Ermənistanda məmur özünü güllələdi!
Ermənistanda daha bir məmur özünü güllələyib. Hadisə dünən Armavir vilayətində baş verib. "Panorama"am" saytının yazdığına görə, süd zavodunun direktoru 37 yaşlı V. iş otağında özünü güllələyib. Bildirilir ki, o, döş qəfəsinin sol yarısının güllə yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Hadisə yerində tapança götürülüb. Direktorun özünəqəsdinin səbəbi açıqlanmır.
Mətləb