Beynəlxalq Abilimpiya çempionatının açılış mərasimi olub
Cari ilin 25-29 oktyabr tarixlərində Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçirilən “Abilimpiks Beynəlxalq Açıq Çempionatı”nın açılış mərasimi və ilk yarışlar keçirilib. Bu barədə baki-xeber.com-a Federasiyadan məlumat verilib.
Belə ki, ilk yarış günündə üç abilimpiyaçımız iştirak edib. Dərzilik peşəsi üzrə Günel Bağırova və Oruc Salehov, toxuculuq peşəsində isə Fəridə Rufullayeva mübarizəyə başlayıb. Qeyd edək ki, komandamız bu yarışda 10 abilimpiyaçı ilə təmsil olunacaq.
İradə SARIYEVA