Bazar ertəsi günü, 15 dekabr 2025
     

Qərbin Gürcüstanda yeni "Ukrayna planı" gürcü xalqına qeyri-müəyyənlik vəd edir...

Image

Qərbin qonşu Gürcüstanda və Ermənistanda yeni Ukrayna ssenarisi tətbiq etmək niyyəti heç kimə sirr deyil. Əslində, bu istəyin Azərbaycanda da həyata keçirilməsinə cəhdlər olub. Amma onlar hamısı iflasa uğrayıb. Gürcüstan və Ermənistanla bağlı vəziyyət isə tamam fərqlidir.

Artıq Ermənistanda ikinci Ukrayna ssenarisinin həyata keçirilməsi üçün əlverişli zəmin yaradılıb. Qərbin ən böyük istəyi Ermənistana soxulmaq və bununla da Rusiyanı Cənubi Qafqazdan qovmaq, eləcə də İrana daha yaxın olmaqdır. Yəni Qərbin bu niyyətlərində Ermənistan dövlətinin və erməni xalqının maraqları yer almır. Bi istəyinə d Qərb xeyli yaxınlaşa bilib. Sirr deyil ki, hazırda Ukrayna poliqona çevrilib. Əslində orada Rusiya ilə Ukrayna mübarizə aparmır, Qərblə Rusiya savaşı gedir. Ermənistanda da eyni ssenarisinin daha dəhşətli olması ehtimalı var. Ukraynanın Qərbə çıxışı var, amma Ermənistanın yox. Deməli erməniləri daha böyük problem gözləyir. Bu xüsusda "armenuanreport" portalı yazır ki, Rusiyanın Ukraynada yeni uğurları Ermənistan üçün çox xoşagəlməz xəbərdir: "Bəli, bizə bu, çox güclü təsir göstərir. Belə ki, rus qoşunları Zaporojye cəbhəsinin Vremevski istiqamətində Ukrayna Silahlı Qüvvələrinin müdafiəsini yarıb və Levadnoye kəndinin şimal kənarı üzərində Rusiya bayrağını sancıb. Bundan əlavə, Rusiya Müdafiə Nazirliyi Donetsk vilayətinin Mixaylovka kəndinin tutulduğunu açıqlayıb. Amma ən əsası, Toretsk şəhərinin ərazisinin 50-65 faizi Rusiya Silahlı Qüvvələrinin nəzarətinə keçib. Bəli, Ukrayna Silahlı Qüvvələri bir neçə aydır döyüşlərin getdiyi Dzerjinskdəki "Severnaya" mədəninin tullantı yığını üzərindəki mövqelərini tərk edib. Ukrayna Silahlı Qüvvələrinin nümayəndələrinin bəyanatlarına əsasən, ruslar Ukrayna müdafiəsini keyfiyyətcə deyil, kəmiyyət baxımından yarırlar. Üstəlik, Ukrayna hərbçilərinin qeyd etdiyi kimi, Kiyevin ehtiyatları tükənib və səfərbərlik potensialı azalıb ki, bu da Ukrayna ordusunun bütün cəbhə xətti boyunca geri çəkilməsini əvvəlcədən müəyyənləşdirir. Yeri gəlmişkən, cəbhənin Pokrovsk şəhərinə yaxınlaşması ilə əlaqədar Ukraynanın polad sənayesi məhv olmaq təhlükəsi altındadır. "The Economist" nəşri yazır ki, söhbət ən böyük kokslaşan kömür mədəni "Krasnoarmeyskaya-Zapadnaya" və "Pokrovski" mədən və emalı zavodundan gedir. Qeyd olunur ki, bu qurğular itirilsə, Rusiya Ukraynanın polad sənayesinin qalıqlarını məhv edə biləcək. Bunun üçün Pokrovski tutmaq belə lazım deyil - elektrik təchizatını söndürmək və zavodlara gedən yolları bağlamaq kifayətdir. Ümumiyyətlə, hər şey gözümüzün qabağında çökür. Bu fonda   Almaniya Ukraynaya daha ağır hərbi texnika göndərməyəcək. ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Mayk Conson Ukraynanın maliyyələşdirilməsini davam etdirmək istəmədiyini və buna ehtiyac olmayacağına ümid etdiyini bildirib. O bildirib ki, Ukraynada müharibənin sona yaxınlaşa biləcəyinə dair heç bir əlamət görmür. Fransa da yardımları azaldır.  Beləliklə, açıq-aydın, müharibə Rusiyanın xeyrinə başa çatır. Kiyevdə aşkar olanı istədikləri qədər inkar edə bilərlər, lakin biz təkcə Ukraynanın deyil, həm də onun müttəfiqlərinin tam uğursuzluğunu görürük. Və ona görə də təəccüblü deyil ki, qonşu Gürcüstan da öz tarixi dönüşünü edib və ya Rusiyanın qoynuna qayıdıb. Əslində biz bir çox ölkələrdə eyni şeyi görürük. İndi gəlin Ermənistan barədə düşünək. Biz Azərbaycanla Rusiya arasında yaxınlaşma dərəcəsini görürük. Digər tərəfdən, Rusiyada bizdə hakimiyyəti dəyişməyə necə can atdıqlarını görürük. Biz başa düşürük ki, Ukraynadakı qələbədən sonra ölkəmizlə bağlı bütün Rusiya-Azərbaycan planlarının həyata keçirilməsi şansları daha da artıb. Biz başa düşürük ki, heç bir Fransa, heç bir ABŞ bunun qarşısını ala bilməyəcək. Xüsusilə də Tramp ABŞ-da qalib gəlsə". Qeyd edilir ki, bu halda Rusiya Ermənistanda daha aqressiv savaş sərgiləyəcək.

Belə bir vaxtda Gürcüstanda hakim "Gürcü arzusu" partiyası qarşıdan gələn seçkiləri sülhlə savaş arasında həyati seçim kimi qələmə verməyə çalışır. Hökuməti tənqid edənlərsə iqtidarın vəd etdiyi sülhü düşmən Rusiyaya təslim olmaq sayır. Hakim "Gürcü arzusu" partiyası oktyabrın 26-da keçiriləcək parlament seçkiləri ərəfəsində savaşda dağıdılan Ukraynanın ağ-qara görüntülərini çiçəklənən, barış ortamında yaşayan Gürcüstanın şəkilləri ilə yanaşı qoyur, onlardan seçki kampaniyasında faydalanır. Ukraynada darmadağın edilmiş bir küçə Tiflisdə bu yaxınlarda təmir edilmiş Çavçavadze prospektinin yanında təsvir edilir. Ukraynada bombalanmış futbol stadionu Gürcüstanda mövcud iqtidarın dövründə tikilmiş çoxsaylı idman arenalarından biri ilə qarşılaşdırılır. Ukraynaya aid görüntülərin altında "Müharibəyə yox", Gürcüstanın görüntülərinin altında isə "Sülhü seçin" sözləri yazılıb. "Gürcü arzusu"nun kəskin tənqidçilərindən biri olan prezident Salome Zurabişvili   qeyd edir: "Mən heç zaman bu qədər utancverici, mədəniyyətimizi, ənənələrimizi, tarix və inanclarımızı bu qədər aşağılayan bir şey görməmişəm".  Xatırladaq ki, 2008-ci ilin avqustunda Rusiya qoşunları Gürcüstana hücum edib. Beş gün sürən bu savaşın ardınca Moskva Gürcüstandan qoparılmış Abxaziya və Cənubi Osetiyanın bölücü rejimlərinə hərbi və diplomatık dəstəyini daha da gücləndirib. Gürcülər bunu ərazilərinin işğalı sayırlar. "Gürcü arzusu"nun liderləri Rusiya mövzusunu nadir hallarda dilə gətirsələr də, onların dördüncü dəfə seçilmək üçün səsləndirdikləri arqumentlərindən biri də şimal qonşusu ilə mürəkkəb münasibətləri yönəltməyə qadir tək partiya olmalarıdır. "Gürcü arzusu"nun qurucusu və de-fakto lideri Bidzina İvanişvili qeyd edir: "Oktyabrın 26-da biz müharibə və sülh arasında seçim edəcəyik". Sülh vədi "Gürcü arzusu"nun da, İvanişvilinin də hələ 2012-ci ilin oktyabrında ilk dəfə hakimiyyətə gəlmələrindən bəri başlıca mesajı olub. 2008-ci ildə Rusiya Gürcüstanı cəzalandırmaq üçün ona qarşı savaş açdığı zaman prezident Mixail Saakaşvilinin komandası hakimiyyətdə idi. İvanişvilinin 2012-ci ildəki kampaniyadakı mesajı Saakaşvilini Rusiyanın hücumunu təşviq etməkdə suçlamaq üzərində qurulmuşdu. Hakimiyyətə gələndən sonra "Gürcü arzusu" Kremllə münasibətlərdə daha az qarşıdurmaya girməyə çalışıb. Müxalifətin çox bölümü belə davranışı rusiyapərəst mövqe sayır. Qərb isə Gürcüstanı Rusiya ilə üzbəüz qoymağa çalışır. Burada da Ukrayna ssenarisinin tətbiqi Qərbin maraq dairəsində yer alır. Bu fonda iki il öncə Rusiya Ukraynaya qarşı tammiqyaslı savaş başladandan sonra "Gürcü arzusu"nun sülh narrativi daha da güclənib. Bu məsələyə son dərəcə ehtiyatla yanaşan Gürcüstan liderləri Rusiyanın hücumunu tənqid etməkdən boyun qaçırdılar və hətta tez-tez antiukrayna ritorikasından da çəkinmədilər. Ukrayna və bəzi başqa qüvvələr Gürcüstanı Abxaziya və Cənubi Osetiyada Rusiya qüvvələrinə qarşı ikinci cəbhə açmaqla Rusiyaya qarşı ortaq mübarizəyə töhfəsini verməyə çağırdı. Gürcüstan rəsmiləri tədricən belə çağırışları ümumdünya konspirasiyası kimi qələmə verməyə başladılar. Onlar bunu Gürcüstanı müharibəyə sürükləmək məqsədi güdən "qlobal savaş partiyası" adlandırırlar. İndi - parlament seçkiləri yaxınlaşdıqca, "Gürcü arzusu" müharibə və sülh məsələlərinə əvvəlkindən də çox diqqət çəkməyə çalışır. Partiya hətta bölücü Abxaziya və Cənubi Osetiya əraziləri üzərində nəzarəti bərpa edə biləcəyinə də eyham vurub. Baş nazir İrakli Kobaxidze bu xüsusda qeyd edir: "Bizim iki milli vəzifəmiz var, o da ərazi bütövlüyümüzü bərpa etmək və ölkəmizdə yoxsulluğa son qoymaqdır. Bizim bütün proqramımız bu iki milli vəzifəni gerçəkləşdirmək amacı daşıyır". O, ərazilərə nəzarətin necə bərpa ediləcəyi haqda təfərrüatlara varmasa da, bunun regional siyasi durumdakı dəyişiklik fonunda əldə ediləcəyini söyləyib.  İvanişvilinin özü bu yaxınlarda deyib ki, gürcülər 2008-ci ildə baş verən müharibəyə görə osetinlərdən üzr istəməlidirlər. O, Saakaşvilinin Qərb müttəfiqlərinin onu müharibəyə başlamağa təhrik etdiyinə eyham vurub. ABŞ və Aİ "Gürcü arzusu"nun məğlubiyyətinə ümid etdiyini aydın göstərdiyi kimi, Rusiya da hakim partiyanın qələbəsini dəstəklədiyini açıq-aşkar nümayiş etdirib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Gürcüstan hökumətini "xarici agent" qanunlarını qəbul etmək və "LGBT təbliğatı"na qarşı durmaq kimi addımlara görə tərifləyib. Tiflisin Qərb tərəfdaşlarını qəzəbləndirən də məhz bu addımlardır.

Samirə SƏFƏROVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Avropa "Yaşıl keçid" istəyir, Azərbaycan buna da hazırdır...

Bəs deyirdilər Qarabağdan 120 min erməni gedib? - 23 min nə deməkdir?

Emin Əmrullayevin hədəfi doğru, seçdiyi üsul mübahisəli...

SON XƏBƏRLƏR

15.12.2025 / 20:53
Ramiz Mehdiyev hələ susur - Putinin yeni “Beynəlxalq layihələr” fondundan addım gözləyir...(?)

15.12.2025 / 20:39
Parlamentdəki müxalifət partiyalarının içində çaxnaşma var - VHP, ƏHDP, Ana Vətən...

15.12.2025 / 20:26
Avropa İttifaqı Putinin əsas təbliğat platformasına ağır zərbə hazırlayır...

15.12.2025 / 20:17
Burhanettin Duran: "Türk dili ortaq tariximizin və mədəniyyətimizin ən güclü təməl sütunlarından biridir"

15.12.2025 / 20:10
Radikallar Qərbdə Mehdiyev üçün, Mehdiyev isə Moskvada radikallar üçün bu işi görməli idi...(?)

15.12.2025 / 19:57
"Ənvər paşanın İslam ordusu Bakını işğal etməyə gəlmişdi" - "elmi" təxribatı kim törədir...

15.12.2025 / 19:45
Azərbaycanın qarşısında günahını yuya bilər - Paulina ABŞ Konqresinə şans verdi...

15.12.2025 / 19:32
Ekoloji əlverişli "yaşıl texnologiyaların" tətbiqi genişlənir...

15.12.2025 / 19:19
750 min zərərçəkmişin nümayəndələri erməni quldurlara ağır cəza istədilər...

15.12.2025 / 19:06
Rusiyada Azərbaycan diasporunun arxasında "əcinnə ovu" dayanmayıb....

15.12.2025 / 19:03
Gültəkin Hacıbəyli Türkiyədən deportasiya olunur - 5 il müddətinə...

15.12.2025 / 18:52
Neytrallığın klassik nümunəsi: Türkmənistan, ya Azərbaycan...

15.12.2025 / 18:38
“Amnesty İnternational” Qəzza-İsrail məsələsində də ikiüzlülük etdi...

15.12.2025 / 18:25
Qarabağda bütün cinayətləri iki “qurum” birlikdə törədib...

15.12.2025 / 18:12
Heç bir dövlət ABŞ-ın bu istəyinə əməl etmədi - ciddi səbəb var...

15.12.2025 / 17:58
Bakıda mühakimə olunan ermənilərdən kim cinayətini səmimi etiraf etdi?..

15.12.2025 / 17:45
Beynəlxalq Xristian Həmrəyçiləri erməniləri “Arsax faciəsinə” yenidən sürükləyir...

15.12.2025 / 17:38
Aİ-nin ali nümayəndəsindən xəbərdarlıq - Putin Donbası alsa, bütün Ukrayna süqut edəcək...

15.12.2025 / 17:31
Strateji Obyeklərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşları qan verdilər - FOTO

15.12.2025 / 17:26
Bəşər Əsəd Suriyada vətəndaş müharibəsilə bağlı danışmaq istəyir, Putinin razılığını gözləyir - ailəyə yaxın mənbə danışdı…

15.12.2025 / 17:08
Trampın tənqidləri Avropa İttifaqını parçaladı… Leyeni ona cavab verməməyə çağırdılar - yoxsa…

15.12.2025 / 16:55
"Bakıdan Naxçıvana uzanan dəhliz türk dövlətləri arasında ticarət axınını sürətləndirəcək" - Ərdoğan

15.12.2025 / 16:39
ABŞ və Avroittifaq arasında Lukaşenko ziddiyyəti – bir sanksiyaları ləğv edir, digəri genişləndirir...

15.12.2025 / 16:34
BDU və Çinin Anhui Universiteti arasında ikili diplom proqramı üzrə müqavilə imzalanıb

15.12.2025 / 16:16
Həyatını hərbiyə bağladı, Vətən yolunda şəhid oldu...

15.12.2025 / 16:02
Şəxsiyyət və sürücülük vəsiqələrinin verilməsində yenilik - DİN açıqladı...

15.12.2025 / 15:45
Sərnişindaşıma adı altında narkokuryerlik edənlər 10 kq marixuana və tiryəklə yaxalandı

15.12.2025 / 15:32
Yeni amnistiya aktının kimlərə şamil ediləcəyi məlum oldu

15.12.2025 / 15:18
Prezident amnistiya elan olunması təşəbbüsünü irəli sürdü - yaşı 60-dan yuxarı məhkumların böyük hissəsi amnistiyaya düşəcək...

15.12.2025 / 15:12
Prezident İlham Əliyev Avstraliya Baş nazirinə başsağlığı verdi

15.12.2025 / 15:10
Putinin SSRİ ideyası Avropanı silkələyir...

15.12.2025 / 15:03
2027-ci ildə Azərbaycanda keçiriləcək U20 dünya çempionatının Təşkilat Komitəsi yaradıldı - SƏRƏNCAM

15.12.2025 / 14:56
Orban Aİ Rusiya-Ukrayna müharibəsini genişləndirməkdə ittiham etdi

15.12.2025 / 14:48
Zəfər şəhidinin xatirəsinə həsr olunan boks turniri keçirilib

15.12.2025 / 14:44
Şərurlu İsfəndiyar məhkəmədə Ramiz Mehdiyevlə əlaqəsini təkzib etdi

15.12.2025 / 14:23
Nazirlər Kabinetinin Milli Məclisə hesabat vermə vaxtı dəyişdi

15.12.2025 / 14:14
Prezident Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarını təltif etdi

15.12.2025 / 14:12
FHN-in əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr verildi - SƏRƏNCAM

15.12.2025 / 14:10
Aida Hüseyn Naxçıvan Ali Məhkəməsinin sədri təyin edildi

15.12.2025 / 13:42
“Azərbaycan Biznesinin İnkişafı Fondu” ASC-nin Müşahidə Şurasının tərkibi təsdiqləndi - SƏRƏNCAM

15.12.2025 / 13:36
Ermənistan xarici müdaxilələrlə bağlı Avropa İttifaqından kömək istədi...

15.12.2025 / 13:27
Prezident İlham Əliyev və Mehriban Əliyeva sabiq dövlət müşaviri Vahid Axundovun vəfatı ilə bağlı nekroloq imzalayıblar

15.12.2025 / 13:22
Növbəti köç karvanı Horovlu kəndinə çatdı

15.12.2025 / 13:10
Россия предупредила Пашиняна жёстко. Если что... - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

15.12.2025 / 12:53
"Dini düşüncəni mollalar yox, sosioloq-dinşünaslar təbliğ etməlidir" - Vəfa Yaqublu

15.12.2025 / 12:45
İdxal-ixrac, tranzit, nəqliyyat və logistika üzrə fəaliyyət rəqəmsallaşdırılır - FƏRMAN

15.12.2025 / 12:38
“Milli Mətbuat 150 - Rəqəmsal erada gənclər və media savadlılığı” layihəsinin yekun konfransı keçirildi

15.12.2025 / 12:25
Balakənin sabiq icra başçısı rüşvəti belə alırmış - DTX GÖRÜNTÜLƏR paylaşdı...

15.12.2025 / 12:03
“MEDİA Savadlılığı” Həftəsi çərçivəsində “Kreativ Media - Bakı”, adlı məzmun müsabiqəsi elan edilir

15.12.2025 / 11:43
Bakı Təşəbbüs Qrupu Belçika müstəmləkəçiliyinin törətdiyi vəhşilikləri araşdırır

15.12.2025 / 11:34
Azərbaycanın tədiyə balansında 1,1 milyard dollar kəsir yaranıb

15.12.2025 / 11:28
Azərbaycanın strateji valyuta ehtiyatları 82 milyard dollara yaxınlaşır

15.12.2025 / 11:14
DİN “toy karvanlar”ında hərəkət edən sürücülərə müraciət etdi...

15.12.2025 / 10:46
Bu şəxslər əməkhaqqıdan əlavə, saatlıq vəzifə maaşı da alacaqlar - deputat açıqladı...

15.12.2025 / 09:09
Türkiyəli ulduz aktyor bir reklam çarxından 45 milyon qazanacaq

14.12.2025 / 21:34
Zelenski NATO üzvlüyündən imtina üçün şərtlərini açıqladı…

14.12.2025 / 20:07
Britaniyanın ticarət üzrə elçisi Naxçıvana səfər edib

14.12.2025 / 19:05
Pənah Hüseyn partiya sədrliyindən istefa verdi - Qiyas Sadıqov AXP sədr oldu...

14.12.2025 / 18:40
Rusiya Ukraynada daha bir Türkiyə gəmisini vurdu...

14.12.2025 / 17:39
Yol polisi qarlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət etdi

14.12.2025 / 17:22
Zelenski Trampın iki təklifini rədd etdi - Kiyev Donbasdan və NATO üzvlüyündən imtina etməyəcək...

14.12.2025 / 15:57
Almaniyadan ABŞ etirafı - "Pax Americana dövrü bitdi"…

14.12.2025 / 15:22
Lukaşenko əfv etdiyi 123 müxalif məhbusu Ukraynaya göndərdi...

14.12.2025 / 13:10
Ərdoğan Türkiyə futbolundakı həbslərdən danışdı - rəhbərlər bunu necə edə bilirlər?..

14.12.2025 / 11:23
Özbəkistan-Azərbaycan birgə Mədəniyyət Komissiyasının ilk iclası keçiriləcək

14.12.2025 / 10:06
Paytaxtda avtomobildən oğurluq edən şəxs ələ keçdi

13.12.2025 / 23:06
Elxan Nəcəfov nazir olandan İstanbuldakı naxçıvanlı uşaqların təhsil hüququ pozulur... - FOTO

13.12.2025 / 19:25
Rusiyadan ABŞ-a mesaj – o sənədlər bizi məmnun etməyə bilər…

13.12.2025 / 19:10
Rusiya xüsusi təyinatlıları Voronejdə Azərbaycan diaspor nümayəndələrinə qarşı əməliyyat keçirdi - saxlananlar var... -VİDEO

13.12.2025 / 17:40
AB Rusiyanın məşhur Valday Klubuna da sanksiya tətbiq etdi…

13.12.2025 / 17:23
Rusiyanın dondurulmuş 210 milyardı təhlükədə - Avroittifaq pulların Ukraynaya verilməsi üçün ilk addımı atdı...

13.12.2025 / 17:06
Aeroportda özünü şübhəli aparan şəxsin mobil telefonundan görün nə çıxdı...

13.12.2025 / 16:49
İrandan gələn narkotiki Salyanda satmaq istəyənlər tutuldu

13.12.2025 / 16:31
Ərdoğandan Odessada türk gəmisinin vurulmasına reaksiya - onlara zərər vurar…

13.12.2025 / 16:18
Nizamidə quldurluq edib Tərtərdə gizlənirdi... yaxalandı...

13.12.2025 / 15:17
Bakıda sulu qar yağacaq - XƏBƏRDARLIQ

13.12.2025 / 14:49
Trampın Avropanın daxili işinə müdaxiləsi kəskin rədd edildi...

13.12.2025 / 14:30
Bələdiyyə rəhbərliyinin qanunsuz biznesi çiçəklənir...

13.12.2025 / 14:11
Rusiya Xəzəri yeni müharibə meydanına çevirə bilər...

13.12.2025 / 13:52
Rusiyada diaspor rəhbərimizin işi ermənilərə tapşırıldı - təsadüf, ya....

13.12.2025 / 13:22
Qubada atasının pulunu oğurlayan yeniyetmə saxlanıldı

Ekoloji əlverişli "yaşıl texnologiyaların" tətbiqi genişlənir...

XƏBƏR ARXİVİ