Bazar günü, 18 may 2025
     

Bütöv və suveren Azərbaycanın müəllifi Odur, 7 fevralın Qalibi də O olmalıdır... - Aydın QULİYEV yazır...

Image

Fevralın 7-ə təyin edilmiş prezident seçkiləri müasir Azərbaycanın tarixində əvvəlki seçkilərdən mahiyyətinə və məzmununa görə çox fərqlidir. Bu hadisə müstəqil və suveren dövlətçilik prinsiplərinin məntiqinə və fəlsəfəsinə tam uyğundur. 

Sözsüz ki, əvvəlki hər bir seçkinin müstəqilik tariximizdə öz yeri və öz önəmi var. Hər seçki ilə xüsusilə son 25-30 ildə dövlətimizin inkişafında yeni mərhələnin və səhifənin açıldığı mübahisəsizdir.

7 fevral seçkiləri Azərbaycanın tam yeni bir sima ilə qatılacağı və özünü dünyaya yeni imiclə nümayiş etdirəcəyi hadisədir. Müstəqilliyimizin elan olunduğu 32 illik müstəqillik dövründə həm ərazi bütövlüyü, həm də  suverenlik baxımından dövlətimizin gücünü və potensialını tam əks etdirən seçkini ilk dəfə 7 fevralda keçirəcəyik. Açıq deyək ki, bu dövrdə erməni təcavüzü, erməni işğalları və irticaçı etnik separatizm Azərbaycana belə məzmunda seçkini keçirmək imkanı vermədi. Keçirilmiş seçkilərdə Azərbaycan seçicilər ordusu baxımından tam təmsil olunsa da, bütün ərazilər üzərində suverenlik baxımından təmsil oluna bilmədi. Xaricdən dəstəklənən separatizm və Ermənistanın təcavüzü böyük qaçqınlar və məcburi köçkünlər problemi yaratdı. Nəticədə elə bir vəziyyət yarandı ki, şuşalı, Zəngilan, laçınlı və digər məlum bölgələrimizi təmsil edən insanlar Azərbaycanın başqa yerlərində seçici və ya iddiaçı kimi seçkiyə qatılmaq zorunda qaldılar.

7 fevral seçkiləri bu mənada hamını və bütün bölgələrimizi müstəqillik tariximizdə ilk dəfə olaraq vahid bir seçki prosesinin çətiri altına alacaq.

Bəzən fövqəladə və ya növbədənkənar adlandırılsa da, əslində onun mahiyyətcə fövqəladəliyi və ya növbəsizliyi məsələsi yoxdur. Lap yerində və zamanında təyin olunmuş seçkidir. Suverenliyini və ərazi bütövlüyünü tam mənada bərpa etmiş bir dövlətin tarixi əhəmiyyətli kampaniyasıdır. 

Seçkiyə qədərki bir sıra hadisələr bir-birini tamamlamaqla 7 fevral hadisəsini zəruri etdi və bütün sonrakı müstəqillik tariximizdə şərəflə xatırlanacaq bir mərhələ açdı.

Əvvəlcə az qala bütün dünyanın iradəsinə və səhv siyasətinə əks olaraq Prezident İlham Əliyev ərazi bütövlüyümüzün  bərpası yolunu açan qalibiyyətli Vətən müharibəsini başa çatdırdı. Ardınca yenə də çox güclü dünya qüvvələri ilə siyasi-diplomatik savaş içində Laçın yolu üzərində Azərbaycanın dövlət nəzarətini bərpa etdi. Xatırladaq ki, bu böyük işlərin mühüm özəlliklərindən biri o idi ki, bunlar həm xaricdən gələn böyük təzyiqlərin, həm də çox təəssüf etdiyimiz bəzi daxili təzyiqlərin altında baş verirdi. Dünyadan gələn təzyiqlər başa düşülən idi. "Hanı qalibiyyət, hanı Xankəndi, hanı  Xocalı" deyərək 8 noyabr Zəfərinin üstünə "bıçaq çəkən" daxili təzyiqçilərin məntiqi normal deyildi. Sonrakı hadisələr onlara da sübut etdi ki, bütöv və qəti qələbənin həlledici şərti "Nəyi nə zaman etmək" prinsipinə düzgün əməl edilməsindədir. Ölkədə hər növ gücün toparlayıcı faktoru olaraq Prezident İlham Əliyevin bu böyük prinsipinin nə qədər həlledici olduğunu hər kəsin görə bilməsi üçün cəmi 24 saat vaxt lazım oldu. 8 noyabr Zəfəri ilə 20 sentyabr tədbirlərinin arasındakı dövrdə xaricdəki erməniyönlü basqınçılara qoşularaq öz dövlətinə təzyiq göstərənlərin hansı dərsləri alıb-almadıqlarını öz vicdanlarına buraxaq. Ancaq 20 sentyabr 2023-cü il tarixində dövlətimizin ərazi bütövlüyü və suverenliyinin bərpası prosesi mübahisəsiz bur sonluqla başa vuruldu. İllər boyu dövlətimizə, xalqımıza ərazi bütövlüyü və suverenlik prinsipi çərçivəsində prezident seçkisi keçirməyə imkan verməyən 3 problemin kökü birdəfəlik kəsildi - xarici təcavüz, erməni işğalı və erməni separatizmi. Bütün bunlar Azərbaycanı tam fərqli məzmunda 7 fevral seçkisinə gətirib çıxaran yolun müstəsna əhəmiyyətli faktlarıdır...

Bu yolun xarakterini ən müxtəlif göstəricilərlə şərh etmək olar. Ancaq ən ədalətli göstərici budur ki, İlham Əliyev əyləşdiyi prezident kreslosunun imkanlarını, özünün qat- qat açılan istedadını və söz verdiyi xalqın dəstəyini məharətlə birləşdirə bildi və bunun sayəsində də yolun başına zəfərlərlə çıxa bildi. O bu yolu gerçəkləşdirmək missiyası ilə hakimiyyətə gəldi, bu yoldakı bütün potensialları səfərbər edərək  Azərbaycanın tarixində ərazilərimizin bütövünü və suverenliyini ilk dəfə əhatə edən seçkiyə qədər gətirə bildi.

Bütün Azərbaycanı mütəşəkkil bir qüvvə kimi ilk belə seçkiyə gətirib çıxaran İlham Əliyevin elə bu andan başlayaraq ölkəmizin Prezidentlik İnstitutu tarixində yeni mərhələnin müəllifi olmağa tam haqqı çatır. Dövlətin ərazi bütövlüyünü o təmin etdi, suverenliyini o qaytardı, bölgəmizdə indi hamının barışmaq zorunda olduğu reallıqları o yaratdı. 7 fevral seçkiləri ilə başlayacaq yeni Prezidentlik İnstitutu dövrünün banisi və müəllifi də niyə o özü olmasın?!. Olmasa, ədalət yarımçıq qalar... Ədalət o zaman bütövləşər ki, Qalib ölkənin Qalib Prezidenti seçilsin...

7 fevralda Prezidentlik İnstitutunda yeni məzmunlu mərhələ başlayacaq. Həmin gün xalqın dəstəyi ilə seçilmiş Prezident bütün haqla dünyaya "bütöv və suveren Azərbaycanın müəllifi də, ilk Prezidenti də mənəm" mesajını verəcək...

Yeni yolunuz da uğurlu olsun, cənab Prezident!..

Aydın QULİYEV



VİDEO

SON XƏBƏRLƏR

18.05.2025 / 09:45
Putinin İstanbula niyə getmədiyi məlum oldu - Kremlin Krım şərtinə qarşı Kiyevin Rüstəm Umarov gedişi…

17.05.2025 / 22:53
Kremldən Putinlə Tramp arasında telefon danışığına hazırlıq getdiyi bildirildi

17.05.2025 / 21:41
Kreml Putin-Zelenski görüşünə “yaşıl işıq” yandırdı - ancaq bir şərti var...

17.05.2025 / 20:53
Ərdoğan Azərbaycanın diaspor rəhbərinə vəzifə verdi...

17.05.2025 / 20:17
İmamoğludan hökumətə: Aldansanız da, aldatmayın!

17.05.2025 / 19:50
"Azərbaycanın Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirakı Avropada dialoq və əməkdaşlığa verdiyi önəmi bir daha təsdiqləyir" - Vüqar Rəhimzadə

17.05.2025 / 19:44
Avropa Azərbaycanın balanslı geosiyasətində mühüm çəkiyə malikdir - 6-cı Zirvə təsdiqlədi...

17.05.2025 / 18:09
Əliyevlə görüşdə Makronun "Azərbaycan peşmançılığı" aydın görünürdü...

17.05.2025 / 17:43
Baş Prokurorluq və DİN Gəncədə məktəblinin ölümü ilə bağlı məlumat yaydı

17.05.2025 / 17:20
Ermənistanın Qafqazda Avropanın əsas tərəfdaşı xəyalları puç oldu - Əliyevin 6-cı Zirvə həmləsi...

17.05.2025 / 17:06
İran prezidenti Donald Trampın ziddiyyətli bəyanatlarından təəssüflənib

17.05.2025 / 16:57
Diplomatik oyun: danışıqlara kim mane olur - Ukrayna, yoxsa Rusiya?

17.05.2025 / 16:33
Azərbaycan Avropanın vacib tərəfdaşı statusunu daha da bərkitdi - antiazərbaycançı komissarlar uduzdu...

17.05.2025 / 13:55
Ermənilər Qüdsdə də “Artsax” tamaşasını səhnələşdirmək istəyir

17.05.2025 / 13:39
İstanbul görüşünə getməməklə Putin böyük risqə getdi, lakin “qazandı”

17.05.2025 / 13:26
Zelenskinini yenə tənqid edən Tramp Putinlə görüşməli olduğunu bildirdi

17.05.2025 / 13:15
Nəcməddin Sadıkovun göstərişi ilə 800 min manat verilib - MN-dəki milyonluq mənimsəmə ilə bağlı məhkəmə...

17.05.2025 / 12:53
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

17.05.2025 / 12:47
Prezident dövlət qulluqçularının reyestrinin aparılması Qaydasını təsdiqlədi

17.05.2025 / 12:46
Britaniyadan şok iddia - gələn ay Rusiyanın Ukraynada itkiləri 1 milyona çatacaq…

17.05.2025 / 12:45
Dövlət qulluqçularının reyestri aparılacaq - FƏRMAN

17.05.2025 / 12:24
Prezident “Bakı Ürək Günləri” IX Beynəlxalq Konqresinin iştirakçılarına müraciət ünvanlayıb

17.05.2025 / 11:33
Tramp Türkiyədə Ukrayna və Rusiya danışıqlarını “yola verdi”

17.05.2025 / 11:15
Bank kartlarından 20 min manatdan çox pul oğurlandı

17.05.2025 / 10:51
Rusiya Ukraynada sərnişin avtobusunu bombaladı - 9 ölü...

17.05.2025 / 10:18
Fransa bu Afrika ölkəsini birdəfəlik tərk etdi - BƏYANAT

17.05.2025 / 10:07
Bu gün 50 minə yaxın şagird monitorinqə cəlb olunacaq

17.05.2025 / 09:27
Tibb işçisinin vicdanlı, ya vicdansız olduğu necə təyin ediləcək?...

17.05.2025 / 09:18
Ronaldo oynamadı, komandası xal itirdi...

17.05.2025 / 09:07
Ağdaşda “Mercedes” at arabasına çırpılıb, sürücü vəfat edib

17.05.2025 / 09:02
Gələn həftə Türk Dövlətləri Təşkilatının Zirvə görüşü olacaq

17.05.2025 / 08:42
Qəbul imtahanı ballarını süni "artıran" qruplar peyda olub...

17.05.2025 / 06:06
Bu gündən bu marşrutların yolu dəyişdirilir

17.05.2025 / 00:06
Putinin köməkçisi Ukraynanın təklifinə Napoleonun sözlərilə cavab verdi, Qərbə də Bismarkın sözlərilə mesaj göndərdi...

16.05.2025 / 23:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Albaniyaya işgüzar səfərindən görüntülər paylaşılıb - VİDEO

16.05.2025 / 22:45
Prezident İlham Əliyevin Albaniyaya səfəri başa çatıb

16.05.2025 / 22:36
"Son zəng"lə bağlı məktəblərə təlimat göndərildi

16.05.2025 / 22:12
Məhkəmədə beynəlxalq təşkilatların və xarici media qurumlarının Ermənistanın Azərbaycan ərazilərini işğal etməsini təsdiqləyən faktlar tədqiq olunub - FOTO

16.05.2025 / 22:00
BDU-nun Faydalı qazıntılar muzeyinin təmirdən sonra açılışı oldu

16.05.2025 / 21:50
Albaniyada Makronun çətirini tutan Paşinyan Əliyevi kofeyə dəvət etdi

16.05.2025 / 21:28
İranın Suriya uğrunda yeni savaşı başladı - bu dəfə ABŞ da hədəf seçildi...

16.05.2025 / 21:14
Rusiya Azərbaycanla Strateji Bəyannamənin ruhunu növbəti dəfə pozdu...

16.05.2025 / 21:00
Putinə qarşı xüsusi tribunalın yaradılmasına daha bir qərar verildi...

16.05.2025 / 20:47
Avropa İttifaqı Ermənistanla "görünməmiş sürətlə" yaxınlaşır...

16.05.2025 / 20:33
İsrail generalı Bakıda Suriya ilə gizli danışıqlar aparıb - İddia...

16.05.2025 / 20:19
“Avropa Siyasi Birliyi”nin sammitlərində Azərbaycan faktoru...

16.05.2025 / 20:08
İstanbul danışıqlarından sonra Zelenski, Makron, Merz, Starmer və Tusk Trampa zəng edib

16.05.2025 / 20:07
İstanbul danışıqları: diplomatiyanın uğursuzluğu və Putinlə Trampın biganəliyi

16.05.2025 / 20:06
Ermənistan 2020-ci ildə kapitulyasiyada 6 milyardlıq silah itirdi - parlamentdə qalmaqal...

16.05.2025 / 20:05
Rusiya atəşi dayandırmaq üçün Ukraynaya qeyri real şərtlər irəli sürdü

16.05.2025 / 19:52
Rusiya İstanbul heyətinə danışıq səlahiyyəti verib, razılaşmaq səlahiyyəti yox...

16.05.2025 / 19:44
Əli Nağıyev MDB dövlətlərinin təhlükəsizlik orqanlarının iclasında iştirak edib... - FOTO

16.05.2025 / 19:39
Almaniya Fransanı Avropanın siyasi-hərbi taxtından salmağa hazırlaşır...

16.05.2025 / 19:26
İstanbul danışıqlarından sonra Ukraynadan Rusiyaya sərt mesaj - "...bu cəhd baş tutmayacaq"

16.05.2025 / 19:23
8 günlük Qarabağ döyüşünün şəhidi, özü sağ qala bilərdi, yaralı yoldaşına köməyə getdi - Babək Namazov... - FOTO

16.05.2025 / 19:10
Ermənilərin 2-ci Dünya müharibəsinə aid rəqəm saxtakarlığı davam edir...

16.05.2025 / 19:05
Əliyev Albaniyada Koşta və Ursula Lyayenlə görüşdü, Albaniya ilə Korça şəhəri üzrə razılaşdı... - FOTO

16.05.2025 / 19:01
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Tiranada “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısı çərçivəsində keçirdiyi görüşlərindən görüntülər paylaşılıb - VİDEO

16.05.2025 / 18:57
"Səsin gəlsin, məktəb direktoru" - məsuliyyətsizlik, ya üsyankarlıq...

16.05.2025 / 18:43
Gürcüstanla Ermənistanın “şərab mübahisəsi” böyüyür... Nazir özü Tiflisə gedir...

16.05.2025 / 18:30
İri atom reaktorlarının tikintisində Ermənistan Rusiya ilə anlaşa bilmir... İrəvan ABŞ-ı gözləyir...

16.05.2025 / 18:23
Əfv Komissiyasının sonuncu iclası keçirildi - siyahı Prezidentə təqdim olunacaq...

16.05.2025 / 18:16
YOXLUĞU İLƏ BARIŞMAQ ÇOX ÇƏTİNDİR, DAİM YERİ GÖRÜNÜR - FOTO

16.05.2025 / 18:11
Beynəlxalq Türk Dünyası İqtisadiyyat Konfransı Bakıda öz işinə başladı

16.05.2025 / 18:02
Gəncə getdikcə narahat şəhərə çevrilir - nə baş verir...

16.05.2025 / 18:00
Prezident İlham Əliyevlə Albaniyanın Baş nazirinin işçi nahar əsnasında görüşü olub

16.05.2025 / 17:48
Ermənistan-İran münasibətlərində "Tehran dialoqu" nə deməkdir...

16.05.2025 / 17:35
Yeni dünya düzəni ərəfəsində Azərbaycanın beynəlxalq inteqrasiyasının əsas 2 istiqaməti...

16.05.2025 / 17:22
Hind turistlərin Azərbaycandan “qisas aktının” heç bir ciddi təsiri ola bilməz...

16.05.2025 / 17:17
Turizm cənnəti Tekirdağ...

16.05.2025 / 17:10
İstanbulda Rusiya-Ukrayna danışıqları başa çatdı...

16.05.2025 / 16:53
"Plastik cərrahların peşə fəaliyyəti ilə bağlı məsələ qanun çərçivəsində öz həllini tapıb" - Teymur Musayev

16.05.2025 / 16:17
"Fransa sülh müqaviləsinin bağlanması üçün Azərbaycan və Ermənistanın səylərini dəstəkləyir" - Makron

16.05.2025 / 15:45
Litvalı ekspert: - “Rusiya müharibəni bitirmək istəsəydi, Putin Türkiyəyə gələrdi”

16.05.2025 / 15:43
“Bilirsiniz Paşinyanı Münhendə niyə İlham Əliyevlə debata çıxartdılar?”

16.05.2025 / 15:41
“Putin hələ də "bütün kartları əlində saxlayır"

16.05.2025 / 15:40
Rusiya səfiri Artsrun Hovhannisyanın açıqlamalarını küfr adlandırdı

16.05.2025 / 15:32
Beynəlxalq təşkilatın Ermənistan ordusunun cinayətləri ilə bağlı hesabatı məhkəmədə nümayiş olundu

16.05.2025 / 15:14
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

16.05.2025 / 14:52
Makron Prezident İlham Əliyevə yaxınlaşaraq görüşüb - VİDEO

16.05.2025 / 14:40
Deputat DİN-in fəaliyyəti ilə bağlı videoroliklərin hazırlanmasını təklif etdi...

Yeni dünya düzəni ərəfəsində Azərbaycanın beynəlxalq inteqrasiyasının əsas 2 istiqaməti...

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678