Çərşənbə axşamı günü, 15 iyul 2025
     

Zurabişvilidən Ermənistana 2 həmlə - separatçı Cavaxeti erməniləri fəallaşdırıla bilər...

Image

Abutalıb Səmədov: "Zurabişvilinin bu addımı yaxın vaxtlarda aydınlaşacaq və məlim olacaq ki, burada diqqətsizlik olub"

Salome Zurabişvili sosial şəbəkə hesabında yerli turizm şirkətinin reklam materialını yayarkən Ermənistanın şimal rayonlarını "tarixi Gürcüstan" adlandırıb.

Gürcüstan prezidenti sosial media hesabında Ermənistanın bəzi şimal rayonlarının, xüsusən Lori bölgəsinin "tarixi Gürcüstan" kimi göstərildiyi Gürcüstan turizm şirkətinin reklam materialını "repost" etməklə aşkar təxribata yol verib. Bunu "Sputnik Ermənistan"a Ermənistan-Gürcüstan sərhədinin delimitasiyası və demarkasiyası üzrə komissiyanın keçmiş üzvü, Ermənistanın Sankt-Peterburqdakı keçmiş konsulu Vardan Akopyan deyib.

Ekspert, bir tərəfdən delimitasiya danışıqlarında Lori ərazisinin heç kim tərəfindən şübhə altına alınmadığını nəzərə alaraq, Zurabişvilinin hərəkətindən çaşqınlıq ifadə edib. Təbii ki, bir neçə kilometr ətrafında, sərhəd xəttini hansı ərazi boyunca çəkmək, erməni və ya gürcü fermerlərinin torpaq mülkiyyəti sərhədlərini pozmamaq barədə müzakirələr gedirdi. Ancaq şübhəsiz ki, məsələn, Sanahin monastır kompleksinin kimə məxsus olması müzakirə mövzusu olmayıb.

Zurabişvili erməniləri seçkidə karusel əməliyyatı (tarixi "erməni karuseli") aparmaqda günahlandırdı, indi də Lorini tarixi Gürcüstan adlandırıb. Amma Ermənistan buna ya reaksiya vermir, ya da çox yumşaq reaksiya verir, səbəb nə ola bilər?

Bir də ola bilərmi ki, Ermənistan Axalkalaki ermənilərinə müxalifətə qarşı qalxmağa dəstək versin, yenidən separatizmi aktivləşdirsinlər?

Məsələ barədə politoloq Abutalıb Səmədov bizimlə söhbətində dedi ki, Ermənistan və ermənilər daima qonşularına qarşi ərazi iddiaları irəli sürüblər, müxtəlif əraziləri özlərinin qədim torpaqları elan ediblər: "Təkcə bununla kifayətlənməyiblər, mədəni abidələri də, musiqi əsərlərini də, yeməkləri də, bir sözlə nəyi "özününküləşdirmək" mümkündürsə, hamısına iddia ediblər. İndi isə ermənilər gözləmədikləri bir hadisə ilə üzləşiblər. Gürcüstan prezidenti bir turist kompaniyasının reklamını yayıb və orada da Ermənistanın Lori vilayəti tarixi Gürcüstan torpağı elan edilib. Çox güman ki, hec Gürcüstan prezidenti bu məsələni axıra qədər dərk etməyib, məsələnin mahiyyətini bilmədiyindən belə bir material dərc edib. O, sadəcə düşünüb ki, Gürcüstanın turist kompaniyasını reklam edir. Əgər bilsəydi, mən inanmıram belə bir addım atardı. Çünki Gürcüstan prezidenti indiyə qədər bu cür bəyanatlar verməyib və bu cür mövqe sərgiləməyib. Birdən-birə, Gürcüstanda seçkilərin uduzulduğu bir vaxtda, müxalifətin seçkilərin nəticələrini tanımadığı, xarici dəstəyə ehtiyaci olduğu bir məqamda Gürcüstan prezidentinin  bilərəkdən belə bir addım atmasi, güman edirəm ki, mümkün deyil.

Digər tərəfdən, Ermənistan hakimiyyəti maraqlı idi ki, Gürcüstanda müxalifət qalib gəlsin. Çünki Paşinyan Qərbə yaxınlaşmaq xətti tutub. Təbii olaraq, arzulayır ki, digər Cənubi Qafqaz ölkələri də eyni xətti tutsun - birlikdə Rusiyanın qarşısında dayanmaq mümkün olsun. Bu istiqamətdə Gürcüstanın böyük əhəmiyyəti var. Çünki Gürcüstan hamıdan əvvəl Qərb yönümlü siyasət yurutməyə başladı. Son aylara qədər Tiflus bu xətti davam eləyirdi, hərçənd, indi də o xətdən rəsmən imtina etməyib. Bu səbəbdən Salome Zurabişvilinin "karusel əməliyyatı" iddiası Ermənistan hakimiyyəti ilə əlaqədar deyil. Təbii ki, ermənilər seçkilərin saxtalaşdırılmsında iştirak ediblər və bunun necə baş verdiyini də Gürcüstan prezidenti açıq şəkildə bəyan edib. Araşdırmalar zamanı bəlli olub ki, bir erməni əsilli şəxsin şəxsiyyət vəsiqəsi ilə 17 dəfə səs verilib. Gürcüstan prezidentinin dediyinə görə, elektron səsverməyə də müdaxilələr olub.

Ermənistan Gürcüstan seçkilərinin nəticələrini özünün uğuru saymır, saya da bilməz. Ancaq eyni zamanda, reallıqla da hesablaşır və çox maraqlıdır ki, Macarıstanın baş naziri Orbandan sonra ikinci olaraq Gürcüstanın qalib partıyasını Nikol Paşinyan təbrik etdi. Lakin bütün hallarda Gurcüstanda baş tutan seçkilər Paşinyanın Ermənistanda mövqelərini möhkəmləndirmədi və onun arzuladığı nəticə olmadı.

Bütövlükdə bu maraqlı hadisədir - ermənilərə qarşı gürcülər tərəfindən belə bir iddianın səsləndirilməsi onları çox məyus edib. Amma yerinə düşən bir hadisədir ki, qoy ermənilər də görsün ki, başqalarının torpağına, mədəniyyətinə və digər dəyərlərinə iddia etmək, onu özününkülaşdirmək nə deməkdir.

Hesab edirəm ki, Zurabişvilinin bu addımı yaxın vaxtlarda aydınlaşacaq və məlim olacaq ki, burada diqqətsizlik olub. Çox güman ki, Ermənistan hakimiyyəti də bunu belə qəbul edir. Əks halda indi böyük hay-küy qoparmışdılar, bütün dunyanı Gürcüstanın üstünə qaldırmışdılar. Üstəlik, məqam da əlverişlidir, seçkilər sona çatıb, Gürcüstan müxalifəti məğlub olub, Qərbin dəstəyinə möhtacdır, belə bir vaxtda Ermənistan hakimiyyəti Gürcüstan prezidentinə və onu dəstəkləyən qüvvələrə hücum etməklə qalib partiyaya dəstək verərdi. Gələcəkdə Ermənistan hakimiyyəti bundan faydalana da bilərdi. Artıq seçkilər baş tutub, nəticələri ləğv etmək mümkün deyil, Gürcüstanın hakim partiyasi qalib gəlib. Ermənilər də həmişə reallıqlarla hesablaşıb, ondan faydalanmağa çalışıblar. Elə bu məqamdan da faydalanmağın ən qısa yolu Gürcüstan müxalifətinə hücum etməkdir. Bu məsələdə Gürcüstan prezidentinin son addımı yaxşi bəhanə ola bilərdi. Ancaq göründüyu kimi, Ermənistan hökuməti kifayət qədər səbrli davranır. Heç şübhə etmirəm ki, yaxın günlərdə bu məsələ aydınlaşacaq və Zurabişvilinin belə bir niyyəti olmadığı təsdiqlənəcək. Sadəcə olaraq diqqətsizlik nəticəsində belə bir hadisə baş verib. Çünki Zurabişvili kifayət qədər təcrübəli diplomatdır, uzun illərdir siyasətdədir, Fransada xarici işlər nazirliyində çalışıb. Belə bir adamın indiki məqamda - kifayət qədər gərgin dövrdə, özünün də çox ciddi problemləri olduğu halda ikinci cəbhə açmaq, erməniləri üstünə qaldirmaq bir siyasətçi üçün ağıllı addım sayıla bilməz. Mən inanmıram ki, Zurabişvili belə bir addımı bilərəkdən atmış olsun.

Bir şey aydındır ki, bu hadisə ermənilərin qonşu dövlətlərin ərazilərini, mədəni abidələrini özünüňküləşdirmək şakərinə son qoymayacaq. Yenə də ermənilər Tiflusi "erməni şəhəri" elan edəcəklər, yenə də "Cavaxetiya bizimdir" deyəcəklər - Gürcüstan ərazisindəki monastırların ermənilərin olduğu deyiləcək... Ermənilər bu fəaliyyətini əvvəlki şövqlə davam etdirəcək. Hərcənd ki, onların uzun illər apatdığı bu təbliğatın ermənilərə heç bir xeyri olmayıb.  Əksinə, bu fəaliyyət ermənilərin son yüz ilin ən böyük məğlubiyyəti ilə üzləşməsinə gətirib çıxarıb. Bundan sonra da həmin xətti davam etdirsələr, yalnız zərər görəcəklər".

Dəniz NƏSİRLİ



VİDEO

SON XƏBƏRLƏR

15.07.2025 / 11:11
Bu gündən tələbələrin köçürülməsi prosesinə başlanılıb

15.07.2025 / 09:15
Samuxda zəlzələ olub - TƏCİLİ

15.07.2025 / 08:36
Azərbaycanda turistlər hotellərdən imtina edir - kirayə kənd evlərinə kütləvi axın başlayıb...

14.07.2025 / 23:48
Tramp Putini sərt tənqid etdi - Onu qatil adlandırmaq istəmirəm, amma o…

14.07.2025 / 23:40
Tramp Putinə 50 gün vaxt verdi - Ukrayna ilə bağlı razılaşma olmasa...

14.07.2025 / 21:32
Ermənilərin azərbaycanlıları əsir götürərkən işgəncə vermələrini əks etdirən videokadrlar məhkəmədə nümayiş etdirildi - FOTO

14.07.2025 / 21:19
Kilsə Paşinyana əks-hücuma keçdi - "katolikosa hücum Allaha hücumdur"...

14.07.2025 / 21:05
Bir neçə ərəb biznesmenə görə tariximizdən üz döndərməliyik? - Babək ərəblərlə vuruşub, ancaq tarix tarixdir...

14.07.2025 / 20:50
Əbu-Dabidə Əliyev-Paşinyan görüşünün ardınca Gorus görüşü başlayıb...

14.07.2025 / 20:35
Azərbaycanın "yaratdığı" Yeni Kaledoniya Dövləti müstəqil xarici siyasət aparacaq... Konstitusiyada ayrıca maddə...

14.07.2025 / 20:21
Azərbaycan qazının Suriyaya nəqlinin bir neçə marşrutu gözdən keçirilir...

14.07.2025 / 20:07
Supermarketlərimiz yerli bostan məhsullarına bağlıdır - Çindən qarpız idxalı 300 dəfə artır...

14.07.2025 / 19:53
Avropa Bakıdan əlavə 14 milyard kub qaz istəyir - ancaq problem var...

14.07.2025 / 19:40
İki dövlətli həll prosesində yeni ADDIMLAR: Nyu-Yorkda sərt mesajlar veriləcək

14.07.2025 / 19:37
Azərbaycan Yeni Kaledoniyanı dövlət kimi tanıyan ilk ölkə olacaq...

14.07.2025 / 19:25
Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu Aydın Quliyevi təbrik etdi

14.07.2025 / 19:12
Mətbuatın 150 illiyi həm dövlətçilik, həm də ictimai hadisədir...

14.07.2025 / 18:57
ABŞ Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif etdi - səfir rəsmən təsdiqlədi...

14.07.2025 / 18:44
Rusiya pomidor ticarətindən Azərbaycana 1,2 milyard dollar ziyan vuracaq?..

14.07.2025 / 18:41
“Başlıbel: yaranışdan işğaladək” kitabının təqdimatı keçirilib

14.07.2025 / 18:30
Müxalifətə münasibətdə Fransa ilə Rusiya eyni ölkələrdir - qətllər, təqiblər...

14.07.2025 / 18:16
Azərbaycanın tərəvəzində həqiqətən xəstəlik tapılır, ya Rusiyada məsələ siyasiləşdirilir...

14.07.2025 / 18:02
Bakıda qapalı Suriya-İsrail danışıqlarında hər tərəfdən bir nəfər iştirak etdi... Çox ilginc...

14.07.2025 / 17:48
Putindən İrana gizli “nüvə mesajı” - Rusiyanın məqsədi nədir...

14.07.2025 / 17:35
40 nəfər bağça direktoru niyə “vuruldu”?..

14.07.2025 / 17:22
Suraxanıda oğurluq edənlər saxlandı...

14.07.2025 / 17:14
Mətbuat Şurası Aydın Quliyevi 65 illik yubileyi münasibətilə təbrik etdi - FOTO

14.07.2025 / 17:02
Mətbuat Şurası “Sputnik Azərbaycan”la bağlı durumu müzakirə etdi - Kartavıxın və Belousovun həbslərinin jurnalist fəaliyyətləri ilə heç bir əlaqəsi yoxdur...

14.07.2025 / 16:46
Zelenski təsdiqlədi - Ukraynanın yeni baş naziri o olacaq...

14.07.2025 / 16:31
İstilik təchizatı haqqında Qanun təsdiqləndi

14.07.2025 / 16:29
Azərbaycanda Axar-Baxar və İlisu milli parkları yaradılır - SƏRƏNCAM

14.07.2025 / 16:28
Trend-in informasiya dəstəyi ilə UNESCO-da İçərişəhərin Dünya İrs Siyahısına daxil edilməsinin 25 illiyi qeyd edilib – Sahil Kərimli

14.07.2025 / 16:23
Putinin müdafiə naziri ilə bağlı şok xəbər - sevgilisini 100 milyonluq nəhəng hərbi təyyarə ilə gözəllik salonuna apardı…

14.07.2025 / 16:10
Vətən sevgisinin ən uca zirvəsi...

14.07.2025 / 15:57
Görkəmli filosof Ziyəddin Göyüşov haqqında düşünçələrim...

14.07.2025 / 15:56
BMU-da “Yay məktəbi”ndə tədris aparan koreyalı müəllimlərlə görüş olub

14.07.2025 / 15:56
Trampdan Rusiyaya qarşı sərt qərar - Ukraynaya Moskvanı vura biləcək raketlər göndərilir…

14.07.2025 / 15:25
"Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin ən tez zamanda imzalanacağına ümid edirik" - Ursula fon der Lyayen

14.07.2025 / 14:48
Müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu tarix

14.07.2025 / 14:44
2024-də ali məktəblərə qəbulda ən aşağı və ən yüksək nəticə göstərən rayonlar - Şahbuz, İsmayıllı və Naftalan...

14.07.2025 / 14:30
Xocalının Təzəbinə kəndinə ilk köç - 28 ailə...

14.07.2025 / 14:23
Bakıda evlərdən 11 min manata yaxın pul oğurlandı - saxlananlar var...

14.07.2025 / 14:17
"Gitara ifaçısı olduğumu biləndən sonra dırnaqlarımı çıxardılar, barmaqlarımı sındırdılar" - Xocalı soyqırımı zamanı həyat yoldaşı öldürülmüş, özü girov götürülmüş zərərçəkən

14.07.2025 / 13:52
DİM sədri 5 il ərzində bəzi ixtisasların ləğv olunacağını açıqladı...

14.07.2025 / 13:47
Külli miqdarda narkotiki ölkə ərazisinə keçirməyə cəhd edən şəxs sərhəddə saxlandı...

14.07.2025 / 13:33
Ali məktəblər subbakalavrların qəbulundan imtina edir - səbəbini Məleykə Abbaszadə açıqladı

14.07.2025 / 13:19
"Ali təhsil müəssisələri attestatla qəbul imkanına etiraz ediblər" - DİM rəhbəri

14.07.2025 / 13:16
Putinin Ermənistan planı - Paşinyanın qarşısına Karapetyanı çıxarır

14.07.2025 / 13:07
Кто победит в этой схватке - Азербайджан или Россия? - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

14.07.2025 / 12:57
"Proseslərə özümün belə müdaxilə etməyim qeyri-mümkündür" - Məleykə Abbaszadə

14.07.2025 / 12:46
“Media haqqında” Qanuna təklif edilən dəyişikliklər təsdiqləndi

14.07.2025 / 12:37
Şəxsiyyət vəsiqələrində dəyişiklik - yaşayış yeri və vətəndaşlıq məlumatları olacaq...

14.07.2025 / 12:22
“Xüsusi icra məmurları haqqında” yeni qanun qüvvəyə mindi

14.07.2025 / 12:17
Azərbaycanın daha bir uğuru: Nizami Tibb Mərkəzi də HIMSS beynəlxalq akkreditasiya sertifikatı əldə etdi

14.07.2025 / 12:08
Gəncədə keçirilən art-terapiya kursu uşaqların sosial inkişafına dəstək olur

14.07.2025 / 12:02
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması xidməti “mygov”da təmin olunub

14.07.2025 / 11:50
Vüqar Rəhimzadə: Ümummilli Liderin 1969-cu ildə birinci dəfə hakimiyyətə gəlişi Azərbaycanın qurtuluş tarixinin başlanğıcıdır

14.07.2025 / 11:46
Rusiyadan miqrantlara "sürpriz" - rüsumlar artırılır...

14.07.2025 / 11:12
Milli Məclis iclas keçirir - mühüm məsələlər müzakirəyə çıxarılıb

14.07.2025 / 11:05
Yoahim Löv Özbəkistan yolçusudur...

14.07.2025 / 11:03
Azərbaycan düşmənləri mat vəziyyətinə saldı! - FOTO

14.07.2025 / 11:00
Bu iki rayonda qaz olmayacaq - XƏBƏRDARLIQ

14.07.2025 / 10:35
Tramp xüsusi elçisini Ukraynaya yollayıb

14.07.2025 / 10:29
Bu il 6 mindən artıq istifadəçi hakerlərin qurbanına çevrilib

14.07.2025 / 10:21
Suriyada yerli tayfalar bir-birini qırırlar - 37 nəfər ölüb...

14.07.2025 / 10:18
"Çelsi" bu çempionluqdan 114 milyon avro qazandı

14.07.2025 / 10:12
"Benfika" ukraynalı qapıçını satışa çıxardı

14.07.2025 / 10:06
Tramp Ukraynaya silah göndərir - amma pulunu Avropa ödəyəcək...

14.07.2025 / 10:00
Paşinyan Brüsselə yollanıb

14.07.2025 / 09:30
Sabunçuda ölümlə nəticələnən yol qəzası olub

14.07.2025 / 09:21
Azərbaycanda kibercinayətkar həbs edilib - DTX-dan mühüm əməliyyat

14.07.2025 / 09:18
Türkiyənin bu məşhur serialı məhkəməlik oldu

14.07.2025 / 09:12
"Çelsi"dən PSJ-yə futbol dərsi!

14.07.2025 / 09:06
Tramp Böyük Britaniyaya dövlət səfərinə gedəcək - hazırlıq gedir

14.07.2025 / 09:00
Xocalının bu kəndlərinə ilk köç karvanı yola salınıb

14.07.2025 / 08:53
Kaledoniyanın paytaxtında "Azərbaycan abidəsi"...Necədir?

14.07.2025 / 08:51
Fransızlar ŞOKDA- həbsxanadan çantada gizlənib qaçdı...

14.07.2025 / 08:21
“Taxta bazarın”da yanğın olub

13.07.2025 / 20:53
Deputat Elnarə Akimova şəhid general Polad Həşimovun ailəsini ziyarət etdi

13.07.2025 / 19:01
Ukrayna kəşfiyyat polkovnikinə sui-qəsdin qisasını aldı – Kiyevdə azı iki FSB agenti öldürüldü…

13.07.2025 / 18:16
Makron Fransanı çökdürdü, ölkə borc içində batır - pensiya və bütün yardımlar dondurulur…

Mətbuatın 150 illiyi həm dövlətçilik, həm də ictimai hadisədir...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910