çərşənbə axşamı günü, 27 oktyabr 2026
     

Gürcüstan parlamentində yetərli 113 mandatı alan olmadı - hüquq müstəvisində ölkəni nə gözləyir...

Image


Abutalıb Səmədov: "İşləmək üçün imkan var, hökuməti təşkil etmək üçün tələb olunan parlamentdə çoxluq mövcuddur"

Gürcüstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, oktyabrın 26-da keçirilən parlament seçkilərində hakim "Gürcü Arzusu-Demokratik Gürcüstan" partiyası 89 deputat mandatı qazanıb.

Hazırkı məlumatlara əsasən, "Gürcü Arzusu" yeni parlamentdə 89, "Dəyişiklik üçün Koalisiya" 18, "Birlik Milli Hərəkatı" 17, "Güclü Gürcüstan" 14, Qaxariyanın partiyası isə 12 deputatla təmsil olunacaq.

Seçkilərin ilkin nəticələrinə görə, ümumilikdə 61 mandata malik dörd siyasi subyekt müxalifət kimi parlamentə daxil olacaq.

"NewsGeorgia" xəbər verir ki, Mərkəzi Seçki Komissiyasına seçkilərin ilkin nəticələrinə görə, hakim "Gürcü arzusu" partiyası yeni parlamentdə konstitusiya çoxluğunu əldə edə bilməyəcək.

Hazırda mandatlar aşağıdakı kimi bölüşdürülür (Saytların 72%-nin məlumatlarına əsaslanan nəticələr):

"Gürcü arzusu" - 53%, 88 mandat;

"Dəyişiklik Koalisiyası – Qvaramiya, Melia, Girçi, Droa" – 11,2%, 19 mandat;

"Birlik" ("Milli Hərəkat", "Aqmaşenebeli Strategiyası", "Avropa Gürcüstanı") - 9,8%, 16 mandat;

"Güclü Gürcüstan" ("Lelo", "Xalq naminə", "Azadlıq meydanı", "Vətəndaşlar") – 9%, 14 mandat;

"Qaxariya – Gürcüstan naminə" – 8,2%, 13 mandat.

Xəbərdə qeyd olunur ki, konstitusiya çoxluğu üçün ən azı 113 deputat lazımdır. "Gürcü arzusu" məhz belə dəstəyə ümid edirdi. Hakimiyyətdə olan partiyanın əsas seçki vədləri ölkənin əsas qanununun dəyişdirilməsini nəzərdə tuturdu - müxalifətin konstitusiyaya zidd olduğunu tanımaq, kilsənin xüsusi statusunu təmin etmək, LGBT təbliğatı kimi qiymətləndirilə bilən hər hansı hərəkətləri qadağan etmək və s.

Üstəlik, "Gürcü arzusu"na 88 (89) səs hətta prezident Salome Zurabişvilinin impiçmenti üçün kifayət etməyəcək. Bunun üçün mandatların üçdə ikisi, yəni 100 yer lazımdır. Mətbuat belə yazıb. 

Hazırda "Gürcü Arzusu"nun parlamentdə 89 mandatı var. Təhlilçilərin fikrincə, bu da konstitusiya üstünlüyü əldə etməyə imkan vermir. Çünki konstitusion üstünlük əldə etmək üçün 113 səs lazımdı. Amma bunlarda səslərin sayı 89-dur. Belə şərait hakim partiyaya nə qədər iş perspektivləri vəd edir? Onlar hökuməti təşkil edə biləcəklərmi? Yaxud da kiminləsə koalisiyaya getməlidirlərmi? Bu 89 mandat prezident Zurabişviliyə impiçment elan etməyə də kömək etmir. Bu sayda mandat yetərli deyil. Gürcüstan konstitusiyası bundan sonrakı prosesləri hansı normativlərlə, necə tənzimləyəcək? Hökumət necə qurulacaq? Koalisiya olacaq, olmayacaq?

"Gürcü arzusu"nun aldığı səslər hökuməti təşkil etmək üçün kifayətdir"

"Alyans" Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov "Bakı-Xəbər"ə şərhində bildirdi ki, "Gürcü arzusu" parlament seçkilərində qələbə qazandı. "Ancaq bu qələbə əvvəlcədən elan olunan, gözlənilən və ümid edilən qələbə olmadı. Çünki "Gürcü arzusu"nun əsas məqsədi konstitsion çoxluq əldə etmək idi və bundan sonra müəyyən olanları reallaşdırmağı nəzərdə tutmuşdular. İlk növbədə müəyyən siyasi partiyaları ləğv etmək düşüncəsi vardı və bunun üçün konstision çoxluğa ehtiyac vardı. "Gürcü arzusu" buna nail ola bilmədi. Eyni zamanda prezidentin impiçmenti üçün də tələb olunan səs çoxluğu həll olunmadı. Müxalifət də gözlədiyi nəticəni qazana bilmədi. Baxmayaraq, hətta seçki günü keçirilən exit-pollar da göstərirdi ki, birləşmiş müxalifət 50 faizdən artıq səs toplaya bilər. Ancaq son nəticədə səslər heç 40 faizə də çatmadı. Müxalifət seçkilərin saxtalaşdırıldığını, seçicilərin pulla ələ alındığını deyir və hesab edir ki, gürcü xalqı küçələrə çıxmalıdır. Ancaq seçkilərin saxtalaşdırılması ayrı məsələdir, seçicilərin pulla ələ alınması başqa məsələdir, bunun saxtakarlıqla bir əlaqəsi yoxdur. Dünyanın hər yerində bu üsuldan istifadə olunur və bu, qanunla qadağan olunmuş bir haldır. Ancaq saxtakarlıqla, saxtalaşdırma ilə əlaqələndirmək olmaz. Bundan sonra nə olacaq? Mən güman etmirəm ki, insanları küçələrə çıxarmaqla gürcü müxalifəti nəyəsə nail ola bilər. Üstəlik, nə qədər insan küçəyə çıxar? Əgər böyük kütləni küçələrə çıxarmaq mümkün olsa və bu, insanlarda belə bir təsəvvür yaratsa ki, həqiqətən də müxalifət qalib gəlib, təbii ki, onda hüquq-mühafizə orqanları, güc strukturları da əhaliyə qarşı elə ciddi zorakılıq göstərməyə cəsarət etməyəcək. Ancaq bunun üçün kifayət qədər insan küçələrə çıxmalıdırlar, güman edirəm ki, 100 mindən aşağı olmamalıdır. Bu halda müxalifət öz məqsədinə nail ola bilər. Ancaq bu qədər insanı küçələrə çıxarmaq mümkün olmasa, azsaylı insanlar etiraz etsələr, güc strukturları qəti tədbirlər görüb bunun qarşısını alacaqlar.

Bundan sonra "Gürcü arzusu" necə fəaliyyət göstərəcək? "Gürcü arzusu"nun aldığı səslər hökuməti təşkil etmək üçün kifayətdir. Yəni hökumət güvən oyu almaq imkanına malikdir, bu halda prezident baş naziri təyin etmək məcburiyyətindədir. Hökumət, şübhəsiz ki, təşkil olunacaq, normal fəaliyyət göstərmək imkanı əldə edəcək. Ancaq konstitutsiya ilə bağlı planlaşdırılan addımları atmaq mümkün olmayacaq. Hesab etmirəm ki, bu çox ciddi məsələdir. Bu, əksinə, "Gürcü arzusu" üçün əlavə problemlər yarada bilərdi". 

A.Səmədovun fikrincə, bu səbəbdən seçkilərin bu cür nəticələnməsi "Gürcü arzusu" partiyasının da xeyrinədir və o məsələlər ki elan olunmuşdu, xüsusilə bəzi partiyaların ləğv olunması məsələsi o hakimiyyətə ciddi probelmlər yarada bilərdi. "Sevinməlidirlər ki, bu baş vermədi. Ancaq işləmək üçün imkan var, hökuməti təşkil etmək üçün tələb olunan parlamentdə çoxluq mövcuddur. Əgər "Gürcü arzusu" partiyası işləmək istəyirsə və həqiqətən də elan etdikləri kimi məqsəd Avropaya inteqrasiyadırsa, bu istiqamətdə onlara heç bir maneə olmayacaq. 

Nədən "Gürcü arzusu" son dövrlər Avropadan uzaqlaşmaq xəttini götürdü və iş o yerə gəlib çıxdı ki, həm Avropa İttifaqı ilə münasibətlər pisləşdi, həm ABŞ Gürcüstanıa münasibətlərinə yenidən baxacağını bəyan etdi? Bunun əsas səbəbi işğal altında olan torpaqların geri qaytarılması üçün Qərbin heç bir real addım atmaması oldu. Gürcüstan hakimiyyəti dərk etdi ki, Qərb işğal olunmuş əraziləri geri qaytarmaq imkanına və qətiyyətinə malik deyil. Aradan artıq 16 il keçib, ancaq real iş görülməyib".

A.Səmədovun sözlərinə görə, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi gürcülər üçün də bir nümunə oldu, onlar anladılar ki, Rusiyanı neytrallaşdırıb ərazi bütövlüyünü təmin etmək mümkündür. A.Səmədov bildirdi ki, görünür, Rusiya ilə artıq müəyyən razılaşmalar var, Abxaziyanın və Cənubi Osetyanın tezliklə Gürcüstana qaytarılması imkanları yaranıb. "Bu səbəbdən "Gürcü arzusu" Rusiyaya xoş gələn müəyyən addımlar atdı, Rusiyaya yaxınlaşmaq istiqamətində hərəkətə keçdi və bu da, təbii ki, Qərbi ciddi şəkildə narahat edir. Əslində, Gürcüstandakı son parlament seçkiləri "Gürcü arzusu" ilə müxalifət arasında deyil, Qərblə Rusiya arasında oldu. Risiya bir daha göstərdi ki, bölgədə əsas güc kimə məxsusdur. Ancaq hesab etmirəm ki, bu, Gürcüstanın Avropadan, Qərbdən tamamilə uzaqlaşması deməkdir. Tamamilə mümkündür ki, ərazi bütövlüyü təmin olunandan sonra Gürcüstan gələcəkdə Avropaya inteqrasiya xəttini davam etdirsin və Avropa İttifaqının üzvü olmaq üçün tələb olunan addımları atsın. Ancaq bu gün bir şeyi deməliyik, Rusiya və Rusiyameylli qüvvələr parlament seçkilərində qələbə qazandılar. Bundan sonra Rusiyaya yaxınlaşma xətti davam edəcək. Gürcüstan hökumətinin formalaşmasında və fəaliyyət göstərməsində, bu vaxta qədər olduğu kimi, bundan sonra da heç bir problem olmayacaq. Ancaq seçkilər, seçkilərin nəticəsi Gürcüstan hakimiyyətinə antidemokratik addımlar atmaq imkanı verməyəcək. Xüsusilə partiyaların sıradan çıxarılmasına imkan verməyəcək. Hesab eidrəm ki, bu, Gürcüstan xalqının və dövlətinin xeyrinədir" - deyə A.Səmədov bildirdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

27.10.2026 / 06:37
İsrail BMT-ni cihadçı terrorizmi əsaslandırmaqda ittiham etdi

26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur - qərar verildi…

26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTO

26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi - maraqlı səbəblərdən danışılır...

26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...

26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...

26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...

26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...

26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur

26.10.2026 / 20:07
Evlənənlərin yarıdan çoxu boşanır - Bu insanlara nə olub?

26.10.2026 / 19:50
Hindistan Ermənistana hərbi dəstəyini dayandırmaq ərəfəsindədir...

26.10.2026 / 19:34
Ermənistanın sərhəd xidmətinə ilk Amerika avtomobilləri və avadanlıqlar gəldi...

26.10.2026 / 19:16
Tramp Ərdoğandan istədiyi hər şeyi ala biləcəyinə əmindir - Niyə?...

26.10.2026 / 19:02
“Ab-Hava” restoranında qətllə bağlı daha iki nəfər həbs edildi...

26.10.2026 / 18:57
ABŞ diplomatlarını Yaxın Şərqdən çıxarır, İranla daha qanlı savaş gözlənilir

26.10.2026 / 18:46
İran müharibəni ABŞ ərazisinə köçürür

26.10.2026 / 18:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib - FOTO

26.10.2026 / 18:23
Gürcüstanın aparıcı müxalifət partiyaları ləğv edilir...

26.10.2026 / 18:19
Ermənistan yeni parlament seçkilərinə gedir, radikal müxalifətin məhvi prosesi başlanır

26.10.2026 / 18:05
Şagirdlərin illik təhsil xərcləri müəyyənləşdi - Əli Əsədov qərar imzaladı...

26.10.2026 / 17:50
Baş Prokurorluq "WhatsApp" hesabları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib

26.10.2026 / 17:38
Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi... İnanaq?

26.10.2026 / 17:24
Sülhün təşviqi və dezinformasiyaya qarşı mübarizə Bakıda müzakirə olundu

26.10.2026 / 17:10
Azərbaycana yapon turistlərin gəlişi daha da artacaq...

26.10.2026 / 16:53
AK Parti səhv etdi, Azərbaycanla barışıq jestlərini digər partiyalar edir...

26.10.2026 / 16:47
Prezidentin köməkçisi: "Afrika ölkələri ilə münasibətləri daha da inkişaf etdirmək niyyətindəyik"

26.10.2026 / 16:42
"Azərbaycan süni intellekt sahəsində beynəlxalq əməkdaşlığa açıqdır" - Prezidentin köməkçisi

26.10.2026 / 16:35
Hikmət Hacıyev: "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha geniş müzakirə üçün növbəti platforma rolunu oynayacaq"

26.10.2026 / 16:30
"Dezinformasiya, stereotiplər və qərəzlə mübarizə aparmaq vacibdir" - Hikmət Hacıyev

26.10.2026 / 16:17
Hikmət Hacıyev: "Dezinformasiya və təşviqat kampaniyalarının qarşısını almaq üçün öz strateji gündəmimizi formalaşdırmışıq"

26.10.2026 / 16:08
"Dezinformasiya cəmiyyətlərə təsir edən daha geniş hibrid strategiyanın bir hissəsinə çevrilir" - Hikmət Hacıyev

26.10.2026 / 15:55
Prezidentin köməkçisi: "Azərbaycan revanş almaq niyyətində deyil"

26.10.2026 / 15:38
"Sülh sazişinin bütün fundamental prinsipləri Azərbaycanda hazırlanıb" - Hikmət Hacıyev

26.10.2026 / 14:44
Azərbaycan QHT-lərindən Pezeşkiana AÇIQ MƏKTUB - İranda yaşayan milyonlarla azərbaycanlının öz ana dilində təhsil amasının vaxtı çatıb...

26.10.2026 / 14:25
Ceyhun Bayramov Ermənistana səsləndi - son nöqtəni qoymağa hazırıq...

26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı... 114 vəzifəli həbs olundu...

26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...

26.10.2026 / 13:55
"!Ermənistan cəmiyyəti dərk etməlidir ki, sülh hər iki xalqın maraqlarına xidmət edir" - Ceyhun Bayramov

26.10.2026 / 13:50
Niderlandın xarici işlər naziri Azərbaycana təşəkkür etdi

26.10.2026 / 13:48
Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib

26.10.2026 / 13:37
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib - FOTO

26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri

26.10.2026 / 13:23
Prezident İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi - FOTO

26.10.2026 / 13:15
Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları Şuşa və Füzuliyə gedəcək

26.10.2026 / 12:57
Azərbaycan və Özbəkistan arasında imzalanan iki saziş təsdiqləndi

26.10.2026 / 12:55
Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı

26.10.2026 / 12:55
İsrailin Baş Qərargah rəisi Netanyahunun İrana hücum planına qarşı çıxdı - əsaslandırılmış sənəd gətir…

26.10.2026 / 12:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - FOTO

26.10.2026 / 12:35
Rusiya Zaporojyenin ən böyük ticarət mərkəzini bombaladı…

26.10.2026 / 12:18
Ukrayna Voronejə bomba yağdırdı - təyyarə şirkəti, Moskvaya gedən qatar vuruldu, ölənlər var…

26.10.2026 / 12:10
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO

26.10.2026 / 12:04
Oğlu həbs edilən Arzuxan Əlizadə partiya sədrliyindən gedir?... AMİP iddialara cavab verdi

26.10.2026 / 11:54
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək? - AÇIQLANDI...

26.10.2026 / 11:36
Vuçiç məğlubiyyətə görə, ABŞ-ın "dərin dövləti"ni və Aİ-ni günahlandırdı, Moskvaya da mesaj göndərdi – onlar yalan danışırlar…

26.10.2026 / 11:25
Prezident İlham Əliyev Avstriya dövlət başçısını təbrik etdi

26.10.2026 / 11:22
Elm və Təhsil Nazirliyi İran nazirinin ağzından vurdu - öz ölkənizin problemləri ilə məşğul olun...

26.10.2026 / 10:50
Orbanı BMT-nin Baş katibi olan bilər...

26.10.2026 / 10:25
Mətbuat Şurası jurnalistlərin etik qaydalarına süni intellektlə bağlı əlavələr edib

26.10.2026 / 10:09
Tramp Nobel mükafatı qərarına görə Norveçi "tualet ölkəsi" adlandırdı...

26.10.2026 / 09:54
Husilər günlər sonra işini bərpa edən Ər-Riyad hava limanını yenə vurdu…

26.10.2026 / 09:37
Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edildi - VİDEO

26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi

26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə... Kimlərə nə qədər ödənilir?

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ