"60-dan çox ölkə mina terrorundan əziyyət çəkir" - Aygün Əliyeva
Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva jurnalistlərə açıqlamasında bəyan edib ki, bu gün dünyada 60-dan çox ölkə mina terrorundan və partlamamış sursatlardan əziyyət çəkir. O bildirib ki, Azərbaycan da bu siyahıdadir: "Bu mövzu öz aktuallığını itirmir. Biz beynəlxalq ictimaiyyətin diqqətini çəkmək istəyirik". A.Əliyeva beynəlxalq təşkilatlara müraciət edərək bu təşəbbüsü dəstəkləməyə çağırıb.
Mətləb