Dünyada 1 milyard nəfərdən çox insan yüksək qan təzyiqindən əziyyət çəkir - ÜST açıqlama yaydı
Dünyada təxminən 1,13 milyard insanın yüksək qan təzyiqi var. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
Müalicə olunmadığı təqdirdə yüksək qan təzyiqi infarkt, insult, böyrək xəstəliyi, ürək çatışmazlığı, angina, görmə itkisi və periferik arteriya xəstəliyi daxil olmaqla bir sıra sağlamlıq problemləri riskini artıra bilər. Hipertoniya bir sıra yollarla zərər verir. Məsələn, zamanla arterial təzyiqin artması damarların elastikliyinin azalmasına səbəb ola bilər. Bu da öz növbəsində ürəyə çatan qan və oksigen miqdarını azaldır və orqana zərər verir. Yüksək qan təzyiqi beynin zərif qan damarlarına da zərər verə bilər ki, bu da onların bloklanması və ya partlaması riskini artırır.
Mətləb Salahov