Bazar ertəsi günü, 14 iyul 2025
     

Qərbin Gürcüstana misilsiz seçki təzyiqləri başladı....

Image

Gürcüstanda parlament seçkilərinin nəticələrini tənqid edən Avropa İttifaqı ölkələrinin nazirləri yerli hökumətin Brüsseldən deyil, xalq tərəfindən seçildiyini həzm edə bilmirlər. Belə bir açıqlama ilə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto çıxış edib. 

Həqiqətən də Qərb Gürcüstanda parlament seçkilərinin nəticələrindən şoka düşmüş vəziyyətdədir. Bu fonda da Gürcüstana yeni təzyiqlərə start verilib. Qərbdən olan müşahidəçilər Gürcüstanda "dərin qütbləşmənin" olduğunu iddia edərək, seçicilərə və vətəndaş cəmiyyətinə əsassız təzyiqlərin olduğunu bildiriblər. Qeyd edək ki, Gürcüstanda keçirilən parlament seçkiləri üzrə beynəlxalq müşahidə missiyası 42 ölkədən 529 müşahidəçi, o cümlədən 380 ekspertdən ibarət olub. Lakin seçkilərdə hansısa ciqqi qanun pozuntusuna dair ortaya hansısa fakt qoyulmayıb.  Buna rəğmən, ATƏT-dən olan avropalı müşahidəçilər  heç bir əsas olmadan bəyan edirlər ki, Gürcüstan seçkiləri qeyri-bərabər şərait, təzyiq və gərginliklə keçib, lakin seçicilərə geniş seçim imkanları təklif edilib. AŞPA nümayəndə heyətinin rəhbəri İulian Bulay deyib: "Müşahidələrimiz zamanı, xüsusən də kənd yerlərində seçkilərdən əvvəl və seçkilər zamanı səslərin satın alınması və ikiqat səsvermə hallarını qeyd etdik". Avropa Parlamentinin Müşahidəçilər Missiyasının rəhbəri Antonio Lopez-İsturiz Uayt bildirir: "Hakim "Gürcü Arzusu" partiyası səsverməyə xələl gətirmək və manipulyasiya etmək məqsədilə seçki öncəsi düşmənçilik ritorikasından istifadə edib, Rusiya dezinformasiyasını və konspirasiya nəzəriyyələrini təbliğ edib". "Gürcü Arzusu" partiyası seçkilərin nəticələrinin saxtalaşdırılması ilə bağlı xəbərləri təkzib edib. Baş nazir İrakli Kobaxidze nəticələri yekunlaşdırdıqdan sonra deyib: "Gürcü xalqı alternativi olmayan yeganə seçim etdi ki, onlar ölkənin sülhünü və inkişafını, onun parlaq, Avropa gələcəyini seçdi". Macarıstanın baş naziri Viktor Orban da bu fonda dəqiq mövqe ifadı edir: "Gürcüstanda seçkilərin nəticələri danılmazdır, onlar azad və demokratik keçib. Avropada hələ mübahisələr olacaq, bunu ciddi qəbul etmək lazım deyil. Əgər liberallar qalib gəlirsə, Brüsseldə deyirlər ki, demokratiya var. Mühafizəkarlar qalib gəlirsə, demokratiyanın olmadığını bildirirlər. Bu, adi haldır". Gürcüstanda keçirilən parlament seçkiləri nəticəsində hakim "Gürcü Arzusu" partiyasının qalib gəlməsi bir daha göstərdi ki, Qərbin region dövlətlərinin daxili işlərinə qarışmaq cəhdləri baş tutmayacaq. Gürcü xalqı müxtəlif geosiyasi oyunlar nəticəsində üzləşdiyi müharibə və iqtisadi tənəzzülü rəd edərək dövlətin yanında olduğunu göstərdi. Gürcü politoloq Lali Moroşkina seçkilərin nəticələrini qiymətləndirərək bildirib ki, Gürcüstanda müxalifətyönlü mətbuat və televiziya kanallarının çox olmasına baxmayaraq, hakim "Gürcü Arzusu" səslərin böyük hissəsini qazandı. Onun fikrincə, hazırda müxalifət partiyaları Qərbdən göstəriş gözləyirlər ki, növbəti addımlarını atsınlar. Əgər siyasi mübarizə "küçədə" davam etsə, Gürcüstanda ictimai-siyasi vəziyyət pozula bilər və buna görə məsuliyyəti Qərb daşıyacaq. Hakim partiyanın qələbəsi Qərbin Gürcüstanda yürütdüyü siyasətə və regionda ayırıcı xətlər yaratmaq cəhdlərinə böyük zərbədir.

Belə vəziyyətdə Qərb təmsilçilərinin fəaliyyəti Gürcüstanın sabitliyinə və inkişafına xələl gətirmək cəhdlərindən başqa bir şey deyil. ABŞ-ın proksiləri hesab olunan Estoniya, Litva, Latviya kimi ölkələrin ortaya düşmələri də bundan qaynaqlanır. Onlar faktiki olaraq, Qərbin uduzmasına görə  Gürcüstana qarşı hibrid müharibəyə başlayıblar. Bunun davamı olaraq, Gürcüstanda keçirilən parlament seçkilərindən sonra Kanada bu ölkənin rəhbərliyi ilə münasibətlərinə yenidən baxmaq niyyətində olduğunu açıqlayıb. Qeyd olunur ki, Kanada 2024-cü il oktyabrın 26-da ölkənin Mərkəzi Seçki Komissiyasının elan etdiyi parlament seçkilərinin rəsmi nəticələrini nəzərə alıb. Kanada Xarici İşlər Nazirliyi bildirir: "Biz bütün tərəfləri sakitliyə, Gürcüstan hakimiyyətini isə dinc etirazlar kontekstində insanların hüquq və təhlükəsizliyinə hörmət etməyə çağırırıq". Bütün bunlar ona görədir ki, Brüsseldə Gürcüstanın Ukrayna taleyini yaşamasını istəyən çox adam var, lakin Gürcüstan xalqı bununla razılaşmadı. Latviyalı politoloq Karlis Daukşts bu fonda bildirir ki, Gürcüstan müxalifəti seçkilərin nəticələrini tanımadığını bəyan edir, lakin ortaya əsaslı arqument qoya bilmir. Politoloq seçkiləri yaxından müşahidə etdiyini deyib və belə nəticəyə gəlib ki, ölkənin məhkəmə orqanları seçkilərin qanunauyğun keçdiyini bildirərək nəticələri təsdiqləyəcək. Onun fikrincə, müxtəlif xarici mərkəzlərdən idarə olunan müxalifətdə birlik olamadığı üçün məğlubiyyəti qaçılmaz idi. Amma Qərb bununla barışmaq istəmir. Çünki Qərbin əsas məqsədi Cənubi Qafqazda Ermənistanın ardınca Gürcüstanda da marionet hökumət formalaşdırmaq, ölkəni geosiyasi qarşıdurma platformasına çevirməkdir. Amma Gürcüstan hakimiyyət buna imkan vermir və ölkədəki r Qərb şəbəkəsini ifşa etmək istiqamətində ciddi addımlar atır. İndi hesab olunur ki, artıq Gürcüstanda Qərbin təhlükə yaradan şəbəkəsini tam yığışdırmağın vaxtı çatıb. Azərbaycan da regionun lider ölkəsi kimi bu prosesdə Gürcüstana bütün lazımi dəstəyi verməyə hazırdır.  Bu gün Gürcüstan-Azərbaycan birliyi mövcuddur və tarix də göstərir ki, bu birlik olanda hər iki dövlət güclü olur, öz maraqlarını müdafiə edir, beynəlxalq səviyyədə də eyni mövqedən çıxış edir. Onu da qeyd edək ki, Gürcüstanda 300 minə yaxın azərbaycanlı yaşayır və bu ərazilərdə yüksək seçki fəallığı müşahidə olunurdu. Azərbaycanlı seçicilər ümumi səslərin formalaşmasında təxminən 7-8 faizlik paya malik olaraq Gürcüstanın gələcək siyasi mənzərəsinə təsir göstərdilər. Bu, gələcəkdə Azərbaycan və Gürcüstan arasındakı əlaqələrin daha da möhkəmlənməsinə şərait yaradan amillərdəndir. Hər iki ölkə üçün belə əlaqələr olduqca mühümdür.

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

14.07.2025 / 11:46
Rusiyadan miqrantlara "sürpriz" - rüsumlar artırılır...

14.07.2025 / 11:12
Milli Məclis iclas keçirir - mühüm məsələlər müzakirəyə çıxarılıb

14.07.2025 / 11:05
Yoahim Löv Özbəkistan yolçusudur...

14.07.2025 / 11:00
Bu iki rayonda qaz olmayacaq - XƏBƏRDARLIQ

14.07.2025 / 10:35
Tramp xüsusi elçisini Ukraynaya yollayıb

14.07.2025 / 10:29
Bu il 6 mindən artıq istifadəçi hakerlərin qurbanına çevrilib

14.07.2025 / 10:21
Suriyada yerli tayfalar bir-birini qırırlar - 37 nəfər ölüb...

14.07.2025 / 10:18
"Çelsi" bu çempionluqdan 114 milyon avro qazandı

14.07.2025 / 10:12
"Benfika" ukraynalı qapıçını satışa çıxardı

14.07.2025 / 10:06
Tramp Ukraynaya silah göndərir - amma pulunu Avropa ödəyəcək...

14.07.2025 / 10:00
Paşinyan Brüsselə yollanıb

14.07.2025 / 09:30
Sabunçuda ölümlə nəticələnən yol qəzası olub

14.07.2025 / 09:21
Azərbaycanda kibercinayətkar həbs edilib - DTX-dan mühüm əməliyyat

14.07.2025 / 09:18
Türkiyənin bu məşhur serialı məhkəməlik oldu

14.07.2025 / 09:12
"Çelsi"dən PSJ-yə futbol dərsi!

14.07.2025 / 09:06
Tramp Böyük Britaniyaya dövlət səfərinə gedəcək - hazırlıq gedir

14.07.2025 / 09:00
Xocalının bu kəndlərinə ilk köç karvanı yola salınıb

14.07.2025 / 08:53
Kaledoniyanın paytaxtında "Azərbaycan abidəsi"...Necədir?

14.07.2025 / 08:51
Fransızlar ŞOKDA- həbsxanadan çantada gizlənib qaçdı...

14.07.2025 / 08:21
“Taxta bazarın”da yanğın olub

13.07.2025 / 20:53
Deputat Elnarə Akimova şəhid general Polad Həşimovun ailəsini ziyarət etdi

13.07.2025 / 19:01
Ukrayna kəşfiyyat polkovnikinə sui-qəsdin qisasını aldı – Kiyevdə azı iki FSB agenti öldürüldü…

13.07.2025 / 18:16
Makron Fransanı çökdürdü, ölkə borc içində batır - pensiya və bütün yardımlar dondurulur…

13.07.2025 / 17:10
Tramp Kiyevə silah göndərmək üçün Rusiyanın ABŞ-dakı 5 milyardını müsadirə edə bilər…

13.07.2025 / 17:07
Tanınmış aktrisa Rəsmiyyə Nurməmmədovanın 60 illiyi səhnədə qeyd olunub

13.07.2025 / 16:50
"Azərbaycanla Ermənistan arasında keçirilən sülh danışıqlarını diqqətlə izləyirik" - Ərdoğan

13.07.2025 / 16:43
"Azərbaycan-Suriya əlaqələri ölkəmizin Yaxın Şərq siyasətində mühüm istiqamətdir" - Vüqar Rəhimzadə

13.07.2025 / 15:54
İran prezidentinin İsrailin 16 iyun hücumunda yaralandığı ortaya çıxdı…

13.07.2025 / 15:19
Yeni Kaledoniyada müstəqillik tərəfdarları və əleyhdarları arasında tarixi razılaşma əldə olundu

13.07.2025 / 14:56
Sinir ağrıları və efir enerjisi ilə müalicə

13.07.2025 / 14:37
"Azərbaycan Avrasiya üçün strateji əlaqələndirici rola malikdir" - Elnur Məmmədov

13.07.2025 / 13:50
Gülzar Namazovanın "Vətən müharibəsi ensklopediyası" adlı kitabının təqdimatı keçirildi - FOTO/VİDEO

13.07.2025 / 13:22
İstirahət zonalarında polisin fasiləsiz xidməti davam etdirilir

13.07.2025 / 11:37
Prezident İlham Əliyev Monteneqronun Prezidentini təbrik edib

13.07.2025 / 10:52
Polis Beyləqanda əməliyyat keçirdi - 9 nəfər saxlandı

12.07.2025 / 21:17
Vüqar Rəhimzadə: “Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi” Azərbaycanın bəşəriyyətə bəxş etdiyi irs nümunəsidir

12.07.2025 / 21:09
Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub...

12.07.2025 / 21:03
Azərbaycanın iki naziri adından saxta xəbər yayıldı - MEDİA Agentliyi xəbərdarlıq etdi...

12.07.2025 / 20:28
Putini Ukraynada dayandıra bilməyən Tramp hərəkətə keçdi – öncə silah yardımı, ardınca... "yaxında nəsə baş verəcək”...

12.07.2025 / 20:03
Rusiyanın yeganə təyyarədaşıyan gəmisini doğrayıb "metallom" edəcəklər

12.07.2025 / 19:20
Ailə sədaqətini və qonşuluq münasibətlərini insan canavardan öyrənməlidir

12.07.2025 / 17:10
Yaxın zamanlarda Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracına başlanacaq...

12.07.2025 / 16:21
"Suriya Azərbaycanla bir sıra sahələrdə əməkdaşlıqda maraqlıdır" - Əhməd Əl Şaraa

12.07.2025 / 16:18
Əhməd Əl Şaraa Prezident İlham Əliyevə təşəkkür etdi

12.07.2025 / 16:15
"Suriyada yeni hakimiyyətin qurulmasından sonra əlaqələrimizin inkişafı üçün böyük perspektivlər açılıb" - Prezident İlham Əliyev

12.07.2025 / 16:11
Prezident İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə görüşü olub - YENİLƏNİB

12.07.2025 / 15:34
UNESCO ermənilərin saxta “Urartu tarixini” rəsmiləşdirdi... Tarixə həqarət...

12.07.2025 / 15:21
Azərbaycanla gərgin günlərdə rus icması Rusiyanı müdafiə etməli idi? - Primakov "duzsuz" danışdı...

12.07.2025 / 14:30
SOCAR-la Suriya Hökuməti arasında Anlaşma Memorandumu imzalandı - FOTO

12.07.2025 / 13:48
Erməni işgəncəsi qurbanlarının məhkəmə ifadələri əsasında kino çəkiləcək(?)..

12.07.2025 / 13:38
Sonsuzluğa "çarə tapan" dələduzlar peyda olub...

12.07.2025 / 13:31
Rusiya xarici siyasi təsir aləti kimi mediadan fəal istifadə edir - Mətbuat Şurası beynəlxalq ictimaiyyətə müraciət etdi

12.07.2025 / 13:28
Əhməd əl-Şaraa Azərbaycana gəldi – Suriya ilə münasibətlərdə yeni dövr başlayır

12.07.2025 / 12:07
DÇ-2030-un finalı bu stadionda keçiriləcək - AÇIQLANDI

12.07.2025 / 11:10
Ərdoğandan qərar - bu xanımı vəzifəyə təyin etdi

12.07.2025 / 11:02
Tramp ŞOKDA - ABŞ məhkəməsi Prezidentin fərmanını blokladı!

12.07.2025 / 10:54
Narkotik vasitələr becərən Qəbələ sakini yaxalanıb

12.07.2025 / 10:00
Mingəçevirin bu ərazilərində qaz olmayacaq - XƏBƏRDARLIQ

12.07.2025 / 09:12
"Feyk xəbər" yayanları ciddi cəza gözləyir

12.07.2025 / 09:03
Ölkəmizə "cəhənnəm istilər" gəlir...

12.07.2025 / 08:44
Sertifikasiyadan sonra indi də müəllimlərin dərs yükü problemə çevrilib...

12.07.2025 / 01:05
Azərbaycandan tarixi uğur - 40 gündə 6 seçkidə qalib gəldik...

11.07.2025 / 21:43
Erməni işğalı zamanı əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə verdi – MƏHKƏMƏ+ FOTO

11.07.2025 / 21:30
Rusiya XİN Azərbaycanda rus dilinin vəziyyətini(?) araşdırır...

11.07.2025 / 21:15
Antiterrordan Əbu-Dabiyədək - Əliyevin təşəbbüsləri aparıcıdır...

11.07.2025 / 21:01
Priqojin 2 azərbaycanlını “Vaqner”ə hansı ölkənin həbsxanasında cəlb edib?..

11.07.2025 / 20:46
Bakı-İrəvan sazişi bu ilin sonunda imzalana bilər...

11.07.2025 / 20:31
Zəngəzur dəhlizi açılır - Əbu-Dabi çox şeyi dəyişdi...

11.07.2025 / 20:16
Əliyev-Paşinyan görüşünə Rusiyadan ikibaşlı rəylər gəlir...

11.07.2025 / 20:02
Dövlətdən böyük vəsait ayrılır, ipəkçilik yenə də çökür...

11.07.2025 / 19:47
Azərbaycanın və Türkiyənin qəvi düşməninin axırına Ermənistan özü çıxır…

11.07.2025 / 19:30
Professor Məhərrəm Qasımlı Aydın Quliyevi yubileyi münasibətilə təbrik etdi

11.07.2025 / 19:17
Birləşmiş Kreml-İrəvan qüvvələri başladı - “Əbu-Dabi görüşünü ABŞ təşkil edib”...

11.07.2025 / 19:05
Sabir Zeynalov Açıq Çelenc Turnirində gümüş medal qazanıb

11.07.2025 / 19:03
Üç nəfər xaricində PKK terror təşkilatı bağışlandı - Murat Karayılan, Cəmil Bayık və...

11.07.2025 / 18:57
İranın diplomatik ikiüzlülüyü

11.07.2025 / 18:47
Hökumət mollası türk dilini "cəhənnəm dili" adlandırdı...

11.07.2025 / 18:42
Bahar Muradova Balakən rayonunda vətəndaşları qəbul edib

11.07.2025 / 18:33
Qərbi Azərbaycan məsələsi beynəlxalq sənədlərdə insan haqları kimi qəbul olundu...

11.07.2025 / 18:23
İqtisadi Şuranın iclası keçirildi - 2026-cı il büdcə layihəsinə dair müzakirə aparıldı

11.07.2025 / 18:19
Təhsil Nazirliyi “qanunsuz” azad edir, məhkəmələr bərpa edir...

Qərbi Azərbaycan məsələsi beynəlxalq sənədlərdə insan haqları kimi qəbul olundu...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910