Cümə axşamı günü, 29 may 2025
     

Əliyevin bu eyhamı sonadək araşdırılmalıdır - Minalar...

Image

Rauf Zeyni: "Bu qədər minanın Azərbaycan ərazisinə hansı yollarla gətirildiyi, bu cinayətə kimlərin dəstək verdiyi ciddi araşdırılmalıdır"

"Müharibədən sonra onlar (ermənilər – red.) yüzlərlə minanı məhz təmas xətti olacaq yerlərdə basdırıblar, yəni separatçı qüvvələrlə Azərbaycanın Silahı Qüvvələri arasında olan yerlərdə. O minalar 2021-ci ildə Ermənistanda istehsal olunub. Biz Rusiya sülhməramlılarını və Türkiyə monitorinq missiyasının üzvlərini dəvət etdik, həmin minaları onlara göstərdik. Bu onu göstərir ki, erməni terroru davam edir".

Bu sözləri Prezident İlham Əliyevin ADA Universitetində keçirilən "Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər" mövzusuna həsr olunmuş Beynəlxalq Forumda çıxışı zamanı söyləyib.

Həmin minaların İkinci Qarabağ müharibəsindən sonra Qarabağa necə daşınması ilə bağlı sualın açıq qaldığını bildirən dövlət başçısı qeyd edib: "Minaların təxminən bir milyona yaxın olduğunu zənn edirik. Onlar bizə təxminən 400 min mina ilə bağlı xəritələr veriblər. Lakin o xəritələrin də dəqiqliyi tam deyil".

"Prezident çıxışında bir daha konkret ünvan göstərib vurğuladı ki, bölgə üçün təhlükə mənbəyi olan bu minalar Ermənistanda istehsal olunub"

Prezidentin açıqladığı bu faktın beynəlxalq səviyyədə araşdırılmalı olduğunu deyən Milli QHT Forumunun prezidenti Rauf Zeyni "Bakı-Xəbər"ə bildirdi ki, Azərbaycan ermənilərin mina terroru ilə bağlı bütün faktları açıqlayıb, bu məsələ geniş səviyyədə müzakirə olunub, amma hələ beynəlxalq aləm Ermənistanın, ermənilərin bu cinayətlərinə reaksiya bildirməyib. "Prezident İlham Əliyev çıxışlarında mütəmadi olaraq mina problemini vurğulayır. Ermənilər tərəfindən illər uzunu ərazilərimizə minalar "əkilib". Ermənilər Azərbaycan ərazisinə bir milyona yaxın mina basdırıb, amma mina xəritələrini vermir. Nəticədə vətəndaşlarımız, mülkü şəxslər ermənilərin mina terrorunun qurbanı olurlar. Heç şübhəsiz, bu qədər minanın Azərbaycan ərazisinə hansı yollarla gətirildiyi, bu cinayətə kimlərin dəstək verdiyi ciddi araşdırmalıdır. Faktiki olaraq, vaxtilə Qarabağda mövcud olan separatçıları maliyələşdirən ölkələr, beynəlxalq təşkilatlar olub. Xatırlayıram ki, 2009-cu ildə ABŞ-ın separatçılara 18 milyon dollar yardım göstərməsinə Milli QHT Forumu olaraq etiraz bildirmişdik və bəyanat vermişdik. ABŞ Dövlət Departamenti səfirlik vasitəsilə bizə cavab vermişdi ki, biz bu vəsaiti veririk pulu beynəlxalq QHT təşkilatı ifadə edir, guya vəsait separatçılara birbaşa verilmirdi.  Onlar deyirdilər ki, o vaxt  o vəsaiti guya minaların təmizlənməsi, su, təhsil və sağlamlıq üçün  veriblər. Biz o vaxt qeyd etmişdik ki, bu vəsait separatizmin güclənməsinə, ərazidə minaların basdırılmasına, narkotik bitkilər əkilməsinə sərf edilə bilər, bu vəsaiti onlara vermək olmaz. Demək istəyirəm ki, ermənilər 2020-ci ilə qədər də minalar basdırıb. 2020-ci ildə Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra erməni separatçıları bəzi hallarda etiraf edirdilər ki, minalar basdırıblar. Nəticədə minlərlə insanın həyatı təhlükəyə düşüb"-deyə qeyd edən R.Zeyni dedi ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı və ANAMA-nın tərəfdaşlığı ilə dekabrın 6-da Bakıda "Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat" adlı beynəlxalq forum keçirilib və Bakıda start götürən forum Ağdamda davam edib. O vurğuladı ki,  2020-ci ildən bugünə kimi 338 nəfər mina və müharibənin digər partlayıcı qalıqlarının qurbanı olub. 

R.Zeyni əlavə etdi ki, beynəlxalq aləm bu hala biganə qalmalı deyil. Bu məsuliyyəti ermənilərin daşıdığını deyən ekspert hesab edir ki, onlar da bu məsuliyyətdən yayınmaq üçün bir çox ərazilərə basdırdıqları minaların   xəritələrinin əllərində olmadığını deyirlər. "Bütün hallarda, beynəlxalq aləm Ermənistanın mina cinayətləri ilə bağlı mövqe bildirməlidir" - deyən R.Zeyni qeyd etdi ki, minaların çoxluğu, əlimizdə müvafiq xəritələrin olmaması səbəbindən azad ərazilərdə insanlar üçün təhlükə hələ də qalır. "Minaları necə gəldi basdırıblar. Bu da Azərbaycan və bütün region üçün təhlükəlidir. Ona görə də cənab Prezident çıxışında bir daha konkret ünvan göstərib vurğuladı ki, bölgə üçün təhlükə mənbəyi olan bu minalar Ermənistanda istehsal olunub. Ermənistanda istehsal olunan minalara görə isə bu ölkə məsuliyyət daşıyır. Aidiyyəti beynəlxalq təşkilatlar nəhayət ki, addım atmalıdır"-deyə R.Zeyni bildirdi.  

Leyla QARAXANLI



VİDEO

SON XƏBƏRLƏR

29.05.2025 / 22:31
Ceyhun Bayramov amerikalı senator Stiv Deynslə görüşüb

29.05.2025 / 22:18
Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

29.05.2025 / 21:32
Azərbaycan-Türkiyə-Pakistan üçbucağında yeni regional güc mərkəzi formalaşır...

29.05.2025 / 21:17
Paşinyanın yeni alternativi tapıldı - Moskvaya "emissar səfərləri" başladı...

29.05.2025 / 21:04
Avropa Birliyi Macarıstandan müstəqil siyasətin qisasını alır...

29.05.2025 / 20:50
Azad edilmiş Laçından mesajların əsas istiqaməti - “lazımi ünvan”...

29.05.2025 / 20:44
Ermənistan silahlı qüvvələrinin 2016-cı ilin aprelində və 2020-ci ilin iyulunda Azərbaycan ərazilərində mülki şəxslərə qarşı törətdiyi cinayətlərlə bağlı sənədlər tədqiq edilib - FOTO

29.05.2025 / 20:37
Əmiraslanov dedi və dəstək aldı - 65 tibb işçiləri üçün nə yaşdır ki...

29.05.2025 / 20:23
Tramp Əliyevin sülh, enerji və təhlükəsizlik kursunu tam dəstəklədi... Ziyanlı Bayden mərhələsi bitdi...

29.05.2025 / 20:10
Ukrayna sərbəst şəkildə Sibir şəhərlərini də vura bilər - dünya izn verdi...

29.05.2025 / 19:58
Hamı İrəvana nazirini göndərdi - Fiko özü gəldi...

29.05.2025 / 19:45
Laçın görüşü - Dehlidə İrəvanla gizli Zəngəzur müzakirələrinin üstü açıldı...

29.05.2025 / 19:32
Türkiyənin “Ən Yaxşı Turizm Kəndi” Birgi “Sentrum Tətbiq Mərkəzi” ilə Yaşıl Gələcəyə doğru addımlayır

29.05.2025 / 19:31
Dəyişən dünya düzəni Azərbaycanın diaspor siyasətində hansı yenilikləri tələb edir...(?)

29.05.2025 / 19:18
İbadət yerlərinin "rəislərini" QMİ yox, Komitə təyin edəcək - nə fərqi var?

29.05.2025 / 19:10
Vüqar Rəhimzadə: Azad Laçın Azərbaycan, Türkiyə və Pakistanın sarsılmaz dostluğunun rəmzinə çevrildi

29.05.2025 / 19:05
Ermənistan delimitasiya danışıqlarının dalandan çıxmasına imkan vermir...

29.05.2025 / 18:51
Niyə məhz 28 Mayda, niyə məhz azad Laçından? - Bir proses başladı...

29.05.2025 / 18:44
Üç qardaş ölkənin strateji əməkdaşlıq modeli - Əhliman Əmiraslanov yazır...

29.05.2025 / 18:38
Bu həqiqətən böyük ədalətsizlik olub - erməni mediası İlham Əliyevdən sitatlar gətirir...

29.05.2025 / 18:31
"Ermənistan silahlı qüvvələrinin artilleriyası sanitar avtomobillərimizə və tibb işçilərinə atəş açırdı" - Zərərçəkmiş şəxs

29.05.2025 / 18:25
Üçtərəfli hərbi əməkdaşlıq böyük məkanda sülhü təmin edir - Laçında düstur müəyyən edildi...

29.05.2025 / 18:11
Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli müttəfiqlik və müdafiə sazişi... Proses başlanıb...

29.05.2025 / 17:57
Qərbi Zəngəzurda vəziyyət Müdafiə Nazirliyini xüsusi bəyanata məcbur etdi...

29.05.2025 / 17:56
Sadır Japarov Prezident İlham Əliyevi təbrik etdi

29.05.2025 / 17:49
Ermənistan parlamentinin sədri: "Müharibə olmayacaq, sülh olacaq”

29.05.2025 / 17:47
Uşaqları təhlükəli informasiyalardan qorumalıyıq!

29.05.2025 / 17:38
Azərbaycan, Türkiyə və Pakistan arasında 3 müasir mövzuda əməkdaşlıq başladı...

29.05.2025 / 17:25
Azad edilmiş rayonlarımızda dəfnə icazə verildi - Laçın ilk oldu...

29.05.2025 / 17:20
Ərdoğandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama - İrandan da dəstək gözləyirik...

29.05.2025 / 17:18
Kinematoqrafiya istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi qaydaları hazırlanacaq - SƏRƏNCAM

29.05.2025 / 17:12
İsrail səfiri Holokostu təhqir edən ermənilərlə dostluq qurur... - VİDEO

29.05.2025 / 17:10
Daha 41 ailə Laçının Bəylik kəndinə köçürüldü

29.05.2025 / 17:05
Azərbaycan Xəzərin dayazlaşması ilə bağlı sammitin keçirilməsini təklif etdi

29.05.2025 / 17:02
Xorvatiyanın Baş naziri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

29.05.2025 / 16:53
Xan Tanrı/Xan Tenqri dağı ətəklərində soyqırım faciələri...

29.05.2025 / 16:34
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda şəhid ailələrini və Culfada 100 yaşlı sakini evlərində ziyarət edib

29.05.2025 / 16:33
28 May Müstəqillik gününə həsr olunmuş konsert keçirilib

29.05.2025 / 16:29
Prezident Ərdoğan İranı Zəngəzur dəhlizini dəstəkləməyə çağırdı

29.05.2025 / 16:28
Suriyalı iş adamı Ukraynanı on minlərlə pilotsuz təyyarə ilə təmin edir

29.05.2025 / 16:21
Əbdülxaliq Hüseynovun “sən azadsan ” laylası

29.05.2025 / 16:07
Araz Musayevin Antalyada bıçaqlanması ilə əlaqədar 6 nəfər saxlandı

29.05.2025 / 15:50
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

29.05.2025 / 15:26
Oman Sultanı Prezident İlham Əliyevi təbrik etdi

29.05.2025 / 15:25
"Ermənistan silahlı qüvvələri qadağan olunmuş mərmilərdən istifadə edirdilər" - Aprel döyüşlərində yaralanmış hərbçi

29.05.2025 / 14:19
Polis həbsdə olan şəxsin 11 il əvvəl törətdiyi daha bir cinayətin üstünü açdı...

29.05.2025 / 14:04
İran Azərbaycana Biləsuvar gömrük məntəqəsinin iş saatının artırılmasını təklif etdi

29.05.2025 / 13:50
DİN narkotiklərin dövriyyəsinə qarşı əməliyyat keçirdi

29.05.2025 / 13:25
Prezident İlham Əliyev BƏƏ-nin iş adamlarından ibarət nümayəndə heyətini qəbul edib - FOTO

29.05.2025 / 13:18
Hərbi qulluqçumuz Kəlbəcərdə minaya düşdü

29.05.2025 / 13:10
Азербайджан жестко ответил Лаврову! - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

29.05.2025 / 12:53
İsrailin İrəvandakı səfiri İlham Əliyevdən nümunə götürsəydi, çox yaxşı olardı...

29.05.2025 / 12:45
Elgün İbrahimov hündürlükdən yıxılaraq ölüb - RƏSMİ AÇIQLAMA

29.05.2025 / 12:38
Müdafiə Nazirliyi Ermənistanın yalanını ifşa etdi - növbəti təxribatlarına zəmin yaratmağa cəhd edirlər

29.05.2025 / 12:26
“Lavrovun Ermənistana səfəri də Sünikdə konsulluğun açılması məsələsini həll etmədi”

29.05.2025 / 12:25
Moskva münaqişəyə son qoymaq planını ABŞ-la bölüşməkdən imtina etdi

29.05.2025 / 12:13
Laçından kimlərə tarixi mesajlar verildi?

29.05.2025 / 12:04
ABŞ və Almaniya Putini yeni sanksiyalarla hədələdi

29.05.2025 / 12:04
Ağdam sakini göbələk zəhərlənməsindən öldü

29.05.2025 / 12:00
Mask Trampın daxili xərclər haqqında qanun layihəsindən narazılığını bildirdi

29.05.2025 / 11:55
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

29.05.2025 / 11:41
Bakıda 5 tondan çox narkotik vasitə yandırılaraq məhv edilib

29.05.2025 / 11:28
ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq etmək fikrində olmadığını bildirdi

29.05.2025 / 11:22
“Rusiya Gürcüstanda təsirini artırır, Ermənistanla münasibətlər pisləşir”

29.05.2025 / 11:13
"815” Çağrı Mərkəzinə aprel ayı ərzində 13 minə yaxın zəng daxil olub

29.05.2025 / 11:06
BƏƏ şirkətinə 50 milyon dollar investisiya yatırıb - Fond açıqlama yaydı

29.05.2025 / 11:03
Putinin yeni yeni tələbləri sadəcə absurddur - CANLI

29.05.2025 / 11:00
Türkiyə mediası Ərdoğanın Laçın səfərindən yazır

29.05.2025 / 10:35
Bu Hollivud ulduzu ilə şəkil çəkdirmək 550 dollardır...

29.05.2025 / 10:26
52 nəfər şübhəli saxlanılıb - polis

29.05.2025 / 10:20
Şabran sakini yol qəzasında öldü

29.05.2025 / 10:16
"Azərbaycanla əlaqələrimizi çox yüksək qiymətləndiririk" - ABŞ rəsmisi

29.05.2025 / 10:09
Cənubi Koreyada təyyarə qəzası olub - 4 nəfər itkin düşüb

29.05.2025 / 10:05
Ərdoğan ABŞ-a gedir? - Hakan Fidandan açıqlama

29.05.2025 / 10:02
Həftəsonu 45 mindən çox abituriyent üçün qəbul imtahanı keçiriləcək

29.05.2025 / 10:00
Xətai rayonunun bir hissəsi 4 saat işıqsız qalacaq

29.05.2025 / 09:46
Liseylərə qəbulla bağlı bu qadağa aradan qaldırıldı

29.05.2025 / 09:30
"Zadəganlar" Konfrans Liqasının qalibi oldu

29.05.2025 / 09:22
Almaniyadan Rusiyanı qəzəbləndirəcək QƏRAR

29.05.2025 / 09:13
Mask Ağ Evi tərk edir: -“Mənim səlahiyyət müddətim başa çatmaq üzrədir”

29.05.2025 / 09:12
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Laçına səfərindən görüntülər paylaşılıb - VİDEO

Dəyişən dünya düzəni Azərbaycanın diaspor siyasətində hansı yenilikləri tələb edir...(?)

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678