Abşeronda dələduzluq törədən keçmiş məhkum yaxalanıb
Daha bir dələduzluq törədən şəxs yaxalanıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev öz facebook səhifəsində məlumat verib. Məlumatda daha sonra deyilir: "Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə ayrı-ayrı vaxtlarda 3 nəfərin 120, 100 və 95 manat olmaqla ümumilikdə 315 manat vəsaitini dələduzluq yolu ilə öz hesabına ödətdirməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 30 yaşlı R.İsmayılov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Mətləb