Bazar ertəsi günü, 14 iyul 2025
     

"Seçkidən əvvəl Gürcüstana təxribatçılar, qan tökənlər və kəşfiyyatçılar gətirilib" - ŞOK SSENARİNİN DETALLARI...

Image

Qərbin Gürcüstana məlum münasibəti ABŞ və Avropanın etibarlı müttəfiq olmadığını bir daha təsdiqlədi. Hazırda rəsmi Tiflisə qarşı Qərbin total xarakterli hücum həyata keçirdiyi müşahidə olunur. ABŞ, Kanada və İsveç Gürcüstanda seçkilərin guya Moskva tərəfindən saxtalaşdırıldığını və manipulyasiya edildiyini deyən müxalifət tərəfdarlarını daha açıq şəkildə dəstəkləyirlər. 

Artıq Kanada və İsveç Gürcüstanın hazırkı hökumətini hədəf alan konkret addımlar atdıqlarını açıqlayıb. İsveç Gürcüstan hökuməti ilə hər hansı birbaşa əməkdaşlığa son verdiyini, Kanada isə gürcü hakimiyyət orqanları ilə əlaqələrini nəzərdən keçirdiyini bildirib. İsveçin inkişaf əməkdaşlığı və xarici ticarət naziri Benjamin Dousa açıqlamasında bildirib ki, Stokholmda Gürcüstanda "narahatedici" siyasi proseslərlə bağlı "uzun müddətdir narahatlıqlar" mövcuddur və Qərb müşahidəçiləri tərəfindən qeyd edilən qanun pozuntuları bu narahatlığı təsdiqləyir: "Buna görə də hökumət, Gürcüstanın vergi orqanı da daxil olmaqla, hələ də davam edən birbaşa İsveç-Gürcüstan əməkdaşlığını dayandırır". Onun sözlərinə görə, eyni zamanda, İsveç Gürcüstanın vətəndaş cəmiyyəti üçün təxminən 2,3 milyon dollar dəyərində vəsait ayıracaq. Kanada Xarici İşlər Nazirliyi açıqladığı bəyanatda səsverməni izləyən beynəlxalq müşahidəçilər tərəfindən qeyd edilən "seçicilərə hədə-qorxu gəlmək, səslərin satın alınması və seçki günü digər pozuntular" ilə bağlı narahatlıq ifadə edib. Kanada xarici İşlər Nazirliyinin bu xüsusda bəyanatında deyilir: "Böyük yeddilik" və avropalı tərəfdaşlarımızla koordinasiyada və bu seçkinin gedişi və nəticələrini nəzərə alaraq, Kanada Gürcüstan rəhbərliyi ilə münasibətlərini yenidən qiymətləndirəcək. Gürcüstan rəhbərliyi demokratiyaya, insan haqlarına, qanunun aliliyinə hörmət etdiyi və son demokratik geri çəkilmələri aradan qaldırdığı müddətdə Kanada Gürcüstanla əməkdaşlığa açıq qalır". ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri, Merilend ştatından demokrat senatoru Ben Kardin qeyd edilən pozuntuların "narahatedici və məyusedicidir" olduğunu və bunun Avropa və ABŞ-ın Gürcüstanın prinsiplərdən geri çəkildiyi barədə "dəfələrlə xəbərdarlıq etdiyi" bir vaxtda baş verdiyini bildirib: "Mən seçkidən sonrakı mühiti yaxından izləməyə və ABŞ-Gürcüstan münasibətlərində müvafiq addımları müəyyən etmək üçün Bayden-Harris administrasiyası ilə işləməyə davam edəcəyəm". Qərbin xəbərdarlığı prezident Salome Zurabişvilinin ölkənin hakim partiyanı Rusiyasayağı taktika tətbiq etməkdə ittiham etməsindən və nəticələri tanımaqdan imtina etməsindən sonra müxaliflərin küçələrə çıxdığı vaxt gəlib.

Bu arada Zurabişvili Qərbi hakim "Gürcü Arzusu" partiyasına "oğurladığı" səsləri yenidən saymaq üçün təzyiq göstərməyə səsləyib. Qeyd edib ki, bu baş verməsə, ölkənin Avropa perspektivini itirəcəyini deyib. Zurabişvili və müxalifət 300 minədək səsin hakim partiyanın xeyrinə yönəldiyini, nəticədə "Gürcü Arzusu"nun 54 faiz səs topladığını söyləyir. Amma maraqlıdır ki, bu iddiaları ortaya qoyan hansısa dəlil təqdim edilmir. Zurabişvili isə Qərbi hakimiyyətə qarşı hərəkətə keçməyə çağırıb: "Qərb təzyiq göstərməsə, Gürcüstanı öz tərəfində saxlamaq və Avropa perspektivimizi qorumaq üçün bütün imkanlarını sınamamış olacaq". Zurabişvili bildirib ki, "exit-poll" sorğuları Mərkəzi Seçki Komissiyasının rəsmi nəticələri ilə haçalanır. Müxalifətin iki exit-poll-u hakim partiyanın 42 faiz, rəsmi bilgilərsə 54 faiz səs topladığını açıqlayıb. MSK bütün müxalifət qüvvələrinin toplam 37 faiz səs topladığını bildirib. Etirazlara çağıran Zurabişvili bildirib ki, rəsmi nəticəyə Moskva təsir edib: "Bunlar Rusiyanın xüsusi əməliyyatı – xalqımıza, ölkəmizə qarşı həyata keçirilən hibrid müharibənin yeni formalarından birinin sübutudur". Rusiya seçkilərə təsir göstərməsinə dair ittihamları rədd edib. Rusiyalı politoloq Dmitri Solonnikov bildirir ki, seçkilərdə radikal qərbyönlü müxalifət, Saakaşvilinin varisləri qalib gəlsəydi, çox güman ki, onlara əvvəlcədən son dərəcə aqressiv istiqamətdə Ukrayna ssenarisini izləmək tapşırığı veriləcəkdi: "Belə olan halda Gürcüstan Rusiyaya qarşı ikinci cəbhə açacaqdı. Yeni böyük müharibə başlayacaqdı. Qərb qüvvələri tərəfindən Gürcüstanın radikal müxalifəti qarşısında belə bir vəzifə qoyulmuşdu. Radikal müxalifətin vəzifəsi "müştəri"nin tapşırığını yerinə yetirmək, gələcək təminatı üçün qonorar almaqdır. Bir ölkə olaraq Gürcüstanda və bütün Cənubi Qafqazda nələrin baş verəcəyi isə onlar üçün əhəmiyyət kəsb etmir. Məsələn, Gürcüstanın hazırkı prezidenti Salome Zurabişvili Fransa vətəndaşıdır. Nəsə yolunda getməsə, o dərhal Fransaya gedəcək". Solonnikovun sözlərinə görə, Qərb qüvvələrinin Gürcüstanda radikal müxalifəti hakimiyyətə gətirmək planı hələ tam silinməyib: "Parlamentə daxil olan bir sıra müxalifət partiyaları artıq mandatlarından imtina etdiklərini bəyan ediblər. Gürcüstan prezidenti mitinqlər keçirir və insanları seçkinin nəticələrinə etiraz etmək üçün küçələrə çıxmağa çağırır. ABŞ və 13 Aİ ölkəsi Gürcü Arzusunu hədələyir və seçki zamanı iddia edilən pozuntuları araşdıracaqlarını deyirlər. Gürcü Arzusu indi ayaqda qalsa və onun qələbəsi təsdiqlənsə, kənardan müdaxilə və mümkün radikal təxribatlar, o cümlədən terror aktları ilə vəhşi etirazlar olmayacaq, deməli, bu, Cənubi Qafqaz üçün yaxşıdır. Məlumat var ki, seçkidən əvvəl Gürcüstana muzdlular, Ukrayna casusları, təxribatçılar, qan tökməli olan şəxslər gətirilib. Çevriliş ssenarisini həyata keçirə biləcəklər, ya yox, bilinmir. "Gürcü Arzusu"nun qələbəsi region üçün daha böyük təhlükəsizlik və sülh proseslərinin mümkünlüyü demək olardı". Xatırladaq ki, "Gürcü arzusu" partiyası 2012-ci ildən hakimiyyətdədir. Qərbyönümlü siyasət apardığını söyləsə də, ABŞ və Avropa ondan narazılıq edir.

Samirə SƏFƏROVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

14.07.2025 / 20:35
Azərbaycanın "yaratdığı" Yeni Kaledoniya Dövləti müstəqil xarici siyasət aparacaq... Konstitusiyada ayrıca maddə...

14.07.2025 / 20:21
Azərbaycan qazının Suriyaya nəqlinin bir neçə marşrutu gözdən keçirilir...

14.07.2025 / 20:07
Supermarketlərimiz yerli bostan məhsullarına bağlıdır - Çindən qarpız idxalı 300 dəfə artır...

14.07.2025 / 19:53
Avropa Bakıdan əlavə 14 milyard kub qaz istəyir - ancaq problem var...

14.07.2025 / 19:40
İki dövlətli həll prosesində yeni ADDIMLAR: Nyu-Yorkda sərt mesajlar veriləcək

14.07.2025 / 19:37
Azərbaycan Yeni Kaledoniyanı dövlət kimi tanıyan ilk ölkə olacaq...

14.07.2025 / 19:25
Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu Aydın Quliyevi təbrik etdi

14.07.2025 / 19:12
Mətbuatın 150 illiyi həm dövlətçilik, həm də ictimai hadisədir...

14.07.2025 / 18:57
ABŞ Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif etdi - səfir rəsmən təsdiqlədi...

14.07.2025 / 18:44
Rusiya pomidor ticarətindən Azərbaycana 1,2 milyard dollar ziyan vuracaq?..

14.07.2025 / 18:41
“Başlıbel: yaranışdan işğaladək” kitabının təqdimatı keçirilib

14.07.2025 / 18:30
Müxalifətə münasibətdə Fransa ilə Rusiya eyni ölkələrdir - qətllər, təqiblər...

14.07.2025 / 18:16
Azərbaycanın tərəvəzində həqiqətən xəstəlik tapılır, ya Rusiyada məsələ siyasiləşdirilir...

14.07.2025 / 18:02
Bakıda qapalı Suriya-İsrail danışıqlarında hər tərəfdən bir nəfər iştirak etdi... Çox ilginc...

14.07.2025 / 17:48
Putindən İrana gizli “nüvə mesajı” - Rusiyanın məqsədi nədir...

14.07.2025 / 17:35
40 nəfər bağça direktoru niyə “vuruldu”?..

14.07.2025 / 17:22
Suraxanıda oğurluq edənlər saxlandı...

14.07.2025 / 17:14
Mətbuat Şurası Aydın Quliyevi 65 illik yubileyi münasibətilə təbrik etdi - FOTO

14.07.2025 / 17:02
Mətbuat Şurası “Sputnik Azərbaycan”la bağlı durumu müzakirə etdi - Kartavıxın və Belousovun həbslərinin jurnalist fəaliyyətləri ilə heç bir əlaqəsi yoxdur...

14.07.2025 / 16:46
Zelenski təsdiqlədi - Ukraynanın yeni baş naziri o olacaq...

14.07.2025 / 16:31
İstilik təchizatı haqqında Qanun təsdiqləndi

14.07.2025 / 16:29
Azərbaycanda Axar-Baxar və İlisu milli parkları yaradılır - SƏRƏNCAM

14.07.2025 / 16:28
Trend-in informasiya dəstəyi ilə UNESCO-da İçərişəhərin Dünya İrs Siyahısına daxil edilməsinin 25 illiyi qeyd edilib – Sahil Kərimli

14.07.2025 / 16:23
Putinin müdafiə naziri ilə bağlı şok xəbər - sevgilisini 100 milyonluq nəhəng hərbi təyyarə ilə gözəllik salonuna apardı…

14.07.2025 / 16:10
Vətən sevgisinin ən uca zirvəsi...

14.07.2025 / 15:57
Görkəmli filosof Ziyəddin Göyüşov haqqında düşünçələrim...

14.07.2025 / 15:56
BMU-da “Yay məktəbi”ndə tədris aparan koreyalı müəllimlərlə görüş olub

14.07.2025 / 15:56
Trampdan Rusiyaya qarşı sərt qərar - Ukraynaya Moskvanı vura biləcək raketlər göndərilir…

14.07.2025 / 15:25
"Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin ən tez zamanda imzalanacağına ümid edirik" - Ursula fon der Lyayen

14.07.2025 / 14:48
Müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu tarix

14.07.2025 / 14:44
2024-də ali məktəblərə qəbuldə ən aşağı və ən yüksək nəticə göstərən rayonlar - Şahbuz, İsmayıllı və Naftalan...

14.07.2025 / 14:30
Xocalının Təzəbinə kəndinə ilk köç - 28 ailə...

14.07.2025 / 14:23
Bakıda evlərdən 11 min manata yaxın pul oğurlandı - saxlananlar var...

14.07.2025 / 14:17
"Gitara ifaçısı olduğumu biləndən sonra dırnaqlarımı çıxardılar, barmaqlarımı sındırdılar" - Xocalı soyqırımı zamanı həyat yoldaşı öldürülmüş, özü girov götürülmüş zərərçəkən

14.07.2025 / 13:52
DİM sədri 5 il ərzində bəzi ixtisasların ləğv olunacağını açıqladı...

14.07.2025 / 13:47
Külli miqdarda narkotiki ölkə ərazisinə keçirməyə cəhd edən şəxs sərhəddə saxlandı...

14.07.2025 / 13:33
Ali məktəblər subbakalavrların qəbulundan imtina edir - səbəbini Məleykə Abbaszadə açıqladı

14.07.2025 / 13:19
"Ali təhsil müəssisələri attestatla qəbul imkanına etiraz ediblər" - DİM rəhbəri

14.07.2025 / 13:16
Putinin Ermənistan planı - Paşinyanın qarşısına Karapetyanı çıxarır

14.07.2025 / 13:07
Кто победит в этой схватке - Азербайджан или Россия? - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

14.07.2025 / 12:57
"Proseslərə özümün belə müdaxilə etməyim qeyri-mümkündür" - Məleykə Abbaszadə

14.07.2025 / 12:46
“Media haqqında” Qanuna təklif edilən dəyişikliklər təsdiqləndi

14.07.2025 / 12:37
Şəxsiyyət vəsiqələrində dəyişiklik - yaşayış yeri və vətəndaşlıq məlumatları olacaq...

14.07.2025 / 12:22
“Xüsusi icra məmurları haqqında” yeni qanun qüvvəyə mindi

14.07.2025 / 12:17
Azərbaycanın daha bir uğuru: Nizami Tibb Mərkəzi də HIMSS beynəlxalq akkreditasiya sertifikatı əldə etdi

14.07.2025 / 12:08
Gəncədə keçirilən art-terapiya kursu uşaqların sosial inkişafına dəstək olur

14.07.2025 / 12:02
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması xidməti “mygov”da təmin olunub

14.07.2025 / 11:50
Vüqar Rəhimzadə: Ümummilli Liderin 1969-cu ildə birinci dəfə hakimiyyətə gəlişi Azərbaycanın qurtuluş tarixinin başlanğıcıdır

14.07.2025 / 11:46
Rusiyadan miqrantlara "sürpriz" - rüsumlar artırılır...

14.07.2025 / 11:12
Milli Məclis iclas keçirir - mühüm məsələlər müzakirəyə çıxarılıb

14.07.2025 / 11:05
Yoahim Löv Özbəkistan yolçusudur...

14.07.2025 / 11:03
Azərbaycan düşmənləri mat vəziyyətinə saldı! - FOTO

14.07.2025 / 11:00
Bu iki rayonda qaz olmayacaq - XƏBƏRDARLIQ

14.07.2025 / 10:35
Tramp xüsusi elçisini Ukraynaya yollayıb

14.07.2025 / 10:29
Bu il 6 mindən artıq istifadəçi hakerlərin qurbanına çevrilib

14.07.2025 / 10:21
Suriyada yerli tayfalar bir-birini qırırlar - 37 nəfər ölüb...

14.07.2025 / 10:18
"Çelsi" bu çempionluqdan 114 milyon avro qazandı

14.07.2025 / 10:12
"Benfika" ukraynalı qapıçını satışa çıxardı

14.07.2025 / 10:06
Tramp Ukraynaya silah göndərir - amma pulunu Avropa ödəyəcək...

14.07.2025 / 10:00
Paşinyan Brüsselə yollanıb

14.07.2025 / 09:30
Sabunçuda ölümlə nəticələnən yol qəzası olub

14.07.2025 / 09:21
Azərbaycanda kibercinayətkar həbs edilib - DTX-dan mühüm əməliyyat

14.07.2025 / 09:18
Türkiyənin bu məşhur serialı məhkəməlik oldu

14.07.2025 / 09:12
"Çelsi"dən PSJ-yə futbol dərsi!

14.07.2025 / 09:06
Tramp Böyük Britaniyaya dövlət səfərinə gedəcək - hazırlıq gedir

14.07.2025 / 09:00
Xocalının bu kəndlərinə ilk köç karvanı yola salınıb

14.07.2025 / 08:53
Kaledoniyanın paytaxtında "Azərbaycan abidəsi"...Necədir?

14.07.2025 / 08:51
Fransızlar ŞOKDA- həbsxanadan çantada gizlənib qaçdı...

14.07.2025 / 08:21
“Taxta bazarın”da yanğın olub

13.07.2025 / 20:53
Deputat Elnarə Akimova şəhid general Polad Həşimovun ailəsini ziyarət etdi

13.07.2025 / 19:01
Ukrayna kəşfiyyat polkovnikinə sui-qəsdin qisasını aldı – Kiyevdə azı iki FSB agenti öldürüldü…

13.07.2025 / 18:16
Makron Fransanı çökdürdü, ölkə borc içində batır - pensiya və bütün yardımlar dondurulur…

13.07.2025 / 17:10
Tramp Kiyevə silah göndərmək üçün Rusiyanın ABŞ-dakı 5 milyardını müsadirə edə bilər…

13.07.2025 / 17:07
Tanınmış aktrisa Rəsmiyyə Nurməmmədovanın 60 illiyi səhnədə qeyd olunub

13.07.2025 / 16:50
"Azərbaycanla Ermənistan arasında keçirilən sülh danışıqlarını diqqətlə izləyirik" - Ərdoğan

13.07.2025 / 16:43
"Azərbaycan-Suriya əlaqələri ölkəmizin Yaxın Şərq siyasətində mühüm istiqamətdir" - Vüqar Rəhimzadə

13.07.2025 / 15:54
İran prezidentinin İsrailin 16 iyun hücumunda yaralandığı ortaya çıxdı…

13.07.2025 / 15:19
Yeni Kaledoniyada müstəqillik tərəfdarları və əleyhdarları arasında tarixi razılaşma əldə olundu

13.07.2025 / 14:56
Sinir ağrıları və efir enerjisi ilə müalicə

13.07.2025 / 14:37
"Azərbaycan Avrasiya üçün strateji əlaqələndirici rola malikdir" - Elnur Məmmədov

13.07.2025 / 13:50
Gülzar Namazovanın "Vətən müharibəsi ensklopediyası" adlı kitabının təqdimatı keçirildi - FOTO/VİDEO

Mətbuatın 150 illiyi həm dövlətçilik, həm də ictimai hadisədir...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910