"Bu nəticə yeniyetmə idmanımızın göstəricisidir" - nazirdən palaşım
Gənclər və idman naziri Fərid Qayıbov Nazirliyin rəsmi saytındakı paylaşımında Bəhreyndə keçirilən Gimnaziada İdman Oyunlarında Azərbaycan təmsilçilərinin çıxışı ilə bağlı yazıb. Nazir qeyd edib ki, bu nəticə yeniyetmə idmanımızın göstəricisidir. SİTAT:
"Öncəki yarışda ölkəmiz cəmi iki medal qazanmışdı. Bu dəfə isə 160 idmançı ilə 16 idman növündə iştirak edən ölkəmiz 23-ü qızıl, 26-sı gümüş və 28-i bürünc olmaqla, ümumilikdə 77 medal qazandı, ölkəmiz ümumi sıralamada 7-ci yeri tutdu. Bədii və aerobika gimnastikası, boks, güləş, taekvondo, qılıncoynatma, cüdo, paracüdo və paraüzgüçülükdə medallar qazanıldı. Bu nəticə yeniyetmə idmanımızın göstəricisidir. Şübhəsiz ki, xarici ölkələrdən olan həmyaşıdları ilə tanışlıq əlaqələri qurmaq, bu cür multi-idman yarışında beynəlxalq təcrübə qazanmaq onlar üçün böyük önəm daşıyır".
Mətləb Salahov