Şənbə günü, 12 iyul 2025
     

"Zəngəzur dəhlizi razılaşdırılıb" - ABŞ-dan sensasiyalı rəy...

Image

Qərb ölkələri ilə Ermənistan arasında müxtəlif istiqamətlər, o cümlədən hərbi sfera üzrə münasibətlər inkişaf edir. Təbii ki, bu hal Qərbin ümumən Cənubi Qafqaz regionuna diqqətini daha da artırmağa gətirib çıxarır. Lakin hadsələrin bu səpkidə inkişafı Rusiya və İranın istəklərinə uyğun gəlmir.

Avropa məsələləri üzrə gürcü ekspert Kaxa Qoqolaşvili qeyd edir ki, indi Qərbdə xüsusi maraq doğuran məsələlərdən biri  Azərbaycan və Ermənistan arasında münasibətlərin gələcəyidir: "Dünyadakı mövcud vəziyyəti nəzərə alaraq deyə bilərəm ki, geosiyasi proseslər hətta Tramp-Harris seçkiqabağı kampaniyasının özəyinə çevrilib". Onun sözlərinə görə, tərəflər və xüsusilə Tramp İsrail, Rusiya və Putin, Çin ilə bağlı xeyli səs-küylü və populist bəyanatlar veriblər, əsasən insanların hissləri ilə oynayaraq, ictimai rəyi öz tərəfinə yönəltməyə çalışırlar:

"Eyni şey Bakı-İrəvan prosesinə münasibətdə də baş verir. Mən düşünməyə meylliyəm ki, Baydenin Azərbaycan-Ermənistan təşəbbüsü səmimidir, Bayden administrasiyası Azərbaycan və Ermənistanın sülh sazişi imzalamasını çox istərdi. Bu, hazırkı administrasiya üçün yeni bir istək deyil, ABŞ Dövlət Departamenti son iki ildə görünməmiş səylər göstərib. Sadəcə olaraq, bu təşəbbüs seçkiqabağı dövrə təsadüf edib və uğurlu olarsa, demokrat hakimiyyəti bundan Harrisin xeyrinə istifadə etməyə qarşı olmayacaq". Ekspert Harrisdən gözləntilərin Cənubi Qafqaz istiqamətində mülayim olduğunu bildirib: "Harrisin komandası ümumi tendensiyanı qorumağa çalışacaq, lakin bu halda dəyişikliklər olacaq, çünki komanda dəyişəcək". Xatırladaq ki, ABŞ prezidentinin xüsusi köməkçisi Maykl Karpenter oktyabrın 21-də Bakıda olub, Ağ Ev başçısı Co Baydenin məktubunu Prezident İlham Əliyevə çatdırıb. Məktubda Azərbaycan və Ermənistan arasında sülh sənədinin tezləşdirilməsi, uzağı, bu ilin sonunadək imzalanması xahiş olunur. Karpenter ertəsi gün İrəvana gedib və oxşar məzmunlu məktubu Ermənistanın baş naziri Nikol Paşinyana təqdim edib. ABŞ-ın Stenford Universitetindən siyasi elmlər doktoru Artur Xaçikyan bildirir ki, Baydenin məktubunda Ermənistana real təhlükəsizlik zəmanəti verilmir: "ABŞ bu gün bizə real heç nə təklif etmir. ABŞ rəsmiləri harda nə deyəcəklərini bilirlər. Nyu Yorka gedirlər, deyirlər ki, yəhudiləri çox sevirlər, çünki orada çoxlu yəhudi var. Kaliforniyada erməniləri ələ salırlar, Floridada Fidel Kastro haqqında pis sözlər deyirlər, çünki Floridada çoxlu kubalı mühacir var… Bunlar sadəcə seçicilərin səsini almaq üçündür. Yadda saxlamaq lazımdır ki, bu gün ABŞ seçkilərinin taleyini 10 min nəfər həll edə bilər. Ona görə də seçkilərdə səslər uğrunda mübarizə gedir. Qüvvələr balansı qeyri-bərabər olduğu və Azərbaycanın ağzında sendviç kimi olduğumuz halda təhlükəsizliyimizi necə təmin edəcəyik? Müttəfiqlər olmasa, özümüzü necə müdafiə edəcəyik? Əminəm ki, tezliklə bizi faktlarla üz-üzə qoyacaqlar, çünki Zəngəzur dəhlizi ilə bağlı razılaşma var. Ona görə də bizə deyəcəklər ki: qorxmayın, bizim suverenliyimizə heç bir təhlükə yoxdur, Qərbdən özəl təhlükəsizlik təşkilatı var, hər şey normaldır".

Rusiyalı siyasi və iqtisadi analitik Konstantin Simonov da bildirib ki, hadisələrin proqnozlaşdırıla bilən məcrası var: "ABŞ-ın hazırkı prezidenti son ana qədər Rusiya və İrana qarşı Cənubi Qafqaz proqramını başa çatdırmağa çalışır, ona görə də davamlı olaraq təşəbbüslərlə çıxış edir və Rusiya, İran, eləcə də Türkiyə hesab edir ki, Qərb bu məsələlərə qarışmamalıdır. Azərbaycan ABŞ-ı açıq şəkildə tənqid edir. Burada maraqlıdır, ABŞ tərəflərə nə təklif etməlidir ki, Bayden sazişin imzalanmasında vasitəçi olsun?". Erməni politoloq Armen Bağdasaryan isə qeyd edir ki, ABŞ və Avropa İttifaqının sülh məsələsində aktivləşməsi Rusiyanın aktivləşməsi ilə izah olunmalıdır. Onun sözlərinə görə, təbii olaraq Rusiyanın aktivləşməsinə paralel olaraq Qərb də özünü aktivləşdirməyə çalışmalıdır, üstəlik, "3+3" formatı da aktivləşir: "Bəzi hesablamalara görə, bu platformalarda münaqişənin həlli müəyyən mərhələyə çata bilər və Qərb bundan kənarda qalmağa çalışmalıdır. Əgər problem "3+3" formatı çərçivəsində və ya birbaşa Azərbaycan-Ermənistan danışıqları ilə, lakin Rusiya-Türkiyə kurasiyası ilə həll olunarsa, Qərb regiondan kənarda qalacaq, Rusiyanın mövqeyi güclənəcək". Bağdasaryan bildirib ki, Qərb üçün ən vacibi budur, ona görə də buna imkan verməməyə çalışır və aktivləşir. Bu zaman da Ermənistan bir alət olaraq istifadə olunur. Xatırladaq ki, uzun müddətdir Amerika və Avropa ölkələri Cənubi Qafqaza, xüsusən də Ermənistana dair müxtəlif planlar ortaya atırlar. Maraqlıdır ki, bütün planların idarəetmə mərkəzi kimi Ermənistan seçilsə də, regiondakı digər dövlətlərin, xüsusən də Azərbaycanın maraqlarına xələl gətirmə istəkləri sezilir. Buna baxmayaraq, rəsmi Bakının uğurlu diplomatiyası Qərbin niyyətini puça çıxarır. Sülh üçün isə Rusiya və Qərb arasında rəqabət getdikcə kəskinləşir. Amma sülhün olması üçün əsas şərt Ermənistanın hərbi-siyasi rəhbərliyinin ölkə Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları ehtiva edən Müstəqillik Aktına istinadın aradan qaldırılması və Minsk qrupunun fəaliyyətinin dayandırılması üçün Azərbaycanla birlikdə ATƏT-ə müraciət etməsindən keçir.

Samirə SƏFƏROVA



VİDEO

SON XƏBƏRLƏR

12.07.2025 / 17:10
Yaxın zamanlarda Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracına başlanacaq...

12.07.2025 / 16:21
"Suriya Azərbaycanla bir sıra sahələrdə əməkdaşlıqda maraqlıdır" - Əhməd Əl Şaraa

12.07.2025 / 16:18
Əhməd Əl Şaraa Prezident İlham Əliyevə təşəkkür etdi

12.07.2025 / 16:15
"Suriyada yeni hakimiyyətin qurulmasından sonra əlaqələrimizin inkişafı üçün böyük perspektivlər açılıb" - Prezident İlham Əliyev

12.07.2025 / 16:11
Prezident İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə görüşü olub - YENİLƏNİB

12.07.2025 / 15:34
UNESCO ermənilərin saxta “Urartu tarixini” rəsmiləşdirdi... Tarixə həqarət...

12.07.2025 / 15:21
Azərbaycanla gərgin günlərdə rus icması Rusiyanı müdafiə etməli idi? - Primakov "duzsuz" danışdı...

12.07.2025 / 14:30
SOCAR-la Suriya Hökuməti arasında Anlaşma Memorandumu imzalandı - FOTO

12.07.2025 / 13:48
Erməni işgəncəsi qurbanlarının məhkəmə ifadələri əsasında kino çəkiləcək(?)..

12.07.2025 / 13:38
Sonsuzluğa "çarə tapan" dələduzlar peyda olub...

12.07.2025 / 13:31
Rusiya xarici siyasi təsir aləti kimi mediadan fəal istifadə edir - Mətbuat Şurası beynəlxalq ictimaiyyətə müraciət etdi

12.07.2025 / 13:28
Əhməd əl-Şaraa Azərbaycana gəldi – Suriya ilə münasibətlərdə yeni dövr başlayır

12.07.2025 / 12:07
DÇ-2030-un finalı bu stadionda keçiriləcək - AÇIQLANDI

12.07.2025 / 11:10
Ərdoğandan qərar - bu xanımı vəzifəyə təyin etdi

12.07.2025 / 11:02
Tramp ŞOKDA - ABŞ məhkəməsi Prezidentin fərmanını blokladı!

12.07.2025 / 10:54
Narkotik vasitələr becərən Qəbələ sakini yaxalanıb

12.07.2025 / 10:00
Mingəçevirin bu ərazilərində qaz olmayacaq - XƏBƏRDARLIQ

12.07.2025 / 09:12
"Feyk xəbər" yayanları ciddi cəza gözləyir

12.07.2025 / 09:03
Ölkəmizə "cəhənnəm istilər" gəlir...

12.07.2025 / 08:44
Sertifikasiyadan sonra indi də müəllimlərin dərs yükü problemə çevrilib...

12.07.2025 / 01:05
Azərbaycandan tarixi uğur - 40 gündə 6 seçkidə qalib gəldik...

11.07.2025 / 21:43
Erməni işğalı zamanı əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə verdi – MƏHKƏMƏ+ FOTO

11.07.2025 / 21:30
Rusiya XİN Azərbaycanda rus dilinin vəziyyətini(?) araşdırır...

11.07.2025 / 21:15
Antiterrordan Əbu-Dabiyədək - Əliyevin təşəbbüsləri aparıcıdır...

11.07.2025 / 21:01
Priqojin 2 azərbaycanlını “Vaqner”ə hansı ölkənin həbsxanasında cəlb edib?..

11.07.2025 / 20:46
Bakı-İrəvan sazişi bu ilin sonunda imzalana bilər...

11.07.2025 / 20:31
Zəngəzur dəhlizi açılır - Əbu-Dabi çox şeyi dəyişdi...

11.07.2025 / 20:16
Əliyev-Paşinyan görüşünə Rusiyadan ikibaşlı rəylər gəlir...

11.07.2025 / 20:02
Dövlətdən böyük vəsait ayrılır, ipəkçilik yenə də çökür...

11.07.2025 / 19:47
Azərbaycanın və Türkiyənin qəvi düşməninin axırına Ermənistan özü çıxır…

11.07.2025 / 19:30
Professor Məhərrəm Qasımlı Aydın Quliyevi yubileyi münasibətilə təbrik etdi

11.07.2025 / 19:17
Birləşmiş Kreml-İrəvan qüvvələri başladı - “Əbu-Dabi görüşünü ABŞ təşkil edib”...

11.07.2025 / 19:05
Sabir Zeynalov Açıq Çelenc Turnirində gümüş medal qazanıb

11.07.2025 / 19:03
Üç nəfər xaricində PKK terror təşkilatı bağışlandı - Murat Karayılan, Cəmil Bayık və...

11.07.2025 / 18:57
İranın diplomatik ikiüzlülüyü

11.07.2025 / 18:47
Hökumət mollası türk dilini "cəhənnəm dili" adlandırdı...

11.07.2025 / 18:42
Bahar Muradova Balakən rayonunda vətəndaşları qəbul edib

11.07.2025 / 18:33
Qərbi Azərbaycan məsələsi beynəlxalq sənədlərdə insan haqları kimi qəbul olundu...

11.07.2025 / 18:23
İqtisadi Şuranın iclası keçirildi - 2026-cı il büdcə layihəsinə dair müzakirə aparıldı

11.07.2025 / 18:19
Təhsil Nazirliyi “qanunsuz” azad edir, məhkəmələr bərpa edir...

11.07.2025 / 18:06
Əliyev-Paşinyan razılaşmasının ardınca Rusiya hərəkətə keçdi...

11.07.2025 / 17:52
Vətəndaş Cəmiyyəti Təşkilatlarının BMT-də rolu – BAMF-dan növbəti təlim

11.07.2025 / 17:47
Azərbaycandan Almaniyaya daha çox pul axmağa başlayıb - əvvəl tərsinə idi, nə olub?

11.07.2025 / 17:44
TƏBİB-in tabeli tibb müəssisələrinin fəaliyyətinə dair növbəti geniştərkibli müşavirə keçirilib

11.07.2025 / 17:25
Tramp Ukraynaya göndərəcəyi silahların pulunu NATO-dan alacaq - Biz silahları onlara verəcəyik, onlar da Ukraynaya...

11.07.2025 / 17:12
Sabunçuda əməliyyat - Emin Səmədov 10 kq narkotiklə tutuldu...

11.07.2025 / 16:59
Dünya Çərkəz Birliyi çərkəz xalqının geridönüş haqqının tanınmasını tələb edir

11.07.2025 / 16:40
PKK-nın tərksilah edilməsilə bağlı ilk addım Süleymaniyyədə atıldı - Rəsmi Ankaradan ilk reaksiya...

11.07.2025 / 16:37
FHN-in əməkdaşı Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi seçildi

11.07.2025 / 16:28
Beynəlxalq səyyahlar Laçında... - YENİLƏNDİ

11.07.2025 / 15:57
Ürəyi Vətənlə döyünən qəhrəman Elnur...

11.07.2025 / 15:30
bp-nin Azərbaycan milli mətbuatının 150 illiyinə töhfəsi...

11.07.2025 / 15:29
Dəniz kənarında ekoloji çirklənməyə yol verən şəxslərə qarşı polis nəzarəti daha da gücləndirilib

11.07.2025 / 15:14
"Yaşyarımlıq oğlum başından qəlpə xəsarəti aldı" - Xocalı soyqırımı zamanı körpə övladları ilə girov götürülmüş qadın

11.07.2025 / 15:10
Bakıda “Gələcəyin mediası: “Əkinçi”nin izi ilə” mövzusunda Forum keçirilib - FOTO

11.07.2025 / 14:51
Azərbaycanın daha iki abidəsi UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edildi

11.07.2025 / 14:26
16 milyon manata yaxın borcu olan şirkətin əmlakı satışa çıxarıldı

11.07.2025 / 14:12
Ağdamda tikinti aparılan ərazidə insan sümüyü aşkarlandı

11.07.2025 / 13:55
Türk Rivierasında heyranedici mənzərələrlə dolu unudulmaz səyahət

11.07.2025 / 13:47
Paşinyan İrəvanı revanşistlərdən “təmizləyir”..

11.07.2025 / 13:24
“Konstitusiya və Suverenlik İli” çərçivəsində BDU-nun 2 tələbəsinə Ombudsmanın xüsusi təqaüdü veriləcək

11.07.2025 / 13:21
Prezident İlham Əliyev Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirini qəbul edib

11.07.2025 / 13:19
BDU-da “Birincilik” təqaüdü təsis edildi

11.07.2025 / 13:12
Страшный сон профессора Хачикяна - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

11.07.2025 / 13:11
Almaniyada yaşayan ixtiraçı həmyerlimiz "Bakı Xəbər"ə müraciət etdi

11.07.2025 / 13:09
“Sənət və duyğu harmoniyasının təbliği” layihəsi uşaqların psixoloji rifahına töhfə verir

11.07.2025 / 12:53
"Medianın işində ciddi keyfiyyət dəyişikliyi özünü göstərməkdədir" - Əhməd İsmayılov

11.07.2025 / 12:35
Rusiya Ukrayna müharibəsilə bağlı ABŞ-a yeni təkliflər verdi - Lavrovla görüşən Rubio detalları açıqlamadı...

11.07.2025 / 12:07
"Milli mətbuatımızın hazırkı estafetini yeni gənc nəsil qəbul etməlidir" - Əhməd İsmayılov

11.07.2025 / 11:55
“Respublika” qəzeti və “Xalq qəzeti” redaksiyaları birləşdirildi

11.07.2025 / 11:50
“Şübhəli əməliyyatların monitorinqi” informasiya sistemi yaradıldı - FƏRMAN

11.07.2025 / 11:42
Prezident bələdiyyələrin vahid informasiya sisteminin yaradılmasını təsdiqlədi

11.07.2025 / 11:35
Yaşayış minimumu haqqında qanunda dəyişiklik edildi

11.07.2025 / 11:33
“Bakinski raboçi” və “Xalq” qəzetinin redaksiyalarının MMC-ləri yaradıldı - FƏRMAN

11.07.2025 / 11:31
Milli Onkologiya Mərkəzinin maddi-texniki bazasının möhkəmləndirilməsinə vəsait ayrıldı - SƏRƏNCAM

11.07.2025 / 11:30
"İrana səfər etməyin!" - ABŞ öz vətəndaşlarına XƏBƏRDARLIQ ETDİ

11.07.2025 / 11:25
Dünya bazarı çalxalanır - qızıl 20 dollardan çox bahalaşıb

11.07.2025 / 11:16
Abşeronda 17 əl qumbarası, 16 partlayıcı və xeyli silah-sursat aşkarlandı - TƏCİLİ

11.07.2025 / 11:13
Vüqar Rəhimzadə: Azərbaycan konstruktiv və lider mövqeyi ilə sülh gündəliyini irəli aparır

11.07.2025 / 11:09
Cənubi Qafqazda yeni diplomatik mərhələ: Əbu-Dabidə tarixi görüş

11.07.2025 / 11:07
Samvel Karapetyanın yaxın adamı da həbs edildi

Qərbi Azərbaycan məsələsi beynəlxalq sənədlərdə insan haqları kimi qəbul olundu...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910