Bakıda dələduzluqda şübhəli bilinən 4 nəfər tutuldu
Polis Nəsimi, Abşeron və Suraxanı rayonlarında dələduzluqda şübhəli bilinən 4 nəfəri saxlayıb. Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, Nəsimi rayonu ərazisində iki nəfər üzləşdiyi dələduzluqla bağlı polisə müraciət edib.Onlardan biri onu aldadadan şəxsin hesabına 18400, digəri isə 100 manat ödətdirdiyini bildirib.
Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməllərində şübhəli bilinən 26 yaşlı S.Əsədzadə və 27 yaşlı K.Bayramov müəyyən olunaraq saxlanılıblar.
Əlavə olaraq Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Xırdalan şəhərində bir nəfəri aldadaraq hesabına 80 manat ödətdirməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 53 yaşlı İ.Mirzəyev saxlanılıb.
Eyni zamanda Suraxanı rayonunda isə bir qadının mobil telefonunu dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 40 yaşlı E.Bərxudarov müəyyən olunaraq 33-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Faktlarla bağlı araşdırmalar aparılır.
ZÜMRÜD