Çərşənbə günü, 9 iyul 2025
     

Müğənnilərdən vergi borcu olan elə tək Ağadadaş Ağayevdir?..

Image

Aydın Xan Əbilov: "Müğənnilərin, sənətçilərin bir çoxu nəinki vergi ödəmir, hətta toyda qazandıqları pulla bağlı vergi orqanlarına vaxtlı-vaxtında hesabat belə vermirlər"  

Azərbaycanda müğənnilərin, şou-biznesdə tanınan şəxslərin, musiqiçilərin qazanclarının kifayət qədər olduğu barədə məlumatlar mətbuatda yer alır, hətta onların toy qiymətləri də vaxtaşırı olaraq açıqlanır. 

Bir neçə istisnanı nəzərə almasaq, bizim müğənnilər vergi ödəmək məsələsində çox passivdilər. Məsələn, Türkiyədə müğənnilər bir-biri ilə kim dövlətə daha çox vergi ödəyir məsələsində yarışırlar. Hər bir müğənni çalışır ki, dövlətin vergisini vaxtlı-vaxtında ödəsin, adı liderlər sırasında olsun. Bizdə isə əksinədir. Yəni Azərbaycanda nə qədər müğənni vergidən yayınır və onların dövlətə külli miqdarda borcları var. Onların içində yalnız Ağadadaş Ağayev məhkəməyə verilib. Bu günlərdə məlumat yayılıb ki, xalq artisti Ağadadaş Ağayev vergi borcuna görə məhkəməyə verilib, hətta onun ölkədən çıxışına qadağa qoyulub. 

Bəs başqa müğənnilərin vergi borcu necə olacaq? Bu ölkədə vergidən yayınan müğənni təkcə Ağadadaş Ağayevdir ki? 

Əlbəttə yox, vergidən yayınan müğənnilər əl-qolunu sallayıb gəzir. Vergi xidmətindən gələn bildirişlərə əhəmiyyət vermir çoxu. 

Amma sadə bir vətəndaşın vergiyə bir qəpik borcu olanda belə ödəməyə məcbur edilir, hətta müəyyən prosedurlar da həyata keçirilir, amma şou müğənnilərinə heç bir cəza verilmir, məcburi ödənişə cəlb edilmir. 

Bunlar günü-gündən qanunları saymaz olurlar. Hər toydan 10 min manat pul qazanırlar, amma vergi ödəmirlər. Vergi orqanları da onlara loyal yanaşır. 

Mətbuatda gedən araşdırmalardan birinə diqqət yetirək: 

"Müğənnilərin el şənliklərindən əldə etdikləri qazancın, şabaşın məbləği istər sosial mediada, istərsə də cəmiyyətdə hər zaman müzakirə mövzusu olub. Tanınmış müğənni Kərim Abbasovun toydan əldə etdiyi qazancla bağlı verdiyi açıqlama da birmənalı qarşılanmayıb.

O qeyd edib ki, iştirak etdiyi toyların birində 15 dəqiqə ərzində 28 min dollar şabaş qazanıb. O. həmçinin bildirib ki, müğənni həmkarı - Xalq artisti Röya Ayxan da həmin toya çox yüksək məbləğə, yarım saat iştirak üçün 45 min dollara dəvət olunub.

Bu açıqlamadan sonra sosial şəbəkələrdə onların qazandığı bu qədər pula görə vergi ödəyib-ödəməmələri müzakirə olunub".

Mətbuat 30-a yaxın sənətçinin vergi borclarını araşdırıb və bəlli olub ki, onların xeyli hissəsinin borcu var. 

"Çünki bir çox müğənnilər məmurların övladlarının toyunda oxuyurlar, buna arxayın olurlar..."

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana portalının və www.yenimedia.net saytının təsisçisi/baş redaktoru, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov "Bakı-Xəbər"ə  şərhində bildirdi ki, bütün dünyada vergi, maliyyə sistemi dövlətin şah damarı sayılır. A.X.Əbilov qeyd etdi ki, bu, dünya tərəfindən qəbul edilmiş qızıl qaydadır. Ekspertin sözlərinə görə, inkişaf etmiş dövlətlərdə maliyyə sanksiyaları, dövlət bücəsinə ödəmələr vətəndaşın ictimai bir fiqir olduğuna dəlalət edən əsas xüsusiyyətlərdən sayılır. O, təəssüflə qeyd etdi ki, Sovet dövründə bir çox sahələrdə olduğu kimi, bu sahədə də boşluqlar vardı, çox az məvacib verən Sovet hökuməti bu məvacibdən, gəlirdən vergi tutmurdu. A.X.Əbilov dedi ki, o vaxt özəl şirkətlər, fərdi biznes yox idi deyə iş yerləri dövlətə aid idi.  O dövrdə qəribə vergi növlərinin olduğunu deyən ekspert bildirdi ki, əgər bir şəxs müəyyən yaşdan sonra ailəli deyildisə o subaylıq vergisi ödəyirdi. "Biz bazar iqtisadiyyatı dövrünə qədəm qoymuşuq. Vaxtilə dövlətə aid olan bir çox sahələr özəl sektora keçdi, fərdi sahibkarlıq inkişaf edir. Kapitalizm sistemi bizi vergi və dövlət büdcəsinə ödəmələrin vaxtlı-vaxtında ödənilməsini dərk etməyə çağırır. Bu bütün vətəndaşlara aiddir, həmçinin şou-biznesdə və kreativ sənayedə çalışan şəxslərə də. Lakin bizdə vergi dövlət qurumlarında və səneyedə çalışanlara daha çox şamil olunur. Bəzi fərdi qurumlarda işləyənlərə də bu sahədə ciddi nəzarət edilir. Amma fərdi olaraq hansısa biznes sahəsində çalışan, yaxud işləyən şəxslərə vergi orqanları o qədər də nəzarət etmirlər. Yaxud bu sahəni sadəcə özbaşına buraxıblar. Tutalım, bunların sırasında müğənnilər, pulla Yasin oxuyan mollalar, günəmuzd işləyən fəhlələr və sairlərini götürə bilərik. Biz evimizə bir fəhlə çağırıb beşinci mərtəbəyə divanı qaldıranda onlara buna görə 30 manat pul veririk. Nəzərə alsaq ki, bu adamlar gün ərzində beş divan qaldıra bilər, onun bir gündə qazandığı kifayət qədər məbləğ sayıla bilər. Bu gəlirdən isə o heç bir vergi vermir. Amma mən dövlət qurumunda işləyirəm, dövlət məndən 20 faizə qədər, bəzən çox, bəzən az vergi tutur, yaxud vergiyə aid olan sosial ödəmələri tələb edir. Mənim uşağım da, həmin o vergi verməyən şəxsin uşağı da eyni dövlət məktəbində oxuyur, bu məktəblər də büdcədən maliyyələşir. Xəstələnəndə də İcbari Tibbi Sığorta hər ikimizi fərq qoymadan müalicə edir və pensiyaya çıxanda da, demək olar ki,  pensiyalarımız da eyni olur. Necə olur bu? Bu ədalətlidirmi?

Konkret mövzuya gəlincə, bəli, müğənnilərin, sənətçilərin bir çoxu nəinki vergi ödəmir, hətta onlar toyda qazandıqları pulla bağlı vergi orqanlarına vaxtlı-vaxtında hesabat belə vermirlər.  Yaxud böyük məbləğdə vergi borcları yaranır, o borc onlardan tələb olunmur. Çünki bir çox müğənnilər məmurların övladlarının toyunda oxuyurlar, buna arxayın olurlar, yaxud onların bəziləri, ola bilsin, vergi orqanlarında işləyənlərin tanışlarıdır və sair. Xüsusən də gənc xanım müğənnilər bir də görürsən ki, birdən-birə sıfırdan qalxdığını, ev, bağ aldığını, evini baha qiymətə təmir etdiyini, 500, 200 minlik avtomobil aldığını elan edir. Amma vergi orqanları onlara hər hansı bir sanksiya tətbiq etmir və yaxud sosial ödəmələri, gəlirdən vergiləri ödəməməyin səbəblərini sanki soruşmurlar. Görünən mənzərə budur. Biz belə bilirik, müşahidə edirik. Buna nə ad vermək olar? Birdən-birə 18-20, 30 yaşlı bir sənətçi, toy müğənnisi bu qədər var-dövlətə necə malik ola bilər? Əgər onu kimsə ona bağışlayıbsa, o bağışlayan adam bu qədər pulu hardan əldə edib ki, rahatlıqla müğənnilərə pul xərcləyir, sağa-sola pul səpir? Müğənnilərin vergiləri, sosial ödəmələri  ödəmədikləri ilə bağlı məsələ dəfələrlə qaldırılıb. Nəinki bu, hətta müəllif hüquqları və əlaqəli hüquqlarla bağlı onların şairlərin, bəstəkarların, proqram istehsalçılarının, sənətçilərin və bu sahədə çalışan digər insanların qonorarını kəsməsi barədə dəfələrlə fikirlər səsləndirmişik. Çox mənasız insanlar var ki, bunu anlamır və onları ictami qınağa çəkmək əvəzinə bizi qınayırlar. Tutalım, bir bəstəkar yazılı və yaxud şifahi müqavilə əsasında yazdığı mahnını sata, bağışlaya bilər, yaxud  mahnısını verəndə müqavilədə qeyd edilə bilər ki, hər dəfə bu mahnıdan istifadə edilən zaman müəyyən müəllif kimi ona qonorar verilməlidir"-deyə A.X.Əbilov qeyd etdi.

Elspertin sözlərinə görə, müəllif hüquqlarının müdafiəsi ilə məşğul olan Əqli Mülkiyyət Agentliyi də, başqa ictimai qurum da var. 

Bəstəkarın mahnısı televiziya və radioda səslənərsə oradan müəllifə, oranjemançıya, şairə qonorar verilə bilər. "Amma müğənnilər restoranlarda  oxuyub bu mahnılardan gen-bol istifadə edib pul qazanırlar. Toylarda, ad günlərində, başqa mərasimlərdə bu mahnılardam istifadə edirlər, amma bundan müəllifə və vergiyə bir qəpik də olsun pul verilmir. Vergi qurumları bir vaxtlar şadlıq evlərində, restoranlarda xüsusi kameralar quraşdırdılar və o kameralar vasitəsilə restoran və şadlıq saraylarının sahiblərinin gəlirlərini hesablamağa başladılar. Amma orda oxuyan və saat hesabı ilə 3-4, 5-6 min manat pul qazanan  müğənnilər  üçün sanki heç bir nəzarət funksiyası yerinə yetirilmədi. Bu hesablamaların aparılmadığına, nəzarətin olmadığına görə, Xalq artistindən tutmuş sadə toy müğənnilərinə qədər artıq vergi ödəməməyə meyllər artıb. İki televiziya verlişində iştirak etdikdən sonra gəlib bahalı maşınını nümayiş etdirən, obrazlı şəkildə desək, kreativ sahənin zəhmətkeşlərinin vergidən yayınması ilə bağlı biz nə rəsmi, nə  ictimai qınaq, nə də etirazlar gördük. Nə də toy sahibləri müğənnilərdən tələb etmirlər ki, gedin, bu qazancınızdan vergi ödəyin. Əslində onların maliyyə imkanları yaxşılaşdıqca xalqın, dövlətin inkişafına səbəb olacaq, dövlət büdcəsini zənginləşdirməyə xidmət edəcək ödəmələri etməlidirlər. 

Üstəlik, müğənnilər də özlərindən o qədər razıdır ki, heç nə veclərinə deyil, sanki onlar ayrıca bir zümrədir, başqa planetdən gəliblər, digərilər isə "qara" zümrədir, biz işləməliyik, vergi verməliyik, pensiya fondlarına ödəmələr etməliyik, digər müavinətlərə kömək etməliyik, amma biz bunu müğənnilərin timsalında görmürük. Gəlin baxaq, görək ki, yalnız vergi iləmi bağlı problemlər var? Hansı müğənni  COP29-la bağlı ekoloji bir hərəkat başladıb? Biz bunu görmürük. Dövlət müəssisələri, ictimai qurumlar, ziyalılar gedib ağac əkirlər, ağaclara qulluq edirlər, iməcilikdə iştirak edirlər, şəhəri təmizləyirlər, ən azı ekomaarifçiliklə məşğul olurlar. Amma siz ağac əkən, ekoloji maarifçiliklə məşğul olan, ekologiyanın qorunması ilə bağlı çağırış edən hansısa bir müğənni görmüsüzmü? Onlar maşınlarını düzgün park etməyəndə, cəzalandırılanda dostumuz xalq artisti Ədalət Şükürov kimi üsyan edir və dövlət qurumlarına etirazlarını bildirirlər. Yaxud bir az tıxac görən kimi saldıqları səs-küydən başımız ağırıyır, amma vergi ödəmək lazım olanda, qanunların tələblərini pozduqlarına görə dövlət qurumları onları inzibati məsuliyyətə cəlb etmək istəyəndə aləm bir-birinə qarışır və az qala hamı tanınan və tanınmayan müğənnilərin nmüdafiəsinə qalxır.  Amma heç kim düşünmür ki, bunlar dövlət büdcəsinə vergi ödəməlidir, vətəndaş kimi dövlətin bütün qanunlarına əməl etməlidir, dövlət büdcəsi vergilər hesabına da zənginləşməlidir ki, bizim maaşımız, pensiyalarımız artsın, uşaq pulu tələb edənlərə uşaq pulu verilsin və sair. Düşünürəm ki, yaxın gələcəkdə bizim vergi mədəniyyətimiz formalaşacaq. Biz sivil cəmiyyətlərdə olduğu kimi dərk etməliyik ki, vergi verməsək dövlət bizim üçün heç nə etməz, ona görə də istər məmur, istər aktyor, istər müğənni, istər iş adamı, istərsə də sadə vətəndaş olsun, hər kəs vergiləri və dövlətin müəyyən etdiyi ödəmələri  vaxtında ödəməlidir"-deyə A.X.Əbilov qeyd etdi. 

İradə SARIYEVA



VİDEO

SON XƏBƏRLƏR

09.07.2025 / 18:51
Tramp-Rubio görüşündə Qarabağ sülh müzakirəsi - ABŞ-da inanılmaz nikbinlik var...

09.07.2025 / 18:36
Dünya Kilsə Şurasının Paşinyana qarşı erməni kilsəsi ilə "xristian həmrəyliyi"...

09.07.2025 / 18:23
Azərbaycan və BƏƏ arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi imzalandı

09.07.2025 / 18:19
Azərbaycanın xaricdəki səfirləri Xankəndidə

09.07.2025 / 18:16
PKK-çıların tərksilah olunması prosesi başladı – ilk olaraq Süleymaniyyədə...

09.07.2025 / 18:07
Milli mətbuatın 150 illik sərəncamı ölkə boyu necə icra olunur...

09.07.2025 / 18:05
Prezident İlham Əliyevin Əbu-Dabidə BƏƏ Prezidenti ilə görüşü olub

09.07.2025 / 17:53
Hindistan erməni "soyqırımını" tanısa, Azərbaycandan xəbərdarlıq ala bilər...

09.07.2025 / 17:39
Sanballı sənətkarlar yüngül şou ifaçılarla eyni teleproqramlardan imtina edir...

09.07.2025 / 17:26
Naxçıvan Konstitusiyasında islahatlar hüquqi dövlət quruculuğunda önəmli yer tutur...

09.07.2025 / 17:17
Trampın Putini hədələyən səs yazısı ortaya çıxdı - “Moskvanı bombalayaram”

09.07.2025 / 17:03
“İki sahil” 34 yaşını qeyd edir

09.07.2025 / 17:01
Formula 1 2026-cı il təqvimində dəyişiklik edib

09.07.2025 / 16:58
QDF-in təşəbbüsü ilə növbəti “Qarabağ Gecəsi” xeyriyyə konserti keçirilib

09.07.2025 / 16:45
Əhliman Əmiraslanovun təşəbbüsü ilə Sabirabadda hüquqi yardım göstərildi - FOTO

09.07.2025 / 16:37
Avropa NATO-Rusiya müharibəsinə hazırlaşır – qitənin ən böyük limanında hərbi gəmilər üçün yer ayrılır...

09.07.2025 / 16:19
Makron bu dəfə də Britaniyada arvadından “şillə yedi”...

09.07.2025 / 15:53
"Moskva “Sputnik Azərbaycan” rəhbərlərinin həbsi işi üzrə Bakı ilə təmasları davam etdirir" – Rusiya XİN

09.07.2025 / 15:16
Zaxarova rusiyalıların Ermənistana girişinin qadağan edilməsinə münasibət bildirdi

09.07.2025 / 14:55
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə səfər edib - FOTO

09.07.2025 / 14:43
Sumqayıtda quldurluq edən şəxs saxlandı

09.07.2025 / 14:23
Azərbaycan XİN İranın İrəvandakı səfirinə sərt cavab verdi...

09.07.2025 / 14:09
84 min dollar vəsaiti ölkədən çıxaran şirkətə 17 dollara yaxın cərimə kəsildi...

09.07.2025 / 13:54
Bu il 6 minə yaxın keçmiş məcburi köçkün bu kəndlərə qayıdacaq...

09.07.2025 / 13:45
Prezident İlham Əliyevin Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü olacaq

09.07.2025 / 13:36
Qəzzada hərbi əməliyyatlar bərpa olunmayacaq - Tramp HƏMAS-a söz verdi

09.07.2025 / 13:23
DİN avtobus dayanacaqlarını zəbt edən sürücülərə xəbərdarlıq etdi

09.07.2025 / 13:11
Türkiyənin turizm mərkəzi : “Akdeniz’in İncisi” Mersin...

09.07.2025 / 13:10
Завтра может быть сенсация! Встреча И.Алиева и Н.Пашиняна - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

09.07.2025 / 12:57
Azərbaycanda xərçəng xəstələrinin sayı artıb

09.07.2025 / 12:46
Duyğulara sənətlə toxunuş”: Gəncədə kimsəsiz uşaqlara art-terapiya dəstəyi

09.07.2025 / 12:43
Tramp Putinə “kiçik bir sürpriz” hazırlayır – çox məyus oldum...

09.07.2025 / 12:17
Sabah Əbu-Dabidə Prezident Əliyevlə Paşinyan arasında görüş keçiriləcək...

09.07.2025 / 12:09
Azərbaycan ECO-da birləşdirici regional güc mərkəzinə çevrilir

09.07.2025 / 12:00
"PKK mövcudluğunu bitirib" - Abdullah Öcalan çağırış etdi!

09.07.2025 / 11:35
Hakan Fidan və Yaşar Gülər Pakistanda - bu mühüm məsələlər müzakirə olunacaq

09.07.2025 / 11:28
Ermənistanda poliqonda partlayış olub - TƏCİLİ

09.07.2025 / 11:25
Baş nazir idi, indi bankda məsləhətçi işləyəcək...

09.07.2025 / 11:20
Gənclər üçün “Ekoloji Texnologiyalar və Sosial Sahibkarlıq” düşərgəsi keçiriləcək

09.07.2025 / 11:12
Şəmkirdə "KİA" aşıb, ölən və xəsarət alanlar var

09.07.2025 / 11:05
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış etdi

09.07.2025 / 11:03
ABŞ-dan bizimlə bağlı mühüm bəyanat - CANLI

09.07.2025 / 11:02
Diplomatik xidmət orqanlarının rəhbərləri Xankəndiyə gediblər

09.07.2025 / 10:38
BAMF-ın baş ofisində növbəti təlim keçirilib

09.07.2025 / 10:34
Axtarışda olan 90 nəfər saxlanılıb - polisdən AÇIQLAMA

09.07.2025 / 10:22
Dünya bazarında neftimiz bahalaşdı - 75 dolları ötüb...

09.07.2025 / 10:18
İsrail Suriyada 11-ci hərbi bazasını qurub

09.07.2025 / 10:12
Qarabağa getmək istəyənlər, bu xəbəri mütləq oxuyun!

09.07.2025 / 10:08
28 azərbaycanlı Almaniyadan geri qəbul edildi - Dövlət Xidməti

09.07.2025 / 10:04
Yevlaxda itkin düşən kişinin meyiti kanaldan tapıldı

09.07.2025 / 10:01
Türkiyənin ilk iqlim qanunu təsdiqləndi

09.07.2025 / 09:38
"Peşə bayramınız mübarək!" - Ceyhun Bayramovdan təbrik mesajı

09.07.2025 / 09:28
Tramp ticarət tariflərinin qüvvəyə minməsini yenə təxirə saldı

09.07.2025 / 09:18
Ağdam-Füzuli yolunda "Ford" aşıb, 20 nəfər xəsarət alıb

09.07.2025 / 09:13
Bu gün Naxçıvan şəhərinin bəzi əraziləri susuz qalacaq

09.07.2025 / 09:11
Naxçıvan diyarı xalçaçılıq məktəbinin tarixi səhifələri...

09.07.2025 / 09:05
Berlin məhəkəməsi Almaniya hökümətini şoka saldı - 13 nəfərlik əfqan ailəyə viza veriləcək!

09.07.2025 / 09:01
Çempionlar Liqasında yeni mövsümə start verildi - NƏTİCƏLƏR

09.07.2025 / 08:35
Borcu qaytara bilməsən, dövlət sənin borcunu bağlayacaq - yeni qanun...

08.07.2025 / 23:15
Fransada Azərbaycan səfirliyinə hücum etmiş radikal ermənilərin cəzası daha da ağırlaşdırıldı

08.07.2025 / 22:34
"ABŞ Azərbaycan və Ermənistan arasında sülh sazişinin tezliklə əldə olunacağına ümid edir" – Rubio

08.07.2025 / 21:15
Fransızlar Makronu vaxtından qabaq yola salmağa hazırlaşır...

08.07.2025 / 20:59
Ermənistan öz ərazisini hansı dövlətlərin sui-istifadəsinə verə bilər?..

08.07.2025 / 20:44
Ukrayna kəşfiyyatı Ermənistanı çətinə saldı - ölkə özünü Azərbaycanın qarşısında təmizə çıxarmağa çalışır...

08.07.2025 / 20:30
ABŞ Zəngəzur dəhlizini nəzarətə götürür - Rusiya ilə geosiyasi mübarizənin nəticəsi...

08.07.2025 / 20:15
Trampın cavab məktubu Gürcüstanla gərginliyi artırdı - Azərbaycana ehtiyac daha da artdı...

08.07.2025 / 20:01
Paşinyan kilsəyə özü rəhbərlik edəcək, iddia açıq deyildi - katolikos əks blok yaradır...

08.07.2025 / 19:46
Rusiya Azərbaycana sanksiyalar hazırlayır? - Aranı gərginləşdirmək istəyənlərin yeni cəhdləri...

08.07.2025 / 19:32
“İsrailin növbəti hədəfi Türkiyə” - ABŞ-dan mesajın ünvanı...

08.07.2025 / 19:17
Xankəndinin tarixində ilk hadisə - heç sovet dövründə də bu yox idi...

08.07.2025 / 19:10
Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslər və hüquqi varislər ifadə verdi - FOTO

08.07.2025 / 19:03
BRICS Rusiyanın tərəfində Ukrayna müharibəsinə rəsmən qoşuldu...

08.07.2025 / 18:48
Belə müsabiqələr uşaq və gənclərə təsir edir...

08.07.2025 / 18:44
Əli Əsədov Pakistan Milli Assambleyasının sədri ilə görüşdü

08.07.2025 / 18:35
Şəmkir, Göygöl və Gəncədə abadlıq nümunəsi: Regionların siması yenilənir

08.07.2025 / 18:23
3 bank Maliyyə Nazirliyinin 500 milyon manatını 7,5 faiz əlavəsilə necə qaytaracaq?..

08.07.2025 / 18:10
Azərbaycan kişilərində psixi pozğunluq qadınlardan 3 dəfə çoxdur...

08.07.2025 / 17:57
Erməni iranşünas Pezeşkiana şər atdı - İran susdu...

08.07.2025 / 17:44
Manat kreditləri niyə bu qədər bahalaşır?..

08.07.2025 / 17:34
CHP liderinin toxunulmazlığı ləğv edilə bilər - Türkiyə parlamentinə vəsatət təqdim edildi...

08.07.2025 / 17:15
Qonşu ölkələrdən İrana hücumda istifadə olunmayıb – Pezeşkian İranın Ermənistandakı səfirinin yalanını ifşa etdi

Naxçıvan Konstitusiyasında islahatlar hüquqi dövlət quruculuğunda önəmli yer tutur...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910