Somali Prezidenti COP29-da iştirak edəcək
Somali Prezidenti Həsən Şeyh Mahmud BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək.
Bunu Somali Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Fathudin Ali Mohamed Prezident İlham Əliyevlə görüşündə bildirib.
COP29-un ölkəmizdə keçirilməsi ilə bağlı təbriklərini çatdıran Fathudin Ali Mohamed Somali Prezidentinin bu tədbirdə iştirak edəcəyini bildirərək, vurğulayıb ki, COP çərçivəsində Azərbaycan və Somali dövlət başçılarının keçiriləcək görüşü münasibətlərimizin inkişafına əlavə təkan verəcək.