Sumqayıtda evlərdən 20 min manatlıq oğurluğun üstü açıldı
Sumqayıtda evlərdən 20 min manatlıq oğurluq edilib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsi 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə 9-cu mikrorayon ərazisində müxtəlif vaxtlarda iki evdən ümumilikdə 10.500 manat pul və eyni məbləğdə qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakinləri S.Orucov, əvvəllər məhkum olunmuşlar T.Hacıyev və R.İsmayılov müəyyən olunaraq saxlanılıblar.
Faktlarla bağlı araşdırma aparılır.