiziki tərbiyə, başqa sözlə desək, bədən tərbiyəsi və idmanı inkişaf etdirməklə Azərbaycanda gənc nəslin sağlam böyüməsi ilə yanaşı, həm də kamilləşməsi, zehni, intellektual inkişafı üçün geniş imkanlar yaradılır. Bütün bunların fonunda, gənc nəslin mənəvi inkişafı üçün bəzi şərtlər əsasdır. Gənclər Vətənə məhəbbət, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunmalıdır. Azərbaycan müstəqilliyini qazandıqdan sonra diqqət ayırdığı əsas məsələlərdən biri də məhz uşaqlar və gənclərin düzgün yetişdirilməsidir. Çünki dövlətin gələcəyini onlar müəyyən edir. Belə olan təqdirdə, yetişən gəncliyin düzgün, savadlı, təcrübəli, ən əsası isə şəxsiyyət kimi formalaşdırılması mühüm əhəmiyyət kəsb edir. Uşaq və gənclərimizin layiqli vətəndaş olmaları üçün valideynlərlə bərabər təhsil ocaqlarında çalışan pedoqoji kollektivin, müəllimlərin də əməyi danılmazdır. Çünki tədris müəssisələrinin əsas vəzifəsi məhz gəncliyimizin milli ruhda, milli-mənəvi dəyərlər müstəıvisində yetişməsini təmin etməkdir və məhz bu baxımdan həmin müəssisələr, eləcə də o müəəssisələrdə çalışan pedaqoqlar uşaq və gənclərin düzgün tərbiyə almalarına, gələcəkdə cəmiyyətə sağlam düşüncəli vətəndaş kimi inteqrasiya olunmalarına, şəxsiyyət kimi formalaşmalarına, milli ruhda böyümələrinə, təhsilə məsuliyyətlə yanaşmalarına birbaşa cavabdehlik daşıyırlar.

Sosial şəbəkələrin geniş yayıldığı bir dövrdə gənclərin mənəviyyatını qorumaq heç də asan deyil

Ancaq o da məlum reallıqdır ki, internet resurslarının, sosial şəbəkələrin olduqca geniş yayıldığı bir dövrdə gənclərin mənəviyyatının formalaşmasını yad, zərərli təsirlərdən qorumaq heç də asan deyil. O baxımdan, müasir dövrdə, sosial şəbəkələrdə, media məkanında dezinformasiya və informasiya təcavüzünə qarşı mübarizə və gənclərin mənəvi tərbiyəsi mühüm əhəmiyyət kəsb edir. Uşaqların, gənclərin mənəvi tərbiyəsində sosial şəbəkələrdə dezinformasiya və mənəvi-əxlaqi dəyərlərə təcavüzlə mübarizənin nə kimi rolu var? Bununla bağlı müxtəlif tədbirlər keçirilib, layihələr həyata keçirilir, sosial şəbəkələrdə dezinformasiya ilə mübarizə, dezinformasiyanın milli ideologiyaya zidd olması və s. Bütün bu mübarizələrin ümumən gənclərin mənəvi inkişafına nə kimi müsbət təsiri var?

Uşaq bağçasında, orta məktəbdə gənclər milli ruhda tərbiyə olunur 

Sözügedən məsələ ilə bağlı fikirlərini "Bakı-Xəbər"lə bölüşən tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı hesab edir ki, gənclərlə bağlı sadalanan məsələlər çox aktualdır: "Ötən əsrin 70-ci illərində ABŞ prezidentinin belə bir fikri var idi ki, artıq şüurlar uğrunda mübarizə gedir. Dezinformasiya və digər bu kimi məsələlər də, məhz şüurlar uğrunda gedən mübarizənin bir hissəsidir. Ona görə də hər bir dövlət öz təhlükəsizlik məsələlərini işləyib hazırlayarkən mütləq bu məsələni önə çəkməlidir. Yəni hər bir xalqın, dövlətin, milli-mənəvi, ideoloji prinsipləri var. Hər hansı bir dövləti zəiflətmək üçün məhz bu sahəyə hücum olur. Müxtəlif ideoloji, informasiya vasitələri ilə dövləti içəridən zəiflətməyə çalışırlar. Məsələn, əvvəllər QHT-lərin xaricdən maliyyələşdiyi dönəmlərdə milli-mənəvi mövzulara heç bir vəsait ayrılmırdı. Xaricdən bu kimi layihələrə heç bir qrant ayrılmırdı. Məsələn, Azərbaycan ailəsinin möhkəmləndirilməsi, milli dəyərlərin möhkəmləndirilməsi mövzusunda layihə verilirdisə, o, maliyyələşmirdi. Ancaq Azərbaycan ailəsinin zəiflədilməsinə hesablanmış layihələr maliyyələşdirilirdi. Milli-mənəvi dəyərlərin aşınmasını özündə əks etdirən layihələrə pul ayrılırdı. Əsl dezinformasiya siyasəti bu idi. Təxminən 10 il əvvəl bir layihədə iştirak edirdim. Layihənin mahiyyəti gender məsələsi ilə bağlı idi və əsasən Daşkəsən, Xızı, Yardımlı rayonları seçilmişdi. Məqsəd həmin rayonlarda gender məsələlərini önə çəkmək və bu minvalla Azərbaycan ailəsini kökündən sarsıtmaq idi. Bütün layihənin də mahiyyəti ondan ibarət idi ki, qadınlar kişidən asılı olmasın. Maddi cəhətdən kişilərdən üstün olun və bununla da qadınlar öz azadlığını qazanacaq. Azərbaycan ailəsində əsas amil ailə başçısı kişiyə hörmətdir. Həmin layihədə isə qadını kişiyə qarşı qoymaq və bununla da rayonlarda ənənəvi ailə dəyərlərini dağıtmağa nail olmaq. Bu, gözə görünməyən dezinformasiyadır ki, Azərbaycan ailəsini dağıtmaqla, dövlətçiliyimizi zəiflətmək. Bu, adi bir məsələ deyil. Çünki ailə cəmiyyətin ilkin özəyidir. Ona görə ki, belə dezinformasiyalar gənclərin mənəviyyatına bu və ya digər şəkildə mənfi təsir göstərir. Azərbaycanda gənclərin tərbiyəsində ən müsbət cəhətlərdən biri budur ki, uşaq bağçasından, orta məktəbdə gənclər milli ruhda tərbiyə olunurlar. Elə bir uşaq, şagird yoxdur ki, Azərbaycan himnini əzbərdən bilməsin. Mən özüm müəllim olaraq bunu tez-tez sınaqdan keçirirəm. Məsələn, mühazirəyə başlamazdan əvvəl əlamətdar günlərdə Azərbaycan himnini ifa edirik. Bir nəfər də olsun bunu bilməyən tələbə yoxdur. Bax bu, çox müsbət haldır. Ancaq qloballaşma dövründə gəncləri milli dəyərlərdən uzaqlaşdırmaq üçün çox ciddi cəhdlər olur. Buna da əsasən sosial şəbəkələrlə nail olurlar. Ona görə də belə təsirlərə qarşı həm ailədə, həm məktəbdə, həm ali məktəblərdə və kollektivlərdə kimliyindən asılı olmayaraq mübarizə aparılmalıdır".

Vidadi ORDAHALLI
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

SON XƏBƏRLƏR

08.07.2025 / 09:12
Texasdakı daşqın qurbanlarının sayı 100 nəfəri ötüb

08.07.2025 / 09:06
Məşhur qapıçı daha 2 il "Barselona"da

08.07.2025 / 09:00
Tramp 14 ölkəni hədələdi - avqustun 1-dən ticarət tarifləri artırılır...

08.07.2025 / 08:56
ADY qatarları yay qrafikinə keçir- açıqlandı

08.07.2025 / 08:37
Bəzi məktəblərdə attestat qiymətləri üstündə alver qızışır...

07.07.2025 / 23:45
Qazaxıstan öz neftini Azərbaycan üzərindən ixrac edə bilər - Bakı-Supsa kəməri...

07.07.2025 / 23:29
Ermənistan parlamenti Ohanyanın deputat toxunulmazlığını ləğv etdi

07.07.2025 / 22:31
"Nəticə budur - faktlar bir-bir artır..." - Aydın Quliyev yazır

07.07.2025 / 21:29
Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini işğal etməsi nəticəsində zərər çəkmiş şəxslər məhkəmədə ifadə verdi - FOTO

07.07.2025 / 21:18
Rusiyada Azərbaycan diaspor rəhbərlərinin “ovuna çıxıblar”... Faktlar çoxalır...

07.07.2025 / 21:03
Quba-Xaçmaz bölgə sakinləri "fındıq elanlarından" qəzəbləniblər...

07.07.2025 / 20:48
Zəngəzur dəhlizi ABŞ və Rusiyanı üz-üzə qoyub...

07.07.2025 / 20:34
Ermənistan konstitusiyanı dəyişməkdən birdəfəlik imtina etdi, lakin Bakının tələbini icra edəcək...

07.07.2025 / 20:19
Neft bazarında vəziyyət qarışır, Azərbaycan preventiv tədbirlər görməyə məcburdur

07.07.2025 / 20:05
Xəzərdə Özbəkistanın öz “paromları” işləyəcək - Azərbaycanın “70 faiz güzəşt”i böyük iş görür...

07.07.2025 / 19:50
ECO-nun Qarabağ sammiti Əfqanıstandan Rusiyaya “yol açdı”...

07.07.2025 / 19:36
Rusiya Ukraynada kimyəvi silah tətbiq etdi - ağır ittiham, dünya şokda...

07.07.2025 / 19:22
Qlobal demoqrafiya problemləri Azərbaycanda da özünü göstərməyə başlayır...

07.07.2025 / 19:10
İrandan Azərbaycana 42 kq narkotik keçirilməsi cəhdinin qarşısı alındı - DTX və DSX-dən birgə əməliyyat...

07.07.2025 / 19:02
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı

07.07.2025 / 18:51
Rusiya Əfqanıstanı “İslam əmirliyi” kimi tanıyan ilk ölkə oldu...

07.07.2025 / 18:37
İranda türk dili problemi - Xankəndi sammiti tarixi mərhələ açdı...

07.07.2025 / 18:23
Kənd yerlərimizdə nikahsız doğulanların sayı sürətlə artır...

07.07.2025 / 18:09
ECO-nun Xankəndi sammiti - regional əməkdaşlıqda yenilik üçün yeni şərtlər var...

07.07.2025 / 17:56
Trampın Putinə ümidləri Ukraynada tam dağıldı...

07.07.2025 / 17:43
Aşuranı İranla eyni gündə və saatda keçirməyə məcburuq?..

07.07.2025 / 17:31
Pezeşkian ona qarşı sui-qəsd planının olduğunu iddia etdi - arxasında ABŞ deyil, onlar dayanırdı...

07.07.2025 / 17:26
Rusiyada daha bir müəmmalı ölüm - Putinin bu gün səhər işdən çıxardığı nazir Starovoyt evində ölü tapıldı...

07.07.2025 / 17:15
Bakıda oğurluq edən 2 şəxs saxlandı

07.07.2025 / 17:08
Rusiya hava limanlarındakı xaos Putini qəzəbləndirdi - 300-ə yaxın uçuşun dayandırılması nazirin başında çatladı…

07.07.2025 / 16:52
Filmlərin istehsalı üçün çəkilmiş xərclər qismən geri ödəniləcək...

07.07.2025 / 16:48
Ersin Tatar Azərbaycan və Şimali Kiprin biznes icmalarını daha fəal əməkdaşlığa çağırdı

07.07.2025 / 16:33
Azərbaycan Avropa İttifaqına boru kəməri ilə ən çox qaz ixrac edən ölkələrin ilk beşliyində...

07.07.2025 / 16:25
Fransa daha bir zərbəni Belçika və Perudan aldı - “Rafale” qırıcılarından imtina etdilər...

07.07.2025 / 16:10
Arpaçay İdman Birliyinin prezidenti Əli Əsgərov V Dan qara kəmər dərəcəsinin fəxri diplomuna layiq görülüb

07.07.2025 / 16:06
Ərdoğan Özgür Özələ qarşı 500 min TL-lik iddia qaldırdı

07.07.2025 / 15:26
Diplomatik xidmət orqanlarının rəhbərlərinin IX müşavirəsinin açılışı oldu - FOTO

07.07.2025 / 15:19
BMU məzunu tam təqaüdlə Çin universitetinə qəbul olub

07.07.2025 / 15:10
Sabunçuda soyğunçuluq edənlər saxlandı

07.07.2025 / 14:54
Qanı bahasına torpağı Vətən edən daha bir igidimiz – Murad Bədirov...

07.07.2025 / 14:48
Nəsimidə iki nəfəri hədələyərək soyan şəxs yaxalandı...

07.07.2025 / 14:37
Bölgələrimizdə dağılmaqda olan tarixi hamamlar yada düşmür...

07.07.2025 / 14:30
"Moskva ilə Bakı arasında fikir ayrılıqları konstruktiv şəkildə həll edilməlidir" - Peskov

07.07.2025 / 14:25
Vərəsəliklə bağlı qanunvericiliyə yeniliklər edildi

07.07.2025 / 14:17
Çinlə imzalanmış cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında müqavilə təsdiq edildi

07.07.2025 / 14:16
Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin edildi - SƏRƏNCAM

07.07.2025 / 14:08
"İşğaldan əvvəl zəng vurub deyirdilər çıxın gedin, Qarabağ Ermənistana birləşdirilməlidir, burada ancaq ermənilər yaşamalıdır" - Kərkicahan sakini

07.07.2025 / 13:50
Paşinyan Qaregini dövlət çevrilişini dəstəkləməkdə və zina etməkdə günahlandırdı

07.07.2025 / 13:45
Telefon manyaklığı PİK HƏDDƏ - oğul ana qatili oldu...

07.07.2025 / 13:22
DİN süni intellekt və İT sahələri üzrə təqaüd proqramına start verdi

07.07.2025 / 13:05
Армения опустилась ниже плинтуса - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

07.07.2025 / 12:42
Türkiyə ordusunda şəhid sayı 12-yə yüksəldi...

07.07.2025 / 12:30
Tramp BRİKS ölkələrini hədələdi- "heç bir istisna olmayacaq".

07.07.2025 / 12:10
İran mətbuatı ECO -nun 17-ci Zirvə görüşünü geniş işıqlandırıb

07.07.2025 / 12:01
Kərim Vəliyev Səudiyyə Ərəbistanına gedib

07.07.2025 / 11:23
Prezident İlham Əliyev Pakistan Milli Assambleyası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

07.07.2025 / 11:21
Uşaqlar üçün art-terapiya seansları davam edir

07.07.2025 / 11:13
Ərdoğan xərçəngə tutulan müşavirini xəstəxanada ziyarət edib

07.07.2025 / 11:05
Şübhəli bilinən 52 nəfər saxlanılıb - Polis məlumat yaydı

07.07.2025 / 11:03
Baxın Rusiya münasibətlərin pozulmasını kimin üstünə yıxır - CANLI

07.07.2025 / 11:00
Baş prokuror bu tarixdə vətəndaşları qəbul edəcək

07.07.2025 / 10:41
Azərbaycan və Özbəkistan dünya çempionatını birgə keçirmək istəyirlər

07.07.2025 / 10:32
Əməkdar artist Kiprdə dincəlir

07.07.2025 / 10:23
Bakı Limanına yeni baş direktor təyin edildi - DOSYE

07.07.2025 / 10:19
İngiltərədə ailələrə dəstək - yarım milyon uşaq üçün 500 milyon funt-sterlinqlik!

07.07.2025 / 10:12
"İlham Əliyev ən etibarlı tərəfdaşlarımızdan biridir" - Leonid Slutski

07.07.2025 / 10:06
Bu gün Ursula Fon der Leyenə etimadsızlıq müzakirə olunacaq - korrupsiyaya görə...

07.07.2025 / 10:01
"Əlavə rüsumlar tətbiq edəcəm" - Tramp bu dəfə BRICS ölkələrini hədələdi

07.07.2025 / 09:38
Türkiyədən açıqlama - şəhid hərbçilərin sayı 8-ə çatıb

07.07.2025 / 09:32
İdmançılarımızdan 1 gümüş, 2 bürünc medal

07.07.2025 / 09:28
CHP lideri barədə araşdırma başlanıldı - Ərdoğana təhdid və təhqirə görə..

07.07.2025 / 09:27
Yol qəzası “20 Yanvar” metro stansiyası ətrafında güclü tıxac yaradıb - TƏCİLİ

07.07.2025 / 09:20
Türkiyəli jurnalist azadlığa çıxdı - ölkədən çıxışına qadağa qoyuldu

07.07.2025 / 09:12
Sabirabadda 3 otaqlı ev və tövlə yanıb

07.07.2025 / 09:06
Tramp Mask barədə danışdı - "bu gülünc işdir"

07.07.2025 / 09:01
Hakan Fidan və Abbas Arakçı Braziliyada görüşüblər

07.07.2025 / 00:17
İraqda terrorçuların mağarasına girən 19 türk əsgəri qazdan zəhərləndi, 5-i şəhid oldu

06.07.2025 / 23:40
Cüdoçumuz Avropa Kubokunda gümüş medal qazanıb

06.07.2025 / 22:34
Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevə təşəkkür etdi

06.07.2025 / 21:30
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi - qardaş Türkiyənin yanındayıq...

06.07.2025 / 20:53
İƏT-in 17-ci Zirvə görüşü nəticəsində Xankəndi Kommunikesi qəbul edildi

Qlobal demoqrafiya problemləri Azərbaycanda da özünü göstərməyə başlayır...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910