Çərşənbə günü, 21 may 2025
     

Naxçıvana çıxışı çətinləşdirən Ermənistana növbəti sərt mesaj - "olmalıdır"...

Image

Məhərrəm Zülfüqarlı: "Azərbaycan Prezidentinin Naxçıvana çıxışın əldə olunması ilə bağlı bəyanatını Ermənistana və onun havadarlarına yönəlik sərt mesaj, tələb kimi qəbul etmək olar"

"Ermənistanın önündə hazırda iki variant var. Birincisi, öz xərcləri, yaxud da Avropa fondlarının pulu ilə dərhal 42 kilometrlik məsafədə dəmir yolu çəksinlər. Biz bunu, əslində, onların suveren ərazisi hesab edirik və suverenliklə bağlı bizim şərtimiz yoxdur. Lakin Azərbaycandan Naxçıvana asan çıxış olmalıdır. Bununla bağlı hansısa gömrük yığımı, yoxlamalar, sərhədçilərin prosedurları olmalı deyil. Bu bizim legitim hüququmuzdur".

Bu fikirləri Prezident İlham Əliyevin ADA Universitetində keçirilən "Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər" mövzusuna həsr olunmuş Beynəlxalq Forumda çıxışı zamanı deyib.

Nikol Paşinyanla Brüsseldə müzakirə edilən məsələlərdən birinin Rusiyanın Kalininqradla dəmir yolu xətti təcrübəsinə əsaslandığını vurğulayan Prezident Əliyev Ermənistanın bunu istəmədiyini vurğulayaraq deyib: "Onlar istəyirlər ki, bizə bu çıxış verilməsin, onun qarşısı alınsın. Onlar gördülər ki, biz bunu etmirik, başladılar şikayətlə çıxış etməyə. Beləliklə, biz Dövlət Departamentinin rəsmisindən müəmmalı bəyanat eşitdik. Birləşmiş Ştatlar qeyd etdi ki, əgər bu, Ermənistandan keçməsə, onlar buna imkan verməyəcəklər. Biz də öz-özümüzə sual veririk, bu nə deməkdir? Çünki biz bunu Ermənistana 3 il idi ki, söyləyirdik. Əgər istəyirsinizsə ki, bu, Ermənistan ərazisindən keçsin, onda bunu erməni dostlarınıza deyin. Siz İranla münasibətlərimizə necə müdaxilə edə bilərəsiniz? Yəni onlar deyirlər ki, biz buna icazə verməyəcəyik, imkan verməyəcəyik. Bu necə ola bilər? Belə məsuliyyətsiz bəyanatlar bu və ya digər tərəfə yaxşı töhfə vermir. Əfsuslar olsun ki, bu, əslində, sabitliyi, regiondakı proqnozlaşdırmanı daha da çətinləşdirir, o cümlədən bağlantı layihələrinə də təsir göstərir".

Prezident İlham Əliyevin "Azərbaycandan Naxçıvana asan çıxış olmalıdır" fikrini Ermənistanın, beynəlxaq vasitəçilərin ünvanına bir tələb və mesaj kimi qəbul etmək olarmı? 

"Azərbaycanın bu qətiyyətindən də Ermənistan və onun havadarları, məlum ölkələr ciddi narahatlıq keçirir"

AVCİYA-nın vitse-prezidenti, professor Məhərrəm Zülfüqarlı "Bakı-Xəbər"ə   şərhində  bildirdi ki, Zəngəzur dəhlizi məsələsi uzun müddətdir müzakirə olunur. "Fikrincə, bu müzakirələrin müsbət tərəfi var. Artıq dünya maraqlanır ki, hansı səbəbdən  Naxçıvan Azərbaycanın əsas ərazisindən kənarda qalıb, tarixə nəzər salırlar. Öyrənmiş olurlar ki, Naxşıvan da, Zəngəzur da - bütün o ərazilər tarixi Azərbaycan torpaqlarıdır, Sovet dövründə Azərbaycanın hüquqları pozularaq Moskvanın göstərişi ilə Qərbi Zəngəzur Ermənistana verilib. Azərbaycan tərəfi bu tarixi məqamları dünyanın diqqətinə çatdırır, İrəvanın da tarixi Azərbaycan torpağı olduğunu deyir. Amma bəziləri bunu düzgün başa düşmürlər, bunu Azərbaycanın Ermənistana ərazi iddiası kimi qələmə verirlər. Hətta belə absurd iddialar irəli sürənlər də var ki, Azərbaycan tezliklə hücum edəcək. Bunlar hamısı Azərbaycana qarşı əsassız fikirlərdir. Azərbaycan daim öz tarixi əraziləri haqda deyib, bu barədə bizim dərsliklərdə də yazılıb, bunu tələbələrə də tədris edirik gənclərimiz bilsin ki, Azərbaycanın tarixi əraziləri hansılardır. 

Ancaq qeyd edirik ki, Azərbaycan BMT-yə daxil olarkən hansı ərazi ilə daxil olubsa, digər ölkələrin də BMT-yə daxil olarkən olan ərazilərini, ərazi bütövlüyü məsələsini qəbul edir. Ermənistan da Azərbaycanın ərazi bütövlüyünü qəbul edir. Sadəcə, burada bir incə məsələ var. Hətta "Zəngəzur dəhlizi"ndən əvvəl Azərbaycan İranla Niyyət Protokolu imzaladı. Düzü, bu normal sənəd idi, buna hamımız sevinməliydik ki, Zəngilandan İran vasitəsilə Naxçıvana yol çəkilir. Buna indi "Araz dəhlizi" deyirlər. Lakin sonradan "Zəngəzur dəhlizi" məsələsi aktual olduğundan bu yaddan çıxdı. Ermənistan xarici təzyiqlərlə "Zəngəzur dəhlizi"nin açılmasına əngəl törətməyə başladı, müxtəlif bəhanələr gətirdi. Mənə belə gəlir ki, "Araz dəhlizi" gündəmə gələndən sonra artıq bu sahədə işlər görülür, həm avtomobil, həm də dəmir yolu çəkilir, Arazın üstündən körpülər salınır. Bizim üçün Arazın o tayında, yaxud bu tayında yolun olması məsələsi əsas deyil, Prezidentin dediyi kimi. əsas Naxçıvana çıxışın əldə olunmasıdır. Azərbaycanın məqsədi Naxçıvana çıxış əldə etməkdir və bizim maraqlarımızı təmin edən istənilən variantdan istifadə edib bu çıxışı əldə edəcəyik. Dövlət olaraq bu məsələdə israrlıyıq. Təbii, Azərbaycanın bu qətiyyətindən də Ermənistan və onun havadarları, məlum ölkələr ciddi narahatlıq keçirir. Bu baxımdan, Azərbaycan Prezidentinin Naxçıvana çıxışın əldə olunması ilə bağlı bəyanatını Ermənistana və onun havadarlarına yönəlik sərt mesaj, tələb kimi qəbul etmək olar. Ermənistana illərdir havadarlıq edənlər də, bu ölkənin özü də bilməlidir ki, heç bir təxribatları Azərbaycanın yolunu kəsə bilməz"-deyə M.Zülfüqarlı qeyd etdi. 

M.Zülfüqarlının sözlərinə görə, Ermənistan təcavüzkarlığı ucbatından 30 il bütün regional layihələrdən kənarda qaldı. M.Zülfüqarlının sözlərinə görə,   Ermənistan "Zəngəzur dəhlizinin" açılmasına razı olduğunu desə də, absurd şərtlər irəli sürür. "Azərbaycan Prezidenti vurğuladı ki, biz sərbəst, asan çıxışın tərəfdarıyıq, bununla bağlı hansısa gömrük yığımı, yoxlamalar, sərhədçilərin prosedurları olmalı deyil. Prezident fikrini açıq bildirdi. Əlbəttə, bu dəhliz açılsa bundan Ermənistan da bəhrələnəcək. Dəhliz açılarsa Bakı-İrəvan dəmir yolu da nə vaxtsa işə düşə bilər. 

Özünü uzun illər dalana salan, inkişafdan saxlayan Ermənistan "Zəngəzur dəhlizi" vasitəsi ilə dünyaya inteqrasiya edə, bu yolla Avropaya, Mərkəzi Asiyaya, Çinə  çıxa bilər. Amma bəzi dünya dövlətləri, ABŞ başda olmaqla Qərb ölkələri həm "Zəngəzur dəhiz"inə, həm də "Araz dəhliz"inə əngəl törətmək yolunu tutub. Burada İran məsələsi var, Amerika da İrana düşmən dövlətdir, bu səbəbdən "Araz dəhlizi"nin açılmasını istəmir. Azərbaycan isə buna diplomatik cavab verir ki, bu, Azərbaycanın müstəqil dövlət olaraq beynəlxalq hüquqa söykənən hüququdur. Bu bizim öz işimizdir, hardan dəhliz, hardan yol açırıq bunun bizə aidiyyəti var, başqa dövlətlərə dəxli yoxdur. Amerikanın İranla problemi varsa onu başqa yerdə həll etsin..."-deyə qeyd edən M.Zülfüqarlı bildirdi ki, Azərbaycan əməkdaşlıq üçün bu dəhlizləri açmaq istəyir, Amerika  isə okeanın o tayında oturub bütün bölgələri öz siyasətinə uyğun idarə etmək istəyir, bu da onu nüfuzdan salır. "Ona görə də Ermənistan  rəhbərliyi başqasının ağlı ilə deyil, öz dövlət maraqlarından çıxış edərsə bu dəhlizin açılması onların xeyrinədir. Əgər dəhlizin açılmasına imkan verməsələr Azərbaycan bu problemi "Araz dəhlizi" vasitəsilə həll edir. Yenə də Ermənistan beynəlxalq layihələrdən kənarda qalacaq. Bu da onları narahat edir. ABŞ-ın isə son vaxtlar Azərbaycana qarşı tutduğu mövqe məhz Azərbaycanın Rusiya ilə münasibətlərinə görədir. Onlar Rusiyanın Azərbaycanla olan münasibətlərinin korlanmasını, Azərbaycanın Rusiya ilə münasibətlərində qarşıdurma yaradılmasını istəyirlər. Bunu da Azərbaycan rəhbərliyi yaxşı başa düşür..."-deyə M.Zülfüqarlı bildirdi.

İradə SARIYEVA



VİDEO

SON XƏBƏRLƏR

21.05.2025 / 10:12
Baş nazirdən lisenziya şərtləri barədə MÜHÜM QƏRAR

21.05.2025 / 10:05
İrandakı səfirliyimizə hücum edən şəxs edam olundu- TƏCİLİ

21.05.2025 / 10:00
Sumqayıtda 9 minə yaxın abonent qazsız qalacaq

21.05.2025 / 09:46
İşğaldan azad edilən ərazilərdə tibbi xidmət

21.05.2025 / 09:34
Bu gün Şüvəlan qəsəbəsi işıqsız qalacaq - XƏBƏRDARLIQ

21.05.2025 / 09:25
Tramp 175 milyard dollarlıq planını açıqladı

21.05.2025 / 09:21
Azərbaycana diri mal idxalı 2 dəfə artıb - 6,5 milyon manat itiririk...

21.05.2025 / 09:15
Ronaldo yenə gündəmdədir - bu dəfə bədən quruluşu ilə...

21.05.2025 / 09:06
"Suriya vətəndaş müharibəsinə yaxındır"- ABŞ-dan ŞOK BƏYANAT!

21.05.2025 / 09:00
Ədalət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Ankarada səfərdədir

21.05.2025 / 08:34
Oğurluq üstündə yatan məhbusların sayı sürətlə çoxala bilər - MM-də mübahisəli təklif var...

20.05.2025 / 22:53
Türkiyə kəşfiyyatının rəhbəri ilə Suriya prezidenti YPG-nin tərksilah edilməsini müzakirə etdilər

20.05.2025 / 21:25
Rusiya sanksiyaları ilə bağlı Azərbaycanı Qərblə üz-üzə qoyan şirkət kimindir...

20.05.2025 / 21:12
Baltikdə Rusiya-NATO müharibəsi hər an başlaya bilər...

20.05.2025 / 20:57
Azərbaycanın idxal-ixrac əməliyyatlarında təhlükəli vəziyyət var - yeni bazarlar tapılmalıdır...

20.05.2025 / 20:43
Azərbaycan-Ermənistan dövlət rəhbərlərinin görüşü hazırkı şəraitdə nəyi dəyişə bilər?..

20.05.2025 / 20:29
Ermənistan Azərbaycanla sazişi Rusiyanın 102-ci bazasına qarşı çevirir...

20.05.2025 / 20:15
Cihangir İşbilir: “Həm Azərbaycan, həm də Türkiyə xalqı üçün ailə dəyərləri çox böyük önəm kəsb edir”

20.05.2025 / 20:08
Rusiya əsas kuklasını İrəvanda yenidən oyuna daxil etdi - kukla isə 2008-in böyük sirrini açdı...

20.05.2025 / 19:57
Avropa Rusiya ilə ticarətə tam embarqo qoymağa hazırlaşır - Kreml inanmaq istəmir...

20.05.2025 / 19:45
Tramp Putinlə Ukrayna danışıqlarında "öz ticarətini" razılaşdırdı"...

20.05.2025 / 19:37
Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib - FOTO

20.05.2025 / 19:31
150 il - Milli mətbuat tarixi dövlətçiliyimizin mühüm səhifəsidir...

20.05.2025 / 19:18
Nəzakət Məmmədovanın “Köhnəlməyən xiffət” və “Yurd hasreti” kitablarının təqdimatı keçirilib - FOTO

20.05.2025 / 19:04
Bir günə münaqişəni həll etməyi vəd edən Tramp 4 aya Putini qalib etdi

20.05.2025 / 18:58
Bakı məhkəməsində Ermənistanın sabiq prezidenti Ter-Petrosyan da ifşa edildi...

20.05.2025 / 18:44
2 saatlıq Tramp-Putin danışığının nəticəsi - sanksiyalar sərtləşəcək...

20.05.2025 / 18:31
Nəcməddin Sadıqova şəxsən verilmiş 19 milyon manatın taleyi məhkəmədə hələ açılmayıb...

20.05.2025 / 18:17
Paşinyan Rusiya bazalarını ölkədən çıxarmaqdan geri çəkildi - müvəqqəti...

20.05.2025 / 18:02
4-5 min maaş alıb “dolana bilməyən” rəsmilərin çıxışları kəskin qınanır...

20.05.2025 / 17:48
ABŞ-İran nüvə danışıqları iflasa uğradı - ABŞ elə şərt qoydu ki...

20.05.2025 / 17:32
Şamaxıda 10 kq qızıl talayıb qaçan dəstə üzvləri bataqlıqda yaxalandı

20.05.2025 / 17:28
Moskvada Stalinə abidə qoyuldu - Kremlin örtülü mesajları...

20.05.2025 / 17:15
Xarici ticarət dövriyyəmizdə böyük inkişaf var - 17 milyard dollara yaxın...

20.05.2025 / 17:03
Qələbə paradı ərəfəsində Moskvanın mərkəzində terror aktlarının qarşısı alınıb...

20.05.2025 / 16:50
Məhkəmə sabiq bağça müdirinin iddialarını rədd etdi

20.05.2025 / 16:26
“Bakcell” süni intellekt təlimi təşkil etdi - FOTO

20.05.2025 / 16:10
Trampdan qudasına jest - Çarlz Kuşner ABŞ-ın Parisdəki səfiri təyin edildi

20.05.2025 / 16:07
"Macarıstanın üzləşdiyi istənilən çətinlik zamanı Prezident Əliyev həmişə bizim yanımızda olub" - Orban

20.05.2025 / 15:52
DİN silsilə əməliyyatlar keçirdi - 10 nəfər saxlandı, 75 kiloqram narkotik dövriyyədən çıxarıldı...

20.05.2025 / 15:50
Bloomberg: “Tramp “əllərini sallayıb” danışıqlardan uzaqlaşır, Putin qalib gəlir”

20.05.2025 / 15:48
Yəmən husiləri İsrailin Hayfa limanını blokadaya aldıqlarını açıqladı

20.05.2025 / 15:47
Tramp günahı yenə Zelenskinin üstünə atdı: - “Onunla məşğul olmaq asan deyil”

20.05.2025 / 15:40
Prezident: "Macarıstan müstəqil siyasət aparan nadir ölkələrdən biridir"

20.05.2025 / 15:37
Xamenei ABŞ-la danışıqların uğurlu olacağına şübhə edir - bu böyük səhvdir...

20.05.2025 / 15:35
"Macarıstanla energetika sahəsində uğurlu əməkdaşlıq edirik" - Prezident

20.05.2025 / 15:29
Prezident İlham Əliyev Budapeştdə Ermənistan-Azərbaycan sülh prosesi barədə danışdı

20.05.2025 / 15:21
"Macarıstanla Azərbaycan dost ölkələr, strateji tərəfdaşlardır" - Prezident İlham Əliyev

20.05.2025 / 15:18
“İçərişəhər” qoruğunda İntiqam Babayevin yerinə aparat rəhbəri təyin olundu

20.05.2025 / 15:03
Avropanın mərkəzində Türk Zirvəsi - İlham Əliyev mesajlar verdi…

20.05.2025 / 15:02
Prezident İlham Əliyevin Orbanla geniş tərkibdə görüşü olub - FOTO/YENİLƏNDİ

20.05.2025 / 14:46
İsveç Kralı Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

20.05.2025 / 14:43
Petr Pavel Prezident İlham Əliyevi təbrik etdi

20.05.2025 / 14:40
Prezident İlham Əliyevin Orbanla məhdud tərkibdə görüşü olub - FOTO

20.05.2025 / 14:36
Macarıstan parlamenti təsdiqlədi - ölkə Beynəlxalq Cinayət Məhkəməsindən çıxdı...

20.05.2025 / 14:36
Avstriya Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb

20.05.2025 / 14:32
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

20.05.2025 / 14:27
III Çarlz Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

20.05.2025 / 14:22
Qadın məhkum ərinə ayaqqabısının içində telefon keçirməyə cəhd etdi...

20.05.2025 / 14:10
Bank kartı məlumatlarının paylaşılması əmanətlər üçün təhlükə doğurur - DİN-dən növbəti xəbərdarlıq...

20.05.2025 / 13:46
Bakıda iki məktəb direktoruna şiddətli töhmət verildi

20.05.2025 / 13:36
Prezident İlham Əliyev Macarıstana işgüzar səfərə gəlib - FOTO

20.05.2025 / 13:23
Məktəblərdə "Son zəng" tədbirləri bu tarixdə keçiriləcək

20.05.2025 / 13:10
Врачи, ставшие палачами. Карательная медицина в СССР - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

20.05.2025 / 12:18
“MTK-lara dövlət nəzarəti gücləndirilməlidir”

20.05.2025 / 12:16
Ermənistana casusluq edən İqbal Əbilova hökm oxunub

20.05.2025 / 12:10
Sahibə Qafarova Madriddə Prado muzeyində olub

20.05.2025 / 12:05
Rusiyadan qaçırlar, aclıq başlayıb, ərzaq talonu sisteminə keçdilər

20.05.2025 / 11:40
Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçiriləcək

20.05.2025 / 11:25
Hindistanda cəsus qalmaqalı -11 Pakistan "cəsusu" həbs edildi!

20.05.2025 / 11:19
Hamilə Rihanna "Cənnət və cəhənnəm"in qala gecəsində...

20.05.2025 / 11:12
Vergi ödəyicilərinin əmlakları hərraca çıxarılacaq - Dövlət Xidməti

20.05.2025 / 11:06
Bakı məktəblərində monitorinqlər başlayıb - 2 məktəb direktoru işdən çıxarılıb

20.05.2025 / 11:03
Paşinyan Azərbaycana rəsmən yalvarır . Dərdi nədir? - CANLI

20.05.2025 / 11:00
Kukla teatrında kuklalar sərgisi

20.05.2025 / 10:50
30 şübhəli saxlanılıb - Polis

20.05.2025 / 10:38
CNN:-“Putinin ABŞ-ın mövqeyinə ehtiyacı yoxdur”

20.05.2025 / 10:35
Prezident İlham Əliyev “GlobE Network” plenar iclasının iştirakçılarına müraciət ünvanlayıb

20.05.2025 / 10:25
4 günlük Hindistan-Pakistan müharibəsi Fransanın reputasiyasını yerlə bir etdi - İndoneziya Fransa qırıcılarından rəsmən imtina etdi

20.05.2025 / 10:12
"Azərbaycan korrupsiyaya qarşı mübarizəni hər zaman həm milli prioritet kimi qəbul edib"

20.05.2025 / 10:04
Ölkəmizdə korrupsiyaya qarşı mübarizə kompleks yanaşma əsasında aparılır - Baş prokuror

150 il - Milli mətbuat tarixi dövlətçiliyimizin mühüm səhifəsidir...

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678