İndoneziya COP29-da ölkə prezidentinin xüsusi nümayəndəsi ilə təmsil olunacaq
İndoneziya Prezidentinin energetika və ətraf mühit üzrə xüsusi nümayəndəsi Haşim Cocohadikusumo Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) İndoneziya nümayəndə heyətinə rəhbərlik edəcək. Bu barədə prezidentinin xüsusi nümayəndəsi “CNN Indonesia” telekanalına məlumat verib. “Mən Prezident Prabovo Subianto tərəfindən COP29 üzrə xüsusi nümayəndə təyin edildim”, - o bildirib. O, İndoneziyanın bu konfransa hazırlıq səviyyəsindən də məmnunluğunu ifadə edib: “Mən İndoneziya hökumətinin qarşıya qoyduğu məqsədlərə çatacağına nikbinəm”.
İndoneziya ətraf mühit naziri Hanif Faysol Nurofik bildirib ki, COP29-da İndoneziya Milli Səviyyədə Müəyyən Edilmiş Töhfədə (NDC) müəyyən edilmiş iqlim dəyişikliyi ilə mübarizə hədəflərinə nail olmaqda irəliləyiş barədə məlumat verəcək. Bu sənəd çərçivəsində İndoneziya 2030-cu ilə qədər istixana qazı emissiyalarını 31,89 % azaltmağı hədəfləyib ki, bunun böyük hissəsi öz səyləri, 43,2 %-i isə beynəlxalq birliyin dəstəyi ilə əldə ediləcək.
Bundan əlavə, o qeyd edib ki, COP29-da İndoneziya istixana qazı emissiyalarının azaldılmasını sürətləndirmək üçün tədbirləri nəzərdən keçirəcək, həmçinin konfransda iştirak edən bir sıra ölkələrlə karbon kvotaları ticarəti sahəsində əməkdaşlığı müzakirə edəcək.
Mətləb Salahov