Ararat Mirzoyan İstanbula gedəcək
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyəyə səfər edəcək. Ermənistan ediası bu barədə yazıb. Məlumata görə, Ermənistan XİN rəhbəri İstanbulda “3+3” regional məsləhət platformasının üçüncü iclasında iştirak edəcək. Bu barədə məlumatı KİV-ə açıqlamasında Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan da təsdiqləyib.
Xatırladaq ki, görüşün keçiriləcəyini Türkiyənin xarici işlər naziri Hakan Fidan açıqlayıb. Onun sözlərinə görə, görüş Cənubi Qafqazda sülhün, sabitliyin və əməkdaşlığın bərqərar olmasına yönələcək.
Mətləb