COP29 üçün Azərbaycana gələnlərə viza pulsuz veriləcək
Azərbaycan Hökuməti UNFCCC Onlayn Qeydiyyat Sistemi (onlinereg.unfccc.int/onlinereg) vasitəsilə COP29-a qeydiyyatdan keçmiş iştirakçılar üçün pulsuz “COP29 Xüsusi Viza”nı tətbiq edib. Bu barədə Azərbaycan XİN məlumat yayıb.
Qeyd edilib ki, “COP29 Xüsusi Viza” rəsmi portal vasitəsilə tam onlayn ərizə təqdim edildikdən sonra və ya Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqlarına tam ərizə təqdim edildikdən sonra üç (3) iş günü ərzində veriləcək.
"Vizanın bitmə tarixi “COP29 Xüsusi Viza”sında göstərilib. Viza sahibi vizanın bitmə tarixindən əvvəl Azərbaycan Respublikasını tərk etməlidir. Əgər rəsmi elektron viza portalı vasitəsilə “COP29 Xüsusi Viza” üçün müraciət etmək qərarına gəlsəniz, lütfən, link vasitəsilə viza portalına daxil olun, formanı doldurun, tələb olunan sənədləri yükləyin və təsdiq üçün ərizənizi təqdim edin. Təsdiq edildikdən sonra siz "COP29 Xüsusi Viza"nızı endirmək üçün linki olan viza təsdiqi e-poçtu alacaqsınız.
Hazırda Azərbaycan Respublikası ilə bir sıra ölkələr arasında ikitərəfli hökumətlərarası sazişlər əsasında vizasız rejim mövcuddur. İştirakçılar vizasız rejim ölkələri haqqında əlavə məlumatı aşağıdakı linkdən əldə edə bilərlər - www.mfa.gov.az/en/category/visa/visa-free-countries.
Bu halda iştirakçılar Azərbaycan Respublikasına vizasız daxil ola bilərlər və “COP29 Xüsusi Viza” üçün müraciət etmələrinə ehtiyac yoxdur. İştirakçılara BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (UNFCCC) qeydiyyatı təsdiqləndikdən və etibarlı viza ilə Azərbaycan Respublikasına səfər etdikdən sonra dərhal “COP29 Xüsusi Viza” üçün müraciət etmək tövsiyə olunur.
COP29 Xüsusi e-viza müraciəti haqqında ətraflı məlumatı aşağıdakı linkdən əldə etmək olar:
evisa.gov.az/cop29/assets/docs/COP
Viza tənzimləmələri ilə bağlı suallar üçün [email protected] ünvanına müraciət edin", - XİN-dən bildirilib.